Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə17/30
tarix21.04.2017
ölçüsü2,45 Mb.
#15065
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

108) Rafizi yazır: Peyğəmbər (s.a.s) Əliyə buyurdu: “Sən, məndən sonra ümmətimə ixtilaflı olan hər bir şeyi bəyan edəcəksən.” (Məktub 48)

Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4891)-də uydurma adlandırmışdır.Hakim bu rəvayyəti “Müstədrək” kitabında sənədində Dirar ibn Surad adlı ravinin olduğu isnadla nəql etmişdir. Nəsai “Duafa” (№310)-da qeyd etmişdir ki,bu ravinin rəvayyətləri mətrukdur.İbn Muin Dirarı yalanda ittiham etmişdir.” (İbn Hibban “Məcruhin” 1/380/№515)



109) Rafizi yazır: İbn Səmmak Peyğəmbər (s.a.s)-in sözünü Əbu Bəkrdən “mərfu” şəkildə nəql etmişdir: “Əli ilə mənim nisbətim, mənim Allahla olan nisbətim kimidir” (Məktub 48)

Haşiyədə rafizi ravi isnadı olmayan Səvaiq kitabını qeyd edir.Bu rəvayətin heç bir sənədini tapmaq mümkün olmadı.



110) Rafizi yazır: Peyğəmbər (s.a.s) buyurdu: “Əli ibn Əbu Talib bağışlanma qapısıdır.Bu qapıdan içəri girən mömindir.Ondan çıxan isə kafirdir.” (Məktub 48)

Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (3913)-də uydurma adlandırmışdır.Əcluni “Kəşful həva” (1/236)-da dedi: “Ravi isnadı zəifdir.” Səhəvi “Məqasid” (124)-də dedi: “Ravi isnadı olduqca zəifdir.”

İbn Cəuzi “İləl” (1/241/№384)-də bu rəvayyəti Dəraqutninin isnadı ilə nəql etmiş və demişdir: “Dəraqutni dedi: Hüseyn əl Əşkar Şərikdən nəql etdiyi bu rəvayyətin isnadında tək qalmışdır və o mötəbər deyildir. Buxari dedi: “Hüseyndə qeyri müəyyənlik vardır.” İbn Adiy dedi: “Münkər rəvayyətlər nəql edərdi.” Zənnimcə bu rəvayyətdə olan problem bu ravidədir.Əbu Muammər əl Xuzəli onun yalançı olduğunu qeyd etmişdir.”

111) Rafizi yazır: “Peyğəmbər (s.a.s) son Həcc səfərində Ərafada buyurmuşdu: “Əli məndən,məndə Əlidənəm.Mən və Əlidən başqa heç kəs (risaləti) çatdırmamalıdır.” (Məktub 48)

Haşiyədə o yazır: İbn Macə özünün “Sünən”ində “Fəzaili-səhabə” babının 92-ci səhifəsində və Tirmizi, Nisai öz “Səhih”lərində onu nəql etmişlər və bu, “Kənzul-Ümmal”ın 3-cü cildinin 153-cü səhifəsindəki həmin 2531-ci hədisdir. İmam Əhməd onu Həbəşi ibn Cənadədən “Müsnəd”inin 4-cü cildinin 164-cü səhifəsində hamısı səhih olan çoxlu isnadlarla nəql etmişdir.”

Birincisi,İmam Nəsainin “Səhih” adlanan kitabı yoxdur.Cahil bu kitabı ona görə səhih adlandırır ki,oxucu orada yazılanların hamısının səhih olduğunu güman etsin. İbn Macə bu rəvayyəti “Sünən” (№119)-də aşağıdakı isnadla nəql etmişdir: Şərik – Əbu İshaq – Həbəşi ibn Cənadə.

Tirmizi “Sünən” (№3719)-də bu isnadla nəql etmişdir: Şərik - Əbu İshaq - Həbəşi ibn Cənadə.Nəsai “Sünən əl kubra” (№8147)-da bu isnadla nəql etmişdir: İsrail – Əbu İshaq - Həbəşi ibn Cənadə.

Əhməd “Müsnəd” (№17540, 17547)-də bu isnadla nəql etmişdir: İsrail – Əbu İshaq - Həbəşi ibn Cənadə. Şueyb Arnaut “Müsnəd”-ə olan şərhində 17545, 17546, 17547 nömrəli hədislərin zəif olmasını qeyd etmişdir. №17540-li hədis haqqında o deyir: “Ravi silsiləsi zəifdir,mətn münkərdir.Əbu İshaq öz tədlisi ilə məşhurdur.”

Tirmizi və ibn Macənin kitablarında keçən rəvayyətlər isə şeyx Albaninin dediyinə görə həsəndir.Bu rəvayyətlərin heç birində deyilmir ki,bu sözlər Ərafa günü buyrulmuşdur.Bu isə rafizinin növbəti yalanıdır.

“Müsnəd”-də yalnız deyilir ki,Həbəşi vida həccində iştirak etmişdir.Əbdulhüseyn özü öz yalanını təkzib edərək yazır: “Peyğəmbər (s.a.s) son həcci zamanı Ərafada buyurdu: “Əli məndən,məndə Əlidənəm.Mən və Əlidən başqa heç kəs (risaləti) çatdırmamalıdır.” Bu hədisin mənbələrinə müraciət etsən,görərsən ki,bu Peyğəmbər (s.a.s)-in son həcc səfəri zamanı deyilmişdi.Qeyd etmək lazımdır ki,bundan az zaman öncə Peyğəmbər (s.a.s) Əbu Bəkrə “Bəraət” surəsinin 10 ayəsini vermişdi ki,o bunu Məkkəlilərə çatdırsın.Lakin,daha sonra Əhmədin “Müsnəd”in birinci cildinin 151-ci səhifəsində deyildiyi kimi Əlini çağıraraq dedi: “Əbu Bəkrə yetiş və ondan məktubu al.Məktubu özün Məkkəyə apar və onlara oxu.” Əli Əbu Bəkrə “Cuhfə”-də çatdı və məktubu ondan aldı.Əhmədin dediyinə görə Əbu Bəkr Peyğəmbər (s.a.s)-in yanına qayıdaraq dedi: “Mənim baradə ayəmi nazil oldu?” Peyğəmbər (s.a.s) buyurdu: “Xeyr” Lakin,Cəbrayıl mənə dedi ki,bunu ya sən,yada səndən olan biri etməlidir.”

Söhbət Əbu Bəkrin həcc səfəri zamanı müsəlmanların əmiri olaraq təyin edilməsi hadisəsindən gedir. Safiurahmən “Sirə” kitabında yazır: “Ərəblər hər zaman iddia edirdilər ki,onlar İbrahimin dinini icra edirlər və bu dinin mühüm icraatlarından biri də Allahın evi olan Kəbəyə hər il həcc etməkdir.Onlar bu ziyarətə çox böyük önəm verirdilər,amma bununla yanaşı bu ibadətə çoxlu yeniliklər gətirmiş və təhriflər etmişdilər.Hicri 8-ci ildə müsəlmanlar Məkkəyə hakim olduqdan sonra Peyğəmbər (s.a.s) Məkkədə Əttab ibn Useydi vali təyi etdi.Onun həcc səfəri zamanı onunla birlikdə müsəlman olmayan müşriklər də bu mərasimdə iştirak edirdilər.Onlar cahiliyyə dövründə olduğu kimi həcc edirdilər.Lakin,hicri 9-cu ildə Peyğəmbər (s.a.s) Əbu Bəkr (r.a)-i həcc səfərinə çıxan müsəlmanlara əmir təyin etdi və həcc mərasimləri zamanı möminlərə rəhbərlik etməyi tapşırdı. Bundan sonra Əbu Bəkr hicri 9-cu il,zilqadə ayının sonunda 300 nəfərdən ibarət olan həcc qafiləsi ilə bərabər Mədinədən yola düşdü.Özü ilə bərabər o Peyğəmbər (s.a.s)-in 20 qurbanlıq dəvəsini və öz adından qurban kəsəcəyi 5 dəvəni aparırdı. Bundan bir müddət sonra Tövbə surəsinin ayələri nazil oldu ki,orada bağlanmış,lakin müşriklər tərəfindən pozulan sazişlərin pozulmasına icazə verilirdi.Onlara və müsəlmanlarla heç bir sazişi olmayan müşriklərə 4 ay müddətində sərbəst gəzmə rüsxəti verilirdi.Bu ona görə edilir ki,onlar Allahın gücünün nəyə qadir olduğunu anlasınlar və bilsinlər ki,Allah mütləq kafirlərə qullarının əli əzab verəcəkdir.

Həmçinin,müsəlmanlara müşriklər tərəfindən pozulmayan,onların əleyhinə heç kimə yardım etməyən müşriklərlə bağlanmış sazişlərə əməl etməyə çağrılırdı. Peyğəmbər (s.a.s) Əli (r.a)-ni yeni ayələrlə göndərdi və tapşırdı ki,Həcc mərasimi zamanı bu ayələri insanlara çatdırsın.Əli Əbu Bəkr (Allah onların hər ikisindən razə olsun) ilə rastlaşdığı zaman Əbu Bəkr ondan soruşdu: “Başçı kimi gəlmisən?” Əli isə dedi ki,başçı Əbu Bəkr olacaq və həcc günləri zamanı onun arxasında namaz qıldı. Əbu Bəkr (r.a) həcc mərasimi zamanı müsəlmanların əmiri oldu və onların rəhbərlik etdi. Qurbanlıq günü çatdıqda isə Əli (r.a) Minada Tövbə surəsinin ilk ayələrini oxudu.Bundan sonra Əbu Bəkr (r.a) iki carçıya tapşırdı ki,insanlara bəyan etsinlər ki,gələn ildən etibarən müşriklərə həcc etmək yasaq elan olunur və bundan sonra Kəbəni çılpaq təvaf etmək qadağandır.” (“Peyğəmbərin həyatı” Əbu Bəkrin həcc əmirliyi “fəsli)

Məhz hicri 9-cu ildə Əli Tövbə surəsinin ayələrini Əbu Bəkrin həcc əmirliyi zamanı bəyan etmək məqsədi ilə göndərilmişdi.Elə bu il “Əli məndən,məndə Əlidənəm.Mən və Əlidən başqa heç kəs (risaləti) çatdırmamalıdır.” Sözləri deyilmişdi. Son həcc səfəri isə hicri 10-cu ildə icra edilmişdi.Beləliklə biz növbəti dəfə Əbdulhüseynin “Əli məndən,məndə Əlidənəm.Mən və Əlidən başqa heç kəs (risaləti) çatdırmamalıdır.” sözlərinin son həcc səfəri zamanı deyildiyini deməklə yalan danışdığının şahidi olduq. Niyə məhz Əli ayələrin bəyan edilməsi üçün göndərildi sualına gəlincə isə ərəblərin adətinə görə iki tərəf arasında bağlanmış sazişi ya tərəflərdən biri,ya da onu əvəz edən qohum adam poza bilər.”



112) Rafizi yazır: “Peyğəmbər (s.a.s) buyurub: “Mənə kim itaət etsə, Allaha itaət edər. Mənə qarşı üsyan edən Allaha qarşı üsyan və itaətsizlik etmişdir. Əliyə itaət edən mənə itaət etmiş və ona itaətsizlik edən mənə itaətsizlik etmişdir.” Hakim “Müstədrək”in 3-cü cildinin 121-ci səhifəsində onu nəql etmiş və Zəhəbi “Təlxis”in həmin səhifəsində onu nəql etmiş və qeyd etmişdir ki,Buxari və Müslimin şərtlərinə görə hədis səhihdir.” (Məktub 48)

Şeyx Albani rəvayyəti “Silsilə əhadis əd daifə” (№4892)-də zəif adlandırmışdır.Birincisi,Hakim və Zəhəbi rəvayyətin iki şeyxin qaydalarına görə səhih oldugunu deməmişlər.Hakim demişdir ki,rəvayyətin ravi silsiləsi səhihdir,amma onlar bunu nəql etməmişlər.Zəhəbi deyib: “Səhihdir”

Heç kəs qüsursuz deyil.Hər iki alim xəta etmişlər.Bu rəvayyətin sənədində Yəhya ibn Yalə vardır.Şeyx Albani qeyd etmişdir ki,bu Əslamidir.Əbu Hatim bu ravini zəif adlandırmışdır.Zəhəbinin yazdığına görə Buxari bu ravinin rəvayyətlərinin dolaşıq olduğunu qeyd etmişdir.” (“Mizanul itidal” 4/415/№9657)

Eyni dövrdə bu adda iki ravi yaşamışdır.Biri Əsləmi ki,o zəifdir.Digəri isə Teymi ki,o siqadır.Həsən ibn Həmmad (sənəddə adı keçən növbəti ravi) hər iki ravidən nəql etmişdir.Mövcud problem sənəddə olan Yəhyanın şeyxi tərəfindən çözülür.İbn Yəla bu rəvayyəti Bəsama ibn Abdullah əs Seyrafidən nəql etmişdir. İbn Adiy “Kamil” (7/233) kitabında Yəhya ibn Yalə əl Əsləminin tərcümeyi halında bu rəvayyəti eyni sənədlə nəql etmişdir: Həsən ibn Həmmad əs Səcada – Yəhya ibn Yalə - Bəssam ibn Abdullah əs Seyrafi.Bununla müəllif izah etmişdir ki,burada adı keçən məhz Əsləmidir.Həmin yerdə müəllif qeyd edir ki,Bəssamdan olan bu rəvayyət sənədində Yəhya ibn Yalə olmayan digər isnadla məlum deyildir. İbn Əbu Asim “Sünən”-də səhih sənədlə Peyğəmbər (s.a.s)-in belə buyurduğunu nəql etmişdir: “Hər kim mənə itaət edərsə,Allaha itaət etmiş,hər kim mənə asi olmuşsa,Allaha asi olmuşdur.Hər kim əmirə itaət edərsə,mənə itaət etmiş və hər kimdə əmirə asi olmuşsa mənə asi olmuşdur.” (Albani “Zilalul cənnət fi təhric sünən li ibn Əbu Asim” №1065)



113) Rafizi yazır: Peyğəmbər (s.a.s) buyurdu: “Ey Əli, məndən ayrılan kəs Allahdan ayrılmış və səndən uzaqlaşan kəs məndən uzaqlaşmışdır.” Hakim bunu özünün “Səhih”inin 3-cü cildinin 124-cü səhifəsində nəql etmiş və demişdir: “Onun sənədləri düzgündür.” Amma Buxari və Müslim onu nəql etməmişlər.” (Məktub 48)

Ərəbcə olan original nüsxədə Hakimin rəvayyətin iki şeyxin şərtlərinə görə səhih olduğunu deməsi qeyd olunmayıb.Bu sadəcə tərcüməçinin yalana yalan qatma istəyindən başqa bir şey deyildir. Zəhəbi “Təlxis”-də qeyd etdiyi kimi rəvayyət münkər və zəifdir. Şeyx Albani rəvayyəti “Silsilə əhadis əd daifə” (№4893)-də münkər adlandırmışdır.Bu hədisi Bəzzar “Müsnəd” (№4066)-də,Hakim “Müstədrək” (№4624, №4703)-də,ibn Əsakir tarixində,Əhməd “Fədail” (№962)-də nəql etmişdir.Rəvayyətin bütün sənədləri bu isnadla varid olmuşdur: Davud ibn Əbu Auf – Müaviyyə ibn Sələbə.

Bəzzar rəvayyəti nəql etdikdən sonra qeyd etmişdir ki,hədisin bu isnaddan başqa digər isnadla nəql olunması məlum deyil. Davud haqqında ibn Adiy deyir: “Nəzərimə görə o mötəbər deyil və o etimad olunanlardan da deyildir.” (“Kamil fi duafa” 3/82/№625,”Darul fikir” nəş.Beyrut)

Buxari “Tarix əl kəbir” (№1431),ibn Əbu Hatim isə “Cərh və tədil” (8/378/№1733) kitablarında Müaviyyənin sadəcə adını zikr etmiş,ravi kimi haqqında bir söz deməmişlər.İbn Hibban onu “Siqat” (№5480)-da qeyd etmiş,İbn Hacər isə “İsabə” (№8589)-də onun tabeinlərdən olduğunu bildirmişdir.Onun haqqında çox az məlumat vardır ki,yekun söz deyilə bilsin.



114) Rafizi yazır: Ümm Sələmənin hədisində Allahın rəsulu (s.a.s) buyurmuşdur: “Əlini təhqir edən və onu söyən məni təhqir etmişdir.” Hakim “Müstədrək”in 3-cü cildinin 121-ci səhifəsinin əvvəlində onu nəql etmiş, Buxari və Müslimin şərtinə əsasən, rəvayyətin qəbulunu düzgün saymışdır. Zəhəbi də “Təlxisdə” onu zikr etmiş, onun səhihliyini bəyan etmişdir. Əhməd də “Müsnəd”in 6-cı cildinin 323-cü səhifəsində Ümm Sələmədən, Nəsai “Xəsaisul Ələviyyə”nin 17-ci səhifəsində qeyd etmiş və bir qrup nəql söyləyənlər onu zikr etmişlər. Bənzər hədisə (Amr ibn Şaşın hədisinə əsasən) əsasən Peyğəmbər (s.a.s) demişdir: “ Əliyə əziyyət edən, mənə əziyyət etmişdir.” (Məktub 48)

“Əlini təhqir edən,məni təhqir etmişdir” rəvayyətini şeyx Albani “Daif əl cami” (№5618)-də zəif, “Silsilə əhadis əd daifə” (№2310)-də isə münkər adlandırmışdır.Nə Hakim,nə də Zəhəbi rəvayyətin Müslimin şərtlərinə görə səhih olduğunu deməmişlər.Hakim sadəcə qeyd etmişdir ki,rəvayyətin ravi silsiləsi səhihdir. Hakim “Müstədrək” (№4615)-də,Nəsai “Sünən əl kubra” (№8476),Əhməd “Müsnəd” (№26791)-də rəvayyəti aşağıdakı isnadla nəql etmişlər: Yəhya ibn Əbu Bukeyr dedi: Mənə İsrail Əbu İshaqdan,o Əbu Abdullah əl Cədalinin belə dediyini nəql etmişdir: “Mən Ümm Sələmənin yanına daxil oldum...”

Bu ravi silsiləsində iki qüsur vardır.

1)İsrail.Bu İsrail ibn Yunus ibn Əbu İshaq əl Həmədanidir.Burada o babasından nəql edir.Saleh ibn


Əhməd ibn Hənbəl atasından İsrailin Əbu İshaqdan etdiyi nəqllər haqqında soruşduqda o (Əhməd) demişdir: “Onda zəiflik vardır və o babasından onun ömrünün sonunda eşitmişdir.” (Mizzi“Təhzib əl kamal” 2/№402)

Əbu İshaq əs Sabiinin hafizəsi ömrünün sonunda zəifləmişdi.

2) Əbu İshaq əs Sabii.O,öz tədlisi ilə tanınır və o bu rəvayyəti özünün şəxsən Əbu Abdullahdan eşidib-eşitmədiyini bəlli etmədən nəql etmişdir. “Əlini incidən məni incitmişdir” hədisinə gəlincə,bu yalnız Əliyə məxsus bir xüsusiyyət deyildir.Əbdulmutəllib ibn Rabia rəvayyət edir: “Mən Abbas ibn Əbdulmutəllibin qəzəbli halda Peyğəmbər (s.a.s)-in hüzuruna daxil olduğu zaman onun yanında idim.Rəsulullah (s.a.s)-ın “nə olub?” sualına cavab olaraq Abbas dedi: “Ya Rəsulullah! Haşimilərlə digər Qureyşlilər arasında nə baş verir? Onlar bir-birilərini görən zaman gülümsəyir,bizi gördükdə isə sifətləri dəyişir.”

Bunu eşidən Peyğəmbər (s.a.s) elə qəzəbləndi ki,üzünün rəngi qızardı.O,buyurdu: “Ruhum əlində olana and olsun ki,bir insan sizi Allah və peyğəmbərinə xatir sevmədikcə qəlbinə iman daxil olmaz.” Sonra buyurdu: “Ey insanlar! Əmimə əziyyət edən,mənə əziyyət etmiş kimidir. Adamın əmisi onun atası mislindədir.” (Tirmizi “Sünən” №3758 ,həsən-səhih)



115) Rafizi yazır: “Peyğəmbər (s.a.s) buyurdu: “Əlini sevən,məni sevmişdir.Ona qəzəblənən isə mənə qəzəblənmişdir.” Hakim bu hədisi nəql etmiş və qeyd etmişdir ki,bu Buxari və Müslimin şərtlərinə görə səhihdir.O,bunu “Müstədrək”in 3-cü cildinin 130-cu səhifəsində vermişdir.Zəhəbi də bu hədisi “Təlxis” kitabında nəql edərək,onun səhih olduğunu etiraf etmişdir.” (Məktub 48)

Rəvayyətin sənədində Səid ibn Aus Əbu Zeyd əl Ənsari vardır.İbn Hacər “Təğrib” (№2272)-də yazır: “Siqadır,amma onda səhvlər mövcud olmuşdur.”

Peyğəmbər (s.a.s)-dən nəql olunmuşdur: “Həsən və Hüseyni sevən məni sevmiş,onlara nifrət edən,mənə nifrət etmişdir.” (Albani “Səhih Sünən ibn Macə”117)

116) Rafizi yazır: “Oxşar hədisdə Əli (r.a) deyir: “Toxumu yarana və insanın ruhunu yaradana and olsun ki, bu “ümmi” (yazıb-oxumaq bilməyən) Peyğəmbər (s.a.s)-dən olan əhd və peymandır ki, mömindən başqası məni sevməz, münafiqdən başqası isə mənə düşmən olmaz.” (Məktub 48)

Bu həmçinin, yalnız Əliyə məxsus bir imtiyaz deyildir.Çünki,Peyğəmbər (s.a.s) buyurmuşdur: “İmanın əlaməti ənsarları sevməkdir.Onlara nifrət etmək isə nifaqın əlamətidir.” (“Səhih əl Buxari” №17. (17)



117) Rafizi yazır: “Ey Əli! Sən dünya və axirətdə ağasan.Sənin dostun mənim dostum və mənim dostum Allahın dostudur.Sənin düşmənin mənim düşmənim və mənim düşmənim Allahın düşmənidir.Vay o adama ki, məndən sonra səninlə düşmənçilik edə!” Hakim “Müstədrək”in 3-cü cildinin 128-ci səhifəsinin əvvəlində onu nəql etmiş və Buxari və Müslimin şərtlərinə əsasən hədisin səhih olduğunu qeyd etmişdir.” (Məktub 48)

Şeyx Albani rəvayyəti “Silsilə əhadis əd daifə” (4894)-də uydurma adlandırmışdır.Zəhəbi “Təlxis”-də yazır: “Münkər və uydurma olmaqdan uzaq deyil.”

Bu rəvayyət aşağıdakı isnadla varid olmuşdur: “Əbul Əzhar – Əbdurrazzaq – Muammər – Zuhri – Ubeydullah ibn Abdullah – ibn Abbas. Hədis elmində qaydalar vardır.Ravilərin etibarlı olub,sənədin qopuq olmaması hədisin səhih olması üçün kifayət edici səbəb deyildir.Bu Əbdulhüseyn və ona oxşar adamların heç zaman anlamadıqları bir qaydadır. Əbu Həmmad ibn əş Şəraki dedi: “Muammər Əbdurrazzaqın rafizi olan qohumudur ki,bu rəvayyəti onun kitabının sonuna yazmışdır.” (“Mizanul itidal” 1/82, “Təlxis əl iləl” səh 76, №170)

118) Rafizi yazır: Peyğəmbər (s.a.s) buyurub: “Ey Əli! Xoş o adamın halına ki,səni sevir və sənin haqqında doğru danışır və vay o şəxsin halına ki, sənin düşmənin ola və sənin haqqında yalan danışa!” (Məktub 48)

Şeyx Albani rəvayyəti “Silsilə əhadis əd daifə” (4895)-də uydurma adlandırmışdır. Heysəmi “Məcməu zəvaid” (№14755)-də yazır: “Təbərani nəql etmişdir.Sənədində mətruk ravi olan Əli ibn Həzzəvar vardır.” Hakim “Müstədrək” (№4657),Əhməd “Fədail”,Əbu Yəla “Müsnəd” (№1602)-də rəvayyəti aşağıdakı isnadla nəql etmişlər: Səid ibn Muhəmməd əl Vərraq – Əli ibn əl Həzzəvar. Zəhəbi “Təlxis”-də yazır: “Əksinə,bu səhih deyil.Səid və Əli mətruk ravilərdir.” Səid ibn Muhəmməd haqqında çox yazılıb.İbn Muin dedi: “Heçnədir”,İbn Sad dedi: “Zəifdir”,Nəsai dedi: “Dürüst deyil”,Dəraqutni dedi: “Mətruk ravidir” (“Mizanul itidal” 2/156/№3263)

İbn Həzzəvar haqqında Yəhya demişdir: “Heç kimə ondan rəvayyət etmək caiz deyil.” Əbu Hatim dedi: “Onun nəqlləri məqbul deyil”,Nəsai dedi: “Mətrukdur”,Dəraqutni dedi: “Zəifdir” (“Mizanul itidal” 3/118/№5803)

119) Rafizi yazır: Peyğəmbər (s.a.s) Əmmara buyurdu: “Ey Əmmar! Əgər Əlinin bir yol, camaatın isə başqa bir yolla getdiyini görsən,Əli ilə get.O,səni alçaqlığa dəvət etməz və hidayət yolundan çıxartmaz.” (Məktub 48)

Şeyx Albani rəvayyəti “Silsilə əhadis əd daifə” (4896)-də uydurma adlandırmışdır.İbn Əsakir kitabında nəql etmişdir ki,sənədində Muallə ibn Əbdurrahmən vardır.O,rəvayyətlər uydurmada ittiham olunmuşdur.Dəraqutni dedi: “Zəif və yalançıdır.” Əbu Hatim onun rəvayyətlərinin mətruk olduğunu qeyd etmişdir.” (“Mizanul itidal” 4/148/№8672)



120) Rafizi yazır: “Əbu Bəkrin hədisində deyilmişdir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Mənim ovcum və Əlinin ovcu ədalətdə bərabərdir.” (Məktub 48)

Şeyx Albani rəvayyəti “Silsilə əhadis əd daifə” (4897)-də uydurma adlandırmışdır.Xətib və ibn Əsakir rəvayyəti Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Salih ət Təmmarın olduğu isnadla nəql etmişlər.Bu ravinin etibarlı olması baradə məlumat yoxdur.”Əbul Vəfa əl Həllabi kitabında bu ravini rəvayyətlər uydurmada ittiham olunan ravilərin sırasında qeyd etmişdir.”(“Kəşful xəsais”səh 54, №82)

Elə orada müəllif bu rəvayyəti nəql etmişdir.”Muttəqi əl Hindi də bu rəvayyətin zəifliyini qeyd etmişdir.” (“Kənzul Ümməl” №32921)

121) Rafizi yazır: “Peyğəmbər (s.a.s) buyurdu: “Mən və bu Əli qiyamət günü ümmətimə höccətik.” Xətib bu hədisi Ənəsdən nəql etmişdir.” (Məktub 48)

Rəvayyət uydurmadır.İbn Əsakir bunu “Tarix”kitabının 42-ci cildinin,308-ci səhifəsində aşağıdakı isnadla nəql etmişdir: Əbdurrahmən ibn Sirac – Ubeydullah ibn Musa – Mətar – Ənəs.

Hədisin mətni belədir: “Ey Ənəs! Mən və Əli Allahın məxluqatı üzərindəki hüccətiyik.” Bu rəvayyəti nəql etdikdən sonra ibn Əsakir yazır: “Mətar bu Mətar əl İskafdır ki,hədisləri münkərdir.” 309-cu səhifədə ibn Əsakir rəvayyəti Xətibin sənədi ilə nəql edir ki,orada yenə Mətar mövcuddur.Bu ravi haqqında Buxari,Nəsai və Əbu Hatim demişlər: “Onun rəvayyətləri məqbul deyil” (“Mizanul itidal” 4/127/№8590)

Bənzər rəvayyət digər isnadla da nəql olunmuşdur: Əhməd ibn əl Heysəm – Abdullah ibn Musa – Ata (ibn Meymun) – Ənəs. Zəhəbi “Mizan” (3/76/№5649)-da Ata ibn Meymunun məchul ravi olduğunu qeyd etmişdir.Çox güman ki,söhbət həmin Matərdən gedir ki,ravilərdən biri onun adını səhvən və ya bilərək dəyişdirmişdir.



122) Rafizi yazır: “Peyğəmbər (s.a.s) buyurmuşdur: “Səmada yazılmışdır: “Allahdan başqa tanrı yoxdur,Muhəmməd onun elçisidir.Allah onu təsdiqləmiş və Əli ilə ona yardım etmişdir.” (Məktub 48)

Şəukani dedi: “Zeyl”-də yazılıb: “Bu rəvayyət uydurmadır.”(“Fəvaid əl məcmua”səh 463, №101)

Təbərani bunu “Kəbir”-də nəql etmişdir.Heysəmi “Məcməu zəvaid” (№14702)-də yazır: “Təbərani nəql etmişdir ki,sənədində mətruk ravi olan Amr ibn Sabit vardır.” Bu ravi haqqında çox məlumat vardır. İbn Muin dedi: “O,heçnədir”,Nəsai: “onun rəvayyətləri mətrukdur.”, İbn Hibban: “uydurmalar nəql etmişdir.”,Buxari: “onların nəzərinə görə o mötəbər deyil” (“Mizanul itidal” 3/249/№6340)

Eyni rəvayyət Amrdan ibn Əsakirin “Tarix” (42/336) kitabında da nəql olunur.İbn Əsakir bənzər rəvayyəti digər isnadla nəql etmişdir: Muhəmməd ibn Osman ibn Əbu Şeybə - Zəkəriyyə ibn Yəhya əl Kisai – Yəhya ibn Səlim – Əşəs ibn əmm Həsən ibn Salih – Muasər – Atiyyə Aufi – Cabir ibn Abdullah dedi: “Peyğəmbər (s.a.s) buyurdu: “Yer və göylərin yaranmasından 2000 il öncə behiştin qapılarında yazılmışdı: “Allahdan başqa tanrı yoxdur,Muhəmməd onun elçisidir.Allah onu təsdiqləmiş və Əli ilə ona yardım etmişdir.” Bu isnad baradə 70-ci bölümdə bəhs etmişdik. Bu rəvayyəti həmçinin, Əbu Nueym “Hilyyətul əvliyya” (3/27)-da nəql etmişdir.Sənəddə Əhməd ibn Həsən əl Kufi vardır.Dəraqutni və qeyriləri onun mətruk olduğunu qeyd etmişlər.İbn Hibban dedi: “yalançıdır” (“Mizanul itidal” 1/90/№331)

Ondan başqa sənəddə bir neçə məchul olan ravi vardır. Hədis həmçinin, bu isnadla nəql olunur: “Hüseyn ibn İbrahim əl Babi – Humeyd ət Tavil – Ənəs. əl Babi məchuldur. Bu ifadə Əbu Hureyradan aşağıdakı isnadla nəql olunmuşdur: Abbas ibn Bəkar – Xalid ibn Əbu Amr əl Yəzdi – Kəlbi – Əbu Saleh – Əbu Hureyra.Kəlbi bu yalançı olan Muhəmməd ibn Səib əl Kəlbidir.Abbas da yalançı olmuşdur.” (“Mizanul itidal” 2/382/№4160)

Rəvayyətin sağlam isnadı olmamasından əlavə o Quran ayələrinə tərsdir.Uca Allah buyurur: “Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.” (Ənfal 62)

Allah elçisini təkcə Əli ilə deyil,öz yardımı və möminlərlə dəstəkləmişdir. Zəhəbi “Təlxis”-də oxşar rəvayyət nəql etmişdir: “Cənnətin qapılarında göy və yerin yaranmasından min il öncə yazılmışdı: “Allahdan başqa tanrı yoxdur və Əli Allah elçisinin qardaşıdır.” Zəhəbi dedi: “Rəvayyəti yalançılıqda ittiham olunan rafizi Zəkəriyyə ibn Yəhya – Yəhya ibn Səlimdən – Əşəsdən – Muasərdən – Atiyyədən – Cabirdən nəql etmişdir.” Atiyyə bilindiyi kimi zəif olan şiədir.

123) Rafizi yazır: “Peyğəmbər (s.a.s) buyurdu: “Nuhun əzmini, Adəmin elmini, İbrahimin helmini, Musanın zirəkliyini, İsanın zühdünü görmək istəyən şəxs Əli ibn Əbu Talibə nəzər yetirsin.” Beyhəqi özünün “Səhih”ində və İmam Əhməd ibn Hənbəl “Müsnəd”ində onu nəql etmişdir.” (Məktub 48)

Birincisi,imam Beyhəqinin “Səhih” adlı kitabı yoxdur.İkincisi isə bu hədis nə imam Əhmədin “Müsnəd”ində,nə də imam Beyhəqinin “Sünən” kitablarında yoxdur. Bu rəvayyət Hakimin “Müstədrək” kitabında biraz fərqli mətnlə nəql olunur.Guya Peyğəmbər (s.a.s) demişdir: “Kim Adəmdə olan elmi,Nuhda olan hikməti,İbrahimdə olan həlimi,Yəhyada olan təqvanı,Musada olan qüvvəti görmək istəyirsə Əli ibn Əbu Talibə baxsın.”

“Hakim bunu Əbu Həmrdən mərfu şəkildə rəvayyət etmişdir.İbn Cəuzi qeyd etmişdir ki,bu rəvayyət uydurmadır.” (“Məvdua” c.1,səh 370)

“Sənəddə Əbu Amr əl Əzdi vardır ki,o mətrukdur.” (Şəukani“Fəvaid əl məcmua”səh 452,№61)

İbn Kəsir yazır: “Bu olduqca qeyri məqbul hədisdir.Ravilər silsiləsi səhih deyil.” (“əl bidayə vən nihayə”c.7,”Əlinin fəzilətləri” fəsli)

Şeyx Albani yazır: “uydurmadır” (“Silsilə əd daifə” c.10,№4903)

İbn Ərraq “Tənziru şəria” (1/384/№109) kitabında yazır: “Əbu Həmrin rəvayyətlərindəndir.Sənəddə Əbu Ömər Yəzdi var ki,o mətrukdur.” İbn Teymiyyə “Minhəcus sunnə” (5/510)-də yazır: “Yalan və qondarmadır.”

Haşiyədə rafizi ibn Battə əl Ukbərinin kitabında olan ibn Abbasın hədisinə istinad etdiyini qeyd edir.Bunun isnadı belədir: Mənə Əbu Zərr Əhməd ibn əl Bəqandi söylədi – mənə atam söylədi – Musar ibn Yəhyadan – mənə Şərik söylədi – Əbu İshaqdan – atasından – İbn Abbasdan.

Bu ravi silsiləsi olduqca zəifdir.Zəhəbi “Mizan”kitabında Musaranın məchul olduğunu qeyd etmişdir. Həmçinin,Əbu İshaqın atasının bioqrafiyyasını tapmaq da mümkün deyil.Şərik etibarlı ravi olmaqla bərabər,olduqca zəif yaddaşa malik idi.Bu haqqda yuxarıda qeyd etmişdik. Həmçinin,rafizi haşiyədə imam ər Razinin təfsirinədə işarə edir.Biz burada onun növbəti hiylə və yalanlarının şahidi oluruq.ər Razi bunu “Mubahilə” ayəsinin təfsirində rafizi olan Mahmud ibn Həsən əl Xumsinin dediyi sözlərə misal olaraq qeyd edir və onun bu hədisə istinad etdiyini bildirir.Anlaşıldığı kimi bu sözlər Razinin deyil,əl Xumsinindir.ər Razi isə təfsirində bu adamın rafizi olduğunu qeyd etmişdir.Güc və qüvvət yalnız Allaha aiddir!


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin