Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə30/30
tarix21.04.2017
ölçüsü2,45 Mb.
#15065
1   ...   22   23   24   25   26   27   28   29   30

252) Əbdulhüseyn yazır: Hişam ibn Həkəmin kitabları çox faydalı,aydın,istidlallarının parlaqlığı ilə seçilir.Bu kitablarda üsuli-din və firui-din,tövhidlə yanaşı,əqli fəlsəfəni,bütün dualizmi,mülhidləri (dinsizləri),maddi məsləkləri,fatalistləri,Əli (ə) və Əhli beyt haqqında mübaliğəli fikir yürüdənləri, xəvaric və nasibiləri,Əlinin (və o həzrətdən sonrakı imamların) vəsiliyini qəbul etməyənləri,o həzrətlə mübarizə aparanları və s. rədd etmə barəsində elmi və qiymətli bəhsləri mövcuddur.Hişam ikinci əsrin şəxsiyyətləri içərisində “kəlam”, “əqaid”, ilahiyyat və s. elmlərdə qabaqcıl olmuşdur. O, “kəlam” elmində “imamət” sahəsi üzrə “bir çox” həqiqətləri sübuta yetirməklə şiə məzhəbini diqqət mərkəzinə çevirmiş və onu əqli təfəkkürlə daha da zinətləndirmişdir.” (Məktub 110)

Şəhristani öz məşhur əsərində yazır: “Hişamilər iki Hişamın davamçılarıdır: Hişam ibn Həkəm “antromoporfizm” fikrini yayan olub.Hişam ibn Səlim əl Cəvaliki isə bunda ona təqlid edirdi.Hişam ibn Həkəm şiə teoloqlarından biri olub.Onunla Əbu Huzeyl arasında bu mövzularda yəni,Allahın elmi,zatı baradə müzakirələr olurdu. Hişam ibn Səlim deyirdi ki,Allah insan kimidir.Onun yuxarı hissəsi dolu,aşağı hissəsi isə qalın və sıxdır.Bu gözləri bərq edən nurdur.Onun 5 hissi orqanları vardır: “Əl,ayaq,burun,qulaq və ağız”.Bununla belə O övlad doğmaz və onun qanı yoxdur.” (Şəhristani “Dinlər və firqələr” səh 145-146)

“İbn Rəvəndi Hişamdan nəql edir ki,Allahla bədənlər,cisimlər arasında müəyyən bənzərlik və uyğunluq vardır.Əgər belə olmasa idi bu Allahı tanıdan bir işarə olmazdı.” (Əbdulhaqir əl Bağdadi “Fərq beynə firəq” səh 49)

əl Kəbi Hişamdan nəql edir ki,Allah cisim olub,ölçüsü olan hissələrdən ibarətdir.Amma,O yaratdığı heç bir məxluqa bənzəmir və heç bir məxluq da ona bənzəmir.Allah xüsusi yerdədir ,xüsusi tərəfdədir və O hərəkətdədir. Onun hərəkəti onun icraatıdır.O,zatı ilə əhatəlidir,qüdrəti ilə isə hər şeyi əhatə edib.” (İbn Cəuzi “Təlbisul İblis” səh 127; Əbdulhaqir əl Bağdadi “Fərq beynə firəq” səh 49)

Hişam ibn Həkəm deyərdi: “Allah cismi və sərhədləri olan bir varlıqdır.Onun uzunluğu,eni və dərinliyi vardır.Onun uzunluğu onun enindən böyük deyildir.” (Əbdulhaqir əl Bağdadi “Fərq beynə firəq” səh 49)

Əbu İsa əl Vərraq Hişamdan nəql edir ki,Allah Təala ərşi ilə elə yaxındır ki,ərşindən heçnə kənarda və ondan da heç nə ərşindən kənarda qalmaz.” (Əbdulhaqir əl Bağdadi “Fərq beynə firəq” səh 49)

Hişama görə Allah Təala öz-özlüyündə heç vaxt elmindən uzaqlaşmayacaqdır.O,hadisələri onlar baş verəndən sonra məxluq olan və ya əbədi elmi ilə bilir.Belə ki,bu sifətdir (xüsusiyyət),bu isə vəsf edilməz.Onun elmi baradə bu odur və ya bu o deyil və bu onun bir hissəsidir deyilməz. Hişam deyirdi ki,Allah bir şeylər istər.Bu istək hərəkətdir hansıki,nə Allahın nədə başqasının deyildir.Allahın kəlamı haqqında o deyirdi ki,bu Allahın sifətidir.Onun məxluq və ya məxluq olmadığını demək olmaz.

İmam Əşari kitabında yazır: “Rafizilər İmamilər təcsim baradə 6 firqəyə bölündülər.Birinci firqə Hişamiyyə idi ki,bunlar Hişam ibn Həkəm ər Rafizinin tərəfdarları idilər.Onlar hesab edirdilər ki,cismi olan sonu, sərhədi,uzunluğu,eni və dərinliyi olan Allaha ibadət edirlər.Həmçinin, onlar hesab edirdilər ki, Onun uzunluğu onun enindən böyük deyildir.” (“Məqalətul İslamiyyun” səh 61)

Daha sonra Əbdulhüseyn yazır: Amma, təəssüflər olsun ki,Allahın nurunu söndürmək istəyənlər onu dünya və qiyamətdə Allahı cisim bilənlərdən hesab etmiş və ona digər başqa töhmətlər də vurmuşlar. Onların ürəklərində Əhli beytə qarşı olan həSədd və düşmənçilik alovuna baxmayaraq,onun məzhəbinə hamıdan daha yaxşı bələdik və onun tərcümeyi-halı və sözləri bizim ixtiyarımızdadır. Onun, məzhəbimizi işıqlandıran bir çox kitabları əldə olduğu halda necə ola bilər ki, əqidəsi bizim özümüzə gizli, başqalarına isə əyan olsun?!”

Bu azmışın növbəti yalanı. Kitabını mütəvatir adlandırdığı Kuleyni əsərində Hişam ibn Həkəmin mücəssimə olduğunu təsdiq edən bir neçə rəvayyət nəql etmişdir. Bu rəvayyətlərin birində İmam Museyyi Kazım Hişamın fikirlərini eşitdikdə dedi: “Allah onu öldürsün.” (“Kafi” c.7,səh 171)

Muhəmməd ibn əl Fərəc ər Ruhci rəvayyət edir ki,o İmam Musa Kazıma Hişam ibn Həkəmin Allah baradə dedikləri baradə məktub yazdım.O,yazdı: “Şeytandan Allaha sığın və özündən şübhələri təmizlə.Bu heç də iki Hişamın dediyi kimi deyildir.” (“Kafi” c.1,səh 105)

Kuleyni “Kafi” kitabında “Nəhy ən cism və surəh” (səh 168) fəslində Hişamın “Allahın cismi (bədəni) vardır” dediyini təsdiq edən bir neçə rəvayyət nəql etmişdir. Daha sonra yazır: Əgər yuxarıdakı nəqlə əsasən onun Allaha cisim mənsub etdiyini fərz etsək, onun bu sözləri hələ şiə olmamışdan qabaq deməsi də mümkündür.Çünki, onun əvvəl “Cəhmiyyə” əqidəsində olduğu və sonradan hidayət taparaq Əhli beytimamlarının şiəsi olduğunu demişdik.”

Allaha həmd olsun ki,növbəti dəfə İslam düşmənlərinin cahilliyini bizə göstərdi.Hişam mücəssimə idi və bu guya onun cəhmi olduğu zamanlar ola bilməzdi.Axı cəhmi əqidəsinin əsli təcsim fikrinə tam ziddir. İslam firqələrindən az da olsa məlumatı olan şəxs bilir ki,cəhmilərin Allahı məxluqata bənzətmək qorxuları onları Allahın bir çox sifətlərini inkar etməyə sövq etmişdi.

Cəhmiyyə– “Bu kəlamın sahələrindən biridir ki,bu əqidə sahibləri özlərini müsəlman adlandırırlar. Lakin,onlar iman və Allahın isim-sifətləri mövzusunda bidət fikirlərə sahibdirlər.Bu firqə və fikirlərin banisi Əbu Muhriz adı ilə tanınan Cəhm ibn Səfvan olmuşdur.Onun fikirləri hicri 102-ci ilində alimləri özünə cəlb etdi.O,tamamilə insanın iradəsini inkar edir,Quranın xəlq olunması baradə fikirlər yayır və bütünlüklə Allahın isim-sifətlərini inkar edirdi.İbn Səfvan Xorasan,Tirmiz və Mərvdə murciyə,mötəzilə və digər qruplarla gərgin mübahisələr aparırdı.Tarixçilərin əksəriyyətinin rəyinə əsasən o hicri 128-ci ildə Mərvdə bidət fikirlərinə görə edam edilmişdir.Cəhmiyyənin ən təhlükəli bidətlərindən biri Allahın bütün isim-sifətlərinin inkar edilməsidir. Faktiki olaraq,onlar Allahın əsma sifətlərini də inkar edirlər.Çünki,onlar bunu məcazi mənada anlayırlar.İbn Teymiyyə “əl Fətava əl Həmaviyyə əl kubra” kitabında yazır: “İlk dəfə belə fikirləri Cudd ibn Dirhəm ortaya atdı.Ondan sonra bunu Cəhm ibn Səfvan davam etdirdi.O,bu fikirləri yaymağa başladı.Ona görə Cəhmilər məhz ona istinad edirlər.Nəql edirlər ki,Cudd bu fikirləri Əban ibn Səmandan,o Talutdan,o da öz növbəsində dayısı Lubeyd ibn əl Əsamdan əxz etmişdi.Bu şəxs isə Peyğəmbər (s.a.s)-i cadu edən yəhudi cadugər idi.”

Cəhmilər həmçinin, hesab edirlər ki,insan əməl etmədə,iradədə və istəklərində müstəqil deyildir.Onlar imanı etiqad,söz və əmələ ayırmaya etiraz edir,imanın Allahı tanımaq,küfrü isə Allahı tanımamaq olduğunu iddia edirdilər.Bununla yanaşı onlar deyirdilər ki,əgər insan Allahı tanısa,sonra sözləri ilə ondan uzaqlaşsa,o iman əhli olaraq qalır.Həmçinin,onlar hesab edirdilər ki,peyğəmbər və insanlar daxil olmaqla,bütün insanların imanı eynidir.Cəhmilər həmçinin, məhşərdə olacaq bir çox hadisələri də inkar edirlər. Onlar siratı (körpü),mizanı (əməl tərəzisi),axirətdə Allahı görməyi,qəbir əzabını inkar edir, cənnət və cəhənnəmin daha sonra yox olacağına etiqad edirlər.Onlar Allahın kəlamını qəbul etmir və Quranın məxluq (xəlq olunduğunu) hesab edirlər.Cəhmilər həmçinin,Allahın zatı ilə məxluqu ilə bərabər olduğunu iddia edirlər.Cəhmilərin fikirlərini görkəmli müsəlman alimləri qətiyyətlə rədd etmişlər.Onlardan Əhməd ibn Hənbəli,İbn Quteybəni,əd Darimini,İbn Teymiyyəni və s. qeyd etmək olar.” (Elmir Quliyevin məqaləsindən)

Sonda bu çalışmanı tamamlamağı quluna müyəssər edən Allaha həmd olsun! Ümid edirəm ki,Uca Allah bu çalışmanı müsəlmanlar üçün faydalı edəcək və onları rafizi fitnəsindən qoruyacaqdır.

Müəllif (Əbu Əli Abdullah) bu çalışmanı cumədə əl axir ayının 29-u,1431-ci ildə tamamlamışdır.




Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin