TəRCÜmeyi-hal. XasiYYƏtnamə. Arayiş. İŞGÜzar məktub məDƏNİYYƏTİ II mühazirənin plani


Məktub mətninin kompozisiyası – mövzuya aid məna hissələrinin məntiqi ardıcıllığı



Yüklə 67 Kb.
səhifə26/27
tarix02.01.2022
ölçüsü67 Kb.
#46518
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
ASEU TEACHERFILE MATERIALS 2021 04 30 4315769916257667355.docx 1620024742

Məktub mətninin kompozisiyası – mövzuya aid məna hissələrinin məntiqi ardıcıllığı

Əgər işgüzar məktub proses zamanı tərtib edilirsə, bu zaman heç bir əsaslanma və izah tələb olunmur, çünki həm adresata, həm də müəllifə məktubun hansı məqsədlə göndərildiyi məlumdur, bu zaman məktubun məğzi bir cümlə ilə ifadə oluna bilər. Məsələn:

Müəssisənizin istehsal etdiyi avadanlığın kataloqunu göndərməyinizi, eləcə də onun təchiz edilməsi ilə bağlı məlumat verməyinizi sizdən xahiş edirik.

Əksər hallarda işgüzar məktub iki və daha artıq məna hissəsini özündə birləşdirir. Zəmanət məktubu adətən iki hissədən ibarət olur – xahiş forması və zəmanətin ifadə edilməsi. Qoşma məktub bir hissədən – hər hansı materialın göndərilməsi ilə bağlı məlumatdan, eləcə də iki hissədən – materialın göndərilməsi və ona baxıldıqdan sonra müəyyən müddət içində cavab verilməsi ilə bağlı xahişdən ibarət ola bilər, məsələn:



1-ci hissə – sənədin göndərilməsi ilə

bağlı məlumat



Aqrar sənaye kompleksinin emal sahələri üçün avadanlıqların testdən keçirilməsi üzrə Dövlət mərkəzi layihəsini Sizə göndəririk və 20 noyabr 2014-cü il tarixinə qədər nəticəni bildirməyinizi xahiş edirik.

2-ci hissə – xahişin ifadəsi

İmtina məktubu ən azı iki kompozisiya hissəsindən ibarətdir: məktubun məzmunundan asılı olmayaraq, imtina əsaslandırılmalıdır. Bununla yanaşı korrespondentə məlum məsələni kimin (hansı təşkilat və ya vəzifəli şəxsin) həll edə biləcəyini və ya necə həll oluna biləcəyi ilə bağlı məlumat vermək yaxşı olar, məsələn:

İmtina

səbəbi izah olunmaqla



Məlumat veririk ki, xarici tərəfdaşlarımız tərəfindən çatdırılma gecikdirildiyi üçün hal-hazırda sizin sifarişiniz yerinə yetirilə bilməz.

Çatdırılmanın həyata keçirilmə mümkünlüyü haqda

Sizin sifariş etdiyiniz avadanlığın çatdırılması 2015-ci ilin mart ayının ortalarından tez olmayaraq həyata keçirilə bilər.

İkidən çox hissədən ibarət olan məktublar yaranmış hər hansı bir vəziyyəti təfərrüatlı şəkildə təsvir etmək, təhlilini vermək, yaranan problemə müxtəlif yanaşmaları ifadə etmək, çıxardığı nəticələri, xahişləri, təklifləri, mülahizələri əsaslandırmaq lazım gəldikdə tərtib edilir.

İşgüzar məktublar vəzifəli şəxsə – adresata şəxsi müraciətlə başlayıb yekun etiket cümləsi ilə sona çatdırıla bilər. Məktubun mətni aşağıdakı hissələrdən ibarət ola bilər:


  1. Müraciət.

  2. Giriş.

  3. Mətnin əsas məzmunu (şərh, vəziyyətin təsviri)

  4. Nəticə.

  5. Xəbərdarlıq.

  6. Son etiket düsturu.

Müraciət

Müraciətin vəzifəsi adresatla əlaqə yaratmaq, onun diqqətini cəlb etmək, məktubun mövzusuna maraq yaratmaqdır. Adresata müraciət olunarkən onun xidməti mövqeyi, fəaliyyət sahəsi, şəxsi xidmətləri və digər aspektlər nəzərə alınır.




Yüklə 67 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin