Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə


Altıncı bölmə: Qəhrəmanlar



Yüklə 307,26 Kb.
səhifə12/17
tarix07.09.2017
ölçüsü307,26 Kb.
#29208
1   ...   9   10   11   12   13   14   15   16   17

Altıncı bölmə: Qəhrəmanlar



Şəhid Şeyx Əhməd Yasin

Şeyx Əhməd Yasinin şəhidliyi münasibəti ilə başsağlığı

Bismillahir-Rəhmanir-Rəhim.

Xəbər aldıq ki, işğalçı sionizm rejiminin günahkar əli böyük bir cinayət törətmiş, Həmas hərəkatının banisi və rəhbəri olan mücahid alim mərhum Şeyx Əhməd Yasini şəhid etmişdir. Şəhidlik şübhəsiz, bu mücahid və zahid şeyxin həmişəlik arzusu idi və Allah yolunda öldürülmək onun ixlaslı bəndələrinə şirindir. Lakin bu, işğalçı sionist cinayətkarların günahının böyüklüyünü azalda və bu böyük cinayətin cəzasını yüngülləşdirə bilməz.

Şeyx Əhməd Yasinin qanı İslam müqavimətinin böyük ağacını suvarıb, fədakar Fələstin xalqının qəzəb atəşini daha da alovlandıracaq və onun məzlumluğu Fələstinin məzlumluq bayrağını dalğalandıracaq.

Bu cinayətlə Şeyx Əhməd Yasindən və Fələstin xalqından aldıqları arıq və əlil bir bədən oldu. Onun düşüncəsini, təsvir etdiyi xətti və açdığı yolu Fələstin xalqından ala bilməyəcəklər. Şeyxin ruhu yaşayır və indi onun məzlum qanı ilə daha da əbədiləşmiş və daha dəyərli olmuş dərsi Fələstin gənclərinin, yeniyetmələrinin və gələcək nəslinin zümzüməsi olacaq. Fələstini işğal edən cinayətkarlar bilsinlər ki, axmaqcasına güc nümayişləri onların zəifliyinə və məğlubiyyətinə ən böyük dəlildir. İşğalçı rejim və qondarma sionizm dövləti məhvə məhkumdur. Fələstin - Fələstin xalqına məxsusdur və bu danılmaz haqqın qarşısında hər bir inadkarlığın uğursuzluqdan və məğlubiyyətdən başqa taleyi olmayacaq.

"(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi".417

Mən Allah yolunun mücahidi olan bu şeyxin şəhidliyi münasibətilə onun uca ruhunu təbrik edir və Fələstin xalqına, xüsusən də Fələstinin fədakar, başıuca və mübariz gənclərinə, eləcə də onun hörmətli ailəsinə başsağlığı verirəm. Allah-Taaladan İslam ümmətinin başucalığını, fələstinli və livanlı mücahidlərin qələbəsini diləyirəm.418
İsrailin vəziyyətinin ağırlaşması

Onlar altmış ildir Fələstinə hakimdirlər. İllərlə fələstinlilərin hərəkatı və coşqusu yox idi. Amma indi sionistlərin həyatı çətinləşib, vəziyyətləri elə bir həddə çatıb ki, əlil arabası ilə gəzdirilən qoca və əlil bir ruhani olan Şeyx Əhməd Yasinin varlığına dözə bilmirlər.419

İrana gələn bu qorxmaz fələstinli şeyx başdan-ayağa iflicdir; əli iflicdir, ayağı iflicdir və onurğası sınıb. O, illərdir cəsarətlə mübarizə aparır. Onurğası sınsa da, onu həbs edib işgəncə verdilər. Fikirləşdilər ki, bədəninə zərbə vursalar, bəlkə hiss etməz. Odur ki, üzünü qamçıladılar və ona yuxusuzluq verdilər. Bunlar terrorçu deyillər?!420

Şəhid Doktor Fəthi Şəqaqi

Fələstin İslam Cihadının rəhbəri Doktor Fəthi Şəqaqinin şəhadəti münasibəti ilə müraciət

Bismillahir-Rəhmanir-Rəhim.

"Biz Allahınıq və Ona tərəf qayıdacağıq!"

Fələstin İslam mübarizələrinin qanlı səhnəsi o torpağın rəşadətli və məzlum övladlarının birinin haqsız tökülən qanı ilə yenidən al-əlvan oldu. İman və ixlas dolu qəlblə öz evini və vətənini müdafiə üçün cihad edən bir şəxs qaniçən və qatil işğalçılar tərəfindən şəhadətə qovuşdu. Şərəf və əxlaqdan uzaq olan sionistlər növbəti dəfə sübut etdilər ki, öz qanunsuz məqsədləri üçün qətl və cinayəti halal sayırlar. Mömin, cəsarətli, mütəfəkkir və ixlaslı mücahid olan Şəhid Doktor Fəthi Şəqaqi son onillikdə Fələstin xalqının İslam mübarizələrinin şəfəqini yaradan, bütün qüvvəsini, imkanını və əziz canını bu müqəddəs cihad yolunda qoyan parlaq şəxsiyyətlərdən biri idi. İslam günəşinin Fələstin mübarizələri üfüqündən məzlum Fələstin xalqına yeni can bəxş edən doğuşu elə bir zamanda başladı ki, Fələstin məsələsinin yalançı iddiaçıları sırf İslam səhnəsi olan orada İslam adını çəkməkdən ciddi şəkildə çəkinir və Fələstin məsələsini İslamdan ayırmaqla bilərəkdən, yaxud bilmədən Fələstin amalını məhvə sürükləyirdilər. Bu zaman dəliqanlı, ixlaslı, mömin və mütəfəkkir gənclərin bir qrupu və onların başında bizim əziz şəhidimiz Doktor Fəthi Şəqaqi İran İslam İnqilabından ilham alıb mərhum və böyük imama eşq və hörmət dolu qəlblə İslam mübarizələrinin bayrağını ucaltdı, zəif və asılı bədxahlara, işğalçı rejimə, ABŞ-a və onun ərəb regionundakı nökərlərinə rəğmən, Fələstin cihadının solğun damarlarına qan köçürdü, sadəlövhlüklə və xoş xəyalla haqlı cihadın sona çatdığını düşünən düşməni öz zərbələrinə məruz qoydu.

İndi o mömin və ixlaslı mücahid bütün ixlaslı və səmimi mübarizlərin arzusu olan şəhadətə nail olmuşdur. Lakin mən qətiyyətlə elan edirəm ki, bu qırmızı və şərəfli ölüm Fələstində böyük İslam hərəkatının güclənməsinə səbəb olacaq və onun məzlumluğu Allah yolunda cihadda fələstinli məzlumları daha da bərkidəcək.

Mübariz Fələstin xalqı Fələstin amalına xəyanət edənləri - istər tam rüsvayçılıqla özünü fələstinli adlandıranları, istərsə də qeyri-fələstinli ərəbləri bu cinayətdə və buna bənzər cinayətlərdə sionizm rejimi başçılarının cinayətinin şəriki saymağa haqlıdır. Şübhəsiz, bu, işğalçı terrorçuların son cinayəti olmayacaq. Lakin sonda qəti qələbə çalan mütləq müsəlman, mübariz və məzlum Fələstin xalqının haqq cəbhəsi olacaq. Mən bu dəyərli Fələstin mücahidinin şəhidliyi münasibəti ilə bütün Fələstin xalqını, Fələstinin mübarək İslam Cihadı Təşkilatını, xüsusən də onun həyat yoldaşını, övladlarını, valideynlərini, digər yaxınlarını və dostlarını təbrik edir və onlara başsağlığı verirəm.421


Fəthi Şəqaqi - insani dəyər yolunun şəhidi

Mənim sionist mediasının təbliğat təsiri altında olan xalqlarla işim yoxdur, onların səhv etməsi mümkündür, kütləvi informasiya vasitələri ictimai rəyi dəyişdirir. Lakin dünyanın siyasi liderləri arasında Fəthi Şəqaqinin bir insani dəyər yolunun şəhidi olduğunu bilməyən yoxdur. Öz evini işğalçıların əlindən almaq üçün vuruşan bir əsgəri kim alqışlamaya bilər?! Nə üçün azadlıq müharibələrinin sərkərdələrinə, fədakar və əlil əsgərlərə bütün dünyada hörmət göstərilir?! Nə üçün naməlum əsgər qəbrinə dünyanın hər yerində simvolik bir hərəkət kimi hörmət göstərilir?! Bu əsgər məgər nə etmişdir?! Afrikada, Avropada və dünyanın hər hansı yerində vuruşan o əsgər, sərkərdə, yaxud müharibə əlili bu gün məzlum fələstinlilərin, onların fədakar sərkərdələrinin və qərib şəhidlərinin gördüyü işi görmüşdür. Kim insani dəyərlərə boyun əysə, bunları səmimi-qəlbdən sevər. Lakin Şəhid Fəthi Şəqaqinin şəhadətində hegemon gözlərin heç biri ağlamadı, heyvani istəklərinə dikilmiş gözlərindən bir damla yaş tökülmədi. Onun qatili üçün, çoxlu cinayət törətmiş bir terrorçu üçün isə göz yaşı tökürlər.422


Şəhid Rantisi

Siz öz parlaq cihadınız, dözümünüz və müqavimətinizlə İslam dünyasını başıuca etdiniz və nümunə xalq oldunuz. Bu böyük müsibətin ağırlığı sizin qamətinizi əymədi, şəhidlərinizin pak qanı iradə və müqavimətinizi daha da möhkəmlətdi. Düşməniniz öz qaniçənliyi, rəhmsizliyi, qətli, təxribatı, insan oğurlaması və vəhşiliyi ilə sizi məğlub edə bilmədi. Bu gün həmişəkindən daha güclüsünüz. Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi, Rantisi, şəhadət istəyində olan gənclər və sizin digər məzlum şəhidləriniz kimi böyük şəhidlərin qanı indiyədək düşmənin xəncərinə qalib olmuşdur, bundan sonra da Allahın güc və qüvvəsi ilə daha artıq qalib olacaq. İran İslam Respublikasında bizlər və şübhəsiz, bütün dünyanın müsəlman və azadlıqsevərləri sizin qəminizə şərik oluruq. Sizin şəhidləriniz bizim şəhidlərimiz, sizin qəm-qüssəniz bizim qəm-qüssəmiz və sizin qələbəniz bizim qələbəmizdir!423





Yüklə 307,26 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin