A= P(V2-V1) = PV
burada Vi= nVm, Vm - qazın molyar həcmidir.
P=const və T=const olduqda
Onda
A= nRT
olar. Burada n = n2 – n1 reaksiya zamanı qazların mol sayının dəyişməsidir. n kəmiyyəti reaksiya zamanı qazların artması və azalmasından asılı olaraq müsbət və ya mənfi qiymətlər ala bilər.
Adiabatik proses. Adiabatik proses mühitlə istilik mübadiləsi olmadan gedən prosesdir. Prosesin adiabatiklik şərti aşağıdakı kimidir:
Q = 0 və ya Q = 0 (25)
Ona görə də adiabatik proseslər üçün termodinamikanın I qanununun ifadəsindən alırıq ki:
Q = dU + A = 0
Buradan
A = - dU
(25) ifadəsindən görünür ki, adiabatik proses zamanı görülən iş daxili enerjinin dəyişməsinə bərabər olduğundan, prosesin yolundan asılı olmur və hal funksiyası xassəsi daşıyır. İdeal qaz üçün (12) və dU=CdT tənliklərini (25) ifadəsində nəzərə alsaq, onda adiabatik proses üçün
Dostları ilə paylaş: |