Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır.
Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:
- 50 bal imtahanın nəticəsinə görə;
- 10 bal dərslərə davamiyyətinə görə;
- 10 bal tələbənin sərbəst işinə görə;
- 20 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə; (eyni fəndən həm seminar (məşğələ) həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır).
- 10 bal kurs işinin hazırlanmasına və müdafiəsinə görə; (Fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur.
Əgər fənnin tədrisi yalnız mühazirə, seminar (məşğələ) şəklində nəzərdə tutularsa bu zaman davamiyyətə və sərbəst işə ayrılmış ballar istisna olmaqla qalan 30 bal tədrisin bu növ göstəricilərinə görə hesablanır.
Semestr ərzində 3 kollokvium keçirilir. Tələbənin seminar məşğələsindəki hər bir cavabı və kollokviumun sualları 0-10 ballıq sistem üzrə qiymətləndirilir.
Kollokviumlar normativlər əsasında təşkil ediləcəkdir.