Termodinamik sistem
Təbiətdə baş verən bütün hadisələrdə cisim və yaxud cisimlər çoxluğu iştirak edir və bu cisimlər bir – birilə ətraf mühitlə enerji mübadiləsində olurlar. Termodinamiki nöqteyi – nəzərdən öyrənilən istənilən belə obyektə termodinamik sistem deyilir. Öz aralarında və ətraf mühitlə istilik mübadiləsində olan obyektə termodinamiki sistem deyilir.
Öyrənilən termodinamiki sistemdən kənarda nə varsa ətraf mühit adlanır. Adiobatik örtüklə izolə olunmuş sistemə adiobatik sistem deyilir. Ətraf mühitlə heç bir əlaqəsi olmayan sistemə izolə olunmuş sistem deyilir.
Biz, ümumiyyətlə tarazlıqda olan sistemləri öyrənəcəyik və istənilən hal tənliyi də yalnız bu növ sistemlərə aiddir. Tarazlıqda olan sistemlər dedikdə baxılan halda anda hal parametrləri dəyişməz olan sistem başa düşülür.
İdeal qazin hal tənliyi
Hal tənliyi dedikdə cismin halını xarakterizə edən hal parametrləri arasında əlaqə yaradan analitik ifadə başa düşülür:
(P,v,T)=0 (1)
(1) ifadəsi qeyri – müəyyən şəkildə hal tənliyidir. Bu tənlik həm ideal, həm də real qazlar üçün doğrudur. Real qazlar üçün (1) ifadəsinin açıq şəklini nəzəri yolla bu vaxta qədər almaq mümkün olmamışdır.
Ideal qazlar üçün (1) ifadəsinin açıq şəklini almağa çalışaq. MKN – Molekulyar kinetik nəzəriyyədən məlumdur ki, qaz molekullarının yerləşdiyi qabın divarlarına etdiyi təzyiq
(2)
burada P – mütləq təzyiq;
v – xüsusi həcm;
n – v həcmindəki molekulların sayı;
– kinetik enerjidir.
olduğundan
Bunu qazın 2 halı üçün yazsaq:
və ya
və ya
Pv=RT (3)
R – qaz sabitidir. (3) – 1 kq qaz üçün Klapeyron tənliyidir (mv=V)
PV=mRT
Bu tənlik m – kiloqram üçün Klapeyron tənliyidir. Onu qazın 2 halı üçün yazaq:
PV2=mRT2
PV1=mRT1
P(V2 – V1)=mR(T2 – T1)
buradan
(4)
m=1 kq, (T2 – T1)= 1 K R~P(V2 – V1).
R - ədədi qiymətcə 1 kq qazı 10 qızdırdıqda sabit təzyiqdə görülən işə ədədi qiymətcə bərabər olan kəmiyyətdir.
Dostları ilə paylaş: |