TERMODİNAMİKANIN II QANUNU Termodinamikanın II qanunu istilik miqdarı, daxili enerji və mexaniki iş arasında əlaqə yaradır. Bu qanunda istiliyin işə və ya işin istiliyə çevrilməsi haqqında heç bir məlumat verilmlr. Hələ qədim insanlar mexaniki iş görərək istilik əldə edirdilər və bu halda mexaniki işi tamamilə işə çevirmək mümkün olurdu. Görəsən istiliyi tamamilə işə çevirmək mümkündürmü? Bu suala Termodinamikanın II qanunu cavab verir.
1824-cü ildə Karno qeyd etmişdir ki, istiliyi tamamilə işə çevirmək qeyri – mümkündür. Bu halda heç düşünməyə dəyməz. 1850-ci ildə Klazius II qanuna belə bir tərif verib: “İstilik temperaturu aşağı olan cisimdən yuxarı olan cismə öz-özünə verilə bilməz”. Bir il sonra Klazius və Tomson belə nəticəyə gəlmişlər ki, istilik mənbəyindən alınan istiliyi tamamilə işə çevirmək qeyri – mümkündür, istiliyin müəyyən hissəsi mütləq soyuducuya verilməlidir. Osvald qeyd etmişdir ki, yalnız bir mənbədən alınan istilik hesabına iş görə bilən daimi mühərrik yaratmaq mümkün deyildir.
Dairəvi termodinamiki proseslər
Fərz edək ki, silindirdə qaz genişlənərək müəyyən qədər iş görür. Bu genişlənmə o vaxta qədər davam edir ki, qazın daxili təzyiq və temperaturu ətraf mühitin təzyiq və temperaturuna bərabər olsun.
lgen=(132671)san Sistemdə yenidən iş görmək üçün sistemi əvvəlki vəziyyətinə qaytarmaq lazımdır. Burada 3 hal ola bilər:
I. Sistem gəldiyi yolla da geri qayıdır:
lgen=lsıx Bu halda heç bir faydalı iş görülmür.
II. Sistem hər hansı 2 – 4 – 1 yolu ilə geri qayıdır. Bu halda:
lgen(132671)san>lsıx(241762)san Daxili yanma mühərrikləri, qızdırıcı maşınlar bu tsikllə işləyir.
III. Sistemin hə hansı 2 – 5 – 1 yolu ilə geri qayıdır. Bu halda:
lgen(132671)sansıx(241762)san Bütün soyuducu maşınlar bu tsikllə iş görür.
İstilik maşınlarının termiki faydalı iş əmsalı və