Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə11/30
tarix21.04.2017
ölçüsü2,45 Mb.
#15065
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

Şubə ibn əl Həccac – İslam alimlərindən olan imam,mühəddis və etimad sahibi bir adam idi.O,qətiyyən şiə deyildi.İbn Quteybə və Şəhristaninin onun haqqında sözləri dəlil deyildir.

Tavus ibn Keysan – Əbdulhüseyn yazır: “Sünnilər onun şiə etiqadında olmasında əmindirlər.”

Şeyx Əbu Məryəmin qeyd etdiyi kimi Musəvinin bu sözü yalandır.Süfyan əs Səuridən başqa heç kəs ibn Keysanın şiəliyə meylli olmasını deməmişdir.Bundan öncə də qeyd etdiyimiz kimi ilk dövr şiəliyi ilə özünü şiə adlandıran müasir şiəlik arasında yerlə-göy qədər fərq vardır.Şiə alimləri özləri etiraf etmişlər ki,onların etiqadları keçmiş şiələrin etiqadlarından seçilir. Müasir dövrdə şiə alimlərinin ən böyuklərindən sayılan əl-Məmqani yazır: “Bizim indi şiəlik məzhəbinin zəruriyyətlərindən saydığımız göruşləri ilk dövr alimlərimiz ğuluv sayardılar və bununla ən etibarlı kəsləri ittiham edərdilər.” (“Tənqih əl-Məqal”, 3/23)



Abdullah ibn Davud Əbdurrahmən Həmədani Kufi – Mən bu ravini şiəliyə nisbət edən heç bir alimə rast gəlmədim.İbn Quteybənin bu haqqda sözü dəlil hesab oluna bilməz.

Abdullah ibn Ömər ibn Muhəmməd ibn Əban ibn Saleh ibn Umeyd – O,da həmçinin rafizi deyildi və bunu Suyutinin “Tarixul xulafə” (səh 134) kitabında Beyhəqiyə istinad edərək nəql etdiyi hədis təsdiq edir. Abdullah ibn Ömər Cufi (digər adı) dedi: “Mənə əmim Hüseyn əl Cufi dedi: “Sən bilirsən niyə Osmani “iki nur” sahibi adlandırmışlar?” Mən dedim: “Xeyr”,O dedi: “Adəmin xəlqindən sonra Osmandan başqa heç kəs peyğəmbər qızlarını bir araya gətirməmişdi.”

Bu hədisi müasir rafizilərin fikirləri ilə müqayisə edin.



Abdullah ibn Luheyyə – Yəhya ibn Muin onun haqqında deyir: “zəifdir və ona etimad edilməz.”Onu Nəsai də “zəif” adlandırmışdır.” (“Mizanul itidal” 2/475/№4530)

Əbdulhüseyn yazır: Əbu Yəla, Kamil ibn Təlhədən nəql edir: İbn Luheyyə Həyy ibn Abdullah Məğafiridən, Əbu Əbdurrahmən Həblidən, Abdullah ibn Amrdən bizə hədis söyləmişdir ki, o hədisdə deyilir: Allah Rəsulu (s.a.s) xəstə olan vaxt buyurdu: “Qardaşımı çağırın, mənim yanıma gəlsin. Əbu Bəkri çağırdılar. Peyğəmbər (s.a.s) üzünü ondan döndərdi. Sonra Əliyə xəbər verdilər. Peyğəmbər (s.a.s) Əlini yatağının yanına çağırdı və üstünə salınmış örtüyün altından onu qucaqladı. İmam onun yanından çıxanda ondan soruşdular: Peyğəmbər sənə nə dedi? Cavab verdi: Min elm qapısını mənə öyrətdi ki, hər birindən min qapı açılır.”

Bu rəvayyəti Zəhəbi konkret bu ravinin tərcümeyyi halını təsvir edərkən qeyd etmişdir ki,bu ravinin zəifliyini isbat etsin.Bu rəvayyət baradə ibn Cəuzi “İləl əl mutənahiyyə” (1/221/№347) kitabında yazır: “Bu rəvayyət doğru deyil və ibn Luheyyə “zəhib əl hədis”-dir.Yəni,bu o deməkdir ki,ravi sonuncu dördüncü pillədədir və onun rəvayyətləri yazılmır.” (İbn Saleh Şəhrəzuri “Kitab mərifət ənvə ilm əl hədis”səh 93)

Əbu Zura və ibn Muin bu ravini “heçnə” hesab etmişlər. İmam Abdullah ibn Əhməd “Kitabu sünən” (№1256)-də Əmir ibn Vəsilidən rəvayyət edir ki,Əli (r.a)-dən soruşdular: “Bizə Rəsulullah (s.a.s)-in sənə sirr olaraq öyrətdiklərindən danış.” O,dedi: “Rəsulullah (s.a.s) mənə insanlardan gizlədəcəyi elə bir şey deməmişdir.”



Abdullah ibn Meymun Qadəh – Bu ravi heç nəyə yaramayan şiə olub.Demək olar ki,bütün alimlərin tənqid etdiyi ravidir.Əbdulhüseyn onun haqqında yazır: “Ona Tirmizi istinad etmişdir”

O,yenə də yalan danışmışdır.Tirmizi hər hansı bir ravidən rəvayyət nəql edərsə,bu o demək deyildir ki,Tirmizi onu etibarlı hesab etmişdir.Timizi “Sünən” (№2144)-də yazır: “Abdullah ibn Meymun-“munkər əl hədis”

Əbdurrahmən ibn Saleh Əzadi – Musəvi bu ravi haqqında məlumatı Zəhəbinin kitabından nəql etmiş, amma öz adəti üzrə özünə sərf etməyən sözləri ixtisar etmişdir.Halbuki,orada yazılır ki,əl Bəğəvi Əbdurrahmən ibn Salehin belə dediyini eşitmişdir: “Bu ümmətin Peyğəmbər (s.a.s)-dən sonra ən əfzəl şəxsləri Əbu Bəkr və Ömərdir.” (“Mizanul itidal” 2/569)

Şübhə yoxdur ki,müasir rafizilər belə sözlər deyəni təkfir etmədə tərəddüd etmirlər.Bu bir daha sübut edir ki,zaman keçdikcə şiələr çox dəyişmişlər və keçmiş şiələr ilə müasir şiələri eyni tutmaq qətiyyən yol verilməzdir.

Bu kitabda mən Əbdurrazzaq ibn Həmam haqqında bəhs etmişdim.Musəvi Əbdurrazzaq baradə danışarkən haşiyədə bu rəvayyəti nəql edir: “Onun tərəfindən nəql olunan rəvayyətlər arasında həmçinin,Əhməd ibn Əzharın hədisinə də rast gəlmək olar.O,dedi: “Əbdurrazzaq mənə dedi ki,Muəmmər ona dedi ki,o Zəhəridən,o Ubeydullahdan,o da ibn Abbasdan eşitmişdir ki,Peyğəmbər (s.a.s) Əliyə baxıb,dedi: “Sən həm bu dünyada,həm də axirətdə imamsan.Səni sevən, məni sevmişdir.Sənə kin və nifrət bəsləyən isə,mənə nifrət etmişdir.Sənin dostun – Allahın dostu,sənin düşmənin isə Allahın düşmənidir.Sənin düşmənin olan adma vay olsun.” Bu hədis Hakim tərəfindən “Müstədrək” kitabında 128-ci səhifədə nəql olunmuşdur.

”Suyuti “Tədrib ər ravi” (1/286)-də qeyd etmişdir ki,rəvayyət İbn Muinin qeyd etdiyi kimi yalan və uydurmadır.Zəhəbi “Təlxis əl mustədrak”-da qeyd etmişdir ki,rəvayyət uydurmaya çox yaxındır.

Albani isə “Silsilə əhadis əd daifə” (№4894)-də rəvayyəti uydurma adlandırmışdır.

Osman ibn Umeyr – Bu ravi haqqında yazarkən biz “Muraciət” kitabının tərcüməçisinin yalanına şahid oluruq.Orada yazılır: Əbu Əhməd Zubeyri demişdir: O mömin idi və “rəcət”ə inanırdı.” Ərəbcə olan mətndə və “Mizan”da isə bu belədir: “Əbu Əhməd Zubeyri demişdir: O,racətə inanırdı” və onun möminliyi baradə heç bir söz deyilmir.Bu ravi haqqında Nəsai dedi: “güclü deyil”,Dəraqutni dedi: “zəifdir”,İbn Muin dedi: “heçnədir” (“Mizanul itidal” 3/50/№5550)

Əli ibn Zeyd ibn Cədan – Əbu Hatim və Buxari qeyd etmişlər ki,ona etimad edilməz.İbn Muin onun “heçnə”,İmam Əhməd “zəif”,Əhməd əl İcli isə onun güclü olmadığını bildirmişlər.” (“Mizanul itidal” 3/127/№5844)

Əli ibn Munzir Tərafi əl Kufi – Bu ravini müasir şiəliyə aid etmək üçün insanda güclü fantaziya olmalıdır.Lakin,biz gördüyümüz kimi Əbdulhüseyn belə xəyal dünyasına sahib idi.İbn Munzirin rafizilikdən uzaq olmasına dəlil onun Tirmizinin“Sünən” (№2693) kitabındakı hədisidir.Burada Peyğəmbər (s.a.s)-in Aişə (r.a)-yə belə dediyi nəql olunur: “Ey Aişə! Bu Cəbraildir. Sənə salam deyir!” dedi. Mən də: “Ona da Allahın salamı, rəhməti və bərəkəti olsun!”

Əmmar ibn Zərik – Onun rafizi olmasına gəlincə,Zəhəbi Süleymaninin bu baradə sözünü nəql etdikdən sonra yazır: “Yalnız Allaha bu məsələnin həqiqiliyi məlumdur”

Əbu İshaq əs Sabii – Öz tədlisləri ilə məşhur olan və həyatının sonunda rəvayyətləri dolaşıq salan “siqa” ravidir.Əbdulhüseyn yazır: Muğeyrənin dediyi “Kufə əhlini Əbu İshaq və Əməş həlak edibdir.” – sözünü yalnız buna görə deyiblər ki, onlar Əhli beytin xalis şiələrindən, Peyğəmbər (s.a.s)-in hədislərinin qoruyucuları, elm dəryası və Allahın fərmanının icrasına can-başla hazır olanlardan idilər.”

Bu isə Musəvinin cahilliyinə dəlildir.”Mizan” kitabında Muğiratın belə dediyi nəql olunur: “Kufə əhlinin hədislərini Əbu İshaq və əl Əmaşdan başqa heç kəs zay etməmişdi.” Burada isə adı çəkilən iki ravinin yalnız və yalnız tədlis etdiklərinə işarə edilir.Əbu İshaqın rafizilikdən uzaq olmasına onun rəvayyətləri dəlalət edir.Məhz o Peyğəmbər (s.a.s)-in belə buyurduğunu nəql etmişdir: “Əgər insanlardan özümə ən yaxın dostu seçsəydim,mütləq ki,Əbu Bəkri seçərdim.” (Tirmizi “Sünən” №3655)



Əbu Nueym Fəzl ibn Dəqin – Musəvi yazır: Zəhəbi “Mizan” kitabında onu yad edərək demişdir: “Fəzl ibn Dəqin, hafiz və hüccətdir.” O,yenə Zəhəbinin sözünü ixtisar etmişdir.Zəhəbi yazır: “Fəzl ibn Dəqin, hafiz və hüccətdir.Lakin,o ifratsız şətaşəyu olub,səhabələrə tən etməzdi.”

İbn Hacər “Fəthil Bari”(səh 434)-də nəql edir ki,Fəzl demişdir: “Yazan mələklərdən heç biri mənim nə vaxtsa Müaviyyəni söydüyümü yazmamışlar.” Bu sözləri müasir şiələrin fikirləri ilə necə daban-dabana zidd olduğuna fikir verin.



Fudeyl ibn Mərzuq – Nəsai və Osman ibn Səid bu ravini zəif hesab etmişlər.Zəhəbi yazır: “O,səhabələri təhqir etməyən şiəliyi ilə tanınırdı. ”Dəccal Musəvi isə “səhabələri təhqir etmədiyi” sözünü ixtisar edərək cümləni təhrif etmişdir.Çünki,səhabələri söymək və təhqir etmək Əbdulhüseyn və onun kimi rafizilərin dinidir. İbn Hibban dedi: “Onun rəvayyətləri olduqca məqbul deyildir.O, “siqa” ravilərə istinad edərkən səhvlərə yol verərdi.Atiyyə əl Aufidən uydurma nəqllər edərdi.” Bütün bunlardan sonra Zəhəbi əlavə edərək yazır: “Atiyyə ondan zəifdir.” İbn Adiy dedi: “Mənim zənnimcə əgər o “siqa” ravilərin nəql etdiyi rəvayyətləri nəql edərsə,bu halda ona güvənmək olar.” (“Mizanul itidal” 3/362/№6772)

Bu ravinin təsvirində Əbdulhüseyn yazır: Zeyd ibn Həbabın onun guya hökmranlığa aid söylədiyi hədis isə onun haqqında deyilmiş yalandır.” Əbdulhüseyn eyni məktubda öz-özünü inkar edir. Zeyd ibn Həbab haqqında danışarkən alimlərin onun haqqında dürüst və əxlaqlı olduğunu dediklərini qeyd edir.Fudeylin təsvirinə gəldikdə isə o Zeydi yalanda ittiham etmişdir.Çünki,Zeyd Fudeyldən rafizilərin xoşuna gəlməyən hədis nəql etmişdir.Belə bir iddia isə sadəcə gülüş doğurur.



Fitr ibn Xəlifə - Siqa ravidir.Onun şiə olması baradə imam Sacinin sözünü demək yerinə düşərdi: “O,Əlini Osmandan üstün görərdi.” (İbn Hacər “Təhzib ət təhzib” 8/271)

Malik ibn İsmail – Müasir şiələr kimi səhabələri söyüb,təhqir edənlərdən və rafizi deyildi.Ondan nəql olunur ki,Peyğəmbər (s.a.s) Əbu Bəkrə dedi: “Sən mənim hovuzumda və mağarada olan yoldaşımsan.” (Tirmizi “Sünən” №3670 – hədis zəifdir)

Bu ravidən Buxari (№3514) hədis nəql edir ki,Peyğəmbər (s.a.s) buyurdu: “Hər bir peyğəmbərin öz həvarisi vardı.Mənim həvarim isə Zubeyr ibn Əvvamdır.”



Muhəmməd ibn Ubeydullah ibn Əbu Rafi – Alimlərin əksəriyyətinin görüşünə görə zəif ravidir.Onun təsvirində Əbdulhüseyn rəvayyət nəql edir: “Təbərani “Mucəmul-Kəbir” yazır: “Muhəmməd ibn Ubeydullah ibn Əbu Rafinin atası babasından nəql etmişdir ki, Peyğəmbər (s.a.s) Əliyə buyurdu: “Behiştə birinci daxil olacaq şəxs mən, sən, Həsən və Hüseyndir.Övladlarımız arxamızca, şiələrimiz sağ və sol tərəfdən ilk dəstə olaraq behiştə daxil olacaqlar.”

Bu rəvayyət uydurmadır.Zəhəbi rəvayyətin batil olduğunu qeyd etmişdir. Ubeydullah ibn Əbu Rafi haqqında isə Buxari dedi: “munkərul hədis”. Əbu Hatim onun rəvayyətlərinin olduqca qeyri məqbul,İbn Muin isə onun nəqllərinin “heçnə” olduğunu demişdir.” (“Mizanul itidal”c.3,səh 634, №7904)

Bu rəvayyətin sənədində həmçinin Hərb ibn əl Həsən və Yəhya ibn Yali vardır.Hər iki ravi də tənqid olunmuşlar.

Muhəmməd ibn Fudeyl ibn Qəzvan Əbu Əbdurrahmən Kufi – Bu ravi də Əbdulhüseyn kimi rafizi deyildi.Bu ravidən nəql olunur ki,o demişdir: “Allah Osmana rəhmət etsin və ona rəhmət etməyənə də Allah rəhmət etməsin.”(İbn Hacər “Fəthəl bari” 1/441)

Muhəmməd ibn Müslim Taifi – İbn Hacər “Təqrib”-də yazır: “Səhv edən “siqa” ravidir.Əhməd ibn Hənbəl onu zəif hesab etmişdir.Zəhəbi “Mizan”-da Əbdulməlik əl Meymunədən nəql edir ki,Əhməd dedi: “Əgər o kitabdan nəql etmirdisə,səhvə yol verirdi.” sonra imam bu fikrini dəyişdi və onun həm kitabdan,həm də yaddaşından etdiyi nəqlləri zəif heasb etdi.” (“Mizanul itidal” 4/40/№8172)

Əbdulhüseyn belə deməklə yalan danışmışdır: “Bəzilərinin onun rəvayyətlərini zəif hesab etmələri onun şiə etiqadına sahib olduğuna görə idi.” Ondan başlayaq ki,mən elə bir cərh və tədil mütəxəssisi tapmadım ki,onu şiəliyə nisbət etsin.Əbdulhüseynin dediyi Əbu Cəfər Tusi ər Rafizinin sözü bizə görə dəlil deyildir. İkincisi,alimlər açıq bəyan etmişlər ki,onun zəifliyi rəvayyət nəql etmədə etdiyi xətalardır.



Müaviyyə ibn Əmmar Dəhni Bədcəli Kifi – Bu ravinin də şiə olmasını təsdiq edən sağlam mənbələrə rast gəlinmir.Bu ravi nəql edir ki,o İmam Zeynəlabiddindən Quran haqqında soruşmuşdu: “Quran məxluq deyil,O Allahın kəlamıdır.” (“Aləmun nubəla” səh 318, № 3(208)

Mənsur ibn əl Mutəmmir – Bu ravi ifrat şiə və rafizi deyildi.İcli onun haqqında dedi: “Onda biraz şiəlik vardı və ifratcıl deyildi.” (“Təhzib ət təhzib” 10/279)

Musəvi yazır: “Vay olsun,vay olsun! Sanki,guya yalan Əhli beyt şiələrinin əsas xüsusiyyətləridir!!!”

Allaha həmd olsun ki,bizə ağıl vermişdir və biz bu kitabda nə qədər yalan olduğunu görmüş oluruq.Halbuki,Əbdulhüseyn də özünü Əhli beyt şiələrinə nisbət verirdi.

Minxəl ibn Amr – Mən Dəccal Musəvidən başqa heç kəsin bu ravini şiəliyə nisbət etdiyini görmədim.

Musa ibn Qeys – Səhabələri söyməyən və həddi aşmayan şiə idi.”Mizan”-da deyildiyi kimi ondan Əbu Bəkr və Əli baradə soruşduqda o dedi: “Mən daha çox Əlini sevirəm.” (“Mizanul itidal” 4/217/№8911) O,Əbu Bəkrə tən etməzdi.

Musəvi onun haqqında yazır: Musa Sələmə ibn Kuheyldən,o Əyaz ibn Əyazdan,o Malik ibn Cəunədən nəql etmişdir ki,o Ümm Sələmədən eşitmişdir: “Əli haqq yolundadır, ona itaət edən şəxs də haqq yolundadır. Onu tərk edən şəxs haqqı tərk etmiş olur.”

Əbu Cəfər əl Ukeyli bu hədisi “Duafə əl kəbir” (4/№1736)-də,Təbərani də “əl Kəbir” (№946)-də nəql etmişlər.əl Heysəmi “Məcməu zəvaid” (№14768) –də Malik ibn Cəunun məchul olduğunu qeyd etmişdir. Digər ravi Əyaz ibn Əyaz haqqında Əbu Hatim ər Razinin “Cərh və tədil” (6/409/№2289) kitabında sadəcə onun adı çəkilir.İbn Hibban onu “Siqat” (№4770)-da qeyd etmişdir.Lakin,məlumdur ki,ibn Hibban bir ravi haqqında pis bir şey bilinmirdisə,onu “siqa”hesab edirdi.Lakin,bu alimlərə görə doğru deyil.



Harun ibn Sad Əcali Kufi – İbn Hacər “Təqrib”-də yazır: “Rafizilikdə ittiham olunan “siqa” ravidir.Nəql olunur ki,o bu yoldan sonra dönmüşdür.”

Hişam ibn Ziyad Əbu Məqdəm Bəsri – Musəvi adəti üzrə alimlərin bu ravi haqqında rəylərini gizlətmişdir.Əhməd onu zəif,Nəsai tərk olunmuş ravi hesab etmişdir.İbn Hibban dedi: “Siqa ravilərə istinad edərək uydurma rəvayyətlər nəql edərdi.” Əbu Davud dedi: “dürüst deyil”,Buxari dedi: “onu tənqid etmişlər.” (“Mizanul itidal” 4/298/№9223)

Hişam ibn Əmmar ibn Yasir – Musəvi ərəbcə olan mətndə yazır: Mən deyirəm: O, başqa şiələr kimi inanırdı ki, Quranın sözlərini Allah yaratmışdır. Bu fikirlər Əhmədə çatanda....”Əhməd Hişamın bir kitabını ələ keçirdi və gördü ki, əvvəlində yazmışdır: “Sitayiş Allaha məxsusdur ki, məxluqlarına özünü yaratdıqlarıyla aşkar etdi.” Yəni,qısaca desək Hişam Quranı məxluq hesab edirdi.Qeyd etmək lazımdır ki,Musəvi bu yazıda yalana yol verir.O,yazır ki,Hişam Quranı xəlq olunmuş hesab edirdi və “Mizan”-da deyildiyi kimi İmam Əhməddən Haşimin sözləri haqqında soruşulmuşdu və ona kəskin etiraz etmişdi. Kim ki,Quranın sözlərinin xəlq olunduğuna etiqad edərsə bidət etmiş olur.Lakin,bu bidət şiələrin “Quran xəlq olunmuşdur” deməsi bidətlərinə çatmaz ki,bu söz küfrdür.Qeyd etmək lazımdır ki,Əhli beyt belə mötəzili bidətindən uzaq idilər. İmam Zeynəlabiddindən Quran haqqında soruşulduqda demişdi: “Quran məxluq deyil,O Allahın kəlamıdır.” (“Aləmun nubəla” səh 318, № 3(208)

Vəkiyə ibn Cərrah – Zəhəbi “Mizan”-da ibn Mədininin sözünü nəql edir: “Onda biraz şiəlik var idi” (“Mizanul itidal” 4/336/№9356)

Biz öncə gördük ki,Əbdulhüseyn fəxrlə Hişamın digər şiələr kimi Quranın xəlq olunduğuna inandığını deyirdi.Burada isə Zəhəbinin “Təzkiratul huffaz” (1/309)-da Vəkiyə ibn Cərrahdan nəql etdiyi sözləri yazmaq yerinə düşərdi.Vəkiyə dedi: “Kim hesab etsə ki,Quran xəlq olunub,o küfr etmiş olur.” İmam Əbu Bəkr əl Acurri “Şəria” kitabında Əbu Ömərdən nəql edir: “Mən İmam Əhməd ibn Hənbəldən “Quran xəlq olunmuşdur” deyən adam haqqında soruşdular.İmam dedi: “Bu deyən kəs kafirdir.” Həmçinin Vəhb ibn Baqi əl Vasitidən nəql olunur ki,o Vəkiyənin belə dediyini eşitmişdir: “Kim desə ki,Quran məxluqdur,o kafirdir.” (“Şəria”səh 72,№162)

Vəkiyə həmçinin dedi: “Rafizilər qədərilərdən daha şərlidirlər.Xəvariclər isə onların hər ikisindən də şərlidir.Cəhmilər isə onlardan da pisdir.Allah buyurdu: “Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.” Cəhmilər isə deyirlər ki,Allah onunla danışmamışdır və iman yalnız qəlblə təsdiqdir.” (Buxari “Xəlqul əfalul ibəd”səh 28-29)

Vəkiyə isim və sifətlər mövzusunda bu ümmətin sələfinin yolunda idi.Əhməd əd Dəvraki nəql edir: “Mən Vəkiyənin belə dediyini eşitdim: “Bu hədisləri olduğu kimi qəbul edin və soruşmayın ki,bu necə ola bilər və s.?Söhbət “səmalar və Adəmin qəlbi Rəhmanın barmaqları arasındadır” hədislərindən gedir.”(“Muxtəsər uluv”səh 195, №186)

Məgər bu imamın sözü rafizilərin bu məsələyə olan baxışları ilə eynidirmi?

Yəhya ibn Cəzar Ərani – Musəvi onun haqqında yazır: “Əmirəlmömininin səhabələrindən idi.” Bu rafizinin cahilliyinə misaldır.İmam Əhməd ibn Cəzarın Əli (r.a)-dən xəbərlər eşitmədiyini demişdir.Şubə ibn əl Həllac dedi ki,ibn Cəzar Əli (r.a)-dən yalnız üç rəvayyət eşitmişdir.” (“Təhzib ət təhzib” 11/169)

Yəhya ibn Səid əl Qəttan – İbn Quteybədən başqa heç kəs bu ravini şiəliyə isnad etməmişdir.Bu imamın sözlərində onun şiə olmadığına dair dəlillər vardır.Zəhəbi “Təzkiratul huffaz” (1/299)-da ondan nəql edir: “Hər kim desə ki,”O Allah əhəddir” ayəsi məxluqdur,o zındıqdır.”

Eyni yerdə ondan buyrulur: “Mən kimə rast gəldimsə o deyirdi ki,iman dillə və əməllə təsdiqdir.Onlar cəhmiləri küfrdə ittiham edir və Əbu Bəkr və Öməri üstün hesab edirdilər.”

Zəhəbi əl Qəttanın belə dediyini yazır: “Bu necə ola bilər ki,Allah deyir ki, “O Allah əhəddir”,onlar isə deyirlər ki,bu xəlq olunub.” (“Muxtəsər uluv”səh 187, №168)

Yezid ibn Əbu Ziyad – Görəsən bu adda olan bir şiə tapılarmı?Bu ravi İslam alimlərinin qeyd etdiklərinə görə çox zəif idi.İbn Muin onun mötəbər olmadığını və ona etimad edilmədiyini qeyd etmişdir. Əbdulhüseynin şiə elan etdiyi Vəkiyə də bu ravinin “heçnə” olduğunu bildirmişdir.Musəvinin yenə şiə elan etdiyi Şubə dedi: “Bu adam hədis nəql etmədə diqqətcil deyildi.” (“Mizanul itidal” 4/423/№9695)

Əbdulhüseyn yazır: “Zəhəbi etiraf etmişdir ki, o Kufənin məşhur alimlərindən idi. Buna görə də ona zülm edib,hər nə bacarırdılarsa onun ünvanına (eyib və irad) deyirdilər.Buna səbə onun Əbu Bərzə, yaxud Əbu Bərdədən bir hədis nəql etmişdir ki, dedi: “Peyğəmbər (s.a.s)-in yanında idim.Birdən musiqi (haram avaz) səsi eşidildi. Məlum oldu ki, oxuyan Əmr ibn As ilə Müaviyyədir. Peyğəmbər (s.a.s) buyurdu: “Ey Allah! Onları çətin bir fitnəyə sal və atəşə tulla!”

Nəfsinin qulu yalan danışmışdır.Heç bir kiçik dəlil belə yoxdur ki,alimlər bu ravini məhz bu rəvayyətə görə inkar etmişlər.İbn Qeyyum əl Cəvziyyə dedi: “Bu rəvayyət yalan və uydurmadır” (əl Mənar vəl munif”səh 296)

İbn Cəuzi də “Məvdua” (2/28) –da bu rəvayyətin uydurma olduğunu qeyd etmişdir.Əbu Ziyadın zəifliyi ilə yanaşı sənəddə olan digər problem onun şeyxidir.Əbu Ziyad bu rəvayyəti Süleyman ibn Amr ibn əl Əxvazdan nəql etmişdir ki,ibn Qəttan onu məchul hesab etmişdir.” (“Təhzib ət təhzib” 4/186)

Təbərani bu rəvayyəti “əl Kəbir” (№10970)-də Əbu Ziyadın olmadığı sənədlə nəql etmişdir. Amma, əvəzində sənəddə ibn Muinin yalançı hesab etdiyi İsa ibn Səvadat Nəxai vardır.” (“Mizanul itidal” 3/312/№6569)

Bu rəvayyətə maraqlı şərhi İmam Şəukaninin kitabında tapdım.O yazır: “Təbərani bənzər rəvayyəti “Mucəm əl kəbir”-də nəql etmişdir.Bu rəvayyəti o digər sənədlə nəql etmişdir.Bu rəvayyətdə oxuyanlar Müaviyyə ibn Rafi və Amr ibn Rifai ibn Tabut idi.Suyuti “Ləal əl məsnua”-da yazır: ”Bu rəvayyət sualı kökündən həll edir.” Göründüyü kimi ilk rəvayyətdə səhv bir sözdə idi.Bu “ibn As” sözü idi. Onun əsl adı Amr ibn Rifai idi ki,bu tanınmış münafiqlərdən idi.Daha doğrusunu Allah bilir.”(“Fəvaid əl məcmua”səh 481, №165)

Bu məktubun sonunda Əbdulhüseyn yazır: Bu, qısa müddətdə saymaq istədiyimiz şəxslərin sonuncusudur. Bu yüz nəfər pak və təqvalı şəxslər şiənin dahiləri və sünnə əhli üçün dəlildir.”Bu məktubda olanlara izah gətirərək göstərdik ki,Musəvinin dediyi yalnız boğazdan yuxarı deyilən sözlərdir.

55) Əbdulhüseyn 18-ci məktubda yazır: Hələ onların imamət və xilafətinə dəlalət edən dəlil və “nass”ları qoyaq bir kənara! Gəl görək elm, əməl və təqvada Əşəri və sünnə əhlinin digər imamları ilə müqayiSəddə onlarda bir qüsur və əksiklik tapırsanmı? Əgər onlarda bir qüsur belə yoxdursa, nə üçün rəhbərlikdə başqaları onlardan irəli və layiq olmalıdırlar?”

Əhli beytin sözlərinin tərk edilib,üstünlüyün digərlərinə verilməsi iddiası həqiqət deyil.Ondan başalayaq ki,müsəlmanlar Əhli beyti yalnız Əli (r.a)-nin ailəsi ilə məhdudlaşdırmırlar.Bizə görə Peyğəmbər (s.a.s)-in zövcələri,ibn Abbas kimi qohumları da Əhli beytdəndirlər.İbn Abbas (r.a)-dan 1660 hədis,möminlərin anası Aişə (r.a)-dən isə 2210 hədis varid olmuşdur.

Başqalarını Əhli beytdən üstün görmədiyimizə dair dəlillərdən biri də odur ki,Əli ibn Əbu Talib (r.a)-dən nəql olunan hədislərin sayı Əbu Bəkr (r.a) və Osman (r.a)-nın bir yerdə nəql etdiyi hədislərin sayından daha çoxdur.Demək olar ki,bizim aramızda olan ixtilaflı məsələləri biz Əli (r.a)-dən varid olan hədislərə görə həll edirik.Məhz,onun sözlərinə görə biz dəstəmazda ayaqların məsh edilməsini deyil,yuyulmasını deyirik.

Əbd əl Xeyr nəql edir ki,bir gün Əli (r.a) bizə gələrək namaz qıldı.Sonra o dəstəmaz almaq üçün su istədi.Biz onun namaz qıldıqdan sonra su istəməsinə təəcübləndik.Onun məqsəddi isə bizə öyrətmək idi.Ona kasada su gətirdilər.O,sağ əlinə su töküb,əllərini üç dəfə yudu.Sonra o üç dəfə su ilə ağız və burnunu yudu və sildi.Sonra üç dəfə üzünü,sonra isə sağ və sol əllərini yudu.Əlini suya salaraq o yaş əllə başına məsh çəkdi.Sağ və sol ayaqlarını üç dəfə yuduqdan sonra o dedi: “Kim Peyğəmbər (s.a.s)-in necə dəstəmaz aldığını görmək istəyirsə,onu gördü.” (Əbu Davud “Sünən” №111; Nəsai “Sünən” №91)

Şeyx Əhməd Şakir bu hədisin sənədlərini “Müsnəd” (2/344) kitabının şərhində səhih adlandırmışdır. Onun sözlərinə əsasən biz mutə nigahının haram olduğunu deyirik.

Əli ibn Əbu Talib dedi: “Allahın Rəsulu (s.a.s) mutə nigahını və eşşək ətini Xeybər günü qadağan etdi.” (Tirmizi “Sünən” №1121)

Belə nümunələr çox gətirmək mümkündür.Müsəlmanlar heç vaxt Əhli beytdən uzaq düşməmişlər.Həccə və onun qaydalarına dair ən təfsilatlı hədis bizə Muhəmməd Baqir və oğlu Cəfər Sadiq tərəfindən nəql olunmuşdur. “Ümumilikdə isə Cəfər əs Sadiqin fiqhi və məzhəbi digər dörd məzhəbdən elə də seçilmir.Yəni,onun fikirləri Əhli Sünnə ilə əsas məsələlərdə fərqlənmirdi. Yalnız imam Cəfərin vəfatından sonra bir qrup iftiraçılar ona bir çox şeylər isnad etməyə və camaat arasında yaymağa başladılar.Əgər o sağ olsaydı,heç şübhəsiz haqqında gəzən şayiələri təkzib edərdi.” (Muhəmməd Əbu Zuhra “İslamda məzhəb və firqələr tarixi”səh 204)

56) Əbdulhüseyn 18-ci məktubda yazır: Amma,sizdən xahiş edirəm ki, qiblə əhlinin bütünlüklə Əhli beytdən üz döndərməsi haqqında söylədiklərinizin hamısını yenidən nəzərdən keçirəsiniz və xatırladıram ki, qiblə əhlinin yarısı –Əhli beytin şiələri onlardan və imamlardan heç vaxt üz döndərməmiş və döndərməyəcəklər.Əsas və ikinci dərəcəli məsələlərdə də onlara daim tabe olmuşlar.”

Burada rafizinin sağlam optimizminə diqqət etmək istərdim.Gördüyümüz kimi o şiələrin dünya müsəlmanlarının yarısını təşkil etdiyini qeyd edir.Burada 2009-cu ildə nəşr olunan statistik məlumatları qeyd etmək istərdim. ru.trend.az saytı yazır: “200-dən artıq ölkələrdə aparılan kompleks demoqrafik araşdırmalar aşkar etmişdir ki,bu günkü dünyada bütün yaşlar səviyyəsində 1.57 milyard müsəlman yaşayır.”

Ümumi müsəlman əhalisinin 10-13%-i şiələr,87-90%-i isə sünnilərdir.Şiələrin əksəriyyəti (68-80%) əsasən dörd ölkədə yaşayırlar.Bunlar: İran,Pakistan,Hindistan və İraq.” http://www.trend.az/life/interesting/1561978.html

Elə isə,şiələrin müsəlmanların yarısı olması iddiası nəyə dayanır? Gördüyümüz kimi bu iddiaların yeganə mənbəyi Əbdulhüseynin sağlam optimizmidir.



Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin