Təsis edilməsi



Yüklə 327,42 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix08.12.2022
ölçüsü327,42 Kb.
#73224
1   2   3   4   5
Huquq movzu

(157). 
176. Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olması prosesində 


- AR-in müharibə vəziyyətində olması; 
- beynəlxalq təşkilatlarla əməkdaşlıq; və 
- ikitərəfli əlaqələr nəzərə alınmalıdır. 
Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20%-nin işğal edilməsinə və çoxsaylı qaçqın və köçkünün daimi yaşayış 
yerlərindən qovulmasına baxmayaraq Dünya Ticarət Təşkilatının üzvləri Ermənistanın Təşkilata üzv olmasına razılıq vermişdir. 
Lakin öncə qeyd etdiyimiz kimi, üzvolma prosesində AR-in təkidi ilə bu ölkə öz üzərinə bir sıra öhdəlik götürmüşdür. Xüsusən də, 
“Azərbaycan Respublikasının üzvlüyünə 
maneə törətməmək və eləcə də
, işğal edilmiş ərazilərə Təşkilatın qaydalarının tətbiq 
olunmasına çalışmamaq” öhdəliyi qeyd olunmalıdır. Digər tərəfdən, istər üzvolma ərəfəsində, istərsə də sonra artıq bərqərar olmuş 
praktikaya uyğun olaraq AR Dünya Ticarət Təşkilatında Ermənistanla heç bir danışıqlara getməyəcək və Dünya Ticarət Təşkilatı 
sazişlərini tətbiq etməmək hüququnu təmin edən Mərakeş təsis Sazişinin XIII maddəsindən istifadə ediləcəkdir. 
177. Dünya Ticarət Təşkilatına yeni üzv ölkələrin qoşulmasının əsas şərtlərindən biri onların milli qannvericiliyinin və təcrübələrinin 
Dünya Ticarət Təşkilatı hüququna uyğunlaşdırılması təşkil edir. Milli qanunvericiliyin unifikasiyası məsələsi Dünya Ticarət 
Təşkilatının təsis edilməsi haqqında Sazişin XVI maddəsinin 4-cü bəndindən irəli gəlir. Həmin maddəyə görə, hər bir iştirakçı dövlət 
öz qanunlarını, normativ aktlarını və öhdəlikləri ilə bağlı inzibati qərarlarını müvafiq müqavilələrə uyğunlaşdırmaq vəzifəsi 
daşıyırlar. 
GATT-ın XXIV maddəsinin 12-ci bəndinə uyğun olaraq dövlətdaxili qanunvericilik aktlarının Dünya Ticarət Təşkilatının norma və 
prinsiplərinə uyğunlaşdırılması ilə yanaşı, həm də AR-in digər beynəlxalq təşkilatlarla da əməkdaşlığının hüquqi-qanunvericilik 
aspekti Dünya Ticarət Təşkilatının ümumqəbul edilmiş standartlarına müvafiq olmalıdır. Qanunvericiliyin Dünya Ticarət Təşkilatı 
prinsip və qaydalarına uyğunlaşdırılmasında əsas məsələlər sırasında gömrük işi, tarif tənzimlənməsi və müdafiə tədbirləri qeyd 
edilməlidir. AR-də tarif tənzimlənməsinin qanunvericilik bazası kimi Gömrük tarifi haqqında AR-in (1995) Qanunu, Gömrük 
Məcəlləsi (2001) və d. aktlar bir tərəfdən beynəlxalq ticarətin liberallaşdırılmasını nəzərdə tutmalıdırsa, digər tərəfdən, milli bazarın 
gömrük-tarif üsulu ilə müdafiəsini təmin etməlidir. 
Sözsüz ki, Dünya Ticarət Təşkilatına daxilolma şərtlərinin hazırlanması prosesində AR-in qarşısında duran əsas problemlər mövcud 
qanunvericiliklə əsaslı dəyişikliklərin aparılması və ölkənin inkişafı, eləcə də, iqtisadi təhlkəsizliyin təmin edilməsi məqsədilə Dünya 
Ticarət Təşkilatının əsas qayda və tələblərinə nəzarət etməyə imkan verən yeni normativ-hüquqi aktların qəbulu xüsusi əhəmiyyət 
kəsb edir. 
Dövlətdaxili qanunvericiliyin ümumqəbuledilmiş beynəlxalq ticarət hüquq normalarına müvafiq olaraq dəyişdirilməsi xüsusi bir 
problem olaraq diqqəti cəlb edir. Bu zaman üzv olmaq istəyən dövlətlər üçün: 
• 
Dünya Ticarət Təşkilatı qaydalarının tətbiqi zamanı maksimum uzunmüddətli 
keçid dövrünün verilməsinə; 


- milli sənaye üçün mühüm əhəmiyyət kəsb edən mallar üzrə yüksək idxal gömrük rüsumlarının 
tətbiqinə

- xidmətlər sahəsində danışıqlar zamanı inkişafda olan ölkələr üçün xüsusi və diferensial güzəştli rejimin verilməsinə; 
- yerli mütəxəssislər olduğu halda xaricilərin işə düzəlmə qaydalarının qeyri-liberal tənzimlənməsinə, kvotalaşdırılmasına; 
- kənd təsərrüfatı sahəsində istehsala subsidiya verliməsinə nail olmaq xüsusi əhəmiyyət daşıyır. 
178. Dünya Ticarət Təşkilatı hüququ maddi plana beynəlxalq ticarət dövriyyəsi üzrə üzv dövlətlərin qarşılıqlı hüquq və vəzifələrini 
müəyyən edən beynəlxalq sazişlər sisteminin məcmusudursa, inzibati idarəçilik aspektində isə xüsusi işçi heyəti, aparatı olan 
universal beynəlxalq təşkilatdır. Bu təşkilatın özünəməxsus üzvlük və üzvlüyə qəbul mexanizmi movsuddur. Faktiki olaraq özünün 
mürəkkəb üzvolma proseduru ilə qapalı beynəlxalq təşkilat mənzərəsi yaratsa da, formal olaraq üzvlük üçün açıq təpli beynəlxalq 
təşkilatdır. Dövlətlərin iqtisadi inkişaf səviyyəsindən, təbii, işçi resuslarına malik olmasından asılı olaraq onların üzvlüyə qəbul 
müddəti də müxtəlif ola bilər. Dünya Ticarət Təşkilatına üzvlüyün mürəkkəb xarqteri əksər hallarda üzvlərin siyasi motivlərə 
əsaslanan qeyri-formal, həmçinin bazar iqtisadiyyatını, rəqabəti əsaslandıran qanunvericiliyin qəbulu üzrə formal tələbləri ilə 
bağlıdır. Bir qayda olaraq ilk baxışdan elə də əhəmiyyətli iqtisadi, təbii resus potensialı olmayan, lakin bazar iqtisadiyyatına meyilli 
dövlətlərin daha qısa müddətə (məsələn, Qırğızıstan (1998), Litviya (1999), Estoniya (1999), Gürcüstan (2000) və s.) Dünya Ticarət 
Təşkilatına daxil olması diqqəti cəlb edir. Daha sadə prosedur inkişaf etmiş ölkələr (ABŞ, Kanada, Avropa İttifaqı, Yaponiya) 
tərəfindən az inkişaf etmiş ölkələr üçün nəzərdə tutulub. 2001-ci ildə Zənzibarda təşkil olunmuş Dünya Ticarət Təşkilatının Nazirlər 
Konfransında az inkişaf etmiş ölkələrin maliyyə və ticarət ehtiyatlarını nəzərə alaraq qoşulma prosesində onlar üçün yeni güzəştlər 
müəyyən edilib. 2001-ci il Qətərin Doha şəhərində keçirilən IV Nazirlər Konfransında qəbul edilmiş Bəyannamə ilə həmin güzəştlər 
yenidən təsdiqlənmişdir. 
Kifayət qədər təbii
, əhali resusları olan dövlətlər isə üzvlüklə bağlı daha uzunmüddətli danışıqlar aparmalı 
olurlar. Buna misal olaraq Çinin Dünya Ticarət Təşkilatına üzv olması 15 il davam etmiş, RF-nin ilk danışıqları isə 1993-cü ilə 
təsədüf edir. Bu müddət AR üçün də az vaxt sayılmamışdır. Şübhəsiz ki, problemin həllində xarici siyasi motivlərlə yanaşı ölkədaxili 
subyektiv və obyektiv faktorlar da mövcuddur. 
AR də daxil olmaqla Dünya Ticarət Təşkilatına üzvlük neft-ixrac edən ölkələr üçün fərqli xaraqterik cəhətlərə malikdir. Bu ölkələrin 
iqtisadiyyatında əsasən bir xammalın ixracı və iqtisadiyyatın digər önəmli sahələri, o cümlədən, kənd təsərrüfatına zəif diqqət 
verilməsi müəyyən problemlər yaradır. Bu ölkələr də ixracda Dünya Ticarət Təşkilatı qaydalarının qoyduğu tələbləri qəbul etmək 
məcburiyyətindədirlər. Hazırda üzvlüyə daxil olmaq istəyən ölkələr dünya neft ixracının 45 faizinə sahibdirlər və bu ona gətirib 
çıxaracaq ki, Təşkilatda ümumi maraqlara malik neft ixrac edən dövlətlərin yeni qrupu formalaşacaq. 

Yüklə 327,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin