"TƏSDİq ediRƏM" Azərbaycan Respublikası səhiyyə naziri Ə. B.İNsanov


“Məhkəmə-tibb eksperti rəy”  inin tərtib olunması



Yüklə 24,69 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü24,69 Kb.
#1655
1   2   3   4
3. “Məhkəmə-tibb eksperti rəy”  inin tərtib olunması

 

1. Bütün məhkəmə-tibb ekspertizalarının, o cümlədən məhkəmə-kimyəvi ekspertizasının nəticələri CMP-nə və MQŞ-nə müvafiq surətdə "Ekspert rəyi" və "Məhkəmə-tibbi (məhkəmə-kimya) müayinə aktı" adlanan sənədlərlə tərtib olunur. Hər iki sənəd eyni quruluşa malikdir. Onlar aşağıdakı bölmələrdən ibarətdir: iş haqqında qısa məlumat olan giriş hissə, müayinə hissəsi, nəticə (əkər "məhkəmə-tibbi müayinə aktı" tərtib olunursa - rəy).                                                                                                       



2. Kiriş hissədə aşağıdakılar göstərilməlidir:                     :

a)   ekspertizanın keçirilmə vaxtı və yeri;

b)   ekspert tədqiqatı (müayinəsi) üçün əhəmiyyətli olan ekspertiza şəraiti (işıq, havanın temperaturu və s.)

v)   ekspertizanın keçirilməsinə əsas olan qərar və yaxud qərardad;

q)   ekspertin familiyası, adı, atasının adı, vəzifəsi, ixtisası, təhsili, iş təcrübəsi, ixtisas dərəcəsi. elmi dərəcəsi, elmi adı;

d)   meyitlərin ekspertizasında mərhumun familiyası, adı, atasının adı, yaşı; zərər çəkənlərin, müttəhimlərin və başqa şəxslərin ekspertizasında familiyası, adı, atasının adı, yaşı, yaşayış yeri, şəxsiyyətini təsdiq edən sənəd;

e)   iş materialları üzrə aparılan ekspertizada və maddi sübutların ekspertizasında cinayət işinin» yaxud mülki işin adı və nömrəsi, cildlərin sayı, işdəki vərəqələrin sayı, ekspertizaya daxil olmuş obyekt və nümunələrin siyahısı;

ə) ekspertiza keçirilərkən iştirak edən şəxslər;

j)    məhkəmə-tibb ekspertinin prosessual hüquqları, vəzifələri və məsuliyyəti haqqında izahat verildiyi barədə iltizam;

z)   ekspertiza qarşısında həll olunması üçün qoyulmuş suallar.

3. İş haqqında məlumat bölməsində ekspert müayinəsi zamanı ona lazım olan məlumatlar: meyit ekspertizasında nəticə tərtib etdikdə istintaq məlumatları və tibbi sənədlərin məzmunu; zərərçəkənlərin, müttəhim və digər şəxslərin ekspertizasında tibbi sorğu və şikayətlər (uşaqların dindirilməsi valideynlərinin və ya müəllim-tərbiyəçilərin iştirakı ilə keçirilir), istintaq məlumatları və tibbi sənədlərin məzmunu qeyd edilməlidir.

4. Müayinə hissədə müayinə prosesinin geniş təfsilatı və bu zaman aşkar edilmiş faktiki məlumatlar qeyd edilməlidir. Bura tətbiq olunmuş tədqiqat üsulları və obyektiv əksetdirmə cədvəlləri (foto-rentgenşəkillər, zədələrin işarə olunduğu sxemlər və s.) daxil edilir. Müayinə hissəsinin struktur quruluşu aparılan ekspertizanın növü ilə müəyyənləşdirilir. Bu hissə xüsusilə aşağıdakıları əhatə etməlidir:

4.1.Meyitin ekspertizasında - meyitin paltarı və xarici müayinəsi haqqında məlumatlar, boşluqların, üzv və toxumaların daxili müayinəsi, digər ekspertizalar üçün meyitdən götürülmüş və müstəntiqə təhvil verilmiş obyektlər; laboratoriya müayinəsinə göndərilmiş obyektlərin siyahısı; transplantasiya üçün, eləcə də elmi və tədris məqsədlərlə götürülmüş toxuma və üzvlərin siyahısı (edilmiş müdaxilələr təsvir olunur, nə götürüldüyü, hansı müəssisəyə və kimə verildiyi göstərilir); laborator müayinələrin (akt və rəy şəklində) nəticələri və ekspert tərəfindən alındığı tarix.

4.2.Zərərçəkən, müttəhim və başqa şəxslərin ekspertizasında ekspert müayinəsi zamanı aşkar olunmuş obyektiv tibbi məlumatlar, müayinə olunanın ekspert tərəfindən başqa ixtisas hakimlərinə, rentgenoloji və digər müayinələrinə göndərildiyi, həmçinin bu müayinələrin nəticələri barədə; paltar tədqiq edildikdə onun, eləcə də onda olan ləkə və zədələrin təsviri; laboratoriya tədqiqatına göndərilmiş obyektlərin (yaxma, tampon, qan nümunəsi və s.) siyahısı, eləmə də bu tədqiqatların nəticələri; əlavə müayinə və tədqiqatların keçirilmə tarixləri və onların nəticələrinin alındığı tarix.

4.3. Maddi sübutların ekspertizasında maddi sübut və onlardakı izlərin əsaslı təsviri, tətbiq olunmuş tədqiqat üsullarının və ayrılıqda hər bir tədqiqat növü üzrə alınmış nəticələrin, analiz prosesində istifadə edilmiş reaktivlərin, zərdabların, aparat və avadanlıqların göstərilməsi. Müayinə hissədə həmçinin müqayisə üçün təqdim olunmuş nümunələrin müayinəsi təsvir edilir.

4.4. Cinayət və mülki iş materialları üzrə ekspertizada ekspert təhlili üçün sonradan vacib olan məlumatların əsaslı təsviri.

4.5. Tibb işçilərinin peşə fəaliyyəti barədə olan ekspertizalarda iş üçün əhəmiyyət kəsb edən tibbi və digər sənədlərin öyrənildiyi zaman alınmış məlumatlar.

5. Giriş hissə işin təfsilatı və müayinə hissə ilə birlikdə "Ekspert rəy"inin və yaxud "Məhkəmə-tibbi (məhkəmə-kimya) müayinə aktı"nın protokolunu təşkil edir. Protokolun məhkəmə-tibb eksperti öz giriş hissədə göstərilən şəxslər imzalayır.

6. "Ekspert rəyindəki nəticə və "Məhkəmə-tibbi (məhkəmə-kimya) müayinə aktı"ndakı rəy- ekspertin apardığı obyektiv müayinələr əsasında ifadə olunmuş elmi əsaslı fikridir.

6.1.  Nəticələr (rəy) ekspertiza prosesində işin ekspert təhlili və tibb elminin məlumatları əsasında müəyyənləşdirilmiş obyektiv məlumatlar üzərində qurulur. Göstərilən obyektiv məlumatlar protokolun kiriş və müayinə hissələrindən əldə edilir.

6.2.  Nəticələr (rəy) ekspert qarşısında qoyulmuş suallara müvafiq surətdə tərtib olunur. Onlarda həmçinin ekspertiza zamanı müəyyən edilmiş əhəmiyyətli obyektiv məlumatlara ekspert qiyməti də olmalıdır. Nəticə (rəy) aydın, səlist tərtib edilməklə xüsusi tibb terminlərindən mümkün qədər az istifadə edilməlidir. Hər bir nəticə üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır.

7.   Ekspert rəyini və ya məhkəmə-tibbi müayinə aktının giriş hissələri bilavasitə ekspertiza prosesi zamanı tərtib olunur. Ekspert rəyləri və məhkəmə-tibbi müayinə aktları bütün zəruri tədqiqatlar başa çatdıqdan sonra qısa müddətdə tərtib edilməli və tarixi göstərilməlidir.

8.  Ekspert rəyi və məhkəmə-tibbi müayinə aktı azı iki nüsxədən ibarət tərtib olunur, bir nüsxə təhqiqat orqanlarına, müstəntiqə, prokurora, məhkəməyə verilir, ikinci nüsxə isə "MTE və PA" ETT Birliyinin və ya birliyin rayon, şəhər şöbələrinin arxivində saxlanılır.

9.  Ekspert rəyi və möhkəmə-tibbi müayinə aktı bütün ekspert tədqiqatları başa çatdıqdan sonra üç gündən gec olmayaraq ekspertizanı təyin etmiş təhqiqat orqanları, müstəntiq, prokuror və məhkəmə tərəfindən götürülməsi üçün birliyin və yaxud müvafiq şöbələrin dəftərxanasına verilir.

9.1. Ekspertiza müddəti onların növü, ekspert təhqiqatlarının həcmi və xarakteri ilə müəyyənləşdirilir. Maddi sübutların və meyitlərin ekspertizaları icra müddətinə görə ən uzun müddətlidirlər. Bu da müxtəlif laboratoriya tədqiqatlarının keçirilməsi ilə əlaqədardır. Lakin bu ekspertizalarda (xüsusi mürəkkəb ekspertizalar istisna olmaqla) təhqiqat orqanlarından, müstəntiqdən, prokurordan. bütün lazımi materiallar alındıqdan sonra ən uzağı bir ay müddətində icra edilməlidir.

9.2 göstərilən müddət pozulduqda məhkəmə-tibb eksperti bu gecikmənin səbəbini ekspertizanı təyin etmiş orqanlar və birliyin rəhbərliyinə izah etməlidir.

10. Ekspert rəyini və məhkəmə-tibbi müayinə aktını müxtəlif qısa arayış və çıxarışlarla əvəz etmək, həmçinin yuxarıda göstərilən məhkəmə-tibbi sənədləri tərtib edərkən təsdiq olunmamış forma və blanklardan istifadə etmək qadağandır.

11. Təhqiqat orqanlarının, müstəntiqin, prokurorun, məhkəmənin lazımi göndərişinə əsasən məhkəmə-tibb ekspertizası aparılarkən, həmçinin məhkəmə-tibb ekspertlər tərəfindən göndərilmiş obyektlərin laboratoriya tədqiqatı keçirilərkən "Məhkəmə-tibbi tədqiqat aktı" və ya "Məhkəmə-tibbi müayinə aktı" tərtib olunur.



 
Yüklə 24,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin