TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə11/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   7   8   9   10   11   12   13   14   ...   84
Hz Ali

PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN: «ALLAH HEÇ VAXT ONU RÜSVAY ETMƏZ» SÖZÜ HAQQINDA

23 - Amr b. Meymun - radıyallahu anhu – rəvayət edir ki, mən İbn Abbas - radıyallahu anhu – nun yanında oturmuşdum. Doqquz qrup gəldi və dedilər: «Ey İbn Abbas! Ya bizimlə qalxacaqsan, ya da bizi bunlarla tək bə tək buraxacaqsan!». O: «Mən sizinlə gəlirəm!» dedi. O gün (İbn Abbas) hələ kor olmamışdı, sağlam idi. Danışmağa başladılar, nə dediklərini bilmirəm, sonra paltarını silkələyərək bir tərəfdən də «Off uuf!» deyərək gəldi və dedi: «On fəziləti olan bir adam haqqında artıq əskik danışdılar. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in haqqında bu kəlimələri buyurduğu kimsədən danışdılar: «Mən əlbəttə Allahı və Rəsulunu çox sevən bir adam göndərəcəyəm ki, Allah heç vaxt onu rüsvay etməyəcəkdir». Bundan sonra insanlar o, adamın kim olduğunu öyrənmək üçün həyəcan içində gözləməyə başladılar. Peyğəmbər: «Əbu Talibin oğlu haradadır?» deyə səsləndi. Ona: «O dəyirmanda un üyüdür» dedilər. «İçinizdə un üyüdəcək (başqa) adam yoxdurmu?» dedi. Əli - radıyallahu anhu – gözləri ağrayaraq gəldi. Demək olar ki, görə bilmirdi. Gözlərinə oxuyub mübarək tüpürcəyini sürtdü. Sonra bayrağı üç dəfə fırladaraq ona verdi. Huyeyyin qızı Səfiyyəni gətirdi. Əbu Bəkr - radıyallahu anhu – nu Tövbə surəsi ilə göndərdi. Ardınca Əli - radıyallahu anhu – nu göndərdi, bayrağı ondan alıb belə buyurdu: «Bu, yalnız o məndən olan, mən də ondan olduğum bir adamla gedəcəkdir».

Bir dəfə əmisi uşaqlarına buyurdu ki: «Dünuya və axirətdə mənə dost olacaq hansınızsınız?». Əli - radıyallahu anhu – yanında oturmuşdu. O, «Dünya və axirətdə mən sənə dost olaram!» dedi. Xədicədən sonra ilk müsəlman olan idi. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – əbasını Əli, Fatimə, Həsən və Hüseyin - radıyallahu anhum – un üzərinə salaraq bu ayəni oxudu: «Ey əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz etmək istər!». (əl-Əhzab 33). Həyatını təhlükəyə atdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in paltarını geyinib yatağına girdi. Müşriklər Allah Rəsulu – sallallahu aleyhi və səlləm – ə ox atırdılar. Əbu Bəkr - radıyallahu anhu – gəldi, Əli - radıyallahu anhu – yatırdı. Əbu Bəkr - radıyallahu anhu –, onun Allah Rəsulu – sallallahu aleyhi və səlləm – olduğunu bilirdi. Əli - radıyallahu anhu – ona xəbər verdi: «Allahın Rəsulu – sallallahu aleyhi və səlləm – Meymunənin quyusuna tərəf getdi, ona çat!». Əbu Bəkr - radıyallahu anhu – getdi və ona çatdı, onunla birlikdə mağaraya girdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – daş yağışına tutulduğu kimi, Əli - radıyallahu anhu – da müşriklər tərəfindən daş yağışına tutulmuşdu. Elə hey daş atırdılar. O, da qorunurdu. Başını əbası ilə örtərək səhərə qədər elə yatmışdı, sonra başını açdıqda müşriklər onu görüb: «Sən həqiqətən çox pis bir insansan. Dostuna atırdıq, heç qorunmurdu, sən isə qorunursan. Bunu heç yaxşı qarşılamadıq». Peyğəmbər – sallallahu aleyhi və səlləm – əskərlərilə Təbuk döyüşünə gedərkən Əli: «Mən də səninlə birlikdə döyüşə gedəcəyəm!» dedikdə, «Xeyir!» cavabını aldı. Əli - radıyallahu anhu – ağlamağa başladı. Allah Rəsulu – sallallahu aleyhi və səlləm – onun könlünü almaq üçün buyurdu: «Musanın nəzdində Harunun dərəcəsi nədirsə, mənim nəzdimdə də sənin dərəcənin elə olmasını istəmirsən mi?». Lakin sən, Peyğəmbər deyilsən. Səni yerimə təyin etmədən getməyim düzgün olmaz. Rəsulullah – sallallahu aleyhi və səlləm – ona buyurdu: «Hər bir mömin üçün sən, məndən sonra mənim vəlimsən!». Əli - radıyallahu anhu – nun qapısından başqa məsçidin bütün qapıları bağlanmışdı. O, cunub olaraq məscidə girərdi, ondan başqa yolu yox idi. Yenə belə buyurmuşdu: «Mən kimin mövlasıyamsa, Əli - radıyallahu anhu – də onun mövlasıdır». Allah, Quranda Şəcərə əshabından razı olduğunu və qəlblərindəkini bildiyini bizlərə xəbər vermişdir. Ondan sonra onlara qəzəbləndiyinə dair bir məlumatınız oldu mu? Bir dəfə Hz. Ömər - radıyallahu anhu – birinin boynunu vurmaq üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə: «İzin ver bunun boynunu vurum!» dedikdə, ona belə xəbərdarlıq etmişdir: «Sən bunu necə edə bilərsən? Allah Bədr əhlini nəzərdə tutaraq belə buyurmuşdur: «İstədiyinizi edin, sərbəstsiniz»28.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin