Termodinamikanin mövzusu



Yüklə 1,83 Mb.
səhifə20/28
tarix25.04.2023
ölçüsü1,83 Mb.
#102079
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
ıstılık

İstilikkeçirmə

Biz qeyd etdik ki, istiliyin cismin temperaturunun yükək olan hissəsindən temperaturu aşağı olan hissəsinə cismin mikrohissəcikləri (molekul, atom və s.) vasitəsilə daşınmasına istilikkeçirmə deyilir. İstilikkeçirmə əsasən bərk cisimlərdə və hərəkət etməyən maye və qaz selində müşahidə olunur.


İstiliyin istilikkeçirmə ilə daşınması cismin həcmində temperaturun paylanmasından asılıdır. Ona görə də temperatur sahəsi və temperatur qradiyenti anlayışlarını öyrənək.
Baxılan anda fəzanın (cismin) bütün nöqtələrindəki temperaturların qiymətləri çoxluğuna temperatur sahəsi deyilir. Temperatur sahəsi ümumi şəkildə
t=f(x, y, z, ) (1)
kimi yazılır. Burada x, y, z – nominal,  – zamandır.
Əgər temperaturun dəyişməsi zamandan asılı deyilsə, belə temperatur sahəsinə stasionar, əks halda qeyri – stasionar temperatur sahəsi adldnır. Temperatur sahəsi 3 ölçülü, 2 ölçülü, 1ölçülü ola bilər.






qeyri – stasionar stasionar

I.


(2)
t=f(x, y, z, ) t=f(x, y, z)

II.

T=f(x, y, ) t=f(x, y) ,

III.

T=f(x, ) , t=f(x) , ,

Ən sadə temperatur sahəsi I-dir (bir ölçülü).


İstilikkeçirmə zamanı cismin həcmində elə nöqtələr tapmaq olar ki, onların temperaturu eyni olsun. Eyni temperaturlu nöqtələrin həndəsi yerinə izotermik səthlər deyilir. İzotermik səthlər bir – birilə kəsişmir, ya özü - özündə qapanır, ya da cismin kənarında yox olur.


Fərz edək ki, 2 izotermik səth verilib və bu səthlər arasında temperatur fərqi t qədərdir. Təcrübələr göstərir ki, temperaturun ən böyük dəyişməsi səthə çəkilmiş normal istiqamətdə olur.


İki izotermik səth arasında temperatur dəyişmısinin normal boyunca məsafəyə olan nisbətinin limitinə temperatur qradiyenti deyilir.


(3)
Qəbul edilmişdir ki, temperatur qradiyenti temperaturun artması istiqamətində yönəlsin.
İzotermok səthdən vahid zamanda keçən istiliyin miqdarına istilik seli deyilir (Q). Vahid izotermik səthdən vahid zamanda keçən istiliyin miqdarına istilik seli sıxlığı deyilir. Vektorial kəmiyyətdir və temperaturun azalması istiqamətində yönəlir (q(Coulm2)).



Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin