Təsis edilməsi


 Dünya Ticarət Təşkilatının funksiyaları və məqsədi



Yüklə 327,42 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix08.12.2022
ölçüsü327,42 Kb.
#73224
1   2   3   4   5
Huquq movzu

6.5. Dünya Ticarət Təşkilatının funksiyaları və məqsədi 
163. Dünya Ticarət Təşkilatının qeyd edilən xaraqterik xüsusiyyətləri onu təsis edən beynəlxalq 
müqavilə ilə nəzərdə tutulan funksiyalarından meydana gəlir. Dünya Ticarət Təşkilatı 
növbəti
 
- beynəlxalq ticarətin liberallaşdırılmasının beynəlxalq hüquqi tənzimlənməsinin (m. III, 
b.2); 
- beynəlxalq ticarət münasibətləri sahəsində dövlətlərarası münasibətlərin həllini; 


- müstəsna hallarda təşkilat üzvünün Dünya Ticarət Təşkilatı çərçivəsində üzərinə 
qoyulmuş öhdəliklərdən azad edilməsini (waivers) (m.IX, 3 və 4); 
- Dünya Ticarət Təşkilatı sistemində beynəlxalq sazişlərin şərh edilməsi (m. IX, b.2 və 3); 
- ticarət siyasətinin icmalı mexanizmi vasitəsilə Təşkilatın sistemində beynəlxalq ticarət 
danışıqlarının realizəsinə nəzarəti təmin etmək funksiyalarına malikdir. 
164. Dünya Ticarət Təşkilatının sistemində çoxtərəfli ticarət danışıqları “dövlətin məqbul ticarət 
davranışı məcəlləsi” formasını yaradır. Təşkilatın üzv-dövlətlərin ticarət davranışına birbaşa təsiri 
bir qayda olaraq digər üzv-dövlətlər vasitəsilə təmin edilir. Mübahisələrin həlli (m.III, b.3) və ticarət 
siyasətinin icmalı mexanizmləri (m.III, b.4) Təşkilatın əsas funksiyaları kimi diqqəti cəlb edir. 
165. Ticarət siyasətinin icmalı mexanizmi Dünya Ticarət Təşkilatının müqavilələr sistemi üzrə 
dövlətlərin öhdəliklərinin icrasına nəzarət sistemini formaıaşdırır. Eyni zamanda Dünya Ticarət 
Təşkilatı üzvlərinə ticarət siyasəti rejiminin zəruri şəffaflığının təmin edilməsinə imkan verir. Hər il 
bir neçə ölkənin ticarət siyasəti hərtərəfli analizə məruz qalır. Dövlətlərin ticarət siyasətinin analizi 
Dünya Ticarət Təşkilatının Baş Şurası tərəfindən (m. III, b.4) həmin dövlətlərin beynəlxalq ticarətdə 
iştirak səviyyəsindən asılı olaraq həyata keçirilir. İnkişaf etmiş dövlətlər üçün müvafiq müddət 2-4 
il, digər dövlətlər üçün 10 il və daha çox müddətdə müəyyən edilir. 
Ticarət siaysəti tədqiq edilməli olan ölkələr özlərinin ticarət siyasəti rejimi haqqında ətraflı 
məruzə hazırlamalıdırlar. Paralel olaraq Dünya Ticarət Təşkilatı Katibliyi bu mövzu ilə 
bağlı özünün məruzəsini hazırlayır. Təşkilatın Baş Şurası hər iki məruzəni müzakirə edir. 
Müzakirənin protokolu və məruzələrdən yaranan nəticələr dərc edilir. Gələcəkdə bu 
mexanizmin təkminləşdirilməsi nəzərdə tutulur. 
166. Dünya Ticarət Təşkilatının əsas vəzifəsi qeyd etdiyimiz kimi çoxtərəfli ticarət danışıqlarının 
Uruqvay raundu (1986-1994) nəticəsində formalaşan sazişlər paketinin əsasında üzv ölkələrin 
beynəlxalq ticarətdə iqtisadi münasibətlərini tənzimləməkdən ibarətdir. 
Dünya Ticarət Təşkilatını təsis edən Saziş üzv ölkələr arasında yaranan və onların çoxtərəfli 
ticarət əlaqələrinə təsir edən problemlərin həlli üçün bir forum və uruqvay raundu 
Sazişlərinin həyata keçirilməsinə daim nəzarət edən bir sistem kimi fəaliyyət göstərir. 
Dünya Ticarət Təşkilatı GATT-ın davamçısı olsa da, lakin onun nəzarət etdiyi ticarət 
sazişlərinin dairəsi olduqca genişdir və eyni zamanda bir sıra qərarların qəbul edilməsi 
mexanizminin təkminləşdirilməsi nəticəsində səlahiyyətləri əhəmiyyətli dərəcədə genişdir. 
Dünya Ticarət Təşkilatı müəyyən istisnalarla dünya ticarətinin bütün sisteminin təşkilati-
hüquqi əsasını müəyyən edir. Yeganə beynəlxalq təşkilatdır ki, dövlətlər üçün olduğu kimi, 
korporasiyalar üçün də beynəlxalq ticarətin idarə və tənzim edilməsi sahəsində qaydalar 
yaradır və onun icrasına nəzarəti təmin edir. 


Dünya Ticarət Təşkilatı öz fuknsiyalarının həyata keçirilməsi üçün qlobal iqtisadi siyasətin 
yaradılması və realizəsində iştirak edən bütün digər beynəlxalq qurumlarla daha sıx 
əməkdaşlıq edir. Müvafiq əməkdaşlıq BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Əmək Təşkilatı və d. ilə həyata keçirilir. 
Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatı arasında bağlanan və Dünya Ticarət 
Təşkilatı Baş Şurası tərəfindən 13 may 1996-cı ildə təsdiq edilən müqavilə bu iki institut 
arasında əməkdaşlıq üçün geniş imkanlar açır. Müəyyən edilib ki, Beynəlxalq Valyuta 
Fondu maraqlı dövlətlərin istəyi əsasında Dünya Ticarət Təşkilatına üzv olmaq istəyən 
Fond üzvləri barədə ümumi məlumat təqdim etməlidir. 
167. Uruqvay raundunda bilavasitə valyuta-maliyyə münasibətləri üzrə beynəlxalq saziş 
qəbul edilməsi də Dünya Ticarət Təşkilatının üzvü olan istənilən dövlət təşkilatla bağladığı 
və Beynəlxalq Valyuta Fondunun prinsiplərinə əsaslanan valyuta sazişinə görə dövlətin 
valyuta tədbirləri GATT-ı pozmamalı, ticarət fəaliyyəti isə Beynəlxalq Valyuta Fondunun 
təsis olunması haqqında Sazişə zidd olmamalıdır (258). Problemin əhəmiyyətini nəzərə 
alaraq Dünya Ticarət Təşkilatının 1997-ci il Cenevrə Konvensiyasında Maliyyə xidmətləri 
bazarının liberallaşdırılması haqqında çoxtərəfli Saziş qəbul edilib. Həmin Saziş üzv-
dövlətlərin 1999-cu ildən başlayaraq tədricən maliyyə bazarında (qiymətli kağızlar, bank və 
sığorta ğqdlğri üzrə) əməliyyatları liberallaşdırmağı nəzərdə tutur. 
Dünya Ticarət Təşkilatı çoxtərəfli danışıqlar sistemi olsa da öz üzvləri arasında ikitərəfli 
danışıqları təşviq edir, ticarət münasibətlərində yeni qaydalar müəyyən etməklə yanaşı, 
mübahisə və ziddiyyətlərin nizama salınması sahəsində də əhəmiyyətli rol oynayır. 
Təşkilat öz üzvlərinin ticarət siyasətinə daimi nəzarəti həyata keçirir və ona üzv olan 
inkişafda olan ölkələrə texniki yardım göstərir. 
Dünya Ticarət Təşkilatının əsas məqsədi – beynəlxalq ticarətin maksimum dərəcədə 
liberallaşdırılmasıdır. Bunun üçün dünya ticarətində tənzimləyici alət kimi tarif üsulları 
qəbul edilir. Eyni zamanda idxal rüsumlarının səviyyəsi tədricən aşağı salınmalı, beynəlxalq 
ticarətdə mövcud olan kəmiyyət və digər məhdudiyyətlər, bir sözlə, inzibati maneələr 
aradan götürülməlidir (133). 
Dünya Ticarət Təşkilatının sazişlərində beynəlxalq ticarətin liberallaşdırılması növbəti 
məqsədlərə nail olmaq üçün təməl vasitə hesab olunur: 
• 
həyat şəraitinin yüksəldilməsinin təmin edilməsi
• 
real gəlirlərin yüksəldilməsi və tələbatın səmərəli təminatı; 
• 
dünyanın bütün resuslarının optimal 
istifadəsinə nail olmaq

• 
əmtəə və xidmətlərin istehsalı və satışının genişləndirilməsi; 
• 
tam məşğulluğun təmin edilməsi; 


• 
Dünya Ticarət Təşkilatının üzvləri arasında müxtəlif iqtisadi inkişaf səviyyətində 
olan və yoxsulluq şəraitində yaşayan ölkələrin müdafiəsi və s. 

Yüklə 327,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin