İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı ünsiyyət bacarıqlarına
X
X
X
X
X
X
Təhsil müəssisələrində, o cümlədən ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlığının artırmaq və fiziki tərbiyə dərslərini tədris etmək bacarıqlarına
X
X
X
X
X
X
Ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlığının diaqnostik qiymətləndirilməsi, hazırlıq komponentlərinin inkişaf etdirilməsi üçün adekvat terminlər, komplekslər seçmək, onların icra ardıcıllığını, intensivliyini müəyyənləşdirmək bacarıqlarına
X
X
X
X
X
X
Təhsil Nazirliyi tərəfindən tövsiyə olunan "Fiziki tərbiyə"fənninin illik tədrisi qrafikinə müvafiq standartlarını reallaşdırmaq bacarıqlarına
X
X
X
X
X
X
Fiziki tərbiyənin məzmun xətlərinə müvafiq formatı, kiçik və böyük summativ qiymətləndirmə keçirmək bacarıqlarına
X
X
X
X
X
X
Şagird və yeniyetmə idmançıları kütləvi idman-sağlamlıq tədbirlərinə cəlb etmək, onlarda sağlam həyat tərzini formalaşdırmaq bacarıqlarına
X
X
X
X
X
X
Funksional göstəricilər əsasında yeniyetmə idmançı və şagirdlərdə fiziki hazırlığı və orqanizmin iş qabiliyyətini qiymətləndirmək bacarıqlarına
X
X
X
X
X
X
Fiziki yükün təyinatını və ondan istifadə metodlarını müəyyənləşdirmək bacarıqlarına
X
X
X
X
X
X
IX. Fənnin tədrisində istifadə olunan tədris metodları:
1. Davamiyyət. ADBTİA-da tələbələrin dərsə davamiyyəti məcburidir. Bu səbəbdən də müəllimlər tədris etdikləri fənlər üzrə tələbələrin dərslərə davamiyyətinin düzgün qeydiyyatına cavabdehdirlər. Qrup jurnalında dərsdə iştirak etməyən tələbələrə həmin saata «q/b» sorğulara cavab verənlərə müvafiq «bal» dərsdə iştirak edən lakin qiymət almayanlara isə «i/e» yazılır. Dərslərə davamiyyətə görə balların miqdarı fənnin sillabusunda da göstərilir və fənnin tədrisinin başlanğıcında tələbələrə elan edilir. Bütün dərslərdə iştirak edən tələbə 10 bal qazanır. Davamiyyət balından ümumilikdə maksimum 2.5 bal çıxılması mümkündür. 25% dərs buraxan tələbə imtahan buraxılmır. Davamiyyətə görə ballar DB = 10 x (1 - ) (bs – buraxılan saatlar, as- fənnin tədrisinə ayrılan cəmi auditoriya saatları) düsturuna əsasən müəyyənləşdirilir.
2. Akademik dürüstlük. Plagiat (məsələn sərbəst işləri hazırlayarkən yetərincə istinad verilmədən internetdən və kitablardan köçürmə), kollokvium və imtahanda köçürtmə cəhdləri (köçürmə baş tutmasa belə) və ya digər tələbə ilə müzakirə etmək, kömək etmək tələbənin həmin dərsdən və imtahandan çıxarılmasına (kəsilməyə) səbəb olur. Belə halları görən müəllim və ya nəzarətçi fakültə rəhbərliyini xəbərdar etməlidir.
3. Auditoriyada etik davranış formaları:Akademiyada tələbələrlə iş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının daxili intizam qaydalarında qeyd olunmuş etik-davranış normaları və prinsipləri, hüquq və vəzifələri, məsuliyyəti və məsuliyyətə cəlb olunma qaydalarını rəhbər tutaraq icra olunur, tələbələrin müvafiq sənədlə tanış olmaları və təhsil zamanı onu rəhbər tutmaları zəruridir.
4. Diqqətsizlik: Dərs vaxtı başqa kitablar oxumaq, kompüterdə işləmək, telefondan istifadə etmək olmaz. Hər an qrup müzakirələrinə qoşulmaq və müəllimin fərdi sorğuları gözlənildiyinə görə diqqətli olmaq tələb edilir. Bu tələbəyə materialı mənimsəməkdə kömək edir. Əks təqdirdə bu dərsi mənimsəməkdən məhrumiyyətə və dəyərli balların itirilməsinə gətirib çıxarır.