"TƏSDİq ediRƏM" Azərbaycan Respublikası səhiyyə naziri Ə. B.İNsanov



Yüklə 24,69 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü24,69 Kb.
#1655
1   2   3   4
Qeyd: a) tibb işçilərinin peşə sahəsində qanunsuz hərəkətləri üzrə məhkəmə-tibbi ekspertizalar, həmçinin əmək qabiliyyətinin dayanıqlı itirilib-itirilməməsinin müəyyən edilməsi üzrə və təkrari məhkəmə-tibbi ekspertizalar yalnız Bakı şəhərində məhkəmə-tibbi ekspertiza bürosunun müvafiq şöbələrində aparılmalıdır.

b) ekspert rəylərinin və ya məhkəmə-tibb müayinə aktlarının surətləri, 9-cu bəndin bölmələrində göstərilən hallarda dərhal Səhiyyə Nazirliyinin baş məhkəmə-tibb ekspertinə nəzarət üçün təqdim olunur.

10. Məhkəmə-tibb ekspertizası keçirilən zaman ekspertizanı təyin etmiş müstəntiq qanuna görə iştirak edə bilər. Bu halda ekspertizanın keçirilmə vaxtını müstəntiqə ekspert xəbər verir.

Qeyd: Ekspertiza zamanı müayinə olunan şəxsin paltarlarının soyundurulmasına zərurət yaranırsa, müstəntiq əks cinsdən olan şəxsin ekspertizasında iştirak etmir.

10.1.  Müttəhim və digər şəxslər məhkəmə-tibb ekspertizasının keçirilməsində yalnız ekspertizanı təyin etmiş müstəntiqin icazəsi ilə iştirak edə bilərlər.

10.2.  Müalicə-profilaktika müəssisələrinin həkimləri meyitin ekspertizasına müstəntiqin icazəsi ilə, meyitin məhkəmə-tibbi müayinəsinə isə birliyin rəhbərliyinin icazəsi ilə buraxılırlar.

11. Ekspertiza məhkəmə-tibbi ekspertiza bürosunun bazasında keçirilmirsə, müalicə-profilaktika müəssisənin rəhbərliyi ekspertləri lazımi şəraitlə təmin edir, onlara laboratoriya tədqiqatı üçün nəzərdə tutulmuş şüşə qablar, qablaşdırıcı və digər materiallar verir, lazımi köməklik göstərirlər. Təhqiqat orqanları, müstəntiq, prokuror həmin obyektlərin məhkəmə-tibbi laborator müayinələri üçün müvafiq şöbələrə göndərilməsini təmin edirlər.

Təhqiqat orqanları, müstəntiq. prokuror, məhkəmə məhkəmə-tibb ekspertlərini ilkin və digər istintaq hərəkətlərində iştirak etməyə dəvət etdikdə onların nəqliyyat vasitəsilə təmin olunmasına köməklik edirlər.

12. Təhqiqat orqanlarının, müstəntiqin, prokurorun və məhkəmənin tələbi ilə məhkəmə-tibb ekspertləri ilkin və digər istintaq hərəkətlərinə cəlb oluna bilərlər: hadisə yerinin müayinəsinə ekshumasiyaya, istintaq eksperimentlərinin keçirilməsinə və s.

12.1. İlkin və digər istintaq hərəkətlərində iştirak edərkən məhkəmə-tibb eksperti məhkəmə-tibb sahəsində mütəxəssis kimi fəaliyyət göstərməklə birlikdə maddi sübutların aşkar olunmasında, götürülməsində müstəntiqə kömək edir, onun diqqətini maddi sübutların aşkar olunması və dəqiqləşdirilməsinə cəlb edir, bununla əlaqədar izahatlar verir, protokolla tanış olub onu imzalayır.

13. Məhkəmə-tibb eksperti təhqiqat orqanlarının, müstəntiqin, prokurorun, məhkəmənin çağırışı ilə ekspertiza keçirmək, ilkin və digər istintaq işlərində iştirak etmək üçün mütləq gəlməlidir. Ekspertiza keçirməkdən, ilkin və digər istintaq hərəkətlərində iştirak etməkdən boyun qaçırmasına və ya üzrlü səbəb olmadan imtina etməsinə görə, Həmçinin bilə-bilə yalan rəy verməsinə görə məhkəmə-tibb eksperti qanunla, müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

13.1. Məhkəmə-tibb eksperti bir qayda olaraq öz vəzifəsini inzibati ərazi bölgüsünə uyğun icra edir. Təbim fəlakət, texnoloji qəza, fövqəladə və s. hallarda yalnız birliyin baş direktorunun əmri ilə məhkəmə-tibb eksperti başqa yerlərə müvəqqəti ezam edilə bilər.

14.Ekspertizaların keçirilməsində qanunla müəyyən edilmiş ekspertin iştirak etməsini istisna edən Hallar Azərbaycan Respublikası CPM-nin müvafiq maddələri ilə tənzimlənir.

15.Ekspertiza keçirərkən təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun qərarında və ya

məhkəmənin qərardadında qoyulmuş suallara cavab vermək üçün təqdim olunmuş sualların dəqiqləşdirilməsinə və aydınlaşdırılmasına zərurət yaransa, məhkəmə-tibb eksperti bu haqda şifahi və ya yazılı xahiş edə bilər, eləcə də o, biliyindən kənar, yaxud səlahiyyətinə daxil olmayan suallara cavab verməkdən imtina edə bilər.

15.1. Əgər ekspertiza zamanı məhkəmə-tibb eksperti iş üçün əhəmiyyət daşıyan, lakin haqqında sual qoyulmamış hallarla qarşılaşarsa, yekun rəyində bunları göstərməyə hüququ vardır.

16.Ekspertiza mürəkkəb olarsa, xüsusi məsələlərin həllinə lüzum yaranarsa, məhkəmə-tibb eksperti ekspertizanı təyin etmiş orqan qarşısında müvafiq mütəxəssislərin cəlb olunması məsələsini qaldıra bilər.

17. Məhkəmə-tibb eksperti apardığı ekspertizaya dair iş materiallarını zəruri hallarda tələb etməlidir.

17.1.Təhqiqat orqanları, müstəntiq prokuror, yaxud məhkəmə tərəfindən təqdim olunmuş materiallar qarşıya qoyulan sualların həlli üçün kifayət etməzsə ekspert ekspertiza keçirmək üçün məhz hansı material və sənədlərin lazım olduğunu bildirir. Tələb olunan materiallar təqdim edilmədiyi halda, qanunla nəzərdə tutulan qaydada ekspertizanı təyin etmiş orqana rəy verməyin qeyri-mümkünlüyü barədə yazılı surətdə xəbər verir,

17.2.Əgər ekspert yalnız ayrı-ayrı məsələlər üzrə rəy vermək imkanıma malikdirsə, bunu "Ekspert rəy"ində və "Möhkəmə-tibbi müayinə akt”ında göstərir.

18. Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun və məhkəmənin icazəsi ilə məhkəmə-tibb eksperti dindirmədə, digər istintaq hərəkətlərində və məhkəmə iclasında iştirak edib dindirilənlərə bilavasitə ekspertizaya aid suallar verə bilər.

19. Məhkəmə tibb ekspertizanın gedişində iş üzrə ona məlum olmuş material və məlumatları yaymağa ixtiyarı yoxdur.

20. Məhkəmə-tibb ekspertizanın gedişində ekspert qarşısında qoyulmuş və ya şəxsən onun lazım bildiyi və qərarda göstərilməmiş suallara  cavab verməkdən məhkəmə-tibb laborator müayinələrinin keçirilməsinə lüzum meydana çıxarsa, o. təhqiqat və istintaq orqanlarının qərarı, yazılı təklifi və köməkliyi əsasında zəruri obyektləri məhkəmə-tibbi ekspertiza bürosunun müvafiq şöbələrinə göndərir. Bu zaman məhkəmə-tibb eksperti tərtib etdiyi müvafiq göndəriş vərəqələrində işin qısa məzmununu, ekspertiza gedişində aşkar edilmiş obyektin məlumatları və laboratoriya müayinəsinin məqsədini göstərir.

21. Məhkəmə-tibb ekspertizasına və yaxud məhkəmə-tibb müayinəsinə cəlb olunan şəxsi başqa səhiyyə müəssisəsində mütəxəssis həkimlə məsləhətləşməyə göndərmək lüzumu meydana çıxarsa. həmin şəxs (müayinə olunan) şöbə müdirinin, yaxud da məhkəmə-tibb ekspertinin imzaladığı göndəriş və ya məktubla göndərilir.

22. Məhkəmə-tibb eksperti ekspertizanın gedişində aşkar olunan və iş üçün əhəmiyyət kəsb edən yeni məlumatları ekspertiza başa çatmamışdan əvvəl ekspertizanı təyin etmiş orqanların nəzərinə çatdırmalıdır.

23.  Məhkəmə-tibb ekspertizası prosesində ekspert elə obyektlər aşkar edə bilər ki, bunlar öz xarakterlərinə görə maddi sübut kimi başqa növ ekspertiza üçün mühüm təhqiqat obyekti ola bilər. Bu obyektlər “Ekspert rəy” ində və “Məhkəmə-tibb müəyyən akt”ında təsvir olunması və ekspertizanı təyin edən şəxsə verilməlidir.

24. Məhkəmə-tibbi müayinə obyektləri, o cümlədən maddi sübutlar ciddi qeydiyyatdan keçməli və mühafizə olunmalıdırlar. Şöbə müdirləri və ekspert obyektlərin qorunması üçün onlardan asılı olan bütün lazımı tədbirləri görməlidir. Müəyyən obyektlərin və maddi sübutların mühafizə və sonradan məhv edilməsi xüsusi qaydalarla müəyyənləşdirilir.

25. Məhkəmə-tibbi laborator müayinələri keçirmək üçün meyitdən hər hansı hissə, daxili üzv, toxumalar, qan, sidik və başqa biomateriallar götürülür.

25.1. Məhkəmə-tibbi diaqnostikanın düzgünlüyünə əngəl törətməmək şərti ilə meyitdən müalicə və elmi məqsədlər üçün toxumalar, üzvlər və qan götürülməsinə yol verilir. Bu haqda "Ekspert rəy” ində və "Məhkəmə-tibbi müayinə akt"ında müvafiq qeydiyyat aparılır, məhz nəyin, hansı məqsədlə götürüldüyü və hara göndərildiyi göstərilir.

26. Məhkəmə-tibb eksperti tərtib etdiyi reyi izah etməkdən və onun istintaq zərurəti ilə əlaqədar olaraq tamamlamaqdan 8-ci müstəntiq tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada dindirilə bilər.

27. Məhkəmə-tibb eksperti cinayət işlərinə və mülki işlərə baxılan zaman rəy verməkdən ötrü, ilkin məhkəmə-tibbi ekspert müayinəsi üzrə dindirilmə üçün və eləcə do məhkəmə istintaqında ekspertiza keçirmək məqsədilə məhkəməyə çağırıla bilər.

28. Ekspertiza məhkəmədən keçirilərkən, məhkəmə-tibb ekspertinin hüquq vəzifələrini, onun daşıdığı məsuliyyət» ekspertə məhkəmə iclasına sədrlik edən şəxs elan edir.

Məhkəməyə çağırılmış məhkəmə-tibb eksperti CPM və MPM nəzərdə tutulan qaydada məhkəmə iclaslarında iştirak edir. 0, ekspertizaya aid olan iş materialları ilə tanış olmaq: məhkəmə-tibb ekspertizasının rəyinə izah vermək və ekspertizanın aparılması ilə əlaqədar zərərçəkənə, müttəhimə və şahidlərə sual vermək hüququna malikdir,

29. Məhkəmə-tibb ekspertizası məhkəmədə aparılarkən, rəy ekspert tərəfindən yazılı tərtib olunur, məhkəmə-iclasında ucadan oxunur və məhkəməyə təqdim edilir. Rəyin surəti Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin arxivində saxlanılan müvafiq ekspertiza sənədlərinə əlavə edilir.

29.1. Məhkəmə-tibb eksperti məhkəmədə tərtib etdiyi rəyə onun səlahiyyətinə daxil olan, lakin haqqında sual qoyulmamış hallar (xüsusatlar) üzrə də nəticəyə gələ bilər.

30. Əgər ekspertizada bir neçə ekspert iştirak edirsə, onlara öz aralarında məsləhətləşmək imkanı verilməlidir. Ekspertlər yekdil nəticəyə gəlirlərsə, ekspertizanın nəticəsi bütün ekspertlər tərəfindən imzalanır. Ekspertlər arasında fikir ayrılığı olduqda isə onlar ayrı-ayrı nəticələr tərtib edirlər.

 


Yüklə 24,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin