Termodinamikanin I qanunu. I qanunun müXTƏLİf prosesləRƏ TƏTBİQİ



Yüklə 116,5 Kb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü116,5 Kb.
#34964
1   2   3   4   5   6   7   8
Iqanun

CVdT = - P dV (26)

ifadəsini alarıq. Buradan



(27)

olduğundan adiabatik prosesdə temperaturun dəyişməsinin işarəsi həcmin dəyişməsinin işarəsindən asılıdır. Adiabatik prosesdə qaz genişləndikdə dV  0 olduğundan dT 0 olur, yəni genişlənmədə sistemin temperaturu azalır(sistem soyuyur). Qaz adiabatik yolla sıxıldıqda isə dV  0 olduğundan dT 0 olur, yəni bu zaman sistemin temperaturu artır (sistem qızır).

1 mol ideal qazın hal tənliyindən qazın qiymətini (P = RT/V ) (26) tənliyində nəzərə alaq:



CVdT = - RT dV/V

Bu ifadənin hər tərəfini T-yə bölək:



İdeal qaz üçün R = CP - CV olduğundan sonuncu ifadəni aşağıdakı kimi yaza bilərik:



Bu ifadənin hər tərəfini CV-yə bölək və (  1) ilə işarə edək. Onda alarıq ki:



(28)

İdeal qaz üçün CP, CV və eyni zamanda -nın temperaturdan asılı olmadığını qəbul edib, sonuncu ifadəni inteqrallasaq, alarıq:



lnT = (1-)lnV + const

lnT = (-1)lnV = const

və ya


ln V-1T=const

Bu ifadəni potensiallayaq:



V-1T= econst =const

(28) tənliyi adiabat tənliyi adlanır və prosesdə həcmlə temperatur arasındakı asılılığı ifadə edir. Göründüyü kimi adiabatik prosesdə V və T elə dəyişməlidir ki, onların hasili sabit qalsın. Belə proseslərdə V artdıqda ( adiabatik genişlənmədə) temperatur azalır, V azaldıqda isə (adiabatik sıxılmada) temperatur artır.

(28) tənliyindən istifadə edərək həcmlə təzyiq arasındakı asılılığı tapmaq olar. 1 mol qazın hal tənliyindən temperaturun qiymətini (28) ifadəsində yerinə yazsaq, alarıq:

və ya (29)

(29) ifadəsi ideal qazlar üçün Puasson tənliyi və ya adiabat tənliyi adlanır. -ya adiabat göstəricisi deyilir.

İndi isə ideal qazın adiabatik prosesdə işini hesablayaq. Adiabatik prosesin elementar işi üçün yaza bilərik ki:

A = - dU = - CV dT (30)

İstilik tutumunun temperaturdan asılı olmadığını qəbul edib (30) ifadəsini T1 – T2 temperatur intervalında inteqrallayaq:



(31)

1 mol ideal qazın hal tənliyindən istifadə edərək T1 T2-nin qiymətlərini tapaq.





T1 T2-nin qiymətlərini (31) tənliyində yerinə yazsaq

və ya

Sonuncu ifadənin sağ tərəfinin surət və məxrəcini CV-yə bölək, onda



(32)

alarıq.


(15) və (32) tənliklərinin müqayisəsi göstərir ki, həcmin eyni dəyişməsində adiabatik genişlənmə zamanı görülən iş izotermik genişlənmə zamanı görülən işdən azdır. Bu onunla əlaqədardır ki, eyni başlanğıc şəraitdə genişlənmənin istənilən mərhələsində adiabatik prosesdə təzyiq izotermiki prosesdəki təzyiqdən kiçik olur.




Yüklə 116,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin