Təsis edilməsi



Yüklə 327,42 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix08.12.2022
ölçüsü327,42 Kb.
#73224
1   2   3   4   5
Huquq movzu

(176). 
174. Beynəlxalq müqavilələrdən çıxmaq haqqında ümumi qaydaya əsasən üzvlüklə yanaşı Dünya Ticarət Təşkilatından çıxmaq 
məsələsi də təsis aktında təsbit edilib. Dünya Ticarət Təşkilatının Baş dirüktoru üzvlükdən çıxmaq haqqında yalnçz müraciəti 
aldıqdan sonra 6 ay müddətində müvafiq qərar qüvvəyə minir. Qoşulma haqqında Saziş ölkələrin qanunvericiliklərinin bir hissəsi 
olduğu üçün həmin sazişdə çoxtərəfli, universal ticarət klubu kimi Dünya Ticarət Təşkilatından çıxmaq şərtləri barədə qeydlər edilə 
bilər. 
175. Dünya Ticarət Təşkilatına üzvlük iqtisadi təhlükəsizliyin təminatı baxımından əhəmiyyət daşıyır. Hər bir dövlət üzvlüyə qəbul 
prosesində milli maraqlarını qlobal iqtisadi təhlükəsizliklə uzlaşdırmağa çalışır. Müvafiq vəzifənin həlli AR üçün də istisna təşkil 
etmir. 
Dövlətçiliyin bərpasından sonra AR-də həm bazar iqtisadiyyatı yönümlü islahatların aparılması üzrə, həm də Dünya Ticarət 
Təşkilatına üzvlük istiqamətində qanunvericilik aktlarının qəbuluna başlanılmışdır. Xüsusilə 1993-cı ilin əvvəlində qəbul edilmiş, 
inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılmasının təşkilati əsaslarını müəyyən edən 
“Antiinhisar fəaliyyət haqqında” qanunu qeyd etmək lazımdır. Antiinhisar siyasəti üzrə dövlət komitəsi yaradılmış, antiinhisar 
siyasətin realizəsi üçün qanunverici və normativ bazanın formalaşdırılması üzrə tədbirlər genişləndirilmişdir. 


Dövlətsizləşdirmə prosesinə 1996-1997-ci illərdə özəlləşdirmə prosesində dövlət müəssisələrinin səhimləşdirilməsi qaydasını 
müəyyən edən normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsindən başlanılır. Bundan öncə isə xarici ticarətdə 
dövlət monopoliyasını ləğv edən və xarici iqtisadi fəaliyyətdə sərbəstlik prinsipini nəzərdə tutuan Xarici ticarətin liberallaşdırılması 
haqqında AR Prezidientinin 1994-cü il fərmanı, 1996-cı ildə AR-də Xarici ticarətin tənzimlənməsi qaydası, rəqabətin inkişafı 
məqsədilə 1997-ci ildə AR-in Xarici ticarətin sonrakı liberallaşdırılması haqqında fərmanı qeyd edilməlidir. Mülkiyyət formasından 
asılı olmayaraq, bütün müəssisə və şirkətlərə xarici ticarət əməliyyatlarını həyata keçirmək hüququ verir. Dövlətin rolu müəssisələrin 
iqtisadi fəaliyyətinə birbaşa müdaxiləni istisna edən, tənzimetmə və nəzarət funksiyalarının icrası ilə məhdudlaşdırılır. Lakin kölgə 
iqtisadiyyatının, inhisarçılığın aradan qaldırılmasına tam nail olmaq mümkün olmamışdır. Antiinhisar fəaliyyət sahəsində 
AR 
qanunvericiliyi hələ ki
, Dünya Ticarət Təşkilatı standartlarına uyğun deyil. Xüsusilə, etiraf etmək lazımdırki, sahibkarlığa antiinhisar 
dəstək üzrə fəaliyyət üçün alternativ inkişaf layihələri, rəqabət mexanizmləri müxtəlif səbəblərdən səmərəli işləyə bilmir. Bu sahədə 
Antiinhisar siyasət üzrə dövlət Komitəsinin Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti köklü dəyişiklikləri, o cümlədən inhisarı ləğv edə 
biləcək alternativ inkişaf modelini təşviq etməlidir. 
Ölkə iqtisadiyyatının qlobal ticarət məkanına inteqrasiya olunması, üzv olan dövlətlərin bir-birinə verdikləri güzəştlərdən 
faydalanmaq, dünyanın əksər dövlətləri ilə Təşkilat tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatlarını həyata 
keçirmək, ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar və eləcə də, dövlətlər tərəfindən yardımın artırılmasına nail 
olmaq, daha çox həcmdə birbaşa xarici investisiyaları cəlb etmək, Təşkilatın mübahisələrin həlli mexanizmdən istifadə etmək imkanı 
və xarici ticarətə təsir edən milli qanunvericilik sistemi beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikası 
Dünya Ticarət Təşkilatına üzvolma istiqamətində tədbirlər həyata keçirilmişdir. 
Bu məqsədlə 1997-ci ildən AR Dünya Ticarət Təşkilatı Katibliyinə üzvolma istəyini əks etdirən ərizəni təqdim etmiş və həmin ilin 
dekabr ayında Dünya Ticarət Təşkilatı Katibliyində Azərbaycan üzrə İşçi Qrupu yaradılmışdır. Azərbaycanın Təşkilata üzv olması 
prosesində ölkəmizin qarşısında duran məsələlərin həlli və Təşkilatın üzvlərinin sorğularını nəzərdən keçirmək məqsədilə 1999-cu 
ildə AR-də Milli Əlaqələndirmə Qrupu təsis edilmişdir. 
1999-cu ildə Azərbaycan Respublikası hökuməti adından Xarici ticarət rejimi haqqında memorandum Dünya Ticarət Təşkilatı 
Katibliyinə təqdim edilmişdir. Bundan sonra Təşkilatın üzvolma proseduruna müvafiq olaraq birinci sual-cavab mərhələsi 
başlamışdır. 
Nümayəndə heyəti və Dünya Ticarət Təşkilatının 9-cu ölkəsi – 
Avstraliya
, ABŞ, Litva, Moldova, Gürcüstan, Avropa Birliyi, İsveçrə, 
Kanada və Azərbaycana üzvolma prosesində dəstək göstərən Türkiyə nümayəndələri arasında ikitərəfli görüşlər keçirilmişdir. 
2005-ci il tarixində Dünya Ticarət Təşkilatının Azərbaycan üzrə İşçi Qrupunun üçüncü iclasında ixracın subsidiyalaşdırılması 
məsələləri, onun hüquqi nazama salınması müzakirə predmeti olmuşdur. Sənaye mallarında olduğu kimi, tədricən kənd təsərrüfatları 
məhsullarına da vahid rejimin tətbiq edilməsi iclasın müzakirə predmetini təşkil etmişdir. Bir qayda olaraq Dünya Ticarət Təşkilatına 
daxil olamğa hazırlaşan ölkələr kənd təsərrüfatına əvvəlcdən bütün mümkün dəstəyi göstərir. Təşkilatın müvafiq sazişlərinin imtiyaz 
mexanizmlərindən istifadə etməklə AR də özünün kənd təsərrüfatına dövlət dəstəyini təmin etmək istiqamətində fəaliyyətini 
genişləndirməlidir. Bunun üçün kənd təsərrüfatının inkişafını təmin edən dövlətdaxili normativ-hüquqi aktların qəbulu mütləqdir. 
Kənd təsərrüfatının inkişafı ilə bağlı milli-hüquqi konsepsiya (investisiya və vergi qanunvericiliyi) çərçivəsində əlverişsiz rayonların 
inkişafına xüsusi diqqət yetirilməlidir 
Yüklə 327,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin