İşgüzar məktubun kompozisiyası
İşgüzar yazışma kommunikasiya prosesi olduğu üçün tətbiq olunduğu zaman aşağıdakılar nəzərə alınmalıdır:
Müəllifin yazısının anlaşıqlı və başadüşülən olması;
Məlumat müəllifinin məqsədi və məramı;
Adresatın məqsədi, maraqları və qabiliyyəti;
Sadalanan müvafiq bacarıqların mətndə ifadə edilməsi.
Məktub mətninin ifadəedilmə bacarıqlarından aşağıdakılar həyata keçirilə bilər:
Xronoloji üsul
Faktiki üsul
Xronoloji üsulun tətbiqində məzmun baş verən hadisələr ardıcıllığına müvafiq şəkildə verilir, yəni əvvəlcə vəziyyət və yaxud hadisənin keçmişinə nəzər yetirilərək məktubun göndərilmə səbəbi şərh edilir, sonra isə dəlillər irəli sürülərək yekun nəticə verilir.
Aşağıdakı məktub xronoloji üsulla tərtib edilmiş məktub formasına misal ola bilər:
Cari ilin sentyabr ayında izlənilən sistemdəki nasazlıq nəticəsində quraşdırma konveyerinin iş ritmində dəyişikliklər baş vermişdi.
Buna görə də, avadanlıqların yüksək normativli işsizlik itkisi 18 000 AZN təşkil edir.
Göstərilən nöqsanın aradan qaldırılması məqsədilə izləmə sisteminin sensorlarının təmir edilməsini, kalibrlənməsini və müntəzəm olaraq avadanlıqların iş qabiliyyətinin yoxlanılmasını təmin etməyinizi xahiş edirik.
Faktiki izah üsulunda isə vacib dəlillər və ya ehtimallar məktubun əvvəlində qısaca (adətən bir abzasla) şərh edilir, daha sonra bütün təfərrüatları konkret və dəqiq bir şəkildə göstərilir.
Əsasən təşkilat (istehsal) fəaliyyətinin işgüzar məktublarında idarəetmə vəziyyəti təsvir olunduqda və yaxud hər hansı bir işin həyata keçirilməsinin vacibliyi əsaslandırılanda məzmunu xronoloji üsulla şərh etmək lazımdır. Adresatın diqqətinin cəlb edilməsinin vacib olduğu hallarda isə (təklif məktubu, reklam məktubu) faktiki izah üsulu daha təsirlidir.
Dostları ilə paylaş: |