Termodinamikanin mövzusu


Van-der-Vaals tənliyinin analizi



Yüklə 1,83 Mb.
səhifə19/28
tarix25.04.2023
ölçüsü1,83 Mb.
#102079
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
ıstılık

Van-der-Vaals tənliyinin analizi

(6) tənliyini v-yə görə həll edək:



(7)
Bu tənliyin (kub tənliyinin) 3 həlli olur.
I. Tənliyin 3 kökü var, 3-ü də həqiqidir və bir-birindən fərqlənirlər;
II. Tənliyin 3 kökü var, 3-ü də həqiqidir və bir-birinə bərabərdirlər;
III. Tənliyin 2 kökü xəyali, 1-i isə həqiqidir.


Təcrübələr göstərir ki, 2 fazlı oblastda izobara və izotremalar düz xətlərdir. Van-der-Vaals əyriləri isə 2 fazlı oblastda əyri xətlərdir. Bu isə onu göstərir ki, bu tənlik 2 fazlı oblastda özünü doğrultmur.


Bütün bunlara baxmayaraq, əyrilərin AB və DE hissəsini almaq olar. BD hissəsini hələ də almaq mümkün olmamışdır.
1942-ci ildə Vukaloviç və Novikov Van-der-Vaals tənliyinə düzəliş verərək onu suya tətbiq eymişdir.
(8)
Burada C və m sabit ədədlərdir və təcrübədən tapılır.
İSTİLİKÖTÜRMƏ

XVIII əsrdə alimlər əsasən istiliyi işə çevirmə üsullarını öyrənməklə məşğul idilər. Sonralar XIX əsrin əvvəllərindən başlayaraq istilik maşınlarının f.i.ə.-nın artırılması problemləri gəldi. Ona görə də alimlər istiliyin daşınma prosesini öyrənməyə başladılar. Aparılan təcrübələr göstərir ki, istilik daşınması 3 cür olur:



  1. İstilikkeçirmə ilə. İstilikkeçirmə dedikdə cismin enerjisinin cismin temperaturunun yuxarı olan hissəsindən temperaturu aşağı hissəsinə daşınması başa düşülür.

  2. Konveksiya ilə. Bu halda istilik bərk cismin səthindən hərəkət edən maye və ya qaz seli vasitəsilə daşınır.

  3. İstilik şüalanması. Bu halda istilik elektromaqnit dalğaları vasitəsilə daşınır və bu 2 etapda baş verir. Əvvəlcə istilik enerjisi elektromagnit dalğalarına, sonra isə elektromagnit dalğaları istilik enerjisinə çevrilir.

İstilik daşınmasını 3 hissəyə bölünməsi metodiki cəhətdən düzgündür. Təcrübədə isə enerjinin daşınmasının bütün növlərinə eyni zamanda rast gəlmək olur.
Bəzən bu prosesləri birləşdirmək mümkündür. Məsələn: istiliyin isti mayedən soyuğa aralıq divar vasitəsilə ötürülməsini ğötürək. Burada istiliyin daşınmasının hər 3 növü var. Amma bu proseslərə vahid proses kimi baxıb həll etmək mümkündür.
İstiliyin isti cisimdən soyuğa aralıq divar vasitısilə verilməsinə iatilikötürmə deyilir.
Biz istiliyin daşınmasının hər 3 növünü ayrı – ayrılıqda öyrənəcəyik.

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin