TƏSDİQ EDİRƏM
AzMIU-nun Elm və Texnika
İşləri üzrə prorektoru
prof. A.R.Şərifov__________
“___” __________ 2021-ci il
3305.07 – “İnşaat materialları və məmulatları” ixtisası üzrə doktoranturaya
qəbul üçün
PROQRAM
Proqram Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı
ilə təsdiq edilmiş Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin 2.5-2.13-
cü bəndləri əsas tutularaq Azərbaycan Memarlıq və İnşaat
Universitetinin
“Materialşünaslıq” kafedrasının əməkdaşları tərəfindən işlənib hazırlanmışdır
2021
Giriş
Müasir elm və texnika yeni yüksək effektli materiallar və texnologiyaların
işlənib hazırlanması istiqamətində inkişaf edir. İnşaat materialları və onlar əsasında
hazırlanan məmulatlar sənayenin mühüm və böyük həcmə malik bir sahəsidir. Bu
səbəbdən də “İnşaat materialları və məmulatları” ixtisası üzrə yüksək ixtisaslı
kadrların hazırlanması mühüm əhəmiyyət kəsb edir.
“İnşaat materialları və məmulatları” ixtisasından elmi dərəcə almaq istəyənlər
inşaat materialşünaslığının əsasları, inşaatda istifadə olunan material və məmulatların
istehsal texnologiyası, onların fiziki və mexaniki xassələri, sınaq üsulları,
tətbiq
sahələri haqqında ətraflı biliklərə malik olmalı, təbii daş materialların, inşaat
keramikası, yapışdırıcı
maddələrin, betonların, polimer inşaat materialları və
məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasının nəzəri
əsasları, onların xassələrinin tərkiblərindən və quruluşlarından asılılığı haqqında
biliklər əldə etməlidir.
Bu sahədə çalışan elmi kadrlar lazımi xassələrə
malik material istehsal etmək,
texnoloji prosesləri tənzimləmək üçün xammalların və materialların fiziki-kimyəvi
təbiəti haqqında dərin biliklərə malik olmalıdır.
“Inşaat materialları və məmulatları” ixtisası məzmununa
görə geniş profilli və
mürəkkəb nomenklaturalı bir ixtisasdır. Çünki tikintidə təbii daş materialları,
oduncaq, keramik materiallar, inşaat şüşəsi, mineral yapışdırıcı materiallar, beton və
dəmir-beton, üzvi yapışdırıcı materiallar, polimer inşaat materialları,
metal inşaat
materialları kimi fərqli tərkibə və fərqli xassələrə malik materiallar tətbiq olunur.