2) Qida rasionlarında zülal normalaşdırılmasına elmi yanaşmalar.
Qidalanma üzrə bəzi mütəxəssislər hesab edirlər ki, insan hər gün və
kifayət qədər zülal qəbul etməlidir. Orqanizmə zülalın daxil olması az
müddətlərdə (12 gün) belə kəsilərsə, bu zaman bədən öz məxsusi
zülallarını daxili (endogen) qidalanmaya sərf etməyə başlayır. Bəzi
hesablamalara görə orta çəkili, kifayət qədər şəkər və yağla təmin
olunmuş qarışıq qida ilə qidalanan yaşlı adamın cinsdən və əmək
fəaliyyətindən asılı olaraq, hər kiloqram bədən kütləsinə görə zülala olan
sutkalıq tələbatı orta hesabla 11,5 q təşkil edir. Qidada zülal çatışmazlığı
və ya zülalın keyfıyyətsizliyi qida rasionuna zülal tərkibli məhsulların
əlavə edilməsini zəruri edir.
Yaşdan, cinsdən, yaşadığı coğrafı şəraitdən, məşğuliyyət növündən və
məruz qaldığı fıziki yükdən asılı olaraq, əhalinin zülala və kaloriliyə olan
tələbatları müxtəlifdir. İnsanın qidasında zülalların və aminturşuların
optimal miqdar və nisbətləri orqanizmin azot balansına, sağlamlığına,
əmək qabiliyyətinə və xəstəliklərə tutulmazlığına təsir edən mühüm
amillərdən biri hesab olunur. Orqanizmdə zülal və aminturşu mübadiləsi
onun ümumi maddələr mübadiləsinin əsas tərkib hissəsidir.
Əməyin intensivliyindən asılı olaraq, müxtəlif əhali qrupları üçün cins və
yaş nəzərə alınmaqla, zülala olan hesablanmış sutkalıq tələbat normaları
artıq çoxdan qəbul edilmişdir.