Partiya
siyasi
"Partiya" termini, "pars" – hissə və ya "partire" – bölmək olan latın sözləridən meydana gəlmişdir.
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
Partiya adlandırılan siyasi birləşmələr hələ qədim zamanlardan məlum olsalar da, müasir dövrdə
onların yeri və rolu bilavasitə demokratiyanını inkişafı və təmsili hakimiyyət orqanlarının
möhkəmlənməsi ilə bağlıdır.
Person non qrata
siyasi
(lat. persona non grata) Arzuolunmaz şəxs
Personalizm
siyasi
(latınca “şəxsiyyət”) Müasir fəlsəfədə teistik istiqamətdir. Adından göründüyü kimi, burada
şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. Şəxsiyyətin yaşadığı və fəaliyyət
göstərdiyi dünya Ali şəxsiyyət– Allah yaradıcılıq fəallığının təzahürüdür.
Piratçılıq
hüquqi
Kommersiya miqyasında müəllif hüquqlarının pozulması
Plagiat
hüquqi
Oğurluq
Podzol torpaqlar
coğrafi
Küləçalan torpaqlardır, yalnız Şimali Amerika və Avrasiya materiklərində rast gəlinir və tayqa
zonasına xasdır.
Poliqon
siyasi
Sınaq, döyüş meydanı
Politologiya
siyasi
Yunanca, politika – siyasət, loqos – elm.
Politologiya
(Siyasi elm)
siyasi
Bir sosial elm olub siyasi davranışın, siyasi sistemlərin və geniş mənada siyasətin nəzəriyyəsi, təhlili,
təsviri və proqnozu ilə məşğul olur.
Potsdam
konfransı
tarixi
Avropanın muharibədən sonrakı quruluşu və Almaniyanın gələcək muqəddəratı məsələləri uc boyuk
dovlətlər – SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin1945-ci il iyulun 17-dən avqustun 2-dək Potsdamda
kecirilən konfransında həll edildi. Konfransda dovlətləri Stalin, Trumen və Corcill təmsil edirdilər.
Muttəfiqlər razılığa gəldilər ki, Almaniyanı SSRİ, ABŞ, İngiltərə və Fransa
qoşunları işğal edəcəklər. Almaniyaya aid butun məsələləri həll etmək ucun Nəzarət şurası yaradıldı.
Almaniyanın tam tərk-silah edilməsi və iqtidardan salınması həyata kecirmək, hərbi sənayeni ləğv
etmək, faşist partiyasını buraxmaq, hər cur nasizm və militarizm təbliğatını qadağan etmək qərara
alındı. Konfrans Koniqeberq şəhərini və onun ətrafındakı rayonu (indiki Kalininqrad şəhəri və
Kalininqrad vilayəti) SSRİ-yə verməyi qərara aldı.
Praqa
prosesi
(Mərhələli həll)
siyasi
Azərbaycanda 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişindən sonra erməni tərəfi bildirirdi ki,
danışıqları bundan əvvəl Ki-Uestdə əldə edilmiş razılaşmalar əsasında aparacaqlar. Lakin
Azərbaycan dövlət başçısı danışıqların sıfırdan başlayacağını elan etdi.
2004-cü il aprelin 16-dan başlayaraq Praqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri
səviyyəsində danışıqlar yenidən bərpa olundu. Sonradan “Praqa prosesi” adını almış danışıqların bu
mərhələsində 2005-ci ilin yayına qədər iki dövlətin xarici işlər nazirləri 11 görüş keçirərək
münaqişənin nizama salınmasına dair sülh planının yeni variantının detallarını müzakirə etdilər.
2005-ci il yanvarın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Təhlükəsizlik Şurasının
iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində
əlverişli şəraitin yarandığını və bu problemin “Praqa prosesi” əsasında getdiyini bildirməklə
danışıqlarda yeni mərhələnin başlandığını bəyan etdi. 2005-ci il mayın 15-də Varşavada, avqustun
27-də isə Kazanda iki ölkənin prezidentləri arasında keçirilən növbəti görüşlərdə danışqların əsas
mövzusu təklif olunan yeni sülh planının detallarının müzakirəsi oldu.
Keçirilən görüşlərdə Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi “Praqa prosesi”nin
yenidən dalana dayanmasına və danışıqların nəticəsiz qalmasına gətirib çıxartdı. Ermənistan-
Azərbaycan münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri
2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olundu.
Bundan sonra, 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il
yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də
Moskvada, oktyabrın 8-9-da Kişinyovda, noyabrın 22-də isə Münhendə Azərbaycan və Ermənistan
prezidentlərinin 8 görüşü keçirildi. Bu görüşlər zamanı danışıqların mahiyyəti haqqında verilən
məlumatlarda bildirilir ki, son beş ildə “Praqa prosesi” çərçivəsində işlənilməsi başlanılan və Madrid
sənədinə çevrilən baza prinsipləri mövcuddur.
Prezident
iqtisadi
Keçmişdə olmuş və bu gün ola biləcək eyni tipli hadisələrə misal ola bilən hadisə, hərəkət,rəftar.
Pristij
siyasi
Nüfuz
Profan
ictimai
Hər hansı bir sahədə biliyi olmayanlar
Prokurorluq
hüquqi
Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların
icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və
istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə
qərarlarından protest verir.
Prolonqasiya
iqtisadi
Hər hansı bir müqavilənin, sazişin müddətinin uzadılması.
Promille
coğrafi
Duzluluğun ölçü vahididir. 1000 qram suda olan duzun qramla miqdarını bildirir.
Proporsional seçki
sistemi
hüquqi
Səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsidir. İlk dəfə olaraq 1889-cu ildə Belçikada
tətbiq olunub.
Proses
siyasi
Latınca, irəliyə doğru hərəkət.
Protest
hüquqi
Etiraz. Prokurorun qanunların icrasına nəzarəti həyata keçidiyi zaman aşkar etdiyi qanun
pozuntularını aradan qaldırmaq üçün verdiyi hüquqi cəhətdən əsaslandırılmış rəsmi etiraz
Psixologiya
"psixika haqqında elm" deməkdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir.
Psixometr
coğrafi
Hiqrometr kimi havanın rütubətliyini ölçür.
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
Publisistika
siyasi
(latınca “ictimai”) Publisistika termini 19-cu əsrdə yaranmış və uzun müddət sosial ədəbiyyat
mənasında işlənmişdir. Hal-hazırda jurnalistikanın hər janrı publisistika adlanır. Publisistikanın
məqsədi həyatı əks etdirmək, tədqiq etmək, onun haqqında kütləni düşündürərək inandıracaq
formada danışmaqdır.
Radiasiya
təhlükəsizliyi
coğrafi
İnsanın, bütövlükdə populyasiyanın, ətraf mühit obyektlərinin ionlaşdırıcı şüalanmanın zərərli
təsirlərindən qorunmasını təmin edən elmi əsaslanmış tədbirlər kompleksidir
Radikal
siyasi
Sərt
Rasional
siyasi
(fransızca, səmərəli) Daha çox rasional hakimiyyət ifadəsilə işlənir.
Ratifikasiya - dövlət başçısının digər dövlətlə, yaxud beynəlxalq təşkilatla bağladığı müqavilənin öz
ölkəsinin parlamenti tırıfindın təsdiq edilməsi.
Ratifikasiya
hüquqi
Dövlətin ali hakimiyyət orqanının dövlət və ya hökumət nümayəndəsi tərəfindən bağlanmış
beynəlxalq sənədləri təsdiq etməsi
Reemiqrasiya
coğrafi
Ölkədən gedənlərin yenidən öz vətəninə qayıtması
Reformator
siyasi
İslahatçı
Refrijirator
iqtisadi
(lat. refrigero-soyuduram) Tez xarab olan məhsulların dasınması üçün içərisində soyuducu qurğu
olan nəqliyyat vasitəsi (gəmi, avtomobil, vaqon və s.)
Regional
təşkilatlar
coğrafi
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM
Rekreasiya
iqtisadi
Turizm
Reqlament
hüquqi
Toplantı, iclas, sessiya və qurultayların zamanla aparılma qaydası.
Bəzi beynəlxalq konqres və konfransların qərarlarının adı (məsələn, 1815-ci il Vyana reqlamenti).
Biznesdə - layihə üzvünün layihədə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün etməli olduğu
fəaliyyət ardıcıllığı
Reqrutasiya
siyasi
Latınca, cəmiyyət üzvlərinin siyasi fəaliyyətə cəlb olunması
Relikt bitkilər
coğrafi
Keçmiş geoloji dövr florasından qalmış və yeni mühitə uyğunlaşmış bitki növləri
Remitent
iqtisadi
Veksel sahibi
Renta
iqtisadi
Kapitaldan, əmlakdan və ya torpaqdan müntəzəm alınan gəlir,hansı ki, öz sahibindən heç bir
işgüzarlıq fəaliyyəti tələb etmir.
Reparasiya
siyasi
Təzminat, hücuma məruz qalmış dövlətə dəymiş zərərin ödənilməsi üçün məğlub olmuş tərəfin
öhdəsinə götürdüyü ödənc.
Repatrasiya
coğrafi
Uzun illərdən sonra ölkəyə qayıtma. Məsələn, II Dünya müharibəsindən, Böyük Vətən
müharibəsindən çox müddətdən sonra. SSRİ-yə qayıdanların sayı 30 mln.nəfərdən çox olmusdur.
Respublika
siyasi
(latınca republic – "dövlət işləri, ictimai işlər" deməkdir) Elə idarəçilik formasıdır ki, burada dövlət
başçısını seçmək və dəyişdirmək mümkündür, onun hakimiyyəti isə seçicilərin iradəsi və ya
nümayəndələr qurumu tərəfindən müəyyən edilir. Prezidentli,, parlamentli və qarışıq formalı
respublikalar var.
Respublika
idarəetmə forması
coğrafi
Ali qanunverici hakimiyyət seçkili Parlamentə, icraedici hakimiyyət hökumətə məxsusdur.
Revalvasiya
iqtisadi
Pul vahidinin qızıl tərkibinin rəsmi artırılması onun valuyta paritetinin və faktiki valuyta
məzənnəsinin yüksəlməsi.
Revanşizm
siyasi
Məğlubiyyətin əvəzini çıxmaq, itirilmiş əraziləri, iqtisadi və siyasi mövqeləri geri qaytarmaq üçün
aparılan mürtəce müharibə siyasəti.
Rəqabət
iqtisadi
Qabiliyyətlilik Bu terminlə məhsulun keyfiyyət, texniki səviyyə, materialhəcmlilik, etibarlılıq və s.
göstəricilərinin yüksək olması başa düşülür və bir nəticə kimi xarici bazarda satışa getmək imkanı ilə
qiymətləndirilir.
Royalti
iqtisadi
Lisenziya alanların icra etdikləri göstəriçilərə mütənasib olaraq qismən ödəmə(royalti) qaydası ilə
haqqın tədricən verilməsi.
Rumb
coğrafi
Dənizçilər cəhətin istiqamətini belə adlandırırlar
Run yazısı
coğrafi
Qədim türk yazısı hesab olunur
Sadizm
Kiməsə işgəncə verərək ondan həzz almaq
Saqqız ağacı
coğrafi
Püstə cinsinin Azərbaycanda yabanı halda yayılmış növü olub, üçüncü dövrün ən qiymətli relikt
ağaclarından biridir. Oduncağından əldə olunan qətran yüksək texniki keyfiyyətlərə malikdir,
aviasiya, elektronika və kimya sənayesində tstifadə olunur.
Sanasiya
iqtisadi
Müəsisəni müflisləşməkdən qaytarmaq və ya onun rəqabət qabiliyyətini yüksəltmək məqsədilə
dövlət tərəfindən onun maliyyə vəziyyətini yaxşılaşdırmağa yönəldilən tədbirlər sistemi
Sanksiya
iqtisadi
Qanunu pozanlara qarşı tətbiq edilən və onların fəaliyyətini məhdudlaşdıran dövlət tədbiqi; icarə,
təsdiq
Sarıqamış
əməliyyatı
tarixi
Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci dünya müharibəsi dövründə 1914-cü il
dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş hərbi münaqişə.
Osmanlının məğlubiyyəti ilə nəticələndi
Sektor
hüquqi
Bölmə
Sertifikat
iqtisadi
Bu və ya digər faktı təsdiq edən sənəd.Xarici ticarətdə sertifikatın bir neçə növü işlədilir:
a) keyfiyyət sertifikatı-kompetent orqanlar tərəfindən verilən və malın keyfiyyətini təsdiq edən
sənəd; b) mənşə sertifikatı-ixlac edən ölkənin gömrük işçisi tərəfindən imzalanmış və malın hansı
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
ölkədən ixlac edildiyini göstərən sənəd; c) sığorta sertifikatı-sığorta müqaviləsinin şərtlərini göstərən
və sığorta polisini əvəz edən sənəd.
Səhm
iqtisadi
Qiymətli kağızdır ki,öz sahibinin səhmdarlar cəmiyyətinin üzvü olduğunu (oraya pul qoyduğunu) və
cəmiyyətin gəlirinin bölüşdürülməsində (dividend almağa) hüququ olduğunu təsdiq edir
Səhmdarlar
cəmiyyəti
iqtisadi
Hər hansı bir işi icra etmək məqsədilə işgüzar adamların nizamnamə əsasında öz vəsaitlərini
birləşdirmək üçün yaratdıqları cəmiyyət.Vəsait qoyan işgüzar bunun müqavilində qiymətli qağız
səhm alır.Səhm sahibi olmaq isə hər bir işgüzara cəmiyyətin idarə olunmasında və gərilin müəyyən
hissəsinin (dividendin) bölüşdürülməsində iştirak etmək hüququ verir.
Səmavi
Səmaya, göyə mənsub
Sənaye səhraları
coğrafi
Daş, qum karxanaları, neft, qaz kəmərlərinin çəkilişi ilə yaranan pozulmuş ərazilər belə adlanır.
Sənəd
hüquqi
(latınca, documentum — nümunə, şəhadətnamə, sübut) Qeyd edilmiş və zaman, məkan üzrə təyin
edilmiş informasiyaya malik material daşıyıcı, hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar
məlumatdırdır.
Sərəncam
hüquqi
Prezident, Nazirlər Kabineti və s. tərəfindən ümumi qaydalar istisna olmaqla başqa məsələlər
barəsində verilir. Dövlət orqanları, müəssisə, idarə, təşkilat rəhbərləri tərəfindən verilən yazılı və ya
şifahi, məcburi və konkret göstərişlərdir.
Sığorta
iqtisadi
(ing. incurance) Şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericilikdə
qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak
mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan
münasibətlər sistemidir.
Sintez
tarixi
Birləşmə, Analiz - parçalanma
Siyasət
siyasi
"Siyasət" termini ilk dəfə qədim yunan mütəffəkiri Aristotel istifadə etmişdir. O, bu termini dövləti
idarə etmək sənəti kimi müəyyən edirdi. Hələ qədim zamanlarda siyasət haqqında belə bir fikir
formalaşmışdır ki, "onun haqqında hamı düşünə bilər, lakin onu yaratmaq seçmə insanlara
məxsusdur". Müasir elmdə "siyasət" anlayışı hələ də birmənalı qəbul edilmir.
Siyasi sistem
siyasi
Siyasi təsisatların, birliklərin və onlar arasında qarşılıqlı əlaqə formalarının məcmusu
Sosial siyasət
siyasi
İnsan üçün insani şərait yaratmaq deməkdir.
Sosializm
siyasi
İdeologiyasının kökləri çox qədim zamanlardan müşahidə edilib. Az-çox sistemli şəkildə sosializm
ideyaları böyük utopistlər T.Mor və Kampanellanın, sonralar isə Sen-Simon, Furye və Ouenin
əsərlərində şərh edilib. J.J.Russonun və F.Babyöfün də xidmətləri az olmayıb.Əsas ideya
bərabər,ədalətli,xoşbəxt,istismarsız cəmiyyət qurmaqdır.
Sosiologiya
Cəmiyyəti mikro və makro səviyyədə öyrənən elmdir. O, cəmiyyəti, onun təşkil edən sistemlərin
strukturu, funksiyaları və inkişafını, sosial institutları, münasibətləri və icmaları tədqiq edir.
Soyurqal
tarixi
Monqolca hərfi mənası “ehsan”, “bəxşiş”, “hədiyyə”, “güzəşt” - orta əsrlərdə hərbi xidmət
müqabilində feodal əyanlara bağışlanılan torpaq sahəsi, mülk. Qızıl Orda, Orta Asiya, İran, İraq və
Azərbaycanda (XIV-XIX yüzilliklərdə), habelə Hindistanda (XVI-XIX yüzilliklərdə) və bir sıra
başqa ölkələrdə geniş yayılmışdı. Zaman keçdikcə s. tiyul torpaq sahibliyi ilə əvəz olunmuşdur.
Spitak
zəlzələsi
(Leninakan
zəlzələsi, Gümrü
zəlzələsi)
tarixi
7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ.
Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Ümumilikdə zəlzələdən
21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min
nəfər ölüb, 140 min adam şikəs olub, 514 min nəfər evsiz qalıb. Alimlərin hesablamalarına görə,
zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb.
Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub.
O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili
yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin
qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.
Status-kvo
siyasi
Latınca "mövcud vəziyyətin saxlanılması" deməkdir.
Stenoqram
hüquqi
İclas, müşavirə və s. kollegial orqanların yığıncaqlarından məruzələrin, mitinqlərin və s. çıxışların
stenoqrafiya üsulu ilə tərtib edilmiş sənəddir.
Struktura
siyasi
Quruluş, dövlətin təşkili forması
Sublimasiya
coğrafi
Suyun maye haldan bərk hala keçməsi. Dolu sublimasiya nəticəsində yaranan yağıntıdır.
Suverenlik
hüquqi
(fr. ali hakimiyyət) Ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və
hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin
Konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları
əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən
etmək hüququndan ibarətdir. Dövlət suverenliyi dedikdə, dövlətin ölkə daxilində və onun xarici
siyasi fəaliyyətində müstəqilliyi başa düşülür. Dövlətin daxili suverenliyi onun ərazisi daxilində
aliliyə iddia edən başqa hakimiyyətin olmasını istisna edir. Hətta federativ dövlətlərdə belə
federasiya subyektləri suveren təşkilatlar hesab olunmur, yalnız federasiyanın özü suveren təşkilat
kimi tanınır. Xalqın suverenliyi- xaqlın aliliyini, öz taleyini özünün həll etməsi, öz dövlətlərinin
siyasətinin istiqamətini, orqanlarının tərkibini formalaşdırmaq, dövlət hakimiyətinin nəzarət etmək
hüququnu bildirir. Demokratik dövlətin konstitusiyasında öz əksini tapan “hakimiyyət xalqa
mənsubdur”, “xalq hakimiyyətin mənbəyidir” kimi müddəalar xalqın suverenliyinin hüquqi
təminatıdır.
Şahdəniz yatağı
iqtisadi
1999-cu ildə kəşf edilmişdir. Kollektorda 40 trilyon kub fut – 1 trilyon kub metr qaz ehtiyatı ilə bu
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə,
suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz
Azərbaycanı, Gürcüstanı və Türkiyəni təhlükəsiz və etibarlı qazla təchiz edən bir yataq olduğunu
sübut etmişdir.
Şahdəniz-1
layihəsi
iqtisadi
Şahdəniz Mərhələ 1 üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb.
BP şirkəti və Şahdəniz tərəfdaşları bu vaxtadək Şahdəniz Mərhələ 1 layihəsinə 9 milyard ABŞ
dolları dəyərində investisiya yatırıb.
Quyuların qazılmasında çətinliklərə, platformanın inşa edilməsinə, sahil terminalının tikintisinə və
Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Gürcüstan-Türkiyə sərhəddinə qədər uzanan 700 km
uzunluğa malik Cənubi Qafqaz Boru Kəmərinin çəkilməsinə baxmayaraq, Şahdəniz Mərhələ 1
işlənməsinə cəmi yeddi ildə nail olundu.
Şahdəniz-2
layihəsi
iqtisadi
Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi
Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz
dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq
Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard
ABŞ dolları dəyərində kapital qoyuluşuna ehtiyac vardır. Bundan sonra əlavə kəmər sistemləri
Cənub Qaz dəhlizi marşrutu üzrə 6 milyard kub metr qazı Türkiyəyə, əlavə 10 milyard kub metr
qazı isə Avropadakı bazarlara çatdıracaq. Şah Dəniz qazı 2500 metr hündürlüyə qalxaraq və
dəniz dibində 800metr dərinliyinə enərək 3500 kilometr məsafə boyunca nəql ediləcək.
İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın
bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
Şalaxo (Şələqoy)
tarixi
Azərbaycan və Gürcüstanda oynanılan kişi rəqsidir. "Şalaxo" ən qədim Azərbaycan rəqslərindən
biridir.
Şengen
razılaşması
tarixi
Gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika,
Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış
razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.
Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış
turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir.
Dostları ilə paylaş: |