Zülallardakı 80dən çox aminturşuların 22si daha böyük maraq doğurur
ki, bunlardan 8i əvəzolunmaz (leysin, izoleysin, lizin, triptofan, valin,
treonin, metionin, fenilalanin) hesab edilir, 9cu histidin isə uşaqlar üçün
vacib sayılır.
Müəyyən olunmuşdur ki, qidada zülalın yaxşı mənimsənilməsi üçün
əvvəlcə amin turşular müəyyən miqdar nisbətində olmalıdır (cədvəl 1).
Bunların hər hansı biri orqanizmə az daxil edildikdə, digərləri yaxşı
mənimsənilmir. Triptofan, lizin və metionin bitki zülallarında yox
dərəcəsindədir. Əvəzolunan aminturşulardan olan arginin, serin, prolin,
qlikokol, qlutamin və s. asparagin turşularının da əhəmiyyəti böyükdür.
Bioloji fəal maddələri qida rasionlarına daxil etməklə ürəkdamar
xəstəliklərinin kompleks şəkildə müalicəsində xeyli irəliləyişlərə nail
olunmuşdur.
Bu
halda,
orqanizmin
xolesterindən
azad
edilməsi,
sonuncunun öd ilə bağırsağa çıxarılması, onun reabsorbsiya olunması
hesabına təmin edilmişdir. Ona görə də xolesterin reabsorbsiyası
prosesinə mane olan məhsullardan qidalanmada geniş istifadə edilməsi,
aterosklerozun profılaktikası üçün əla vasitələrdən biri sayıla bilər
. Soya tipli məhsullardakı zülalların xolesterinin bağırsaq absorbsiyasını
zəiflətməsi,
steroidlərin
orqanizmdən
çıxarılmasına,
xolesterinin
oksidləşməsinə səbəb olması elmə artıq çoxdan məlumdur. Bu baxımdan,
qida rasionlarında soya zülalı tərkibli unlu məmulatlardan (çörək və
şəkərli peçenyelər) istifadə olunması Rusiyada və digər ölkələrdə çoxdan
tətbiq edilir və bu alqışlanmalıdır.
Dostları ilə paylaş: