Kalorimetrik
üsulun
yaradılması
və
onun
daha
da
təkmilləşdirilməsi qida fıziologiyasının inkişafında mühüm
mərhələ kimi qeyd olunmalıdır.
O, göstərmişdir ki, həzm prosesləri qidanın kəmiyyət və keyfıyyət
göstəricilərindən, xarakterindən, orqanizmə təsir göstərən şərti və
şərtsiz amillərdən, heyvanın qida davranışından xeyli asılıdır. Qida
fıziologiyası sahəsində İ.P.Pavlovun klassik tədqiqatları indi də
yüksək qiymətləndirilir. Onun bu sahədə dərc etdirdiyi kitabları və
elmi materialları vərəqlədikcə bunun bir daha şahidi oluruq.
Rus fızioloji məktəbinin banisi sayılan İ.M.Seçenovun mərkəzi
sinir sistemi-nin fəaliyyəti ilə əlaqədar elmi tədqiqatları, qan
dövranı, həzm və beyin fiziologi-yası sahəsində böyük rus
fizioloqu
İ.P.Pavlovun
apardığı
tədqiqatlar
"Qida
fıziolo-gi-yası"nın sonrakı inkişafında mühüm rol oynamışlar.
Təsadüfı deyildir ki, bu alim-lərin hər ikisı məhz həmin elmi
nailiyyətlərinə görə Nobel mükafatına layiq görülmüşlər.
Əhalinin müxtəlif qrupları və ya kontingentləri üçün qidanın
normalaş-dı-rıl-ması, qidada zülal, şəkər, yağ, vitamin, mineral
duzlar və s. kimi əsas kompo-nentlərin optimal normaları və
nisbətlərinin müəyyənləşdirilməsi məsələsi də elmi şəkildə
öyrənilməyə başlanmışdır. Bu sahədə M.N. Şaternikov, O.P.
Molçanov, İ.P. Razenkov, N.M. Lunin, A.V.Palladin, A.A.
Pokrovski kimi alim və həkimlərin böyük xidmətləri olmuşdur.
Akademik A.A.Pokrovski qida biokimyası, fıziologiyası və
patologiyası sahə-lərində geniş elmi tədqiqatların təşkilində
mühüm rol oynamışdır. Hələ keçmiş so-vet dövlətinin
mövcudluğu dövründə SSRİ Tibb Elmləri Akademiyasmın
nəzdində və A.A.Pokrovskinin bilavasitə rəhbərliyi altında
"Elmi-Tədqiqat Qida İnstitutu" fəaliyyət göstərmişdir. İnstitut
əhalinin müxtəlif kontingentlərı üçün qidaya olan tə-ləbatların
elmi əsaslar üzərində yaradılmış yeni normativ göstəricilərinin
işlənib hazırlanmasında mühüm rol oynamışdır.
XX əsrin sonlarından akademik A.M.Uqolev və onun şagirdlərinin
apardığı el-mi-tədqiqat işləri qida fıziologiyası elmini daha da inkişaf
etdirmişdir. Bu ba-xımdan A.M. Uqolevin "Adekvat qidalanma
nəzəriyyəsi və trofologiya" adı altında dərc etdirdiyi monoqrafıya və
bu istiqamətdə elmi məqalələrinin rolunu xüsusilə qeyd etmək
lazımdır.
Burada adekvat qidalanma nəzəriyyəsinin əsas postulatları
işıq-landırılmaqla, klassik tarazlaşdırılmış qidalanma nəzəriyyəsinə
onun tərkib hissəsi kimi baxılır. Bunlardan əlavə, XX əsrin
əvvəllərindən 90-cı illərə qədər fəaliyyət göstərən Moskvadakı
"Ümumittifaq İctimai İaşənin Elmi-Tədqiqat İnstitutu" (indiki
Ümum-rusiya Qidalanma İnstitutu),
Ukraynada "İctimai İaşənin Elmi-Tədqiqat İnstitutu" (Ukrnitop) və
digər elm idarələri də əhalinin qidalanması ilə bağlı elmi
məsələ-lə-rin, iaşə müəssisələrində kütləvi qidalanmanın və pəhriz
qidalanmasının təşkili ilə əlaqədar elmi biliklərin işlənib
hazırlanmasında böyük rol oynamışlar. Prof. D.İ.Lobanov, prof.
E.P.Kozmina, prof.V.S. Baranov, akad. M.İ.Belyayev, prof.
A.İ.Mqlinets, dos. Q.N.Lovaçeva, dos. N.R.Uspenskaya, prof.
M.İ.Peresiçnıy kimi alimlərin və onların şagirdlərinin apardığı elmi-
tədqiqat işlərinin nəticələri də "Qida fıziologiyası" elminin gələcək
inkişafında xüsusi qeyd olunmalıdır.
İnsanın qidalanması bioloji və sosial problem olduğundan bu məsələ
beynəl-xalq səviyyədə, bir sıra mötəbər beynəlxalq təşkilatların
bilavasitə təkidi və iştirakı ilə vaxtaşırı müzakirə edilmiş və indi də
edilir. Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatlarına görə dünya
əhalisinin ancaq yarıya qədəri normal qidalanma imkanlarına malikdir.
Hətta, bəzi inkişaf etmiş ölkələrdə belə əhalinin qidalanma normaları və
çeşidinin orqanizmin zülala və enerjiyə olan tələbatlarına tam cavab
vermədiyi faktları qeyd edilmişdir. Birləşmiş Millətlər Təşkilatının
(BMT) bəzi bey-nəlxalq departamentləri (Kənd Təsərrüfatı və Ərzaq
Komitəsi, Səhiyyə Təşki-la-tı və s.) xətti ilə Cenevrədə (1984 və 1990-
cı illərdə) və Romada (1987-1992-ci illərdə) keçirilən konqreslərdə
əhalinin qidalanması problemləri, bu sahədə aparı-lan elmi-tədqiqat
işləri və eksperimentlərin analizləri, ölkələrin milli siyasətində
qi-dalanma məsələlərinə münasibət, dövlət başçılarına müraciətlər ön
planda dur-muş və geniş şəkildə müzakirə edilmişdir.
Qida fıziologiyasının inkişafı və nailiyyətləri fərdi və kütləvi
qidalanmanın düz-gün qurulması, qida məhsullarının emalı, qidaların
hazırlanması və onlardan isti-fadə edilməsi qaydalarının qida
texnologiyasının və çeşidinin yaxşılaşdırılma-sına, orqanizmin
sağlamlığının mühafızə edilməsinə, qidalanmanın əhəmiyyətinin
geniş əhali kütlələri tərəfindən dərk olunmasına xidmət edir.
Fiziologiya sahəsində qədim elmi fıkirlərə isə orta əsrin təbabət
korifeylə-rin-dən olan Ə1 Razinin "Mənsuri” adlı əsərində, Abu
Farabinin tibbə aid olan "İnsan bədəninin orqanları haqqında”
traktatında, Əbu Əli İbn-Sinanın məşhur "Tibb elminin qanunlan"
kitabında və digər mənbələrdə rast gəlinir.
O dövrdə yaşamış azəri alimlərindən Ömər Osman oğlu və Dürrü
Razi, son-rakı dövrlərdə yaşayıb yaratmış fransız və alman, italyan
alimlərindən Rene De-kart, Vilyam Harvey, İ.Müller, Luici Qalvani,
Rusiyada M.V.Lomonosov və V.A.Basovun əsərlərində də
fiziologiyanın gələcək inkişafına təkan verən çoxlu el-mi məlumatlar
vardır. Bütün bunlar barədə və digər alimlər haqqında daha geniş
mə-lumatları, fıziologiya üzrə müasir dövrün görkəmli Azərbaycan
alimi prof. Faiq Cəfərovun yazmış olduğu "İnsan fıziologiyası"
dərsliyinin "Fiziologiyanın inkişaf tarixi" bölməsindən toplamaq olar.
Əlbəttə, tarixən fıziologiyanın inkişafında kimya və fızika
sahəsində aparılmış elmi-tədqiqatların da böyük rolu olmuşdur.
Bunlar da öz növbəsində sonralar müstəqil bir elm sahəsi kimi
formalaşmış "Qida fiziologiyası"nın inkişafına gətirib çıxarmışlar.
Azərbaycan Respublikasında da qida fıziologiyası sahəsində xeyli
önəmli elmi-tədqiqat işləri aparılmış və bu sahədə elmi
müşahidələr yenə də davam etdirilir. Ölkənin milli siyasətində
əhalinin ərzaq xammalı və qida məhsulları ilə təmin edilməsi
məsələsi daim öz aktuallığını saxlayır.
Orta əsrlərdə təbabət elmlərinin, o cümlədən fıziologiyanın
təkamülündən söhbət açıldıqda hərtərəfli ensiklopedik biliyə malik
olan məşhur İbn Sinanın (Avisenna) «Tibb elminin qanunları»
əsərini nəzərdən qaçırmaq olmaz. Buradakı qida və qidalanmaya
aid fıkirlər, qida maddələrinin (məhsullarının) dad xüsusiy-yətləri
və onların təsnifatı haqqında toplanıb dəqiqləşdirilmiş elmi
məlumatlar və digər müddəalar qida fıziologiyası və qida
gigiyenası elmlərinin, hətta qida texnologiyası elmlərinin gələcək
inkişafında müstəsna rol oynamışdır.
Burada insan fıziolo-giyasının əsasları ilə əlaqədar
əsaslandırılmış elmi fikirlərlə yanaşı, ən maraqlısı ayrı-ayrı
qida məhsullarının orqanizm üçün fızioloji əhəmiyyəti,
müalicəvi təsir mexanizmləri barədə çox geniş məlumatlar
vardır.
İbn Sinanın bu əsəri haqqında ədəbiyyatlarda çoxsaylı
məlumatlar və şərhlər vardır. Şərq aləminin digər qolu sayılan
qədim Tibet təbabəti elminin fıziologiyaya, xüsusilə qida
fıziologiyasına aid olan mənbələrindən qısa məlumatlann
verilməsi də, fıkrimizcə daha məqsədəuyğun olardı.
Min illər ərzində formalaşmış qədim Tibet təbabətinin ən
qiymətli əsərlə-rin-dən olan "Jud-şi" və "Vaydurya-onbo"
traktatlarında sağlam və xəstə orqanizm haq-qında olan elmi
və praktiki məsləhətlərin çoxu bu gün də fıziologiya elmi
üçün çox əhəmiyyətlidir. Heç şübhəsiz, təkcə şərq alimləri
deyil, avropalılar da təbabətin sonrakı inkişafında burada olan
dəyərli məlumatlardan bəhrələnmişlər.
XIX əsrin görkəmli təbiblərindən sayılan, milliyyətcə monqol olan
P.A.Badmayevin bu dövr-də yazmış olduğu şərhlərlə rus dilinə
tərcümə etdiyi "Tibet təbabəti elminin əsas-ları Jud-şi" kitabında
bunlar haqqında ətraflı söhbət açılmışdır.
Qida və qida maddələrinin həzmdə iştirakı, öd ifrazı, su
mübadiləsi və qan damarlarının fəaliyyətində rolu, bütövlükdə
orqanizm üçün əhəmiyyəti haqqında ətraflı söhbət açılır.
Qidalanma, qida maddələri, içkilər, həyat tərzi və ilin
mövsümünün qidalan-maya və müalicəyə təsiri, qida qarışığının
həzm zamanı mədə şirəsinin təsiri ilə dəyi-şilməsi, onun dadının
dəyişilməsi, öd və vəzilər, onların fəaliyyəti, qidalan-ma-nın
pozulmasına təsir edən amillər, sinir sisteminin fəaliyyəti və ona
təsir edən amillər, qan və əzələlər, yağ toxuması və sümük,
beyin və onun fəaliyyəti, beynin 4 arteriyanın köməyi ilə
qidalanması və digər elmi məlumatlar, qidalanmanın
po-zul-ması nəticəsində orqanizmin müxtəlif orqanlarında baş
verən çatışmazlıqlar və s. haqqında bu gün də araşdırmalar
tələb edən çox qiymətli fıkirlər təkcə müasir elm aləmində
deyil, kütləvi oxucu kütləsində də təəccüblə yanaşı, həsəd
hissləri oyadır.
Tibet dilində yazılmış olan, Tibet təbabətinin əsas
qanunauyğunluqlarını əks etdirən "Jud-şi" traktatı üçün
şərhlərdən ibarət olan "Vaydur-onbo" traktatında in-san
orqanizmi üçün normalar və patologiyalar üzrə qaydalar,
nəzəri konsepsiyalar toplanmışdır. 4 cilddən ibarət olan bu
traktatda təkcə dərman vasitələrinin tətbiqinə aid deyil,
müvafıq həyat tərzində və pəhriz şəraitində insan
sağlamlığının taraz-lığını təmin edən üç fızioloji sistem
("rlunq", "mkxris" və "badkan" terminləri adı altında)
haqqında və onların funksional xarakteristikası vacibliyindən
məlumatlar verilir.
Qidanın orqanizmdə mənimsənilməsi və sorulması zamanı yeddi
ardıcıl çev-ril-mələrin baş verdiyi göstərilir. Bu isə toxuma
quruluşlarının yaranması, onların assimilyasiya prosesində
iştirakı fıkirlərinin izah olunması cəhdini göstərir. Burada eyni
zamanda, əsas fızioloji sistemlərin fəaliyyətində sinir sisteminin
tənzimləyici rolundan, maddələr mübadiləsi ilə əlaqəsindən
danışılır, qanın fızioloji yaxud pato-loji proseslərdə iştirakı
dərəcəsi (səviyyəsi) və formalarından söhbət açılır. "Vaydurya-
onbo" traktatının 6-cı fəslində o vaxtki təbabət elminin quruluşu
ağac şəklində təsvir olunur ki, bölmələr, başlıqlar, fəsillər bu
ağacın gövdələri, budaqları və yarpaqları kimi göstərilir.
Məsələn, doqquz gövdənin olması təbabət elmində 9 əsas
bölmənin - orqanizmin normal vəziyyəti, dəyişilmiş (xəstə)
vəziyyəti və s. bu kimi bölmələrin mövcudluğuna oxşadılır.
Beləliklə, fıziologiyanın bu günkü səviyyəyə gəlib çatması və
onun böyük bir elm sahəsi kimi təşəkkül tapmasında orta əsr şərq
aləminin mövcud əsərləri və təcrübədə əldə olunmuş
nailiyyətləri böyük rol oynamışdır.
Dostları ilə paylaş: |