ƏBU HUREYRƏ - Radıyallahu Anhu –NUN XƏBƏRİNİ NƏQL EDƏNLƏRİN LƏFZLƏRİNİN FƏRQLİ
VƏ DƏYİŞİK OLMASI HAQQINDA
17 - Əbu Hazm, Əbu Hureyrə - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu gün bayrağı Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən də çox sevilən bir adama verəcəyəm». İnsanlar gözləməyə başladılar ki, Əbu Talib oğlu Əli haradadır?». Ona: «Gözlərindən narahatdır» dedilər. Bundan sonra Allahın Rəsulu – sallallahu aleyhi və səlləm – iki ovucuna tüpürdü və əllərilə Əli - radıyallahu anhu – nun gözlərini ovuşdurdu. Daha sonra bayrağıı ona verdi. Beləcə Allah (Xeybəri) onun əlilə fəth etdi22.
18 - Yaqub, o da Süheyl b. Əbu Salihdən, o da atasından, o da Əbu Hüreyrə - radıyallahu anhu – dan rəvayət edir ki, Xeybər günü Allah Rəsulu – sallallahu aleyhi və səlləm – belə buyurdu: «Bayrağı elə bir adama verəcəyəm ki o, Allahı və onun Rəsulunu sevir. Allah və Rəsulu da onu sevirlər və Allah fəthi ona nəsib edəcəkdir». Xəttabın oğlu Ömər - radıyallahu anhu – dedi ki: «Məhs o, gün rəhbərliyi çox istədim». Amma Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Əbu Talib oğlu Əli - radıyallahu anhu – nu çağırıb bayrağı ona verərək belə buyurdu: «Heç ətrafına baxmadan irəli get. Allah Xeybərin fəthini sənə nəsib edəcəkdir». Bu əmri alan kimi Əli - radıyallahu anhu – dərhal getdi. Sonra dayanıb: «Ey Allahın Rəsulu! Onlarla nəin uğrunda döyüşüm?» deyə səslədi. Peyğəmbər: «Onlarla, Allahıdan başqa ibadət layiq heç bir ilahın olmadığına və Muhəmmədin onun Rəsulu olduğuna şəhadət gətirənə qədər döyüş! Bunu edərlərsə, laiq olmadıqları vaxtdan başqa qanlarına da, mallarına da toxunulmaz. Hesabları Allaha aiddir!» deyə buyurdu23.
19 - Cərir, o da Suheyl b. Əbu Salihdən, o da atasından, o da Əbu Hureyrə - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Sabah bayrağı mütləq Allahı və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən sevilən bir adama verəcəyəm. Fəth ona nəsib olacaqdır». Ömər - radıyallahu anhu – dedi ki: «Rəhbərliyi o, günkü kimi heç istəməmişdim! Həvəslə, mənə təklif edilməsini gözlədim, lakin O, Əli - radıyallahu anhu – nu çağırıb belə buyurdu: «Get, Allah fəthi sənə nəsib edənə qədər (döyüş)». Bundan sonra o, Allahın dilədiyi qədər getdi. Sonra baxmadan durdu və soruşdu: «Nəyin uğrunda döyüşüm?». Peyğəmbər: «Onlarla, Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına, Muhəmmədin də Allahın Rəsulu olduğuna şəhadət gətirənə qədər döyüş. Bunu edərlərsə həm qanlarını, həm də mallarını qorumuş olarlar. Ancaq laiq olarlarsa başqa, hesabları Allah aiddir»24.
20 - Vüheyb, o da Süheyl b. Əbu Salihdən, o da atasından, o da Əbu Hüreyrə - radıyallahu anhu – dan rəvayət edir ki, Xeybər günü Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Bayrağı, Allah və Rəsulunu sevən, Allah və Rəsulu tərəfindən sevilən bir adama verəcəyəm. Allah, fəthi ona nəsib edəcəkdir». Ömər - radıyallahu anhu – dedi ki: «O gündən əvvəl rəhbərliyi heç istəməmişdim». Bayrağı Əli - radıyallahu anhu – ya verdi və belə dedi: «Ətrafına baxma!». Bir qədər getdikdən sonra: «Ey Allahın Rəsulu! Nə uğrunda döyüşüm?». Peyğəmbər: «Allahdan başqa ibadətə layiq heç bir haqq məbudun olmadığına, Muhəmmədin də Allahın Elçisi olduğuna şəhadət gətirənə qədər döyüş! Bunu edərlərsə qanları da, malları da qorunmuş olar. Ancaq laiq olduqları zamandan başqa. Hesabları şübhəsiz ki, Allaha aiddir»25.