təsdiq edilmişdir
12 nömrəli əlavə
Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji
və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki
materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi
ilə Azərbaycan Respublikasına idxalı
Q A Y D A S I
1. Bu Qayda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasına idxalı qaydasını müəyyən edir.
2. Genetik modifikasiya olunmuş bitkilər, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları (bundan sonra – GMOB) – genomunda müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə dəyişikliklər edilmiş, hər hansı geni və ya gen fraqmenti dəyişdirilmiş (başqası ilə əvəz edilmiş) bitkilər, o cümlədən onların toxumları, tingləri, şitilləri, kök materiallarıdır.
3. GMOB-ni elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasına idxal edilməsini planlaşdıran elmi tədqiqat müəssisəsi və ya dövlət orqanı (bundan sonra – idxalatçı) nəzərdə tutulmuş idxal əməliyyatı ilə bağlı mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuraya (bundan sonra – Elmi-Texniki Şura) rəsmi yazılı müraciət edir.
4. Müraciətdə idxalı nəzərdə tutulan GMOB-ni göndərən ölkənin adı, GMOB-ni göndərən və qəbul edən təşkilatların adları, tabeçilikləri, fəaliyyət növləri, ünvanları, idxal edilməsi nəzərdə tutulan bitkinin latın dilində adı, hansı hissəsinin gətirilməsi, miqdarı (kütlə və ya sayı) və qablaşdırılma forması göstərilməlidir.
5. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:
5.1. nümunələrin gətirilməsi nəzərdə tutulan ölkənin müvafiq orqanları tərəfindən verilmiş fitosanitar sertifikatı;
5.2. göndərən və qəbul edən tərəflər arasında bağlanmış müqavilənin surəti;
5.3. idxal edilən nümunələrin siyahısı. Siyahıda minimum deskriptor məlumatları cədvəl şəklində göstərilməlidir: nümunənin kataloq nömrəsi, bitkinin elmi (latın) adı, nümunənin (sortun, formanın, seleksiya xəttinin və s.) adı;
5.4. nümunələrin kommersiya dəyəri haqqında sənəd;
5.5. elmi tədqiqat müəssisəsi və ya dövlət orqanı tərəfindən hazırlanmış elmi-texniki əsaslandırma. Bu sənəddə planlaşdırılan idxalın elmi və ictimai əhəmiyyəti əsaslandırılmalı və mümkün nəticələri göstərilməlidir;
5.6. GMOB-ni göndərən ölkənin dövlət orqanlarında qeydiyyatdan keçmiş rəsmi qurum tərəfindən verilmiş və GMOB üzərində aparılmış genetik dəyişikliklər barədə məlumatları əks etdirən qeydiyyat sertifikatı.
6. GMOB-nin idxalı ilə bağlı müraciətə Elmi-Texniki Şurada 10 (on) iş günü müddətində idxalatçı da cəlb edilməklə baxılır və bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formada Milli Əlaqələndirici İnstitutun rəsmi blankında çap edilmiş qərar qəbul edilir.
7. GMOB-nin idxalı ilə bağlı Elmi-Texniki Şurada qəbul edilmiş qərarın surəti 5 (beş) iş günü müddətində idxalatçıya təqdim edilir.
8. GMOB-nin idxalı ilə bağlı müraciətə müsbət rəy olduqda Elmi-Texniki Şuranın qərarı idxalatçının müraciətinin və ona əlavə edilən sənədlərin surətləri ilə birgə 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilir.
9. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi-Texniki Şuranın qərarına əsaslanaraq, 10 (on) iş günü müddətində GMOB-nin idxalına Nazirliyin rəsmi blankında nazirin və ya onu əvəz edən şəxsin imzası ilə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş formada rəsmi icazə verir.
10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi GMOB-nin idxalına verilmiş rəsmi icazəni və idxalatçının Elmi-Texniki Şuraya müraciətinə əlavə edilən sənədlərin surətlərini, GMOB Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir.
11. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin GMOB-nin idxalına verilmiş rəsmi icazə sənədinin surəti 5 (beş) iş günü müddətində idxalatçıya təqdim edilir.
12. İdxalına rəsmi icazə verilməmiş GMOB-nin Azərbaycan Respublikasına idxal edilməsi qəti qadağandır.
13. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən bitki nümunələri bu Qaydanın 3 nömrəli əlavəsində göstərilmiş GMOB-nin beynəlxalq miqyasda tanınan siyahısı ilə tutuşdurulur. Həmin siyahıda olmayan nümunələrin GMOB ola biləcəyi ilə bağlı şübhə yaranarsa, nümunələr gömrük laboratoriyaları vasitəsilə yoxlanılır.
14. Hər növbəti ilin yanvar ayının 3-cü ongünlüyündə GMOB-nin beynəlxalq miqyasda tanınan siyahısına Elmi-Texniki Şurada baxılır və dəyişikliklər tələb olunduğu təqdirdə təkliflər hazırlanır.
15. İdxalatçı idxal edilən GMOB-ni təyinatı üzrə istifadə edir və onun Azərbaycan Respublikası ərazisində yayılması ilə bağlı hər hansı təhlükəyə görə məsuliyyət daşıyır.
16. İdxalına icazə verilməmiş GMOB-nin Azərbaycan Respublikasına idxal edilməsinə cəhd göstərildikdə, həmin bitki nümunələri gətirildiyi ölkəyə idxalatçının hesabına geri qaytarılır. İdxalına icazə verilməmiş GMOB-ni Azərbaycan Respublikasına idxal etməyə cəhd göstərən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
“Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası”na
1 nömrəli əlavə
Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji
və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki
materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək
məqsədi ilə Azərbaycan Respublikasına idxalına icazə
verilməsi haqqında
QƏRAR
Siyahısı hazırkı qərara əlavə edilən genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının (GMOB)_______________
(nümunələri göndərən ölkənin
_____________________________________________________________
və təşkilatın bütöv və qısa adları, ünvanı)
gətirilməsi (idxalı) ilə bağlı ______________________________________
(nümunələri idxal edən təşkilatın adı və ünvanı)
_____________________________________________________________
tərəfindən “____” ___________ 201__ il tarixində edilmiş müraciətə Elmi-Texniki Şurada baxılmış və müvafiq qərar qəbul edilmişdir.
Qərar: Elmi-Texniki Şura müvafiq sənədləri araşdıraraq, hazırkı qərara əlavə edilmiş siyahıda göstərilən GMOB-nin Azərbaycan Respublikasına idxalına ________________________________________.
(icazə verir, icazə vermir, təkrar müraciət edilməsi tələb olunur)
İdxal edilməsi planlaşdırılan GMOB-nin siyahısı əlavə edilir (cəmi ___ səhifə). Siyahıda idxal edilməsi planlaşdırılan bitkilərin latın və Azərbaycan dillərində adı (adları), bitkinin hansı hissəsinin gətirilməsi (meyvə, toxum, şitil, ting və s.) və miqdarı göstərilməlidir.
Elmi-Texniki Şuranın sədri: ______________________________________
(adı, atasının adı və soyadı)
İmza:
M.Y.
“Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası”na
2 nömrəli əlavə
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən GMOB-nin idxalına verilmiş icazə sənədinin ümumi forması
Siyahısı bu sənədə əlavə edilmiş genetik modifikasiya olunmuş bitkilərin (GMOB)____________________________________ məqsədi ilə
___________________________________________________________
(nümunələri göndərən ölkənin adı)
_____________________________________________________________
(nümunələri idxal edən təşkilatın adı)
tərəfindən Azərbaycan Respublikasına gətirilməsinə (idxalına) icazə verilir.
Əsas: Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın “____” ___________ 201__ il tarixli qərarı.
İdxal edilməsi planlaşdırılan GMOB-nin siyahısı əlavə edilir (cəmi ___ səhifə).
Siyahıda idxal edilməsi planlaşdırılan bitkilərin latın və Azərbaycan dillərində adı (adları), bitkinin hansı hissəsinin gətirilməsi (meyvə, toxum, şitil, ting və s.) və miqdarı göstərilməlidir.
İcazənin qüvvədə olma müddəti_____________________ tarixinə kimidir.
Nazir:
M.Y.
“Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası”na
3 nömrəli əlavə
GMOB-nin beynəlxalq miqyasda tanınan siyahısı
Araxis (Arachis hypogaea L.)
Sıra №-si
|
Sortun adı
|
İstehsalçı
|
1
|
Flavr Runner
|
Mycogen Seeds
|
Argentina rapsı (Brassica napus L.)
Sıra №-si
|
Sortun adı
|
İstehsalçı
|
1
|
2
|
3
|
1.
|
23-18-17
|
Monsanto Company
|
2.
|
23-198
|
Monsanto Company
|
3.
|
45A37
|
Pioneer Hi-Bred İnternational
|
4.
|
46A40
|
Pioneer Hi-Bred İnternational
|
5.
|
46A12
|
Pioneer Hi-Bred İnternational
|
6.
|
46A16
|
Pioneer Hi-Bred İnternational
|
7.
|
GT200
|
Monsanto Company
|
8.
|
GT73
|
Monsanto Company
|
9.
|
RT73
|
Monsanto Company
|
10.
|
HCN10
|
Aventis CropScience
|
11.
|
HCN92
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
12.
|
MS1
|
Aventis CropScience
|
13.
|
RF1=>PGS1
|
Aventis CropScience
|
14.
|
RF1=>PGS2
|
Aventis CropScience
|
15.
|
MS8xRF3
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
1
|
2
|
3
|
16.
|
NS738
|
Pioneer Hi-Bred İnternational
|
17.
|
NS1471
|
Pioneer Hi-Bred İnternational
|
18.
|
NS1473
|
Pioneer Hi-Bred İnternational
|
19.
|
OXY-235
|
Aventis CropScience
|
20.
|
PHY14
|
Aventis CropScience
|
21.
|
PHY35
|
Aventis CropScience
|
22.
|
PHY36
|
Aventis CropScience
|
23.
|
T45(HCN28)
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
24.
|
Liberator pHue6/Ac
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
25.
|
GS40/90pHoe6/Ac
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
26.
|
MSxRF3xGT73
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
27.
|
Laurical
|
Calgene, LLC
|
28.
|
Roundup Ready
|
Monsanto Company
|
29.
|
LibertyLink
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
30.
|
İnVigor
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
31.
|
Nexera
|
DOW AgroSciences LLC
|
Badımcan (Solanum melongena L.)
Sıra №-si
|
Sortun adı
|
İstehsalçı
|
1.
|
MT6/08
|
Mohico (İndia)
|
Balqabaq, boranı (Cucurbita pepo L.)
Sıra №-si
|
Sortun adı
|
İstehsalçı
|
1.
|
CZW-3
|
Asgrow (USA); Siminis Vegetable İnc. (Canada)
|
2.
|
ZW20
|
Upjohn (USA); Siminis Vegetable İnc. (Canada)
|
Buğda (Triticum aestivum L.)
Sıra №-si
|
Sortun adı
|
İstehsalçı
|
1.
|
AP205CL Mutant
|
BASF İnc
|
2.
|
AP602CL
|
BASF İnc.
|
3.
|
AP602CL Mutant
|
BASF İnc.
|
4.
|
AP95CL
|
BASF İnc.
|
5.
|
BW238-3
|
BASF İnc.
|
6.
|
BW255-2
|
BASF İnc.
|
7.
|
BW255-2, BW238-3 MUTANT
|
BASF İnc.
|
8.
|
BW7
|
BASF İnc.
|
9.
|
BW7 MUTANT
|
BASF İnc.
|
10.
|
MON71800
|
Monsanto Company
|
11.
|
SWP965001
|
Cyanamid Crop Protection
|
12.
|
Teal 11A
|
BASF İnc.
|
Çəltik - düyü (Oryza sativa L.)
Sıra №-si
|
Sortun adı
|
İstehsalçı
|
1
|
2
|
3
|
1.
|
ACS-OSOO1-4
|
|
2.
|
ACS-OSOO2-5
|
|
3.
|
BCS-OSOO3-7 (LLRICE601)
|
|
4.
|
PWC16
|
|
5.
|
CL121
|
BASF İnc.
|
6.
|
CL141
|
BASF İnc.
|
7.
|
CFX51
|
BASF İnc.
|
8.
|
İMİNTA-1
|
BASF İnc.
|
9.
|
İMİNTA-4
|
BASF İnc.
|
10.
|
LLRİCE06
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
11.
|
LLRİCE62
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
12.
|
PWC16
|
BASF İnc.
|
13.
|
LL62
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
1
|
2
|
3
|
14.
|
Clearfield CL131
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
15.
|
LibertyLink RİCE601 (LLRİCE601)
|
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
|
16.
|
Basmati
|
RiseTek (ABŞ) (yoxlanmalıdır)
|
17.
|
Jasmin
|
Yoxlanmalıdır
|
Gavalı (Prunus domestica L.)
Sıra №-si
|
Sortun adı
|
İstehsalçı
|
1.
|
ARS-PLMC5-6 (C5)
|
United States Department of Agriculture - Agricultural Research Service
|
Günəbaxan (Helianthus annuus L.)
Sıra №-si
|
Sortun adı
|
İstehsalçı
|
1.
|
Hibrid X81359 (CLEARFİELD)
|
BASF İnc.
|
2.
|
Natreon Naturally
|
Mycogen Seeds
|
3.
|
X81359
|
BASF Inc.
|
Dostları ilə paylaş: |