Təsdiq edilmişdir 1 nömrəli əlavə Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalari



Yüklə 275,86 Kb.
səhifə8/14
tarix07.01.2017
ölçüsü275,86 Kb.
#4941
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




1

2

3

5.18.

Nar




5.18.1.

Balamürsəl

Abşeron yarımadası, Gəncə bölgəsi, Ağsu, Göyçay, Ağdaş, Tərtər, Ağdam, Şəmkir, Qazax rayonları

5.18.2.

Çəhrayı gülöyşə

Abşeron yarımadası, Gəncə bölgəsi, Ağsu, Göyçay, Ağdaş, Tərtər, Ağdam, Şəmkir, Qazax, Şəki, Balakən rayonları

5.18.3.

İridənə

Tərtər, Ağdam rayonları

5.18.4.

Qalınqabıq

Ağsu, Göyçay, Ağdaş rayonları

5.18.5.

Qara Balamürsəl

Ağsu, Göyçay, Ağdaş rayonları

5.18.6.

Qazyan

Ağsu, Göyçay, Ağdaş rayonları

5.18.7.

Qırmızı gülöyşə

Abşeron yarımadası, Gəncə bölgəsi, Ağsu, Göyçay, Ağdaş, Tərtər, Ağdam, Şəmkir, Qazax, Şəki, Balakən rayonları

5.18.8.

Qırmızıqabıq

Abşeron yarımadası, Gəncə bölgəsi, Şəmkir, Qazax rayonları

5.18.9.

Qırmızı Qazyan

Ağsu, Göyçay, Ağdaş rayonları

5.18.10.

Meyxoş

Astara, Masallı rayonları

5.18.11.

Mələz

Ağsu, Göyçay, Ağdaş, Tərtər, Ağdam, Astara, Masallı rayonları

5.18.12.

Nazikqabıq

Abşeron yarımadası, Ağsu, Göyçay, Ağdaş rayonları

5.18.13.

Şah nar

Ağsu, Göyçay, Ağdaş, Tərtər, Ağdam, Astara, Masallı rayonları

5.18.14.

Şirin nar

Ağsu, Göyçay, Ağdaş rayonları

5.18.15.

Şüvəlan

Abşeron yarımadası

5.18.16.

Vələs

Ağsu, Göyçay, Ağdaş rayonları

5.18.17.

Zibeydə

Abşeron yarımadası

5.18.18.

Gülöyşə

Göyçay, Ağdaş rayonları

5.18.19.

Göy nar

Göyçay, Ağdaş rayonları

5.18.20.

Zaqatala

Zaqatala rayonu

5.18.21.

Lənkəran

Lənkəran rayonu

5.18.22.

Ağ dənə

Göyçay, Ağdaş rayonları

5.18.23.

Açıq dənə

Göyçay, Ağdaş rayonları

1

2

3

5.18.24.

Şüvəlan (sarı)

Abşeron yarımadası

5.18.25.

Şüvəlan (qırmızı)

Abşeron yarımadası

5.19.

Zeytun




5.19.1.

Şirin zeytun

Abşeron yarımadası

5.19.2.

Azərbaycan zeytunu

Abşeron yarımadası

5.19.3.

Armudu zeytun

Abşeron yarımadası

5.19.4.

Bakı zeytunu

Abşeron yarımadası

5.20.

İnnab




5.20.1.

Azərbaycan

Şirvan bölgəsi, Abşeron yarımadası

5.20.2.

Abşeron

Abşeron yarımadası

5.20.3.

Şirvan

Şirvan bölgəsi

5.20.4.

Xəzəri

Abşeron yarımadası

5.20.5.

Ordubadi

Naxçıvan Muxtar Respublikası

5.20.6.

İradə

Abşeron yarımadası

5.20.7.

Xurmayı

Abşeron yarımadası

5.20.8.

Azəri

Abşeron yarımadası

5.21.

Tut




5.21.1.

Tehran tut

Gəncə-Qazax bölgəsi

5.21.2.

Bidanə tut

Qarabağ bölgəsi

5.21.3.

Xar tut

Abşeron yarımadası, Şirvan bölgəsi

5.21.4.

Şah tut

Qarabağ, Abşeron bölgələri

5.22.

Əzgil




5.22.1.

Xan əzgil

Lənkəran bölgəsi

5.22.2.

Nəlbəki əzgil

Lənkəran bölgəsi

5.22.3.

Kitil

Masallı rayonu

5.22.4.

Ağ əzgil

Masallı rayonu

5.22.5.

Ərkivan əzgili

Masallı rayonu


__________________
Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 13 noyabr

tarixli 259 nömrəli qərarı ilə

təsdiq edilmişdir
4 nömrəli əlavə
Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin (bundan sonra – brend bitkilər) yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikasına məxsus mədəni brend bitkilər Azərbaycan xalqının milli sərvətidir. Onlar müsbət bioloji təsərrüfat və qida xüsusiyyətləri, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı ilə seçilməklə, uzun dövr ərzində xalq seleksiyası yolu ilə yaradılmışdır.

1.3. Bu Qaydanın əsas məqsədi brend bitkilərin məhv olmaq təhlükəsindən qorunması, onların mənşə bölgələrində becərilməsini davam etdirməklə əkin sahələrinin genişləndirilməsi, onların üzərində Azərbaycan Respublikasının sahiblik və müəlliflik hüququnun təsdiqinin və bu hüquqların qorunmasının təmin edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyətlərin iş mexanizmini tənzimləməkdən ibarətdir.
2. Brend bitkilərin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi tədbirləri

2.1. Azərbaycan Respublikasının ərazisində mövcud olan qədim brend bitki nümunələrinin aşkar edilməsini, bərpasını, artırılmasını və səmərəli istifadəsini təmin etmək məqsədi ilə aşağıda qeyd olunan tədbirlər həyata keçirilməlidir:

2.1.1. 2014-cü ilin 1 oktyabr tarixinə kimi mərhələ-mərhələ brend bitkilərin yayılma ərazilərinin müəyyənləşdirilməsi, areallarının koordinatlarının təyin edilməsi və xəritələrinin hazırlanması;

2.1.2. brend bitkilərin areallarında monitorinq və inventarizasiya işlərinin aparılması, təbii yayılma qanunauyğunluqlarının və xüsusiyyətlərinin müəyyənləşdirilməsi;

2.1.3. müsbət bioloji təsərrüfat göstəricilərinə malik brend bitkilərin elmi ekspedisiya axtarışları ilə aşkarlanması, identifikasiyası və toplanması;

2.1.4. ekspedisiyalar zamanı əldə edilən brend bitkilərin kolleksiyalarının (ex situ) yaradılması və onların bu kolleksiyalarda qorunub saxlanmasının təmin edilməsi;

2.1.5. brend bitkilərin qeydiyyata alınması.

2.2. Brend bitkilərin siyahısı və onların ənənəvi yayılma əraziləri haqqında təkliflər Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarının, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən mədəni bitkilərin genetik ehtiyatları üzrə Elmi-Texniki Şuraya təqdim edilir. Brend bitkilərin siyahısında və onların ənənəvi yayılma ərazilərində dəyişikliklər tələb olunduqda, Elmi-Texniki Şura müvafiq təkliflər hazırlayır.

2.3. Brend bitkilərin aşkarlanmasını, identifikasiyasını və toplanmasını Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarının, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri həyata keçirirlər.

2.4. Brend bitkilərin müvafiq kolleksiyalarının (işçi, elit anaclıqlar və toxumçuluq təsərrüfatları) yaradılmasını Milli Əlaqələndirici İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən institutların, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə həyata keçirir. Sahibləri tərəfindən bu kolleksiyalar Elmi-Texniki Şuranın təsdiq etdiyi pasport deskriptorları əsasında sənədləşdirilir və onların kompyuter məlumat bazaları yaradılır.

2.5. Ekspedisiyalar nəticəsində aşkar edilərək toplanmış brend bitkilərin nümunələrinin əlamət və xüsusiyyətlərinin təsvirini, təsərrüfat göstəricilərinin qiymətləndirilməsini Milli Əlaqələndirici İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən institutların, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə həyata keçirir.

2.6. Brend bitkilərin perspektiv nümunələrinin seleksiyası aşağıdakıları əhatə edir:

2.6.1. mədəni brend bitkilərin bu sorta məxsus biomorfoloji əlamət və xüsusiyyətlərinə malik olan nümunələrinin, həmçinin daha yüksək bioloji təsərrüfat göstəricilərinə malik perspektiv formalarının seçilməsini;

2.6.2. reproduksiya məqsədli və ixtisaslaşdırılmış tingliklərdə, çoxaldılma bloklarında nümunələrin artırılmasını;

2.6.3. tingliklərin və toxumçuluq təsərrüfatlarının qeydiyyatını;

2.6.4. tingliklərin və toxumların keyfiyyətinə nəzarəti;

2.6.5. tingliklərin və toxumların sertifikatlaşdırılmasını.

2.7. Brend bitkilərin əkin materiallarının müasir və xalq arasında mövcud olan ənənəvi (yabanı toxmacar, yerində calaq və s.) becərilmə texnologiyası sistemlərinin elmi əsaslarının işlənib hazırlanmasını, onun xüsusiyyətlərinin öyrənilməsini Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən institutların, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri həyata keçirirlər.

2.8. İnstitutların müvafiq kolleksiyalarında toplanmış, qiymətləndirilmiş, yüksək bioloji təsərrüfat və iqtisadi göstəricilərə malik brend bitki nümunələri Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən institutların və meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən reproduksiya məqsədli və ixtisaslaşdırılmış tingliklərdə, çoxaldılma bloklarında və toxumçuluq təsərrüfatlarında artırılaraq kəndlilər və fermerlər arasında yayılır.
3. Brend bitkilərin mühafizəsi və əkin sahələrinin genişləndirilməsi üzrə mexanizm
3.1. Brend bitkilərin mühafizəsi və əkin sahələrinin genişləndirilməsi məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilməlidir:

3.1.1. ədəbiyyat məlumatlarının, yaşlı fermerlərin ifadələrinin, herbari materiallarının təhlil edilməsi;

3.1.2. milli kolleksiyalarda, elmi institutlarda və onların regional bazalarında mühafizə edilən xalq seleksiyası sortlarının tam inventarlaşdırılması;

3.1.3. əldə edilmiş məlumatlar əsasında əksər regionları əhatə edən ekspedisiyaların təşkil olunması;

3.1.4. yerli mədəni bitkilərin genetik ehtiyatlarının qeydiyyatına, inventarlaşdırılmasına, toxum və əkin materiallarının toplanmasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən yardım göstərilməsi;

3.1.5. toplanaraq bərpa edilmiş xalq seleksiyası sortlarının elmi tədqiqat institutlarının regional bazalarında çoxaldılması və reintroduksiya işlərinin aparılması;

3.1.6. brend bitkiləri qoruyub saxlayan və becərən fermerlərin, fərdi bağ sahiblərinin dövlət tərəfindən stimullaşdırılması;

3.1.7. brend bitkilər üzrə ümumrespublika və beynəlxalq elmi-praktiki konfransların təşkil edilməsi;

3.1.8. brend bitkilərin kataloqlarının dərc edilməsi.

3.2. Göstərilən fəaliyyətlər və tədbirlər kompleksi Milli Əlaqələndirici İnstitut tərəfindən əlaqələndirilir.


__________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 13 noyabr

tarixli 259 nömrəli qərarı ilə



təsdiq edilmişdir
5 nömrəli əlavə
Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin

mövcudluğu və yayılma zonasının aşkarlanması
QAYDASI
1. Ümumi müddəa
1.1. Bu Qayda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin (bundan sonra - GMOB) mövcudluğunun və yayılma zonasının aşkarlanması qaydasını müəyyən edir.
2. GMOB-nin mövcudluğunun, yayılma zonasının aşkarlanması

və bu bitkilərin ləğv edilməsi
2.1. Mədəni bitkilərin genetik, o cümlədən reproduktiv və vegetativ-çoxalma materialları da daxil olmaqla, özündə irsiyyətin funksional vahidlərini saxlayan bitki mənşəli materialların siyahısı mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura tərəfindən təsdiq edilir və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunur.

2.2. GMOB-nin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır.

2.3. Ölkə daxilində GMOB-nin mövcudluğu və yayılma zonası Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən ekspedisiyalar, nümunə götürülməsi və laboratoriya sınaqları vasitəsilə müəyyən edilir.

2.4. GMOB-nin mövcudluğunun və yayılma zonasının aşkarlanmasına, o cümlədən ekspedisiyaların keçiriləcəyi zonalarda və müddətlərdə nümunələrin götürülməsinə, laborator analizlərin keçirilməsinə, tələb olunan maliyyə vasaitinin müəyyən edilməsinə və digər məsələlərə dair Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu tərəfindən hazırlanmış və Elmi-Texniki Şura ilə razılaşdırılmış, bu sahə üzrə həyata keçiriləcək tədbirləri əks etdirən illik iş planı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində təsdiq edilir.

2.5. GMOB aşkarlandıqda, ekspedisiyanın iştirakçıları tərəfindən akt tərtib edilir və 3 (üç) iş günü müddətində Elmi-Texniki Şura bu aktı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının birinci şəxslərinə və GMOB-nin sahibinə rəsmi qaydada təqdim edir.

2.6. GMOB aşkarlandıqda onlar Elmi-Texniki Şuranın qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları tərəfindən 5 (beş) iş günü müddətində məhv edilir. Bu barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir və bir nüsxəsi GMOB-nin sahibinə verilir, ikinci nüsxəsi isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində saxlanılır.

2.7. Aşkar edilmiş GMOB-nin məhv edilməsi GMOB-nin sahiblərinin hesabına həyata keçirilir.

2.8. GMOB-nin məhv edilməsi ilə bağlı tərtib edilmiş aktda aşağıdakılar göstərilir:

2.8.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyətli nümayəndələrinin soyadı, adı, atasının adı, tutduğu vəzifə;

2.8.2. GMOB-nin sahibinin soyadı, adı, atasının adı, ünvanı (hüquqi şəxslər üçün – təşkilatın adı və hüquqi ünvanı);

2.8.3. GMOB-nin mənbəyi;

2.8.4. məhv edilən GMOB-nin miqdarı.

2.9. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr analiz üçün materialların maneəsiz götürülməsində və GMOB-nin məhv edilməsində aidiyyəti orqanlara hərtərəfli yardım göstərirlər.

2.10. Azərbaycan Respublikasının ərazisində mədəni bitkilərin genetik modifikasiya olunmuş analoqlarının mövcudluğu aşkarlandıqda və ya idxal olunmuş bitkinin genetik modifikasiyaya məruz qalması təsdiq olunduqda, təqsirkar şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

________________
Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 13 noyabr

tarixli 259 nömrəli qərarı ilə

təsdiq edilmişdir
6 nömrəli əlavə
Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması
Qaydası və Şərtləri
1. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri” (bundan sonra – Qayda) “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması qaydası və şərtlərini müəyyən edir.

2. Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilər və onların genetik ehtiyat nümunələri (bundan sonra – MBGE) – mədəni bitkilərin yerli xalq və elmi seleksiya sort, forma və xətləri, seleksiya materialları, həmçinin ölkə ərazisinin təbii məskənlərində bitən, onlara yaxın yabanı bitki növləridir.

3. MBGE Azərbaycan Respublikasından bioaraşdırma, mübadilə, öyrənilmə, elmi tədqiqat, seleksiya, təhsil və digər fəaliyyətdə istifadə edilmək, habelə MBGE-nin milli kolleksiyalarının xarici ölkələrdə yerləşən beynəlxalq genbanklarda dublikatlaşdırılaraq etibarlı mühafizəsini həyata keçirmək məqsədləri ilə ixrac edilir.

4. MBGE-nin bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş növlərinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına nəzarət edilir.

5. MBGE-nin Azərbaycan Respublikasından ixrac edilməsini planlaşdıran şəxs (bundan sonra – ixracatçı) nəzərdə tutulmuş ixrac əməliyyatı ilə bağlı mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuraya yazılı, elektron poçtla və ya rabitə şöbəsi vasitəsilə müraciət edir.

6. Müraciətdə MBGE-nin ixracının məqsədləri, ixrac edilən genetik materialın ümumi miqdarı (kütlə və ya say), qəbul edən təşkilat və ya şəxs haqqında məlumatlar (adı, fəaliyyət növü, ünvanı) göstərilməlidir.

7. Müraciətə ixrac edilən genetik materialın siyahısı əlavə edilməlidir. Siyahıda nümunələrin kataloq nömrəsi, bitkinin elmi (latın), həmçinin Azərbaycan və ingilis dillərində adı, nümunələrin adı (əgər varsa, sortların və formaların adları) göstərilir.

8. MBGE-nin ixracı ilə bağlı müraciətə Elmi-Texniki Şuranın rəhbərliyi tərəfindən 5 (beş) iş günü müddətində baxılır və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada Milli Əlaqələndirici İnstitutun rəsmi blankında çap edilmiş icazə sənədi verilir.

9. MBGE-nin ixracına verilmiş icazə sənədinin surəti Elmi-Texniki Şura tərəfindən 2 (iki) iş günü müddətində şəxsən və ya elektron poçt vasitəsilə ixracatçıya və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim edilir.

10. MBGE-nin ixracına icazə verilmədiyi halda bunun səbəbləri barədə ixracatçıya yazılı məlumat verilir.

11. MBGE-nin ixracına verilən imtina qərarından 1 (bir) ay müddətində yuxarı orqana və ya məhkəməyə şikayət edilə bilər.

12. İxrac edilən MBGE Milli Əlaqələndirici İnstitutun blankında çap edilmiş və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən icazə sənədi, həmçinin, qəbul edən ölkənin tələblərinə uyğun sənədlərlə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən verilmiş fitosanitar sertifikatı ilə müşayiət olunur.

13. Xaricə göndərilən MBGE-nin qablarının üzərində onların kataloq nömrəsi, latınca elmi adları göstərilməlidir.

14. Elmi-Texniki Şuranın icazə sənədi ilə müşayiət olunan MBGE-nin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həyata keçirilir.

15. Elmi-Texniki Şuranın icazə sənədi ilə müşayiət olunmayan MBGE nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması qadağandır.

16. Hər növbəti ilin yanvar ayının 3-cü ongünlüyündə MBGE-nin siyahısına Elmi-Texniki Şurada baxılır və dəyişikliklər tələb olunduğu təqdirdə təkliflər hazırlanır.


_______________

“Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri”nə



Yüklə 275,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin