FaküLTƏ: Sosial pedaqoji kurs: 3 FƏNN



Yüklə 1,11 Mb.
tarix29.11.2022
ölçüsü1,11 Mb.
#71210
ADOLF VİLYAM BUQRO





FAKÜLTƏ: Sosial pedaqoji
KURS: 3
FƏNN: İbtidai siniflərdə təsviri incəsənət və onun tədrisi metodikası
MÜƏLLİM: B/m. Yusifova Xəyalə
TƏLƏBƏ: Əliyeva Surayyə


BAKI-2022
ADOLF VİLYAM BUQRO
Adolf Vilyam Buqro fransız rəssamı, dünya rəssamlıq tarixinin ən görkəmli simalarından biridir.
Ənənəvi klassik rəssamlığın tərəfdarı olan Buqronun əsərlərinin mövzusu klassik ədəbiyyat və mifologiyadan götürülmüş və həmin mövzular realist üslubda işlənilmişdir. Əsərlərində qadın təsvirləri üstünlük təşkil edən Buqro dünya rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam kimi dəyərləndirilir.
Bouguereau – Buqro soyadı inkişaf etmiş orta əsrlər dövründə meydana çıxmışdır və geneologiya üzrə mütəxəssislər soyadın "bogue" (şabalıd ağacında şabalıdı əhatə edən tikan) sözünə oxşadığını qeyd edirlər. Sülalənin XVI əsrdən əvvəlki tarixi o qədər də zəngin deyil və 1530-cu ildə xanım Bastien Briotla evlənmiş Meys Buqrodan əvvəlki nümayəndələr haqqıda cüzi məlumatlar vardır.
Bu evlilikdən davam edən soy ağacı Buqronun da aid olduğu nəsilə mənsubdur.
Nəsil Aunisin mərkəzi olan kiçik liman şəhəri La Roşellə bağlıdır. Tarixən fransız kalvinizminin mərkəzi olan bu şəhərdə katolik və protestantlar da rahat yaşayır, gənc oğlanlar atasının, gənc qızlar isə anasınn dinini qəbul edirdi.
Meys Buqronun da nəsil kökləri bir qədər kalvinizmə bağlı idi. Fransa burjua inqilabı zamanı bu nəslin nümayəndələrinin bir çoxu şəhəri tərk etmişdi. Şəhərdə buqrolardan adı çəkilən son şəxslərdən biri də La Roşelin polis rəhbəri olmuş Jan Eli Buqrodur. Jan Eli səkkiz uşaq atası olmuş ingilis dili professoru Samuel Eli Buqronun atasıdır. Samuel Elinin oğlu Teodor isə rəssam Vilyam Buqronun atasıdır.
30 noyabr 1825-ci ildə Vilyam Adolf Buqro Teodor Buqro və kalvinist Mari Marqaritta Bonninin ailəsində ikinci övlad kimi dünyaya göz açmışdır. Beş il keçdikdən sonra isə balaca Buqro Katolik kilsəsində xaç suyuna çəkilmişdir.
Ailə o zaman liman yaxınlığındakı De Dukda yaşayırdı. Ailə başçısı isə şərab istehsalı və satışı ilə məşğul olan kiçik müəssənin sahibi idi. 1828-ci illin əvvəllərində ailə De Dukdan Saint-Klaudiya ərazisinə köçdü və madam Buqro burada üçüncü övladını – adı Mari Adelin olan lakin daha çox Hanna kimi tanınan qızı dünyaya gətirdi.
1832-ci ildə Teodor Buqro şəhərin limanında biznes üçün əlverişli şəraitin olduğunu düşündüyündən ailə Re adasının mühüm yaşayış məntəqəsi olan Saint-Martinə köçdü. Burada Vilyam yerli məktəbə yazıldı və tezliklə sinif yoldaşları onun kitablardan olduğu kimi köçürdüyü şəkillərdən danışmağa başladılar.
Re şərablarının məşhur olmasına baxmayaraq Teodorun biznesi heç də uğurlu olmadı və bu ailə münasibətlərində gərgin, ağır və kədərli mühit formalaşdırdı. Sonsuz mübahisələrin maddi çətinliklərlə birləşməsi ailənin vəziyyətini daha da ağırlaşdırırdı. Bir müddət sonra ailənin maddi durum daha da pisləşdiyindən gənc cütlük uşaqlarını baxmaq üçün qohumlarının yanına göndərməyə məcbur oldu.
Həmin dövrdə balaca Vilyamı da saxlanılması üçün əmisi Yugenin yanına göndərirlər. İyirmi yeddi yaşı Yugen Buqro Todorun kiçik qardaşı idi. O, Mortagne sur Gironde kilsəsi tərəfindən Müqəddəs Etiyen kilsəsinə müalicə üçün göndərilmiş keşiş idi. Dayısının yanına gəldiyi gündən ömrünün sonuna kimi formal şəkildə olsa da Buqro Mortagne xeyriyyə fondunun himayəsində olmuş və sonrakı dövrdə ailəsindən ayrıldıqdan sonra itirdiklərini həmin fondda tapdığını yazmışdı.
Buqro iki dəfə ailə qurmuşdur. Onun birinci həyat yoldaşı La Roşeldən olan Nelli olmuşdur. Həyatnın böyük bir hissəsini Nelli ilə keçirən rəssam üçün bu xanım beş uşaq dünyaya gətirmiş, lakin onlardan dördü Buqronun sağlığında dünyasını dəyişmişdir.Fronia Nelli özü isə 1877-ci ildə xəstələnərək dünyasını dəyişir. Uzun sürən birinci evliliyindən sonra, 1878-ci ildə rəssam özündən 12 yaş kiçik olan Amerikalı tələbəsi Elizabet Qardnerlə evlənir. Rəssamın bu evlilikdən uşağı dünyaya gəlmir. Lakin yeganə qızı ilə münasibətləri pozulur. Qızı Henrianetta bu evliliyi anasının xatirəsinə hörmətsizlik kimi dəyərləndirir.
Elizabet Qardner ABŞ-ın Nyu-Hampshire şəhərindən idi. Lakin Buqro ilə o, rəssamın vətəni olan La Roşeldə evlənmişdi. ABŞ-a geri dönüb karyerasını inkişaf etdirməkdənsə, o, 71 yaşı rəssamla evlənməyi üstün tutmuşdu. Lakin Parisdə də Qardner istedadlı rəssam kimi tanına bilmişdi. Evlilikdən sonra isə "gənc cütlük" bal ayını La Roşeldə keçirmişdi. Karyerasına o qədər də fikir verməyən Qardner həyatını sevdiyi ərinə həsr etmək istəyirdi. Getdiyi hər yerdə Buqronu müşayt edən Elizabet onun qayğısını çəkir və ona həvəslə yardım edirdi. Cütlüyün birliyi rəssamın ölümünə kimi davam etmişdir.
1899-cu ildə Buqronun hüquqşünas olan oğlu Pol orduda zabit kimi xidmət etməyə başlayır. Lakin tezliklə anası kimi tüberkulyoza tutulduğundan bu fəaliyyətini dayandırmalı olur. Həkimlərin məsləhəti ilə Pol fevral ayında atası və ögey anası ilə birgə Parisi tərk edərək Fransanın cənubunda yerləşən Mentona köçür və onlar mayın ortasına kimi orada qalırlar.
Daha sonra Pol müalicə üçün Pauya gedir və 1900-cü ilə kimi orda qalır. Həmin il isə Parisdə atasının yanında dünyasını dəyişir.
Buqronun 1900-cü illəri əhatə edən yaradıcılığı o qədər də geniş deyildir. Lakin rəssamın həmin dövrdə yaratdığı azsaylı əsərlərin incələnməsi onun ənənəvi üslub və mövzu seçiminə sadiq qalmasını, ustad mövqeyini qorumasını söyləməyə əsas vermişdir. Həmin illərdə rəssam vaxtının çoxunu ölkənin Şimalında rəsm çəkmək, mütaliə etmək və dincəlməklə keçirirdi. 1900-cü ildə oğlu Polu itirməsi qoca ataya böyük dərd olur və əvəlki övladlarının ölümünü xatırladır. Onun beş övladından dördü özündən əvvəl ölmüşdü və bu Buqronu üzən səbəb idi
Bu dövrdə 1900-cü ildə Parisdə keçiriləcək Beynəlxalq Rəssamlıq Sərgisinin təşkilatçılarından biri olsa da heç bir şəkildə fikrini işinə verə bilmir, ailə faciəsi onu davamlı olaraq narahat edirdi. Lakin sərginin keçiriləcəyi vaxtın yaxınlaşması qoca rəssamı istəksiz olsa belə təkrarən iş başına dönməyə məcbur etdi və peşəsi onun həyata dönməsinə vasitəçi oldu.

Polun ölümündən sonra səhhətində kəskin dönüş yaranan rəssamı 1902-ci ildən etibarən ürəyi narahat etməyə başladı. Lakin bu dövrdə o bəzi xoşbəx anlar da yaşadı. Belə ki, onun Beynəlxalq Rəssamlıq Sərgisinə təqdim etdiyi əsərlərin böyük bir hissəsi satıldı, nəvəsi Vilyam isə o dövrün prestijli təhsil müəssələrindən olan Ekol Politexnik İnstitutuna daxil oldu. 1903-cü ildə rəssam Şərəf legionunun baş kavalyeri ordeninə layiq görüldü.
Həmin il Buqro vaxtilə təhsil aldığı Villa Medicinin yüz illik yubiley mərasiminə qatılmaq üçün Romaya səyahət təklifi aldı. Romada rəsmi mərasimin təşkilindən sonra Buqro və Elizabet Florensiyada romantik bir həftə keçirdilər. 1903-cü ilin sonlarında artıq nadir halda əlinə qələm və ya fırça alan rəssam yaradıcılığını başa çatdırdı.

Əmisi Yugen gələcək rəssama atalıq etmiş, yol göstərəni olmuş, ən əsası isə Buqronu Latın və Fransız ədəbiyyatları ilə tanış edərək onda klassik incəsənətə maraq oyatmışdır ki, bu da sonra rəssamlığa gedən yolda onun əsas dayaqlarından biri olmuşdur. Əlbəttə ki, əmisi Buqronun dini təhsilinin yüksək səviyyədə olmasına da fikir verirdi. Buqro hər gün bir neçə saatının İncillərin və Müqəddəslərin həyatlarının oxunmasına sərf edirdi. Buqro eyni zamanda xəyal qurmağa da vaxt tapır, tez-tez meşəyə gedərək möhtəşəm flora və faunanın ətrafında otların üzərində uzanır, buludların keçməsini izləyir, ya da şəhərdə insanlara baxaraq onları öz modelləri kimi təsvir edirdi.


Bütün bunlar onun yaratdığı bütün əsərlərdəhədsiz təbiiliyin olmasının əsas səbəbidir. Yugen eyni zamanda gəc oğlana ovçuluq və balıqçılığı da öyrətmişdi. Onlar birlikdə atın belində gəzməyə çıxır, ov edir tarixi abidələri gəzirdilər.
1839-cu ildə Yugen öz qardaşı oğlunu daha yaxşı təhsil alması üçün dostunun rəhbərlik etdiyi Pons kollecinə göndərmək qərarına gəlir. Vilyam məktəbin şəraitinə tez uyğunlaşaraq burada özünü xeyli inkişaf etdirir.
Dini təhsilini davam etdirdiyi müddətdə Buqro eyni zamanda qədim tarixlə, yunan ə latın mifologiyası, eyni zamanda ədəbiyyatla maraqlanır, Longus, Ovid, Vergili və əlbəttə ki, ən çox sevdiyi şair, Pausaniusun əsərlərini oxuyur. Əmisinin yanında yaşadığı müddətdə Buqro dinlə ilə maraqlanırdı, lakin mifologiya, onun qəhrəmanları gənc oğlanı daha çox cəlb edir, öz sehirli aləminə aparırdı. Nəticədə iflər və əfsanələr onun yaradıcılığının əsas qaynaqlarından birini təşkil etmiş, qoca vaxtarında belə rəssama yaradıcılıq üçün ilham bəxş etmişdir.
Buqro ilk rəssamlıq təhsilini də əmisinin yanında yaşadığı zaman, Jan Ogüst Enqrın tələbəsi olmuş Luis Seycdən almağa başlamışdır. Seyc tələbələrinə yavaş-yavaş Enqrın qaydalarını öyrədərkən, etni zamanda hər nə qədər gözəl rəssam olsalar da dindən uzaqlaşmamaları üçün onlara xəbərdarlıq etmişdir. Buqro sonrakı həyatı boyunca daima bu məsləhətə əməl etmişdir. O inanırdı ki, çoxlu çalışaraq istədiyi kamilliyə yetişə və beynində canlandırdıqlarını bütün əlvanlığı ilə insanlara çatdıra bilər.
1841-ci idə Teodor Buqro biznesində dəyişiklik edərək şərab istehsalını tərk etmiş və Bordoda çox inkişaf etmi zeytun yağı istehsalı işin qoşulmuşdur. Həmin ildə on yeddi yaşlı Buqro a istəksiz olsa da, ailəsinin yanına dönməyə məcbur olmuşdur. Teodorun oğlunun təhsilini yarımçıq dayandırıb Bordoya gətirməsinin səbəbi onun təhsili üçün pul çatışmazlığı yox, atasının artıq yetkin yaşa çatmış Vilyamın işləyərək ailənin saxlanmasına kömək edəcəyini düşünməsi idi. Beləcə gənc Vilyam atasının yanında mühasib olaraq çalışmağa başlamışdır.
Bir müddət sonra Bordoda bələdiyyə incəsənət məktəbinin fəaliyyət göstərdiyini öyrənn Buqro buradakı rəssamlıq kursların yazılmağı arzu etməyə başlayır. Lakin uzun müddət bu arzusunu gerçəkləşdirə bilmir, çünki bunun üçün əvvəlcə atasının razılığını almalı idi. Uzun mübahisələrdən və inaddan sonra, anasının və ailə dostlarının da cəhdləri nəticəsində nəhayət Teodor oğlunun həmin kurslara yazılmasına razılıq verir.
Böyük istedadı və bacarığı sayəsində Buqro kursdakı ən qabaqcıl və məşhur rəssamın – Jean-Paul Alauxun sinfində təhsil almaq hüququ qazanır. Başlanğıcda atasının yanındakı işi tamamilə tərk edənə kimi o yalnız səhər saat altı ilə səkkiz arasında olan səhər dərslərinə qatıla bilir. Lakin onun inkişafı o qədər sürətli baş verir ki, 1844-cü ildə "Ən yaxşı tarixi rəsm əsəri" nə görə mükafata layiq görülür və undan sonra bütün vaxtını rəssamlığa sərf etməyə başlayır.
Bu uğur onda incəsənət və mədəniyyət mərkəzi olan Parisə getmək və École des Beaux-Artsa daxil olmaq arzusu yaratdı. Lakin o, ilk öncə atasından evi tərk etmək üçün icazə almalı idi. Atası istəksiz də olsa qohumların məsləhətinə qulaq asaraq gənc rəssamın Parisə getməsinə icazə verdi və bundan sonra Buqro oraa yaşamaq və təhsil almaq üçün maddi dəstək axtarmağa başladı. Bu zaman onun ağlına həyata keçirilməsi böyük cəsarət tələb edən bir ideya gəldi. Belə ki, əmisi Yugenin yanına gedən Buqro üç ay onun yanında yaşadı və bu müddət ərzində Montagnedə sifarişlə zəngin adamların portretlərini çəkdi. Beləcə doqquz yüz frank toplaya bildi.
Romada təhsil aldıqdan sonra sonra Buqro yenidən Bordoya dönür və burada ilk növbədə ailə üzvlərinin portretlərini çəkir. Daha sonra, o qohumları olan zəngin Monlun ailəsinin malikanəsini bəzəmək üçün La Roşelə gəlir. 1854-cü ilin sonunda o Jan Fransis Bartaloninin "Hôtel Custine" adlı mehmanxanasında iki otağın bəzədilməsi üçün Parisə gəlir. Bartoloninin oğlu Anatoli Buqronun bəzədiyi otaqları çox bəyənir və onu şəxsi malikanəsini bəzəmək üçün Vernuilə dəvət edir. Böyük şair və yazıçı Teofil Qutier Vilyamın işləri ilə tanış oldqdan sonra onları öz yazısında təsvir edir və bu Buqronun bir rəssam kimi məşhurlaşmasına çox kömək edir. 1857-ci ildə Salon Bartoloninin mehmanxanasındakı dekora, daha dəqiqi orada yaratdığı "Tobiasın dönüşü" əsərinə görə Buqronu şərəf medalı ilə təltif edir. Bundan sonra, İmperator III Napoleon ona imperatriçə ilə portretini çəkməyi təklif edir. İlin sonuna doğru, imperator ona, Taraskondakı selin qurbanlarını xatırladacaq bir əsər yaratmağı da sifariş etdi.
Bundan sonra bütün Paris gənc rəssam Buqro haqqında danışmağa başladı. 1857-ci ildə zəngin bir iranlı iş adamı, banker Emili Piriyer Buqroya Fanburq Saint Honoredə yerləşən böyük malikanəsini bəzəməyitəklif etdi. Rəssam bu böyük işi iki ilə tamamladı. Həmçinin 1857-ci ildə Buqronun ilk övladı Henrietta dünyaya gəldi. O zaman Karnotda yaşayan Buqro, şəxsi studiyasında tələbə də hazırlayırdı. 1859-cu ildə Buqro ən gözəl əsərlərindən biri olan "Bütün günün ruhu" əsərini işlədi və əsər Bordo şəhərinə satıldı. Bundan sonra rəssam Parisdəki Müqəddəs Klotilda kilsəsinə məxsus Müqəddəs Luis şapelinin bəzədilməsində iştirak etdi. Həmin il Buqronun ikinci övladı – Corc dünyaya gəldi. Bundan başqa 1859-cu ildə rəssam Şərəf legionunun kavalyeri ordeninə layiq görüldü.
1861-ci ildə Buqronun ümumilikdə üçüncü övladı, ikinci qızı olan Janna Milad bayramı günü dünyaya gəldi. Bu hadisə rəssamın yaradıcılığına xüsusi stimul verdi. 1862–1863-cü illər yaradıcılığı olduqca məhsuldar keçən Buqro, 1862-ci ildə iki, 1863-cü ildə isə on əsər tamamladı.
1893-cü ildə tamamlanmış "Müqəddəs ailə" əsərini imperator III Napoleon alaraq həyat yoldaşı Yevgeniyaya hədiyyə etdi. Bu illərdə Buqronun yaradıcılığına mane olan iki hadisə baş verdi. Birincisi rəssam yeni rəng əldtə etmə üsulları kəşf etmək üçün öz rəssamlıq texnikasını dəyişdi. İkincisi isə Buqro istəmədən dostu Fransisk Duret tərəfindən ictimai işlərə cəlb edildi, akademiyaçıları dəstəkləməyə məcbur oldu və nəhayət İnstitut üzvü oldu. Bütün bunlar isə onun yaradıcılığının daha da inkişafına maneə yaratmaya bilməzdi.
1865-ci ildə Buqro Bordo Böyük teatrının binasında tavan və baraban hissələrinin bəzədilməsinə görə mükafata layiq görüldü. Bu layihə Buqroya çox əziyyət vermişdi. Belə ki, tikinti işlərinin hələ davam etdiyi bir vaxta rəssam artıq dekorasiya işləri ilə məşğul olurdu və 1869-cu ildə tamamlanan tikintidən təmi bir neçə ay sonra 1870-ci ildə də Buqro binanın bəzədilməsini başa çatdırmışdı.
1866-cı ildə Buqronun qızı Janna dünyasını dəyişir. Bu rəssamın bundan sonrakı həyatı boyunca üzləşəcəyi itkilərdən birincisi idi. Həmin il Buqro dostu və tələbəsi Jan Lui Paskala, Notrdam des Çamps ərazisində inşa etdirəcəyi şəxsi evinin planını hazırlamağa başladığını söyləmişdi. 1868-ci ildə dördüncü övladı Pol dünyaya gələn Buqro, anası və ailəsi ilə birgə yeni evə köçdü. Bundan sonra rəsamın yaradıcılığında böyük inkişaf dövrü başlandı və rəssam, bu gün onu bütün dünyada tanıdan üslub və mövzular üzərində işləməyə başladı
Hələ XIX əsrin sonunda rəssamın yaradıcılığı və əvəzsiz istedadı bir çoxlarında qıcıq yaradaraq iftira, saxtakarlıq, amansız və sistematik hücumlara səbəb olmuşdur. Onun adı əksər tarixi mətnlərdən çıxarılırdı və əgər haradasa Buqronun adı çəkilirsə bu yalnız təsadüfün nəticəsidir. Bəzi qüvvələr davamlı olaraq rəssamın alçaldılmasına və təhqir edilməsinə çalışırdılar. Lakin bununla belə Buqro tək başına əmək sərf edərək Fransada qadınlar üçün rəssamlıq akademiyası açmış və bütün rəssamlıq tarixində insan vücudunu ən gözəl, dəqiq və qüsursuz təsvir edən rəssam olmuşdur. Onun fiqurları əvvəlki rəssamların fiqurları kimi yaradılmamış, bu və ya digər dərəcədə insanlara tanış olan simalar olmuşlar.
Lakin indiyə kimi heç kəs insanın anatomiyasını, eyni zamanda ruhunu və düşüncəsini Buqro kimi incə, dəqiq şəkildə əks etdirə bilməmişdir. Buqro da Rembrant kimi əsərlərində daha çox insanın ruh halını əks etdirməyə çalışmışdır. Lakin əgər Rembrant yaşın ruhunu əks etdirirdisə, Buqro əsərlərində öz ruhunu əks etdirirdi.
Onun istedad və yüksək sənətkarlığı nəzərə alındıqda, faktiki olaraq əsərlərinin əsas mənşəyinin insan həyatı olduğunu görürük və məhz bu səbəbdəndir ki, rəssamlıq tarixində Buqro qədər insan vücudu çəkən, ikinci bir rəssam yoxdur. Onun təsvir etdiyi insanların böyük bir hissəsi isə vaxtilə böyük rəssamların – Mikelancelo, Rembrant, Karravacio və başqalarının müraciət etdikləri və qərb mədəniyyəti tarixində mühüm yeri olan personajlardır.
Rəssamın 1905-ci ildə ölümündən sonrakı onilliklərdə, ənənəvi rəssamlığa və klassik incəsənətə olan basqılar daha da artmış, Buqronun yaradıcılıq məktəbini inkişaf etdirəcək sənətkarlar yetişməmişdir. Buqronun yaradıcılıq taleyi Rembrantın taleyi ilə olduqca oxşardır. Belə ki, hər iki rəssamın əsərlərinə ölümündən sonrakı ilk yüzillikdə rişxəndlə yanaşılmış, muzeylər və rəsmi rəssamlıq sərgilərinə yaxın buraxılmamışdır. Rembrantın əsərləri 1790-cı illərdə (rəssam 1669-cu ildə vəfat etmişdir), London Kral Akademiyasının banisi Sir Coşua Reynolds tərəfindən bir neçə əsərə diqqət ayırılmasına kimi heç bir ölkədə tanınmamışdır. Hətta yaxın keçmdə — təxminən 1910-cu illərdə Reynoldsun topladığı Rembranta məxsus əsərlərin bir qismi auksiona çıxarılaraq satılmışdır.
Buqronun əsərlərinə isə yalnız 1979-cu ildən — əsərlərindən biri auksiond dörd qat baha qiymətə satıldıqdan sonra diqqət yetirilməyə başlanmış, 1984-cü ildə Fransadan Paris Petite Palais, Kanadadan Monreal İncəsənət Muzeyi və nəhayət ABŞ – dan Hartford Wadsworth Athenaeum rəssamın bir neçə əsərini almışdır. 1980-ci ildə isə Nyu-Yorkdakı Metropolitan muzeyi rəssamın iki əsərini əldə etməyə müvəffəq olmuşdur.
1960-cı ildən sonra onun əsərlərinin qiyməti getdikcə artan templə inkişaf edirdi. 1960-cı illərdə əsərlərin qiyməti ortalama 500–1500 $ məbləğində dəyərləndirilirdi. Lakin sonra həmin əsərlərdən bir neçəsinin mütəxəssislər tərəfindən incələnməsi Buqronun yaradıcılıq nümunələrinin qiymətinin fantastik həddə çatması ilə nəticələndi. 1998-ci ildə "Ürəklərin üsyanı" əsəri Nyu-Yorkda Kristi auksionunda 1,410,000 $-a satıldı. 1999-cu ildə isə yenə Nyu-Yorkda, Kristi auksionunda rəssamın "Kupidon və Psixeya uşaq ikən" əsəri 1,760,000 $-a satıldı. Bu rekord 2000-ci ilin mayında rəssamın başqa bir əsərinin 3,520,000 $-a satılması ilə geridə qoyuldu. Böyük rəssamın ölümündən sonra, bəzi qüvvələr Buqro haqqında ən murdar və alçaq şaiyələri yaymağa başladılar.
Hər şeyin tam əksini sübut etməsinə və dəlillərin ortada olmasına rəğmən, gülməli istinadlarla rəssam xəsislik və paxıllıqda günahlandırılırdı: onlar rəssamın "Bəzən mən işəməyə məcbur oluram, lakin bu mənə on franka başa gəlir" dediyini bildirirdilər. Lakin əslində Buqro bütün ömrü boyu, ehtiyacı olan həmkarlarına kömək edə bilmək üçün tez-tez xeyriyyə yarmarkaları təşkil etmişdi. Bundan əlavə, Baron Taylorun xeyriyyə fondunu onun rəhbəri olmamışdan əvvəl, həftədə bir gün idarə etməyi də öz öhtəsinə götürmüşdü. Çünki o, bütün bu iftiraları inkar edir və beləliklə də bu şaiyələr təsdiqini tapmamış olurdu. Beləcə onun fədakarlığı çox adama bəlli olmadan qalırdı.
Eyni zamanda rəssamın vecsiz adam olması və yalnız çılpaq qadınların rəsmlərini çəkməkdən zövq aldığını deyənlər var idi. Əlbəttə ki, Buqro qadınları sevirdi, lakin bununla birlikdə, yuxarda söylənilən fikir iftiradan başqa bir şey deyildir. Çılpaq insan rəsmləri isə Buqronun mədəni irsinin cəmi 10% — ni təşkil etməkdədir. Məsələnin başqa bir tərəfi isə, Buqronu açıq-saçıqlıqda günahlandıran şəxslər kütəvi mətbuatda və televiziyada çıxışları zamanı Meppltorp və ya Frensis Bekon kimi şəxslərin açıq cinsəllik elementləri ilə zəngin əsərlərini tərifləyirdilər.
Birinci dünya müharibəsindən 1980-ci illərə kimi, ABŞ və Avropada, xüsusilə rəssamın vətəni olan Fransada Vilyam Buqro və onun yaradcılığı haqqında çox nadir insanların bilgisi var idi. Rəssamın hansısa bir əsərinin kiçik fotosurətinin belə yayılmadığı bir şəraitdə bu cür vəziyyət real idi.
Yalnız hansısa köhnə lüğətlər və rəssamlıqla bağlı qeydiyyat kitabarında bir neçə kiçik ağ qara foto tapmaq mümkün idi. Üstəlik onsuzda az olan fransız kütləvi kolleksiya – sərgilərinin heç birində rəssamın əsərləri göstrilməmişdi. Həmin dövrlərdə rəssamın bütün əsərləri müxtəlif şəxslərin və ya muzeylərin zirzəmiərində bir rəsm əsəri üçün olduqca təhlükəli vəziyyətdə, baxımsız halda atılıb qalmaqda və çürüməkdə idi.

Heç kim Buqronun əsərlərindəki işıq və həyatı insanlara çatdırmaq üçün xırda bir cəhd belə etmirdi. Yalnız 1984–1985-ci ildə Monreal İncəsənət Muzeyi Buqronun əsərlərinin sərgisini keçirmiş və bundan sonra rəssamın yaradıcılığı ilə maraqlanan tədqiqatçılar meydana çıxmağa başlamışdır.
Nəticədə Buqro bütün dünyada ən çox bəyənilən və tədqiq edilən rəssamlardan birinə çevirilmişdi. Bir-birinin ardınca müxtəlif şəhərlərdə sərgiləri təşkil olunan rəssamın yaradıcılığı Paris Salonunda dəfələrlə nümayiş etdirilmiş, əsərləri bütün dünyada müxtəlif kitab və jurnalların üzündə nəşr edilmişdir. Əvəllər Buqro haqqında heç bir məlumatı olmayan milyonlarla insane, onun əsərlərinin kopyalarını əldə etməyə çalışırdı.
Beləliklə Buqro bütün dünyada ən bahalı rəssamlardan biri kimi tanınnmış, insanlar, xüsusilə elit təbəqə nümayəndələri və zəngin amerikalılar Ustadın hansısa bir əsərini əldə etmək üçün aylarla, bəzən illərlə növbədə gözləyir və külli miqdarda pul ödəyirdilər. Çox məhsuldar yaradıcılığı olan rəsamın isə 800 — ə yaxın əsəri məlumdur.
Buqronun gənclik həyatının necə olması haqqında çox az məlumatlar var və bunun da səbəbi rəssamın həyatının bu dönəmi ilə bağlı danışmağı sevməməsidir. Lakin bir şey bəllidir ki, həmin dövrdə Buqro, onun yaradıcılığının başqa bir aspektini təşkil edən müxtəlif şəxslərin portretləri də daxil, istədiyi hər şeyi çəkirdi.
Müasir dövrdə Buqronun yaradıcılığının bir çox mədəni layihələrin əsasını təşkil etməsiylə yanaşı, rəssam çoxlu fəxri mükafatlar və təriflərə layiq görülmüşdür. Buqro XIX əsrin ən məşhur şəxsiyyətlərindən biridir. Buqronun yaradıcılığı – böyük zəhməti və əvəzedilməz texniki ustalığı onun dahiliyini sübut etməklə yanaşı, eyni zamanta dünya təsviri sənətinin zirvəsini təşkil edən məqamlarandır.
Buqro Rafael, Pussen və Enqrın yaradıcılığından süzülüb gələn böyük ənənələrin davamçısı olmaqla, onların yaratdığı və yaşatdığı incəsənəti qorumuş, sintez etmiş, lakin əsərlərini tamamilə özünəməxsus edən şəxsi yanaşma və əvəzsiz istedadından da faydalanmışdır. Buqronun əsərlərində fövqəladə, xəyalpərəs və yüksək ideyalara xidmətlə yanaşı, tez-tez çirkinlik, zor və pessimizmə qalib gələn, ruhani və ilahi gözəlliyin birləşməsini – ideal və parlaq sferanı görmək mümkündür. Bu cür əsərlərində rəssam gənclər, kasıblar və bütün problemi olan insanlara sanki, həmişə bir şansın olması haqqında xəbərdarlıq edir. Bu baxımdan rəssamın yüksək artistik uğuru əfsanəvidir; baxmayaraq ki, rəssam öz əsərlərindən heç vaxt tam razı qalmamışdır.
Mükəmməllik axtarışları ona heç vaxt rahatlıq verməmiş, texnika, metod və mövzulara yanaşma tərzini daima mükəmməlləşdirmişdir. Buqro uzun bir müddətdən sonra poetik və texniki ustalığı əldə etsə də, bununla da kifayətlənməmiş və daima yeni axtarışlar və heç vaxt əsərlərindn istədiyini əldə edə bilməməsi onun rəssamlıq ideallarını daima sıxışdırmışdır.
Onun mövzu seçimi və təkrarsız yaradıcılıq tərzi tezliklə diqqəti cəlb etmiş və o, özünə çoxlu ardıcıl və imitatorlar toplaya bilmişdi; bu cür insanlara nümunə kimi, rəssamın özünün heç vaxt dərs keçməyə razılıq vermədiyi Zuber-Buhler və ya Mayer von Bremeni göstərmək olar. Bununla belə gərgin və məhsuldar yaradcılığı ilə yanaşı, Buqro həm də lütfkar müəllim kimi də fəaliyyət göstərmişdir. Lakin onun bu istiqamətdə rəssamlıq yaradıcılığında olduğu kimi yüksək uğurlara imza atdığını demək olmaz. Bütün ömrü boyunca qədim ustad sənətkarların yaradıcılıq ənənələrini müdafiə edən Buqro, bununla belə, öz tələbələrinə daim individual azadlıqlarına, ustad, pikot və sairdən daha çox fikir vermələrini məsləhət görmüşdür.
Bizə öyrətdiyi hər şeyə, ən əsası isə innovativ ideyaları və böyük sevgisinə görə ustadımıza minnətdarıq deyən, ABŞ rəssamı Elizabet Qardner qeyd edir. Buqro uzun müddət çalışaraq qadınların yalnız hansısa atelyerdə deyil, rəsmi rəssamlıq kurslarında təhsil ala bilmələrinə də nail olmuşdu.
Bütün hücumların və təhqirlərin qarşısını ala bilmək üçün isə rəssam ilk öncə öz atelyesinin qapların qadınların üzünə açmış, daha sonra məşhur Yulian Akademiyasının və nəhayət École des Beaux-Artsın qapılarını xanımların üzünə açmağa nail olmuşdur.
Eyni zamanda rəssam özlərini "proqressiv" adlandıran və akademiyalar tərəfindən müdafiə olunan ənənəvi klasik rəssamlığa qarşı çıxan və bunu özləri üçün "raison d'etre" ("həyat amalı") elan edən gənc nəslin inkişaını da təqdir edirdi. Rəssam onların özləri üçün seçdikləri asan yolun gələcək həyatlarında xoşbəxtlik və şans açarı olacağını düşünürdü. Buqro özü də əsərlərində XX əsrin əvvəllərində çalxalanan və qeyri-stabil Avropanın ruhuna uyğun yeniliklərdən istifadə etmişdir.
Buqro, eləcə də onun Salon və Fransa İnstitutundan olan kolleqaları tezliklə yeni yaranmış cərəyanların — əvvəlcə İmpressionizmin, daha sonra isə Post-impressionizmin təsirinə məruz qalsalar da, qısa zaman ərzində bu təsirdən uzaqlaşa bilmiş və onlara qarşı destruktiv mövqedə dayanmışlar.
Əhali arasında məşhurluqlarından istifadə edən Akademiyanın məşhur rəssamları – Buqro, Jerom, Kabanel, Mesonye və Bonna özləri üçün qara siyahı təşkil edərək bu yeni cərəyanlara qoşulmuş bütün gənc rəsamları ora əlavə etmişlər. Lakin xüsusi maddi və mənəvi dəstək sayəsində həmin cərəyanların ardıcılı olan gənc rəssamlar xeyli inkişaf edərək, öz müəllimləri olan akademik rəssamlardan daha da zəngin olmuş və onların əsərləri əsas böyük muzeylərə qəbul edilmişdir. Məhz bundan sonra akademik rəssamların, o cümlədən Buqronun yaradıcılığı ciddi tənqidlərə məruz qalmışdır.
Bu amansız tənqidlərin qarşısında Buqro səbirli davranmış, sakit bir şəkildə mükəmməl gözəllik axtarışlarını davam etdirmişdir.
Valehedici arzular və fantaziyalar dünyasının yaradıcısı olan rəssam, əsərlərində daha çox bakirələr, aşiqlər və bütün həyatı bağlı olduğu mifoloji obrazları təsvir etməyə başlamışdır.
Rəssam həmin personajlara palitrası və fırçasının köməyi ilə can vermiş, onları incə rənglər, harmonik tonlar və işığın parlaqlığı ilə geyindirmişdir. O, öz estetikasına sadiq qalaraq yaradıcılığına davam etmiş, özünə qarşı edilən tənələrə isə fikir verməmişdir. Rəssam heç zaman özünü müdafiə etməyə ehtiyac görməmişdir.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin