Kassasiya
hüquqi
(latinca “cassatio” – “rədd etmə”, “ləgv etmə”) Qanuni qüvvəyə minmiş məhkəmə qərarının
qanuniliyini daha yuxarı məhkəmə hakimləri tərəfindən müəyyən etmək üçün müraciətdir. Kassasiya
2 formada olur:
1. Məhkəmə qərar və hökmlərindən yuxarı məhkəməyə şikayət verilməsi, yaxud onlara yenidən
baxılması qaydası;
2. Konstitusiyanın və ya seçki qanunun pozulması ilə əlaqədar seçkilərin etibarsız sayılması və ləğv
olunması
Appelyasiyadan fərqli olaraq kasasiyada fakt yox, hüquq məsələsi həll olunur. Yəni cəzanın
dəyişdirilməsi deyil, işə yenidən baxılması ilə bağlı müraciətdir.
Kasta (Varna)
tarixi
Portuqalca nəsil və qəbilə mənasındadır. Qəti müəyyənləşmiş hüquq və vəzifələri olan insan
hüquqları
Kioto Protokolu
hüquqi
1997-ci ilin dekabrında Yaponiyada BMT-nin “İqlim dəyişmələri haqqında” çərçivə konvensiyasına
əlavə olaraq qəbul edilmiş beynəlxalq razılaşmadır. Bu protokol İE və İEO ölkələr qarşısında
atmosferə buraxılan parnik qazlarının azaldılması və tənzimlənməsi tələbi qoyur.
Klivlinq
iqtisadi
Banklar arasında nağdsız hesablaşma; Bir dövlət çərçivəsində qəbzlər əsasında qarşılıqlı ödəmələr
Koalisiya
siyasi
İttifaq
Kommunikasiya
siyasi
Siyasi sistemlə mühit arasında qarşılıqlı fəaliyyət
Kompromis
siyasi
Güzəşt. Əsl mənası qarşılıqlı məğlubiyyət olmasına baxmayaraq, bu söz hal-hazırda sülh bağlamaq
üçün razılığa gəlmək anlamında işlədilir.
Konfederasiya
coğrafi
Müstəqil qurumlar və təşkilatlar tərəfindən, suverenliklərini mühafizə etmək şərtiylə, ortaq və
məhdud mənfəətlərini təmin etmək məqsədilə müəyyən andlaşma ilə qurulan birliklərdir.
Konfrontasiya
tarixi
Üz-üzə toqquşma, qarşıdurma-sosializm-kapitalizm
Konkordat
siyasi
Latınca “razılıqlı olmaq” mənasındadır. Məsələn Vatikanla başqa bir dövlət arasında həmin ölkədə
katolik kilsənin fəaliyyətinin müəyyən edən razılaşmalı müqavilə buna aiddir.
Konsaltinq
iqtisadi
İdarəçilik üzrə məsləhətvermə
Konsensus
iqtisadi
Kollegial qərar qəbul edilmə forması. Bu qərar o zaman qəbul edilmiş hesab olur ki, səsvermənin
bütün iştirakçıları heç bir istisna olmadan buna razılıq vermiş olsunlar.
Konservativ
siyasi
Mühafizəkar
Konservatizm
tarixi
Yeniliyə düşmən bəsləyən köhnə, mürtece təfəkkür cərəyanı
Konsolidasiya
coğrafi
Bir nsçə qohum etnosun (tayfa, xalq) böyük bir xalqa çevrilməsinə, ya da sosial-iqtisadi, mədənı
inkişaf nəticəsində formalaşmış xalqın daha da mütəşəkkilləşməsinə deyilir.
Konsorsium
iqtisadi
Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqı; konsorsiumun tərkibində ticarət istehsal-satış
koopersiyasının bir növüdür; Qarşılıqlı işgüzar əməliyyatları icra etmək məqsədilə firmalar və ya
banklar arasında(o cümlədən müxtəlif ölkələrdə) bağlanan saziş.
Konstitusiya
hüquqi
(lat. constitutio — «quruluş») Dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin
dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və
azadlıqlarını elan edir və zəmanət verir.
Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.
Konstitusiya – Dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə
orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı
münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.
Bir qayda olaraq Konstitusiyaları iki əsas növə təsnif edirlər: yazılı və tarixdən irəli gələn şifahi
hüquqi qaydalar.
Dünyada konstitusinalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqların Böyük
Toplusu (Magna Carta 1215-ci il) olmuşdur. İlk yazılı konstitusiya ABŞ Konstitusiyasıdır kı, çoxlu
dəyişiklilərlə bü gün də qüvvədədir.
Bəzi ölkələrin Konstitusiyalarının qəbulu:
San-Marino, 1600-cü il, Konstitusiyalı respublika
ABŞ, 1789-cu il, Konstitusiyalı federativ respublika
Norveç, 1814-cü il, Konstitusiyalı monarxiya
Niderland, 1815, Konstitusiyalı monarxiya
Kosta-Rika, 1838, demokratik respublika
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
İtaliya, 1947, İtaliya Konstitusiyası
Yaponiya, 1947, Yaponiya Konstitusiyası
ÇXR, 1949, Çin Xalq Respublikası Konstitusiyası
Almaniya, 1949,
Hindistan, 1950, Hindistan Konstitusiyası
Türkiyə, 1982
Rusiya, 1993, Rusiya Federasiyası Konstitusiyası
Azərbaycan, 1995, AR-ın Konstitusiyası
Ekvador, 2008
Boliviya, 2009
Konstitusiya
qanunları
hüquqi
Ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və
azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət
orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək
lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları Konstitusiyanın ayrılmaz
hissəsidir və Konstitusiyənın əsas mətninə zidd olmamalıdır.
Konstitusiya
prosesinin
subyektləri
hüquqi
AR-ın Konstitusiyasına dəyişikliklərin və əlavələrin edilməsini təklif etmək haqqına malik olan
şəxslər – MM deputatları və Prezident konstitusiya prosesinin subyektləri adlanır.
Konstitusiyaya
dəyişikliklər
hüquqi
AR-ın Konstutusiyasına dəyişikliklər yalnız MM və ya Prezidentin təklifi və Konstitusiya
Məhkəməsinin rəyi ilə referendum yolu ilə həyata keçirilir. Konstitusiyanın mətnində dəyişikliklər
yalnız referendumla qəbul edilə bilər.
Konstitusiyaya
əlavələr
hüquqi
AR-ın Konstitusiyasına əlavələr edilməsi Konstitusiyada yeni normaların müəyyən edilməsidir. Bu
xüsusiyyəti ilə o, Konstitusiyaya dəyişikliklər edilməsindən fərqlənir.
Konstitusiyaya əlavələr MM-də 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları MM-də 2 dəfə səsə qoyulur. 2-ci səsvermə
1-ci səsvermədən 6 ay sonra keçirilir.
Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları həm 1-ci, həm də 2-ci səsvermədən sonra
bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada (qanunlar qəbul edildiyi gündən 14 gün
müddətində, təcili elan edilibsə, 24 saat ərzində) Prezidentə imzalanmaq üçün təqdim edilir)
Prezidentə imzalanmaq üçün təqdim olunur.
Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları Prezident tərəfindən 2-ci səsvermədən
sonra imzalandıqda qüvvəyə minir.
Konstitusiyaya əlavələr edilməsini təklif etmək hüququ iki kateqoriya subyektə məxsusdur:
MM-in 63 deputatına və Prezidentə
Konsul
siyasi
Dövlətin vəzifəli şəxsi, başqa dövlətdə vətəndaşlarını təmsil edir
Konvensiya
iqtisadi
(lat. conventio — müqavilə, saziş) Hər hansı bir məsələ barəsində dövlətlər arasında bağlanan
müqavilə, sazişdir. Beynəlxalq hüquqi sənəddir.
Bəyannamə və ya müraciətnamədən fərqli olaraq, konvensiya qanun statusuna malikdir və onu
imzalayan və ratifikasiya edən dövlətlər tərəfindən (müvafıq beynəlxalq strukturların üzvləri) icrası
məcburidir.
Sənayenin və iqtisadiyyatın digər sahələrinin hərbi istehsalından mülki istehsala və ya əksinə
keçirilməsi; Bir ölkənin valyutasının digər xarici valyuta ilə mübadiləsi, azad konversiya edilən
valyuta heç bir məhdudiyyət qoyulmadan beynəlxalq sazişlərdə istənilən digər valyuta ilə dəyişdirilə
bilər.
Korrespondensiya
hüquqi
Poçt rabitəsi vasitəsilə daxil olan və ya göndərilən iş, material, məktub, teleqram, bildiriş və s.
sənədlərdir.
Kosmopolitizm
siyasi
Bütün dünyanı özünə vətən hesab edən, milli adət və mədəniyyətdən imtina edən təlim forması.
Kotirovka
sorğusu
iqtisadi
Krater
coğrafi
Vulkan boğazındakı çökəklik və ya meteor düşəndə yaranan iz.
Krik çaylar
coğrafi
Dövri axara malik, az sulu, yayda quruyan çaylardır. Əsasən Avstraliyada geniş yayılıb.
Kulturologiya
tarixi
Ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və
mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elm. Bu elm insanların maddi maraq və
tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və
gələcək nəsillərə ötürülməsini həyata keçirir. Kulturologiya – mədəniyyəti, sivilizasiyanı, onun
tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz
yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini,
insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini
öyrənir.
Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etnoqrafiya, arxeologiya, etika,
estetika və s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən
keçirmiş, müxtəlif dövrlərdə onlardan lazımınca faydalanmışdır. Kulturologiya özündə çox mühüm
olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks
etdirən və insanşünaslığa xidmət edən nəhəng bir elm sahəsidir.
Kurator
hüquqi
Müəyyən işin gedişinə nəzarət edən
Kvota
iqtisadi
Hər hansı bir iqtisadi birlik iştirakçısının məhsul istehsalında və satışında iştirak etmə həddi; İdxal
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
üçün qoyulan miqdar və ya dəyər həddi; Ticarətdə məhdudiyyət həddi; Məhsul buraxılışında nəzarət
rəqəmi (məhdudiyyət həddi)
Kоrrupsiyaya
Qarşı
Mübarizə
üzrə Kоmissiya
hüquqi
«Kоrrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Rеspublikası Qanununun 4.2-ci maddəsinə
uyğun оlaraq yaradılmışdır və kоrrupsiyanın qarşısının alınması sahəsində iхtisaslaşmış оrqan
funksiyalarını həyata kеçirir. Kоmissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil еdilir və fəaliyyət
göstərir. Kоmissiyanın 5 üzvü Azərbaycan Rеspublikasının Prеzidеnti tərəfindən, 5 üzvü
Azərbaycan Rеspublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Rеspublikasının
Kоnstitusiya Məhkəməsi tərəfindən təyin еdilir. Komissiyanın səlahiyyətləri AR-ın 2005-ci il 3 may
tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Kоmissiya öz fəaliyyətini AR-ın
Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə
mütəmadi olaraq оnları məlumatlandırır. Komissiyanın vəzifələrinə kоrrupsiyaya qarşı mübarizə
sahəsində dövlət siyasətinin fоrmalaşdırılmasında iştirak еtmək, bu sahədə dövlət orqanlarının və
digər qurumların fəaliyyətini əlaqələndirmək, korrupsiyaya qarşı mübarizənin vəziyyətini və
səmərəliliyini təhlil etmək, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrasına nəzarəti
həyata keçirmək, “Korrupsiyaya qarşı mübarizə haqqında“ Azərbaycan Respublikası Qanununun
5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatarı qəbul etmək və bu məlumatların
təqdim edilməsinə nəzarəti həyata keçirmək, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər
vermək, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığı
həyata keçirmək daxildir. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında
baxılır. Kоmissiyanın iclasları mütəmadi оlaraq, lakin üç ayda bir dəfədən az оlmayaraq kеçirilir.
Komissiyanın sədri Komissiyanın üzvləri tərəfindən seçilir.
Qanun
hüquqi
Hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaran ictimai münasibətləri tənzimləyir və
insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxsləri
cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur.
Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya
qanunlarına, məcəllələrə və adi qanunlara bölünür.
Qanunlar
külliyyatı
hüquqi
AR-ın qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş toplu
Qanunvericilik
təşəbbüsü hüququ
hüquqi
Qanun layihələrini və başqa məsələləri MM-in müzakirəsinə təqdim etmək hüququdur.
Qanunvericilik təşəbbüsü hüququnun mənsubiyyəti:
• MM deputatları (qanun və qərar layihəsini təcili elan etmək hüququ nəzərdə tutulmayıb);
• Prezident;
• Ali Məhkəmə;
• Seçki hüququ olan 40 min vətəndaş (hüquqdan istifadə etməsi qaydası qanunla müəyyən edilir);
• Respublika Prokurorluğu;
• Naxçıvan MR Ali Məclisi;
Qanun və qərar layihələri MM-də təqdim olunmuş şəkildə 2 ay ərzində (təcili elan edilibsə, 20 gün)
müzakirəyə çıxarılaraq səsə qoyulur, təşəbbüs tərəfinin razılığı ilə dəyişiklik edilə bilər. Qanun və
qərar layihələri əsaslandırılmalı, məqsəd göstərilməlidir.
Qanunvericiliyin
sistemləşdirilməsi
hüquqi
Normativ hüquqi aktların nizama salınması, onların daxili uzlaşdırılmış vahid sistemə çevrilməsi
üzrə fəaliyyət
Qarakənd faciəsi
tarixi
1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun
Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi
helikopter hadisəsi
Qars Müqaviləsi
tarixi
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində 13 oktyabr
1921-cidə bağlanmış dostluq müqaviləsi. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minmiş
və bitmə müddəti müəyyənləşdirilməmişdir.
Qarşılıqlı İqtisadi
Yardım Şurası
iqtisadi
1949 (yanvar) yaranmış Avropa sosialist dövlətləri beynəlxalq təşkilatı
Qaydalar
hüquqi
Qazı
tarixi
Xilafət vaxtı məhkəmə, vəqf işlərinə nəzarət edir, amilin hərəkətlərindən narazı olan şəxslərin
işlərinə baxırdı.
Qeyri-normativ
hüquqi aktlar
hüquqi
Konkret, birdəfəlik təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədilə
birdəfəlik tətbiq halları üçün nəzərdə tutulmuş aktlardır. Daxildir: MM qərarları, Prezidentin
sərəncamları, NK sərəncamları, VVADQ aktları və s.
Qərar
hüquqi
Kollegial dövlət orqanları (MM, NK, seçki komissiyaları, Tarif Şurası) tərəfindən verilir. Ümumi
qaydalar müəyyən etdikdə normativ hüquqi akt, normativ xarakterli akt hesab edilir, konkret
qaydalar müəyyən etdikdə isə qeyri-normativ akt hesab edilir.
Qəribə müharibə
tarixi
Hələ 1939-cu ilin sentyabrın 3-də Almaniyaya müharibə elan etmiş İngiltərə və Fransa 1940-cı il
mayın 10-a kimi düşmənə qarşı heç bir hərbi əməliyyat aparmamışdılar. Halbuki, qərb cəbhəsində 23
alman diviziyasına qarşı onların 115 diviziyası durmuşdu. Buna görə də bu dövr „qəribə müharibə“
adını almışdı. Müttəfiqlərin fəaliyyətsizliyindən istifadə edən Almaniya təcavüzü genişləndirirdi.
Qətnamə
hüquqi
Dövlət idarəetmə orqanları müxtəlif kollegiyal və ictimai orqanlar, qurultaylar, konfranslar,
müşavirələr, yığıncaqlar tərəfindən mühüm məsələləri həll etmək üçün qəbul edilir. Dövlət
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
idarəetmə orqanları tərəfindən qəbul olunmuş qətnamələr, normativ olmaqla bütün müəssisə və
təşkilatlar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır.
Qış müharibəsi
tarixi
II Dünya Müharibəsinin gedişində SSRİ Finlandiyaya müharibə elan edir. Müharibə (30 noyabr
1940–15 mart 1941) nəticəsində ruslar çox böyük itkilər versələr də, Finlandiyaya məxsus ərazilərin
10%-ni işğal edirlər.
Qiyam
tarixi
Tam tutmayan dövlət çevrilişi cəhdi
Qiymətqoyma
iqtisadi
Xarici valyutaların, qiymətli kağızların (səhm,istiqraz) məzənnəsinin, birjalarda malların topdan satış
qiymətlərinin təyin edilməsi.
Qlobal
coğrafi
Ümumbəşəri
Qoelro
tarixi
Rusiyanı elektrikləşdirən Dövlət komissiyası
Qolçomaqlar
tarixi
Kənd burjuaziyası
Qondarma
siyasi
Tanınmayan
Qordi düyünü
tarixi
Son dərəcə dolaşıq düyün. Qədim yunan rəvayətinə görə indiki Türkiyənin mərkəzində Qordiya
şəhəri yaxınlığındakı məbəddə aşılması çətin olan bir düyün arabaya bağlanmış olur. M. İsgəndər bu
düyünü açmaq əvəzinə onu qılıncla parçaladı. Mənası: dolaşıq məsələ barəsində cəsarətli qərar
Qoşulmamaq
Hərəkatı
tarixi
Dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq
təşkilatdır. Bu hərəkat 1961-ci ilin sentyabrında 25 ölkənin iştirakı ilə Belqradda yaradılıb. İndiyə
qədər Azərbaycan bu hərəkatda müşahidəçi qismində iştirak edib.
Qriqori təqvimi
tarixi
Hazırda dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi. Papa
XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin islah edilmiş
variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif
vaxtlarda keçilmişdir. Qriqori təqvimi də Yuli təqvimi kimi 12 aydan ibarətdir: yanvar, fevral, mart,
aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr
Yuli təvimi hər 400 ildə təxminən 3 gün qabağa qaçırdı. Məsələn, əgər eranın başlanğıcında - İusus
Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə
düşübsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa
Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdən sonra İspaniya, İtaliya,
Portuqaliya ərazisində elan edildi ki, heç də oktyabrın 5-i yox, əslində 15 oktyabrdır! Lakin
provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını dərhal tanımadılar. Məsələn, Rusiya 1918-
ci ilə qədər Qriqori təqviminə keçmədi və yalnız göstərilən ildə, Leninin dekreti ilə 31 yanvar 1918-
ci il tarixdə Rusiyada elan edildi ki, bəs sabah heç də fevralın 1-i yox, əslində fevralın 13-üdür.
Qrinviç meridianı
coğrafi
Böyük Britaniyanın paytaxtı Londondakı Qrinviç qəsəbəsində yerləşən Qrinviç rəssədxanasından
keçən meridiana deyilir. Bu meridian sıfırıncı meridian adlanır. Əvvəllər sıfırıncı meridian
İngiltərədə "Qrinviç meridianı" , Fransada "Paris meridianı" və Rusiyada "Pulkov meridianı"
adlanırdı. 1884-cü ildə ABŞ konqresində sıfırıncı meridian "Qrinviç meridianı" qəbul olunmuşdur.
Qrivna
iqtisadi
Qədim slavyanlarda boyunbağı, Ukraynada pul vahidi
Qrossbauer
tarixi
Prusiyada varlı kəndli
Qrossmeyster
siyasi
Almanca qros – böyük, meyster - ağa. Məsələn alman hərbi rahiblər ordenində böyük magistr
Quberniya
tarixi
Çar Rusiyası dövründə inzibati-ərazi vahidi. Quberniya inzibati-ərazi vahidi 1708-ci ildə yaranıb,
1917-ci ildə oktyabr çevrilişi zamanı ləğv olundu.
Qəzalar isə 1929-30-cu illərdə ləğv olundu və rayonlaşma sistemi tətbiq olundu.
Qul
tarixi
Bir insanın başqa birinin malı və mülkü olmasıdır .
Quldarlıq
tarixi
İctimai-iqtisadi formasiya, sinfi cəmiyyətin ilk forması. Quldarlar sinfinin qullar sinfini istismar
etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar
hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər.
Qütb parıltısı
coğrafi
Yalnız yuxarı enliklərdə müşahidə olunan təbiətin gözəl optiki hadisələrdən biridir. Əksər hallarda
qütb parıltısı mavi-ağ olur və yalnız nadir hallarda çoxrəngli parıltıya təsadüf etmək olar. Qütb
parıltısı Yer kürəsinə yerətrafı kosmik mühitdən geomaqnit sahənin güc xətləri istiqamətində hərəkət
edən yüklü hissəciklərin atmosferin yuxarı qatların bombalaması nəticəsində yaranır. Qütb parıltısı
bir neçə saatdan bir neçə günə qədər davam edir və öz qeyri adi gözəlliyi ilə insanları valeh edir.
Leqal
hüquqi
Qanuni, qanunla icazə (yol) verilən, açıq
Lend-Liz
haqqında qanun
tarixi
II Dünya müharibəsində ABŞ-ın öz müttəfiqlərinə döyüş sursatı, texnika, xammal, neft məhsulları və
s. verilməsini həyata keçirən 1941-ci ildə qəbul edilmiş dövlət proqramı idi. Ən çox yardım alan
dövlətlər: B.Britaniya, SSRİ, Fransa, Çin
Letal
tarixi
Ölümcül
Leyboristlər
tarixi
Böyük Britaniyada "fəhlə" partiyası deyilən sağ sosialist partiyanın üzvləri
Ləyaqət
hüquqi
Şəxsin özünün mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə verdiyi qiymətdir
Liberal
siyasi
Azad düşüncəli, güzəştə gedən
Liberlizm
siyasi
Cəryan fransız maarifçiləri və filosofları (J.J.Russo, Didro, Lametri), ingilis filosofları (C.Lokk,
T.Hobbs) və utopik sosialistlərin yaradıcılığında yer almış " təbii hüquq " nəzəriyyəsinə və dövlətin
yaradılması haqqındakı " ictimai müqavilə " təliminə əsaslanır. Əsas fikir bundan ibarətdir ki,
insanlar dünyaya gələrkən hamısı bərabər təbii hüquqlara malik olurlar.
Lobbiçilik
siyasi
("Lobbi" – ingilis parlamentinin dəhlizi belə adlanır, buraya insanlar deputatlara qeyri-rəsmi təsir
göstərmək üçün gəlirdilər) İctimai şüurda birmənalı qarşılanmır, həm pozitiv, həm neqativ məna
daşıyır. Lobbiçiliyin ifrat neqativ ifadəsi müəyyən qrup və şəxslərin maraqlarının təmin olunması
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
üçün hakimiyyət nümayəndələrinə qeyri-qanuni təzyiq edilməsi, rüşvət və korrupsiyadır.
Lokal
siyasi
Yerli
Lüğət (Sözlük)
hüquqi
Müəyyən üslubla düzülən, mənası və ya tərcüməsi verilən və tələffüzü göstərilən sözlərin
toplusudur. Müasir lüğətlər adətən əlifba sırası ilə düzülür. Lüğətlər praktik xarakter daşısa da,
onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz əksini tapır və elmin normativ vəziyyətini əks edən
mənbəyə çevrilir. İlk türk dilli lüğət Mahmud Kaşğarinin yazdığı "Divani lüğat it-türk"-dür.
Lüteranlıq
tarixi
Xristianlıqda protestantizm cərəyanlarından biri. Banisi Martin Lüter
Madrid
prinsipləri
siyasi
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in
Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli. Madrid prinsipləri münaqişənin həll
edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal
edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon Azərbaycana qaytarılmalı, daha
sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Bundan sonra regionda
bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı
keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin
təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir,
azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya
Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.
Magna Carta
tarixi
Dünyada ilk konstitusiya aktı olan Azadlıqların Böyük Toplusu 1215-ci ildə İngiltərədə qəbul
olunmuşdur.
Maxnoçuluq
tarixi
1918-1921-də Ukraynada sovet hakimiyyətinə qarşı əksinqilabi anarxist qolçomaq hərəkat. Başçısı:
N. Maxno
Majoritar
seçki
sistemi
hüquqi
(fransızca “majorite” “çoxluq” deməkdir) Majoritar seçki sistemində kim çoxluğun səsini qazanarsa
o da seçilir. Azərbaycan Respublikasında seçki sistemi majoritar sistemə əsaslanır.Çox geniş
yayılmış seçki sistemlərindən biri majoritar seçki sistemidir. Bu seçki sisteminə uyğun olaraq,
deputatlığa (lat. «deputatus» - «göndərilmiş») namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və
o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs
toplamalıdır. Səs çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki növü müəyyən
edilir: mütləq səs çoxluqlu majorilar seçki sistemi və nisbi səs çoxluqlu majoritar seçki sistemi.
Mütləq səs çoxluqlu majoritar seçki sistemi seçki dairesi üzrə seçicilərin səslərinin yarıdan çoxunun,
yəni 50%+l sesin toplanmasını tələb edir. Bu seçki sistemində qalib gəlməsi üçün namizəd seçki
dairəsində çox böyük nüfuza malik olmalıdır. Sistemin əhəmiyyəti ondan ibarətdir ki, deputat
Məclisdə seçicilərin yarıdan çoxunun iradəsini təmsil etmək imkanına malik olacaqdır.
Namizədlərdən heç biri tələb olunan səs çoxluğunu (50%+1) toplamadıqda, bir qayda olaraq, daha
çox səs toplamış iki namizədin iştirakı ilə səsvermənin ikinci dövrəsi keçirilir. Səsvermənin ikinci
dövrəsində daha çox səs toplayan namizəd parlamentə deputat seçilir. Sesvermənin bu dövrəsində
nisbi səs çoxluqlu majoritar seçki sisteminin şərtləri tətbiq edilir.
Makroiqtisadiyyat iqtisadi
Milli iqtisadiyyatın strukturunu və fəaliyyətini, eləcə də dövlətin həyata keçirdiyi siyasətin bu
fəaliyyətə necə təsir etdiyini öyrənən elm sahəsidir. İqtisadiyyatın bu qolu fərdi bazarlar
səviyyəsində deyil, iqtisadiyyatdakı fəaliyyəti, strukturu, davranışı və qərarverməni ümumilikdə
öyrənir. Bura milli, regional və qlobal iqtisadiyyat daxildir. Mikroiqtisadiyyatla birlikdə,
makroiqtisadiyyat iqtisadiyyat elminin ən ümumi iki sahəsini formalaşdırır. Makroiqtisadiyyat əsas
göstəricilər: Ümumi Daxili Məhsul (ÜDM) (Ümumi Milli Məhsul (ÜMM)), işsizlik
dərəcəsini,Qiymət İndeksləridir (İnflyasiya, ÜDM deflyatoru) ki, bununla da iqtisadi vəziyyət
haqqında ümumi məlumatı verir. Həmçinin makroiqtisadiyyatda bir çox iqtisadi amillər (gəlir,
istehsal, istehlak, işsizlik, inflyasiya, yığım, investisiya, beynəlxalq ticarət və beynəlxalq maliyyə)
arasında qarşılıqlı əlaqəni və təsiri göstərmək üçün bir çox modellər mövcüddür. Əksinə,
mikroiqtisadiyyat isə, fərdi agentlər: istehsalçılar, istehlakçılar, satıcılar və alıcılar üzərinə fokuslanır
və onların bazarda qiyməti və miqdarı necə müəyyən etdiyini öyrənir.
Maltusçuluq
tarixi
İnsana nifrət təbliğ edən burjua nəzəriyyəsi
Manifest
tarixi
Müəyyən mühüm siyasi hadisələr münasibəti ilə ali hakimiyyətin ahaliyə yazılı şəkildə təntənəli
müraciəti
Manufaktura
tarixi
Əl əməyinə və əmək bölgüsünə əsaslanan kapitalist müəssisəsi
Marşal planı
tarixi
Avropanı bərpa proqramı, Soyuq müharibənin başlanması üçün real addım
1947-ci il iyunun 5-də dövlət katibi Corc Marşall özünün Harvard Universitetindəki çıxışında
sonradan "Marşall planı" kimi məşhurlaşan planın konturlarını cızdı.
Bu plan Avropanı dirçəltməklə, kommunizmin qabağına keçilməz bir sədd çəkdi.
Mayn
Dorf
Bəyannaməsi
(Moskva
Bəyannaməsi)
siyasi
2008-ci il noyabrın 2-də Rusiya dövləti başçısının “Mayn Dorf” iqamətgahında, üçtərəfli formatda
görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Prezidenti Serj
Sarkisyan və Rusiya Prezidenti Dmitri Medvedev Bəyannamə imzalamışlar.
Bəyannamənin imzalanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak etmişlər.
Rusiya Federasiyası Prezidentinin dəvəti ilə Azərbaycan Respublikasının, Ermənistan
Respublikasının və Rusiya Federasiyasının prezidentləri 2008-ci il noyabrın 2-də Moskvada
görüşərək, Dağlıq Qarabağ münaqişəsinin vəziyyətini və onun siyasi vasitələrlə, ATƏT-in Minsk
qrupunun həmsədrləri kimi Rusiyanın, ABŞ-ın və Fransanın vasitəçiliyi ilə Azərbaycan və
Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə həlli perspektivlərini konstruktivlik
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
şəraitində konkret şəkildə və dolğun müzakirə edərək,
1. Bəyan edirlər ki, münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul
olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla həlli ilə Cənubi Qafqazda vəziyyətin
sağlamlaşmasına və regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin təmin olunmasına
kömək edəcəklər ki, bu da regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait
yaradacaqdır.
2. ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin siyasi yolla həllinin əsas prinsiplərinin işlənib
hazırlanması məqsədi ilə 2007-ci ilin noyabrın 29-da Madriddə tərəflərlə keçirilmiş görüşü və
sonrakı diskussiyalar nəzərə alınmaqla, həmsədrlərin vasitəçilik səylərinin davam etdirilməsinin
böyük əhəmiyyətə malik olmasını təsdiq edirlər.
3. Razılaşırlar ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının bütün aspektləri və mərhələləri
hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla müşayiət edilməlidir.
4. Qeyd edirlər ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin siyasi
yolla həllinin razılaşdırılması üzərində işi davam etdirmək, o cümlədən gələcəkdə yüksək səviyyədə
təmasların gedişində davam etdirmək barədə razılığa gəlmişlər və özlərinin xarici işlər nazirlərinə
ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşılıqlı əlaqədə danışıqlar prosesində gələcək addımları
fəallaşdırmağı tapşırmışlar.
5. Münaqişənin həllinə dair səylər kontekstində etimadın möhkəmləndirilməsi üçün tədbirlərin
reallaşdırılmasına şərait yaradılmasının təşviq olunmasını vacib hesab edirlər.
Mayorat
tarixi
İngiltərənin öz xadəgan titullarını ABŞ-da da saxlaması
Mazaxizm
Özünə əzab
Mediator
iqtisadi
Münaqişəli problemlər üzrə danışıqlarda vasitəçi
Mehmandar
tarixi
Bakıda vəzifəsi qonaqları qarşılamaq olan xüsusi ayrılmış adam
Mehri
tarixi
Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon
Melanxolik
ictimai
Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara
münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda
bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir
tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər
istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər,
vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki
sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını
dəyərləndirmirlər.
Meliorasiya
coğrafi
(lat. melioratio) Kənd təsərrüfatının və ya ərazinin ümumi sağlamlandırılmasının inkişafı üçün daha
səmərəli
şəraitlərin yaradılması məqsədilə ərazilərdə su rejiminin yaxşılaşdırılmasına
istiqamətlənmiş tədbirlər sistemi. Meliorasiyanın əsas növləri: suvarma, su təminatı, torpaqların
qurudulması, şoran torpaqların yuyulması, eroziyaya, çürümələrə, yuyulmalara, subasmalara və s.
qarşı mübarizə, səpələnən qumların möhkəmləndirilməsi və həmçinin torpaqların fiziki-kimyəvi
xassələrinin yaxşılaşdırması.
Menecer
iqtisadi
Müəyyən inzibati-təsərrüfat müstəqilliyi olan, istehsal, satış və xidmət sahələrində təşkiletmə və
idarəetmə ilə məşğul olan peşəkar mütəxəssis
Menecment
iqtisadi
Səmərəliliyi yüksəltmək və gəliri artırmaq məqsədilə istehsalatın idarə olunmasında tətbiq edilən
stategiya,fəlsəfə,prinsiplər,üsullar,vasitələr və formaların çoxluğu.
Menşevizm
tarixi
RSDFP II-ci qurultayında (1903) yaranmış, marksizm-leninizmə düşmən olan xırda burjua cəmiyyəti
Metaməlumatlar
iqtisadi
Statistik tədqiqatı təşkil edən bütün obyektlər, məlumat yığımının tərkibi və əhatəsi, aqreqasiya
edilmiş statistik göstəricilərin hesablanma qaydaları və düsturları, statistik göstəricilərin tərifləri.
Metropoliya
tarixi
Müstəmləkəsi olan ölkə
Məcəllə
hüquqi
İctimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır.
Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi
formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür. Belə ki, əgər adi qanun norması
ilə məcəllənin norması arasında ziddiyət (kolliziya) yaranarsa, bu halda məcəllədə təsbit edilmiş
normaya üstünlük verilir. Məcəllə ayrı-ayrı hüquq sahələrinə aid olan normaları bir araya gətirir.
Mündəricat verilməlidir. Məcəllələşdirilmiş normativ hüquqi aktın bölmələri ümumi və xüsusi
hissələrdə birləşdirilə bilər.
Məcəllələşdirmə
hüquqi
Normativ hüquqi aktların forma və məzmun baxımından yenidən işlənməsi yolu ilə vahid normativ
hüquqi aktlarda birləşdirilməsi
Mədrəsə
tarixi
Yaxın və orta şərq ölkələrində din xadimləri hazırlayan orta ruhani məktəbi
Məhkəmə-Hüquq
Şurası
hüquqi
Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin təmin
edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra - "hakim vəzifəsinə
namizədlər") seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin
dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və
hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin
özünüidarə funksiyalarını həyata keçirən orqan.
Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevral ayından fəaliyyətə başlamışdır. 15 nəfərdən ibarət оlan
Şura əsasən hakimlərdən (9 nəfər) fоrmalaşmış, eyni zamanda оnun tərkibinə hakimiyyətin digər
qоllarının, habelə məhkəmə prоsesində tərəf оlan prоkurоrluğun və vəkilliyin nümayəndələri daхil
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
оlmuşlar.
Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin
dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə
bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.
Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər
hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə
orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Məhkəmə-Hüquq Şurası
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
Sədri Ədliyyə naziridir.
Məxməri inqilab
(Nəzakətli inqilab)
siyasi
Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı
inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər
populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və
sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Mənbəşünaslıq
tarixi
Tarixi mənbələrin tədqiqi və onlardan istifadə üsullarını işləyib hazırlayan köməkçi fənn, habelə
həmin mənbələrin özü; məxəzşünaslıq
Mərzban
tarixi
Sanilər dövründə Azərbaycanda canişin
Mətbuat
siyasi
Dünyada 4-cü hakimiyyət kimi qəbul olunur
Miatsum
siyasi
İlhaqçılıq, Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası
Bu ideyanı ortaya atan erməni millətçiləri buna Miatsum (ermənicə birləşmə) adı vermişdilər.
Miatsum ideyasına əsasən Qarabağ Ermənistana birləşdirilməli, Ermənistan və Qarabağda yaşayan
azərbaycanlılar isə öz ata baba torpaqlarından qovulmalı idilər.
Mikado
tarixi
Yaponiya imperatorunun titulu
Mikalogiya
tarixi
Biologiyanın bir bölməsi, göbələklər haqqında elm
Miqrasiya
coğrafi
Əhalinin yerdəyişməsi
Milad bayramı
tarixi
Hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri
olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən
bayramdır. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad
açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma
səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin
bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata,
Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama
və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi
təsir göstərərək, canlanma və inkişafa səbəb olur.
Millətlər
cəmiyyəti
tarixi
I-ci dünya müharibəsi ilə II-ci dünya müharibəsi arasindakı dövrdə olmuş beynəlxalq təşkilat
Milli Parklar
coğrafi
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti
mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və
elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Millitarizm
tarixi
Özgə torpağını istila etmək, müstəmləkələr ələ keçirmək
Mineral sular
coğrafi
Aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur. Yerin təkindən gələn yeraltı sular
təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində
yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə
seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq
edilir. Müalicəvi sulara İstisu, Yesentuki 4, Yesentuki 17, Mahaçkala suları, süfrə sularına Narzan,
Yesentuki 20, Kiyev suları və s. Badamlı, Borjomi, Cermuk, Turşsu həm müalicəvi, həm də süfrə
sularına aiddir.
Mineral su mənbələrinin əksəriyyəti Şimalı Qafqazda, Zaqafqaziyada, Ukraynada, Krımda və az
miqdarda Orta Asiyadadır.
Minimum
əmək
haqqı
iqtisadi
Qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən
edən sosial normativ
Minimum istehlak
səbəti
hüquqi
İnsanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq
malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu (“Yaşayış minimumu
haqqında” Qanundan) Əhalinin sosial durumunu müəyyənləşdirən əsas göstəricilərdən biri də
minimum istehlak səbətinin dəyəri və aylıq minimum gəlirdir.
Bu yaxınlarda Nazirlər Kabineti minimum istehlak səbətinin tərkib və strukturunda dəyişikliklər
etmək barədə qərar qəbul edib. Qərarı baş nazir Artur Rəsizadə imzalayıb. Sənədə əsasən, 23 iyun
2005-ci il tarixli № 118 qərarla təsdiq edilən minimum istehlak səbətinin tərkibi yeni redaksiyada
verilir.
Minimum istehlak səbətinin hesabı əhalinin üç kateqotiyası üzrə aparılır: əmək qabiliyyətli əhali,
pensiyaçılar və 0-14 yaş arası uşaqlar.
Minsk Qrupu
hüquqi
Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli
üçün yaradılmış qurumdur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə
keçirilmiş görüşündə yaradılmışdır. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika
Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir.
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
1994-cü ildə ATƏT-in Budapeşt sammitində həmtəsisçilik institutu yaradıldı və onun ilk həmsədrləri
Rusiya və əvvəlcə Finlandiya, sonra isə İsveç oldu.
1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var.
Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və
Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu günə
kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir.
Molla Nəsrəddin
tarixi
Azərbaycan dilində satirik, populyar jurnal. İlk sayı 1906-cı il aprelin 7-də Tiflisdə işıq üzü görüb.
Monarxiya
siyasi
(yunanca – təkhakimiyyətlilik) Elə bir idarəetmə formasıdır ki, burada ali hakimiyyət vətəndaşların
iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (imperator, kral, sultan,
şah və s.) əlində cəmləşmişdir. Monarxiyanın xusisiyyətləri: hakimiyyət vərasət yolu ilə ötürülür;
müddətsiz olaraq həyata keçirilir; əhalinin iradəsindən asılı deyil.
Monoqamiya
tarixi
Tək kəbinlik, biravadlıq
Monoton
siyasi
Yeknəsək, eyniton
Moratorium
hüquqi
(lat. moratorius — ləngitmə, təxirəsalalma)
Mülki hüquqda — hökumət tərəfindən müəyyən edilmiş öhdəlik müəyyən müddətə və ya hansısa
fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınması (məsələn, müharibə, təbii
fəalakət).
Beynəlxalq hüquqda — dövlətin öhdəliklərini yerinə yetirilməsi vaxtının geri çəkilməsi, yaxud hər
hansı bir hərəkətdən imtina edilməsi.
Moratorium
siyasi
Öhdəliklərin yerinə yetirilməsi vaxtının geri çəkilməsi, yaxud dövlətin öz hökumətinin rəsmi olaraq
müəyyənləşdirilmiş təşəbbüsü ilə, yaxud beynəlxalq sazişlər nəticəsində hər hansı bir hərəkətdən
imtina etməsi. müəyyən müddət üçün, yaxud xüsusi şərait dövründə elan olunur. ümumi yaxud
qismən ola bilər.
Motivasiya
tarixi
İnsanı hərəkətə gətirən güc və hərəkətlərin istiqamətini müəyyənləşdirən, onların düşüncələri,
ümidləri, inamları, arzu, tələbat və qorxularıdır.
Motivizasiya
siyasi
Səbəb
Musson küləkləri
coğrafi
Dövrü xarakter daşıyan küləklər
Müddəa
hüquqi
Müəyyən şəxslərə ünvanlanan rəsmi xarakterli göstərişlərdir. Normativ və q-normativ aktlarda əks
olunur.
Mülk
tarixi
Xilafət vaxtı yerli feodalların irsi mülkiyyətində olan torpaqlar idi.
Mülki hüquq
hüquqi
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ
gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə və
digər əsaslar üzrə yaranan öhdəlik münasibətlərini və digər əmlak və şəxsi qeyri əmlak
münasibətlərini tənzimləyən hüquq sahəsidir.
Mülki məcəllə
hüquqi
Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil
etdikdə Mülki Məcəllə tətbiq edilir.
Mülki prosessual
hüquq
hüquqi
Mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə tərəflərin və
prosesin digər iştirakçıları arasında yaranan, mülki prosessual hüquq münasibətlərini və mülki işə
məhkəmə baxışı zamanı həyata keçirilən prosessual hərəkətləri nizamlayan hüquq normalarının
sistemi və hüquq sahəsidir.
Müstəqil
Dövlətlər Birliyi
(MDB)
tarixi
İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması
haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının
(SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü
anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu
təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq
ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.
Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan,
Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə
birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.
Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam
hüquqlu üzvü oldu.
1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avgust ayında Rus
ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.
Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.
Ukrayna 2014-ci ilin mart ayında Rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun
üzvlüyündən çıxdı.
Müttəfiq
respublika
hüquqi
Keçmiş SSRİ-nin tərkibində olan respublikaların statusu
Nabukko
qaz-
boru kəməri
iqtisadi
(planlaşdırılır) Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı
nəzərdə tutan qaz kəməri layihəsi. 3300 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya),
Bulgargaz (Bolqarıstan), MOL (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir.
Alman RWE Qaz Şirkəti 5 fevral 2008-də Vyanada təşkil olunan iclasda Nabukkonun altıncı ortağı
olmuşdur.
Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır.
Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru
kəməri üçün lazım olan miqdarda təbii qaz ehtiyatlarının olmadığından ehtiyat edirlər. Layihənin
əsas xammal tədarükçüsünün Azərbaycan, Türkmənistan və Misirin də həmçinin layihənin
təchizatçısı olması ehtimal edilir.
Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan
bu xəttin ümumi uzunluğu 1 329 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum
23 milyard barrel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə
tutulur.
Neofaşizm
siyasi
II Dünya müharibəsindən sonra ləğv edilmiş faşist təşkilatlarının yeni varisi
Nikson şoku
iqtisadi
15 avqust 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson çıxış edərək dolların qızılla təminatının
tamamilə dayandırılmasını elan etdi. ABŞ qızıl standart sistemindən çıxdı.
Nival sahə
coğrafi
Buzlaq
Nizamnamə
hüquqi
Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları
təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir.
Nobel mükafatı
tarixi
Dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin
töhfəyə görə 1901-ci ildən verilən nüfuzlu beynəlxalq mükafat 27 noyabr 1895-ci ildə Alfred
Bernard Nobelin (1833-1896) vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Nobel 1833-cü il oktyabrın
21-də İsveçin Stokholm şəhərində, mühəndis ailəsində anadan olmuşdur. O, kimyaçı, mühəndis və
ixtiraçı kimi tanınmışdır. Əldə etdiyi gəlirin böyük hissə onun 355 ixtirasının (dinamit, tüstüsüz
barıt) payına düşür.
Nobel mükafatının məbləği hal-hazırda təxminən $1mln. 450 min-ə bərabərdir.
Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı 5 sahə üzrə verilməlidir:
Nobel Kimya Mükafatı (ilk mükafatı Yakob Vant-Hoff almışdır)
Nobel Fizika Mükafatı (ilk mükafatı Vilhelm Rentgen almışdır)
Nobel Tibb və Fiziologiya Mükafatı
Nobel Ədəbiyyat Mükafatı (ilk mükafatı Sülli-Prüdom almışdır)
Nobel Sülh Mükafatı (ilk mükafatı Anri Dühan almışdır)
Nobel İqtisadiyyat Mükafatı 1969-cu ildən İsveç Bankının təşəbbüsü ilə verilir
Nominal
iqtisadi
Qiymətli kağızların (səhmlərin, istiqrazların, kağız pulların) üzərində göstərilən qiymət
Nord
coğrafi
Xəzri küləyi
Normativ aktlar
hüquqi
Dövlət (NK, mərkəzi və yerli İH orqanlar) və yerli özünüidarə tərəfindən qəbul edilən bir qrup
insanlar (məhdud subyektlər dairəsi) üçün məcburi davranış qaydalarını əks etdirir. Müvəqqəti
xarakter daşımır, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulur. Fərmana uyğun gəlməlidir.
Normativ hüquqi
aktlar
hüquqi
Dövlət orqanları tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış
qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün
nəzərdə tutulmuş rəsmi sənədlərdir. Daxildir: Konstitusiya, Referendum aktı, qanunlar, fərmanlar,
NK qərarları, mərkəzi İH orqanlarının normativ hüquqi aktları.
Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət)
əsaslanmalıdır. Bir sıra hallarda dövlət proqramına əsaslanır. Əsas növü qanundur. Səlahiyyətli şəxs
tərəfindən imzalanıb, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək rəsmiləşdirilir. Normativ
hüquqi aktlar dərc edildikdən sonra tətbiqi və icrası məcburidir.
Normativ
xarakterli akt
hüquqi
Dövlət və ya yerli özünüidarə orqanları tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün
məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş
aktlardır. Daxildir: Konstitusiya Məhkəməsinin qərarları, MSK qərar, təlimat və izahları, Mərkəzi
Bankın qərarları, Məhkəmə-Hüquq Şurasının qərarları, MTRŞ qərarları, bələdiyyə qərarları, yerli İH
orqanlarının qərarları.
Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.
Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq
normasına istinad etməlidir.
Nou-hau
hüquqi
(ing. know how, bilirəm necə) Kommersiya sirri ilə qorunan bilən istənilən xarakterli məlumat
(ixtira, orjinal texnologiya, bilik, bacarıq və s.). Onlar alınıb-satıla bilər və rəqib üzərində üstünlük
əldə etməyə imkan verir. Bu müəyyən informasiya, düsturlar, sxemlər, fəaliyyət alətləridir. Bəzi
ölkələrdə bura patentlər və üstünlük əldə etməyə imkan verən informasiya da daxildir. Müəllif
əvvəlcə patent alır, nou-hau paketi əldə edir və müvafiq hüquqi sığorta ilə təmin edilir. Nou-hau və
nou-nou eyni anlayışlardır.
Novruz
tarixi
“Novruz” fars sözü olub “yeni gün” deməkdir. Novruz astronomik baxımdan yazın başlandığı, gecə
ilə gündüzün bərabər olduğu gündür. Bir çox ölkələrdə xalq arasında populyarlığına görə, 2009-cu
ildə UNESCO Novruz bayramını dünyanın mədəni irsi siyahısına saldı. 2010-cu ildə BMT mart
ayının 21-ni Beynəlxalq Novruz Günü elan etdi. Türkiyədə, İraqda, Suriyada, İranda yaşayan 30
milyon kürd üçün Novruz nəinki bayramdır, həm də milli birlik, milli mübarizə simvoludur.
Türkiyədə Novruzun bayram olunması Avropa Birliyi tələbi ilə 2000-ci ildən qanuniləşib.
Numizmatika
tarixi
Sikkələr, onların zərb tarixi, qiyməti, istifadə edilmə müddəti, nominal və həqiqi dəyərlərini öyrənən
elmdir.
Oferent
iqtisadi
Saziş bağlamaq təklifi ilə çıxış edən şəxs, yəni saziş bağlamaq üçün bütün şərtləri göstərməklə rəsmi
təklif verən şəxs.
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
Oferta
iqtisadi
Komersiya təcrübəsində satıcının yazılı təklifi. Adətən güman edilən alıcıya göndərilir və burada
satıcının müəyyən şərtlərdə partiya mal satacağı bildirilir.
Oliqarxiya
siyasi
Az adamın hakimiyyəti
Onomastika
tarixi
Dildə mövcud olan xüsusi adların hamısı
Opponent
siyasi
Qarşı tərəf
Orhus
Konvensiyası
coğrafi
25 iyun 1998-ci ildə Danimarkanın Orhus şəhərində qəbul edilmiş "Ətraf mühit ilə bağli məsələlərdə
məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq
keçirilməsi haqqında" BMT-nin konvensiyası. Azərbaycan Respublikası 1999-cu ildə bu
Konvensiyaya qoşulmuşdur. Orhus Konvensiyası ətraf mühit hüquqları ilə insan hüquqlarını
birləşdirən bir müqavilədir. Bu Konvensiyanın qəbul edilməsi əhalinin ekoloji, o cümlədən bioloji
müxtəliflik haqqında məlumatlandırılmasına əlverişli şərait yaratmışdır.
Orta aylıq əmək
haqqı
hüquqi
Orta aylıq əmək haqqına pul və natura formasında aşağıda göstərilən ödəmələr daxil edilir:
• işlənilmiş və işlənilməmiş vaxta görə günəmuzd işçilərin əmək haqqı;
• illik və birdəfəlik həvəsləndirici ödəmələr; işəmuzd işçilərin əmək haqqı və işlənilməmiş vaxta
görə ödəmələr;
• iş vaxtından artiq vaxtda görülən işə, gecə vaxtı, çoxnövbəli iş rejiminə və bayram günlərində
görülən işə görə əlavələr;
• fasiləsiz iş stajina və xüsusi ixtisasa görə əlavələr;
• rayon tənzimlənməsi ilə şərtləndirilən, dağlıq və ağır iqlim şəraitinə görə əlavələr;
• əlverişsiz, ağır, zərərli, habelə xüsusilə ağır və zərərli əmək şəraitində işə görə əlavələr.
Orta əmək haqqı
hüquqi
İşçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan
ödənclərin müəyyən olunan məbləğdir. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna
olmaqla, qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində
qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əmək
haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik
işlədiyi günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı
müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur. Orta əmək haqqı
müəyyən aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar da hesaba alınır.
İstehsalat vahidlərinin işçi qüvvəsi tərəfindən göstərilən xidmətin orta qiyməti işçilərin orta əmək
haqqı ilə ölçülür. Əmək haqqı ümumi ödəmələrə aiddir (qanunvericiliyə uyğun olaraq vergilər və
digər tutulmalar çıxılmadan göstərilir) və işlənilmiş vaxta görə işəgötürən tərəfindən pulla ödənilən
mükafatdır.
Natura formasında ödənilən əmək haqqı – bazar qiymətləri ilə axırıncı tarixi qeyd olunmaqla işçilərə
verilmiş ərzaq yaxud malların (işin, xidmətin) dəyərini təsvir edir, bu malların (işlərin, xidmətlərin)
qiymətləri dövlət tərəfindən tənzimlənirsə, onda pərakənd qiymətləri əsasında hesablanır.
2013 noyabr – 419 AZN
Ön Asiya (Qərbi
Asiya,
Cənub-
Qərbi Asiya)
coğrafi
Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası,
Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq
(Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur.
Ön Qafqaz
coğrafi
Özəlləşmə
iqtisadi
İstehsal vasitələri üzərində mülkiyyətin dövlətdən müəssisə kollektivi üzvlərinin əlinə keçməsi.
Padan
coğrafi
Cənubi Avropanın ən böyük düzənliyidir.
Paleoqrafiya
tarixi
Qədim yazılı abidələrin müəllifinin müəyyən edilməsini, bu yazılı abidələrin yaranma tarixini və
yerini, onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənən köməkçi tarixi-filoloji fənn
Paritet
siyasi
Birgə əsaslarla
Parlament
siyasi
Hakimiyyətin ali təmsilçi orqanıdır. Orta əsrlər Avropada yüksək təbəqələrin nümayəndələrdən
formalaşan məşveret və qanunveridiçi orqanı idi. Müasir mənasını 17-19 əsr burjua inqilablarından
sonra almışdır. Parlamentarizm cəmiyyətin dövlət idarəçilik sistemidir. O, parlamentin başqa
hakimiyyət qanadlarına münasibətdə üstün mövqeyə malik olması ilə yanaşı, qanunverici və
icraedici funksiyaların dəqiq şəkildə müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Azərbaycanda
parlament 1995-ci ildə yaradılmış Milli Məclisdir.
Parnik effekti
coğrafi
Günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır.
Atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5-6
0
S artırır.
XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda,
hiss olunan parnik effektlər verirlər. Bu illərdə aparılan eksperimentlər təsdiq etmişdir ki, karbon
qazının iki dəfə artırılması nəticəsində qlobal iqlimin 2-40 S, şimal yarımkürənin qütb oblastında isə
6-80 S çox istiləşməsi mümkündür.
Parnik qazlarının, xüsusilə də karbon qazının atmosferə atılması ardıcıl olub artmaqda davam edir.
Sonuncunun mənbəyi – kömürün və digər karbon tərkibli yanacaqların, neftin, qazın və onların
törəmə məhsullarının ilk öncə, benzinin yanmasıdır. Parnik effektini artıran digər qazların – metanın,
azot oksidlərinin, halogen – karbohidrogenlərin tullantısı böyük sürətlə artmaqda davam edir. Bəzi
rəylərə görə, son illərə 15-20% parnik effekti düşür. Təkcə 1988-ci ildə tropik meşənin məhv
edilməsi nəticəsində atmosferə 5,5 milyard ton karbon atılmışdır.
Dostları ilə paylaş: |