Tərtibetdi: müəl., b.ü. f d.  Babaşli a.Ə



Yüklə 22,38 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix28.12.2021
ölçüsü22,38 Mb.
#17051
1   2   3   4
Aminturşular.

Bütün


zülallar,

o

cümlədən



qida

zülalları

aminturşularından

ibarətdirlər.

Qidada

aminturuşular



həm

zülalın


tərkibində, həm də sərbəst halda olurlar. Qida məhsullarında 80­ə yaxın

aminturşunun olduğu fərz edilir. İnsan or­qa­niz­mində zülallar adətən 20

növ aminturşudan sintez edilir. Yuxarıda göstərdik ki, zülalın qidalılıq

dəyəri (qiyməti) onun tərkibində olan aminturşuların miqdar və keyfıyyət

(növ tərkibi və fızioloji aktivliyi) göstəriciləri ilə müəyyən edilir.



Aminturşular orqanizmdə zülal sintezində iştirak etməklə yanaşı,

biokimyəvi və fızioloji proseslərdə müstəqil iştirak edərək orqanizmdə ən

müxtəlif vəzifələr daşıyırlar. Əvəzedilən və əvəzedilməyən aminturşular

vardır. Birinci qrup amintur­şular qida ilə orqanizmə daxil olmasa və ya

az daxil olsa, orqanizm onları özü sintez edə bilər. Əvəzolunan

aminturşuları ­ alanin, asparagin turşusu, qlutamin tur­şusu, qlisin, prolin,

serin, tirozin, sistin, sistein, qlikol turşuları orqanizmə qiday­la sərbəst

halda və ya zülalın tərkibində daxil olmalıdırlar. Əvəzedilməyən

aminturşularına metionin, lizin, triptofan, fenialalanin, leysin, izoleysin,

treonin, valin, arginin, histidin aiddir. Bəzi alimlərə görə hətta sistin və

tirozin də bu qrupa mənsubdurlar (şəkil 1). Zülallarda orqanizmi mikrob

və viruslardan qoruyan antitellər yaranır. Bunlar isə immunitet yaradır ki,

xəstəliklərin çoxunun qarşısı alınır.

Qandakı zülalın ­ hemoqlobinin də rolu böyükdür. Gözün qişasında olan

zülal isə işığı qəbul etməyi təmin edir. Nukleoproteidlər orqanizmdə zülal

sintezini tənzim etməklə, nəsildən­nəsilə keçmək amillərini daşıyırlar.

Zülallar çatışmadıqda orqanizm tərəfindən vitaminlər, mineral maddələr

tam istifadə olunmurlar.




Bunların çoxu isə ferment sistemlərinin tərkibinə daxildirlər.

Bir sözlə, zülal mübadiləsi həyatın əsasını tənzimləyir.

Müəyyən olunmuşdur ki, qan plazması və qaraciyərdə zülali

maddələrin yeniləşməsi 15­20 gündə, dəri və skeletdə

(sümükdə) I sə 158 gün ərzində baş verir.

Orqanizmdə toxuma zülallarının parçalanması nəticəsində

enerji (100 q zülal 400 kkal­yə qədər) və sidik cövhəri,

ammonium duzları, su və karbon qazı əmələ gəlir. Sidik

cövhəri və ammonium duzları ən çox sidik və tərlə xaric

olunurlar. Orqanizmdə zülal mübadiləsinin vəziyyəti azot

balansı ilə təyin olunur, yaxud xörəklə daxil olan azotun

miqdarı ilə sidiklə kənar olan sidik cövhəri arasındakı

tarazlıqla müəyyən olunur.



Qida ilə daxil olan azot xaric olan azotdan çox 

olduqda, bu balans qeyd etdiyimiz kimi, müsbət 

azot balansı sayılır və onun orqanizm üçün rolu 

böyükdür. Bu zaman toxumalarda zülalların 

toplanması baş verir. Bu xüsusilə, boyatma zamanı, 

hamiləlik dövrü və qundaq uşaqlarının 

əmizdirilməsi zamanı baş verir.

Azot mübadiləsi tarazlığı əsasən daxilən düzgün 



qidalanan adamda baş verir. Əgər qidada zülalın 

miqdarı azdırsa və azot orqanizmdən çoxlu 

miqdarda kənar olunursa, yuxarıda deyildiyi kimi, 

bu halda mənfı azot balansı yaranır. Bu çatışmazlıq 

orqan və toxumalarda zülalların parçalanmasına 

sobəb olur ki, xəstəliklər, xüsusilə aclıq zamanı 

özünü göstərir.



Orqanizmə daxil olan zülal xüsusi tərkibdə olmalıdır. Bununla yanaşı,

bədən­də toxumaların zülallarındakı aminturşuların tərkibi heç bir

məhsuldakılara uyğun gəlmir. Ona görə də qida rasionunda müxtəlif

məhsullardan

istifadə

olunur


ki,

onlar


da

müəyyən


yığımda

aminturşulardan yaranır. Heyvanat mənşəli məhsullarda zülallar qidanın

ən defısit hissəsi sayılırlar. Çünki onlar çatışmadıqda, bağırsaqların qişası

zərər çəkir, mübadilə pozğunluğu, qaraciyərin böyüməsi, daxili sekresiya

vəzilərinin, mərkəzi və periferik sinir sisteminin fəaliyyət pozğunluğu

baş verir. Sümüklərdə kalsium azalır və maqneziumun miqdarı artır.

Rusiya Tibb Elmləri Akademiyası Qida İnstitutunun məlumatına görə hər

kq bədən kütləsinə gündə 1,5 q zülal sərf olunmalıdır. Bu miqdar fıziki

əməklə məş­ğul olan adamlar və idmançılar üçün daha çoxdur. Cinsindən

və peşə ixtisasından asılı olaraq fizioloji zülal normaları müxtəlif əhali

qrupu üçün müxtəlif olub, cədvəl 1­də göstərildiyi kimidir.



Cədvəl 1.




Yüklə 22,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin