GATT-a daxilolma prosesində UNCTAD-ın ilk təcrübəsi Çin ilə olmuşdur. 1980-cı illərin
ortalarında UNCTAD GATT-a daxil olmaq üçün bir sıra Latın Amerikası dövlətlərinə,
xüsusilə, Venesuelaya
ad hoc yardım göstərib. 1990-cı illərin əvvəllərində keçmiş Sovet
İttifaqı, daha sonra isə bir sıra keçid iqtisadiyyatlı ölkələr, o cümlədən, Belarusiaya,
Qazaxıstan, daha sonra Azərbaycan Respublikası, Litva və Moldova UNCTAD-ın
yardımından faydalanıblar. UNCTAD tərəfindən milli layihələr (bu yaxınlarda Dünya
Ticarət Təşkilatına daxil olan) İordaniya, daha sonra Əlcəzair, Livan, Liviya Ərəb
Cumhuriyyəti, Fələstin, Sudan və Yəməndə həyata keçirilmişdir.
172. Təşkilatda üzvlük məsələsi özünəməxsusluğa malikdir. Dünya Ticarət Təşkilatının
üzvləri təkcə dövlətlər detil
, həm də özlərinin
xarici ticarət münasibətlərini idarə edən tam muxtariyyətə malik olan gömrük əraziləri, o cümlədən, Honkonq, Tayvan, Fələstin,
Avropa İttifaqı və s. çıxış edir.
173. Dövlət qismində tanınmasına nail ola bilməyən qurumların beynəlxalq dövlətlərarası təşkilatlarda iştirakı xüsusi problemlərdən
biridir. Dünya Ticarət Təşkilatının təsis aktı bu məsələdə xüsusi mövqeyə malikdir. Dünya Ticarət Təşkilatına qoşulma prosesi nə
qədər siyasi arqumentə söykənsə də Təşkilatda iqtisadi məzmun üstünlük təşkil edir. Bu və ya digər dövlətin qarşılıqlı
tanınmasından, diplomatik əlaqələrdən asılı olamyaraq üzvlüyün reallaşdırılması mümkündür. Əgər bir dövlət digərinitanımırsa
onlar Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin XIII maddəsindən istifadə edirlər. Hazırki mexanizm Təşkilatın bir
üzvünün digər üzvünə qarşı onun bütün qaydalarının tətbiq edilməsinə imkan verir. Dolayısı ilə GATT-ın XXXV maddəsi də həmin
mövqedən çıxış edir
(119). Bu məsələ də Ermənistan tərəfindən de fakto təcavüzə məruz qalmış AR üçün də xüsusi əhəmiyyət kəsb
edir. Belə ki, AR-dən öncə Təşkilata üzv olmasına baxmayaraq qeyd etdiyimiz qaydaya əsasən Ermənistan Azərbaycan
Respublikasının üzvlüyünü maneələndirmək imkanına malik deyil
Dostları ilə paylaş: