İMRAN B. HÜSEYN - Radıyallahu Anhu –NUN BU MÖVZUDA OLAN RƏVAYƏTİ
21- Ribi, o da İmran b. Hüseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bayrağı bir adama verəcəyəm ki o, Allahı və Rəsulunu da sevir (Yaxud belə dedi: Onu Allah və Rəsulu sevir)». Çox keçmədən gözləri ağrayan Əli - radıyallahu anhu – nu çağırdı və Allah, Xeybərin fəthini onun əli ilə müyəssər etdi26.
BU XÜSUSDA ƏLİ B. HƏSƏN - Radıyallahu Anhu –NUN PEYĞƏMBƏR –Sallallahu Aleyhi Və Səlləm – DƏN NƏQL ETDİYİ: «SAĞINDA CƏBRAİLİN, SOLUNDA MİKAİLİN DÖYÜŞƏCƏYİ» SÖZÜ HAQQINDA
22 - Xubeyrə b. Yərim rəvayət edir ki, Əli b. Həsən - radıyallahu anhum – başında qara bir sarğı olduğu halda xalqı toplayıb belə dedi: «Dünən əvvəlkilərin çata bilmədiyi, sonrakıların da qalxa bilməyəcəyi, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in haqqında belə buyurduğu bir adamı öldürdünüz: «Sabah bayrağı Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən də çox sevilən, sağında Cəbrailin, solunda isə Mikailin döyüşəcəyi, Allahın (Xeybərin) fəthini ona nəsib edincəyə qədər bayrağını geri çevirməyəcəyi bir adama verəcəyəm. Xeybəri fəth etdi. Yalnız ailəsi üçün almaq istədiyi bir xidmətçi almağa çatacaq doqquzyüz dirhəmdən başqa heç bir dinar və dirhəm qoymadı. (Hamısını Allah yolunda sərf etdi)»27.