1 nömrəli əlavə
Çıxarılmasına nəzarət edilən mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik materiallarının siyahısı
Sıra №-si
|
Azərbaycan dilində adı
|
Elmi (latın) adı
|
XİF MN üzrə kodu
|
1
|
2
|
3
|
4
| -
Dənli taxıl bitkiləri
|
1.1.
|
Bütün buğda növləri, toxumluq
|
Triticum
|
1001110000
1001912000
1001990000
1001911000
|
1.2.
|
Çovdar toxumluq
|
Secale
|
1002100000
|
1.3.
|
Arpa toxumluq
|
Hordeum
|
1003100000
|
1.4.
|
Yulaf, toxumluq
|
Avena sativa
|
1004100000
|
1.5.
|
Qarğıdalı toxumluq hibridlər:
ikiqat hibrid və topçarpaz hibridləri
Üçqat hibridlər
Sadə hibridlər
Digər hibridlər
Qarğıdalı toxumluq qeyri-hibridlər
|
Zea mays
|
1005101100
1005101300
1005101500
1005101900
1005109000
|
1.6.
|
Düyü (çəltik) səpin üçün
|
Oryza
|
1006101001
1006101009
|
1.7.
|
Darı toxumluq
|
Panicum
|
1008210000
|
1.8.
|
Eqilops toxumluq
|
Aegilops
|
1209298000-dan
| -
Dənli paxlalı bitkilər
|
2.1.
|
Noxud
|
Cicer arietinum
|
0713200000
|
1
|
2
|
3
|
4
|
2.2.
|
Mərci, səpin üçün
|
Lens culinaris
|
0713400001
0713400009-dan
|
2.3.
|
Adi lobya, səpin üçün
|
Phaseolus vulgaris
|
0713331001-dən
0713331009-dan
|
2.4.
|
Göy noxud, səpin üçün
|
Pisum sativum
|
0713101001
0713101009
|
2.5.
|
İnək noxudu, səpin üçün
|
Vigna unguiculata
|
0713350000-dan
|
2.6.
|
Lərgə növləri, səpin üçün
|
Vicia
|
0713500001
0713500009
|
2.7.
|
Gülulcə, səpin üçün
|
Lathyrus
|
1209298000-dan
| -
Meyvə və giləmeyvə bitkiləri
|
3.1.
|
Alma, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, şabalıd, tut, qoz çiliyi və tingi
|
Malus, Pyrus, Prunus cinsinin növləri, Amygdalis, Castanea, Morus, Juglans
|
0602109000-dan
0602209000-dan
|
3.2.
|
Nar, zeytun, fındıq, moruq, böyürtkən, qarağat çiliyi, tingi, tumurcuğu
|
Punica, Olea, Corellus, Rubus, Ribes
|
0602109000-dan
0602209000-dan
0602904900-dan
|
3.3.
|
Üzüm çiliyi, tingi, tumurcuğu
|
Vitis
|
0602101000
0602201000
0602904900
|
3.4.
|
Çiyələk tumurcuğu, toxumu, bığcığı, köklü materialı
|
Fragaria
|
0602903000-dan
1209999900-dan
|
1
|
2
|
3
|
4
| -
Tərəvəz və bostan bitkiləri
|
4.1.
|
Pomidor, badımcan, bibər, quşüzümü şitili, toxumu
|
Solanum lycopersicum, Solanum melongena, Capsicum annuum, Solanum
|
0602903000-dan
1209919000-dan
|
4.2.
|
Yemiş şitili, toxumu
|
Cucumis melo
|
0602904500-dan
1207700000
|
4.3.
|
Qarpız şitili, toxumu
|
Citrullus lanatus
|
0602904500-dan
1209999900-dan
|
4.4.
|
Qabaq, xiyar, kələm, bamiyə şitili, toxumu
|
Cucurbita moschata, Cucumis sativus, Brassica capitata, Hibiscus esculantus
|
0602904500-dan
0602903000-dan
1209919000-dan
|
4.5.
|
Yerkökü, turp, turpça (qırmızı turp), mətbəx çuğunduru, cəfəri, kərəviz, şalğam şitili, toxumu, yeraltı zoğları
|
Daucus carota, Raphanus sativus, Raphanus sativus var. radicula, Beta vulgaris, Petroselinum sativum, Apium graveolens, Brassica napus
|
0602903000-dan
1209919000-dan
|
4.6.
|
Soğan şitili, toxumu, soğanaqları
|
Allium
|
0602903000-dan
0703101100
0703101900
0703109000
0703900000
1209919000-dan
|
1
|
2
|
3
|
4
|
4.7.
|
Tərxun, nanə, rozmarin, barəng, əvəlik, adi quzuqulağı, uzunyarpaq quzuqulağı, qulançar, xardal, ispanaq, kahı, şüyüd, keşniş, cirə, acıtərə, su tərəsi, reyhan, mərzə şitili və toxumu
|
Artemisia dracunculus, Mentha piperitta, Rozmarinus officinalis,
Rumex domesticus, Rumex acetosa, Asparagus offisinalis, Sinapis, Spinacia oleracea, Anethum, Coreandrum sativum, Lactuca sativa, Pimpinella anisum, Lepidum graveolens, Nasturtium officinale, Osimum basilicum, Origanum
|
1209919000-dan
0602903000-dan
| -
Yem bitkiləri
|
5.1.
|
Qarayonca toxumu
|
Medicago
|
1209210000
|
5.2.
|
Üçyarpaq yonca toxumu
|
Trifolium
|
1209221000
1209228000
|
5.3.
|
Xaşa toxumu
|
Onobrychis
|
1209298000-dan
|
5.4.
|
Sorqo (kalış) toxumu
|
Sorghum
|
1007101000
1007109000
|
5.5.
|
Raps toxumu
|
Brassica napus
|
1205101000
|
5.6.
|
Pişikquyruğu toxumu
|
Phleum
|
1209298000-dan
|
5.7.
|
Şəmbələ toxumu
|
Trigonella
|
1209298000-dan
|
5.8.
|
Çobantoppuzu toxumu
|
Dactylis glomerata
|
1209291000-dan
|
5.9.
|
Yem çuğunduru
|
Beta vulgaris subsp. vulgaris var. crassa
|
1209296000
| -
Texniki bitkilər
|
6.1.
|
Pambıq toxumu
|
Gossypium
|
1207210000
|
6.2.
|
Şəkər çuğundurunun toxumu, meyvəkökü
|
Beta vulgaris
|
1209100000
1212918000-dan
|
“Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri”nə
2 nömrəli əlavə
Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin
və onların genetik ehtiyat nümunələrinin Azərbaycan
Respublikasının gömrük ərazisindən çıxarılmasına verilmiş
İCAZƏ SƏNƏDİ
№ ____
“____” _________ 20____ il
Mədəni bitkilərin aşağıda verilmiş və siyahısı sənədə əlavə edilən genetik ehtiyat nümunələrinin __________________________________________
(nümunələrin göndərildiyi ölkənin və təşkilatın bütöv və qısa adları, ünvanı)
_____________________________________________________________
göndərilməsi (ixracı) ilə bağlı ____________________________________
(nümunələri göndərən təşkilatın bütöv adı, ünvanı)
_____________________________________________________________
tərəfindən 201__ il “____” ___________ tarixində edilmiş müraciətə Elmi-Texniki Şurada baxılmış və ixraca icazə verilmişdir.
İcazənin qüvvədə olma müddəti_______________________tarixinə kimidir.
İxrac edilməsi planlaşdırılan bitkinin latınca və Azərbaycan dilində adı (adları) və ümumi miqdarı: ___________________________________
İxrac edilməsi planlaşdırılan MBGE-nin siyahısı və miqdarı əlavə edilir (cəmi ___ səhifə).
İxrac edilməsi planlaşdırılan MBGE-nin ixracı nəzərdə tutulan gömrük sərhəd buraxılış məntəqəsi______________________________________
Elmi-Texniki Şuranın sədri _____________________________________
(adı, atasının adı, soyadı)
İmza:
M.Y.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 13 noyabr
tarixli 259 nömrəli qərarı ilə
təsdiq edilmişdir
7 nömrəli əlavə
Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın
ƏSASNAMƏSİ
Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın fəaliyyətini müəyyən edir.
1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra – MBGE) mühafizəsi və səmərəli istifadəsi sahəsində elmi tədqiqat və elmi-təşkilati fəaliyyətləri istiqamətləndirmək və ümumi rəhbərliyi təmin etmək, müasir elmi nailiyyətlərin tətbiqinə dair təklif və tövsiyələr hazırlamaq, MBGE-nin toplanması, qorunub-saxlanması, bərpası, mübadiləsi, öyrənilməsi və səmərəli istifadəsi (bundan sonra – MBGE üzrə fəaliyyətlər) işinin idarə olunmasını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bitki genetik ehtiyatları sahəsində fəaliyyət göstərən alim və yüksəkixtisaslı mütəxəssislərindən ibarət olmaqla, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura (bundan sonra – Elmi-Texniki Şura) yaradılır.
1.3. Elmi-Texniki Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.
1.4. Elmi-Texniki Şura MBGE-nin milli kolleksiyalarına еlmi-mеtоdiki rəhbərliyi həyata keçirir.
1.5. Elmi-Texniki Şura mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının (bundan sonra - ekspert şuraları) və prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının (bundan sonra - işçi qrupları) fəaliyyətinə rəhbərlik edir, onların rəyləri əsasında qərarlar qəbul edir.
1.6. Elmi-Texniki Şura MBGE fəaliyyətləri üzrə Milli Proqramın hazırlanması, təkmilləşdirilməsi və icrası üzrə məsul orqandır.
1.7. Elmi-Texniki Şuranın qərargahı Milli Əlaqələndirici İnstitutda yerləşir.
1.8. Elmi-Texniki Şuranın iclasları arasındakı müddətdə onun funksiyalarını Şuranın sədri, Şuranın elmi katibi və Milli Əlaqələndirici İnstitut həyata keçirir.
Elmi-Texniki Şuranın yaradılmasının məqsədləri
2.1. Elmi-Texniki Şuranın yaradılmasının məqsədləri aşağıdakılardır:
2.1.1. MBGE üzrə Azərbaycan Respublikasında aparılan fəaliyyətlərin vahid mərkəzdən idarə olunmasını təmin etmək;
2.1.2. MBGE üzrə fəaliyyətlər sahəsində Milli Əlaqələndirici İnstitutun funksiyalarının icrasına kömək göstərmək;
2.1.3. ekspert şuraları və işçi qrupları yaratmaq və onların fəaliyyətini tənzimləmək;
2.1.4. MBGE üzrə fəaliyyətlər sahəsində elmi tədqiqatların müasir beynəlxalq standartlar səviyyəsində layihələndirilməsinə və aparılmasına köməklik etmək;
2.1.5. MBGE üzrə fəaliyyətlər sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına köməklik etmək.
Elmi-Texniki Şuranın təşkili
3.1. Elmi-Texniki Şura sədr, sədrin müavini, elmi katib, daimi və müvəqqəti üzvlərdən ibarətdir.
3.2. MBGE üzrə ekspert şuralarının və işçi qruplarının rəhbərləri Elmi-Texniki Şuranın tərkibinə daxil olurlar.
3.3. Elmi-Texniki Şuranın digər üzvləri MBGE sahəsində tanınmış alim və mütəxəssislər, milli kolleksiyaların elmi rəhbərləri, MBGE-nin milli inventarlaşdırılması və istifadəsi üzrə məsul şəxslər sırasından seçilir.
3.4. Elmi-Texniki Şuranın tərkibinə namizədlər Elmi-Texniki Şuranın sədri, ekspert şuraları və işçi qrupları, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bu nazirliklərin elmi tədqiqat institutları, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən irəli sürülür.
Elmi-Texniki Şuranın funksiyaları
4.1. Elmi-Texniki Şura öz səlahiyyətləri çərçivəsində aşağıdakı funksiyaları icra edir:
4.1.1. MBGE üzrə fəaliyyətlər sahəsində Azərbaycan Respublikası üzrə elmi tədqiqatların mövzu planlarını müzakirə edir, rəy və tövsiyələr verir;
4.1.2. MBGE-nin milli kolleksiyalarına elmi-metodiki kömək göstərir;
4.1.3. ekspert şuralarının və işçi qruplarının iş planlarını təsdiq edir və onların fəaliyyətlərini əlaqələndirir;
4.1.4. MBGE-nin milli kolleksiyalarını təsdiq edir, qeydiyyata alır və bunun üçün lazım olan sənədlərin siyahısını müəyyən edir;
4.1.5. MBGE üzrə fəaliyyətlər sahəsində müvəqqəti və daimi məqsədli tədqiqat, təlim və texniki işçi qrupları yaradır, onlara tapşırıqlar verir;
4.1.6. MBGE-nin toplanmasının hüquqi, texniki və elmi-təşkilati aspektlərini əhatə edən qaydaları təsdiq edir və yayır;
4.1.7. MBGE-ni toplamaq barədə hüquqi və ya fiziki şəxslərin rəsmi müraciətlərini 1 (bir) ay müddətində müzakirə edir və qərar qəbul edir;
4.1.8. Azərbaycan Respublikası ərazisində MBGE-nin toplanması üzrə beynəlxalq ekspedisiyaların keçirilməsi üzrə təkliflərə baxır və qərar qəbul edir;
4.1.9. MBGE-nin milli kolleksiyalarından tədqiqat, təlim və digər məqsədlərlə nümunələrin götürülməsi, MBGE-nin ixracı ilə bağlı müraciətlərə baxır, müvafiq qərar qəbul edir;
4.1.10. MBGE üzrə fəaliyyətlər sahəsinə aid hazırlanmış təlimatları, qaydaları, tövsiyələri və digər sənədləri təsdiq edir, çap etdirir və yayır;
4.1.11. MBGE-nin inventarlaşdırılması, qeydiyyatı, identifikasiyası, xarakteristikası, səciyyələndirilməsi üzrə standartları, deskriptor siyahılarını təsdiq edir, onları çap etdirir və yayır;
4.1.12. nümunələrin saxlanması, mübadiləsi, tədqiqat, təlim, seleksiya və digər məqsədlərlə paylanması üçün tələb olunan sənədlərin siyahısını təsdiq edir;
4.1.13. MBGE üzrə fəaliyyətlər sahəsində elmi, texniki və kadr təminatının planlaşdırılmasına məsələlərə dair rəy və təkliflər verir;
4.1.14. MBGE üzrə fəaliyyətlər sahəsində Azərbaycan Respublikasının elmi tədqiqat institutları, universitetləri və digər təşkilatları tərəfindən bağlanmış beynəlxalq əməkdaşlıq müqavilə və sazişlərinə baxır, rəy və tövsiyələr verir, onları qeydə alır;
4.1.15. MBGE-nin mübadiləsində istifadə edilən Material Mübadiləsi Sazişinin nümunəvi formasını təsdiq edir;
4.1.16. MBGE nümunələrinə verilən milli unikal identifikasiya nömrələrinin ümumi formasını təsdiq edir;
4.1.17. genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı ilə bağlı müraciətlərə baxır və qərar qəbul edir;
4.1.18. aşkarlanmış genetik modifikasiya olunmuş bitkilərin məhv edilməsi barədə qərar qəbul edir;
4.1.19. öz səlahiyyətləri çərçivəsində digər məsələləri həll edir.
4.2. MBGE-nin ixracına, mübadiləsinə, paylanmasına Elmi-Texniki Şura tərəfindən verilmiş və Şuranın sədri tərəfindən imzalanmış sənədlər Milli Əlaqələndirici İnstitutun rəsmi blankında çap olunur və Milli Əlaqələndirici İnstitutun möhürü vurulur.
4.3. İdxal edilmiş MBGE haqqında məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən Elmi-Texniki Şuraya hər ilin 15 yanvar tarixinə kimi təqdim edilir.
5. Elmi-Texniki Şuranın reqlamenti
5.1. Elmi-Texniki Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir. Elmi-Texniki Şura bu iclaslarda səlahiyyətləri çərçivəsində məsələlərə, daxil olmuş müraciətlərə baxır, rəy, tövsiyə və qərarlar qəbul edir.
5.2. Sədrin və şura üzvlərinin təklifi ilə Elmi-Texniki Şuranın növbədənkənar iclasları keçirilə bilər.
5.3. Elmi-Texniki Şuranın iclasları Milli Əlaqələndirici İnstitutda keçirilir. Xüsusi hallarda səyyar iclaslar AMEA Rəyasət Heyətində, Kənd Təsərrüfatı Nazirliyinin elmi struktur vahidlərində (Aqrar Elm Mərkəzi və elmi tədqiqat institutları), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur vahidlərində (qorunan ərazilər və tədqiqat institutları) keçirilir.
5.4. Elmi-Texniki Şuranın iclaslarını onun sədri aparır. Sədr iştirak etmədikdə onun müavini, o da iştirak etmədikdə üzvlərdən biri sədrlik edir.
5.5. Elmi-Texniki Şuranın iclaslarında üzvlərin üçdən birinin iştirak etməsi yetərsay hesab edilir.
5.6. Elmi-Texniki Şurada qərarlar sadə səs çoxluğu və açıq səsvermə ilə qəbul edilir.
5.7. Elmi-Texniki Şuranın iclasları Milli Əlaqələndirici İnstitutun Elmi Şurası ilə birgə keçirilə bilər.
6. Elmi-Texniki Şuranın sədri, sədr müavini, elmi katibi, üzvləri
6.1. Milli Əlaqələndirici İnstitutun Direktoru Elmi-Texniki Şuranın sədridir.
6.2. Elmi-Texniki Şuranın sədrinin funksiyaları aşağıdakılardan ibarətdir:
6.2.1. bütün ölkə təşkilatlarında, yerli orqanlarda Elmi-Texniki Şuranı təmsil etmək;
6.2.2. Elmi-Texniki Şuranın iclaslarını keçirmək;
6.2.3. Elmi-Texniki Şuranın sənədlərini imzalamaq;
6.2.4. Ekspert şuraları və işçi qruplarının iclaslarında iştirak etmək;
6.2.5. Elmi-Texniki Şuranın adından çıxış etmək;
6.2.6. Elmi-Texniki Şuranın növbəti və növbədənkənar iclaslarını çağırmaq.
6.3. Elmi-Texniki Şuranın sədri MBGE üzrə fəaliyyətlər sahəsində Azərbaycan Respublikasını müvafiq beynəlxalq təşkilatlarda, şəbəkə və proqramlarda təmsil edir.
6.4. Elmi-Texniki Şuranın sədr müavini və elmi katibi Elmi-Texniki Şuranın sədrinin təklifi ilə seçilir və azad edilir.
6.5. Elmi-Texniki Şuranın sədr müavininin funksiyaları aşağıdakılar-dan ibarətdir:
6.5.1. Sədr iştirak etmədikdə iclasları keçirir;
6.5.2. Sədrin olmadığı hallarda Elmi-Texniki Şuranın sənədlərini imzalayır.
6.6. Elmi-Texniki Şuranın elmi katibinin funksiyaları aşağıdakılardan ibarətdir:
6.6.1. Elmi-Texniki Şuranın iclaslarını hazırlayır;
6.6.2. iclaslarda baxılacaq sənədlərin, rəy, tövsiyə və qərarların hazırlanmasını və müzakirəsini təmin edir;
6.6.3. ekspert şuraları və işçi qruplarının fəaliyyətinə nəzarət edir.
6.7. Elmi-Texniki Şuranın üzvləri MBGE üzrə fəaliyyətlər sahəsində tanınmış alim və mütəxəssislər sırasından seçilir.
6.8. Elmi-Texniki Şuranın üzvləri Elmi-Texniki Şuranın, eləcə də müvafiq ekspert şuralarının və işçi qruplarının iclaslarında, müzakirələrində və səsvermələrində iştirak edirlər.
___________________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 13 noyabr
tarixli 259 nömrəli qərarı ilə
Dostları ilə paylaş: |