Təşkilatçılığı ilə 12 dekabr 2014-cü il tarixində



Yüklə 0,64 Mb.
səhifə3/3
tarix03.12.2016
ölçüsü0,64 Mb.
#697
1   2   3

Tövsiyə edilir:

  1. Yaşayış yeri üzrə qeydiyyatdan əsassız imtinaya və əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinaya görə məsuliyyət gücləndirilməlidir;



  1. 2. Tikilinin aparılmasının mümkünsüzlüyü və tikilinin istismarına icazə ilə bağlı əsassız rəyin verilməsi və ya rəy vermədən yayınmaya görə, habelə tikilinin aparılması və tikilinin istismarı üçün icazənin verilməsindən əsassız imtinaya görə cinayət məsuliyyəti nəzərdə tutulmalı və bu əməllər eyni zamanda korrupsiya cinayətləri hesab edilməlidir;



  2. 3. Şəhərsalma və Tikinti Məcəlləsində şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına dair məsuliyyət yalnız fiziki və hüquqi şəxslərlə əlaqəli deyil , həmçinin müvafiq icra hakimiyyəti orqanlarının da bu sahədə məsuliyəti nəzərdə tutularaq əlavə edilməlidir.

Mövcud vəziyyət

Hesabat ilində Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlarda işləyən 16 dövlət qulluqçusu etik davranış qaydalarının pozulmasına, əmr, sərəncam, tapşırıqların və digər əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə intizam məsuliyyətinə cəlb olunmuşlar. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 10 işçiyə töhmət verilmiş, 6 işçi işdən azad olunmuşdur.
2013-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlarda işləyən 12 dövlət qulluqçusu mədəni davranış qaydalarının pozulmasına, əmr, sərəncam, tapşırıqların və digər əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə intizam məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2.1-ci maddəsinə əsasən 9 işçiyə töhmət verilmiş, 25.2.6-cı maddəsinə əsasən 3 işçi işdən azad olunmuşdur. Bununla yanaşı, komitədə çalışan dövlət qulluqçuları üçün 2013-cü ilin aprel-may və oktyabr-noyabr aylarında “Dövlət qulluqçularının etik davranış qaydaları”, sentyabr ayında “İnformasiya azadlığının təmin edilməsi” mövzusunda 19 seminar, iyul-avqust aylarında isə “Maraqlar toqquşmasının qarşısının alınması” mövzusunda 18 təlim seminarı keçirilmişdir. Regionlar üzrə keçirilmiş və 590 nəfərin iştirak etdiyi həmin seminarlar barədə məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilmişdir. Qeyd edilən tədbirlərin həyata keçirilməsi Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin inkişaf perspektivli uğurlarının göstəricisi kimi qəbul edilir. Lakin buna baxmayaraq hələ də vətəndaşlar tərəfindən şikayətlər davam edir, qurumun işçiləri tərəfindən bir sıra hüquq pozuntularına yol verilməsi hallarına da rast gəlinir. Belə ki, vətəndaşların şikayətlərinin əksəriyyəti, eyni binada istismar olunub olunmaması məsələsi qaranlıq qalmasına baxmayaraq, bir qisim sakinlərə çıxarışların verilməməsi, digərlərinə verilməsi kimi ayrı seçkilik halları ilə əlaqədardır. Qeydiyyatdan keçirmə zamanı yol verilən texniki yalnışlıqlar vətəndaşların məhkəməyə müraciət etməsi ilə nəticələnir. Həmçinin etik-davranış qaydalarının pozulması hallarına , süründürməçilik edilməsi, çıxarışların uzun müddət ərzində verilməsi , həmçinin bir sıra əlavə sənədlərin tələb edilməsi halları da daxildir.

Tövsiyə edilir:

Dövlət qulluqçularının etik davranış qaydalarının icrasına nəzarət artırılsın və etik məsələlər üzrə maarifləndirmə sahəsində təlimlərin keçirilməsi mütəmadi qaydada təşkil edilsin. Dövlət qulluqçularının etik davranışından şikayətləri qəbul etmək üçün qaynar xəttdə xüsusi xidmət yaradılmalıdır.



Mövcud vəziyyət

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məxsus 148 nömrəli qaynar xətt xidməti fəaliyyət göstərir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 13 yanvar 2014-cü il tarixli 02 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları” təsdiq edilmiş qaydalarına əsasən Komitənin informasiya azadlığının forma üsullarından biri “Komitə və qurumlarının qaynar xəttlərinin fəaliyyətinin təmin edilməsi, onların funksional və texniki cəhətdən təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi” təşkil edir.
Əmlak Məsələləri Dövlət Komitəsinin tərkibində müxtəlif aspektlərlə fəaliyyət göstərilməsi nəzərdə tutulan qaynar xətt sistemlərinin yaradılması müsbət hal hesab olunur. Lakin təəssüf ki, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarında məsuliyyət və informasiya ilə bağlı cavabdehlik məsələləsinə aydınlıq gətirilməmişdir. Həmçinin, Qaynar xətt sisteminin yaradılması, idarə edilməsi ilə bağlı ümumi ölkənin dövlət qurumları üzrə vahid metodologiyanın və reqlamentin olmaması və bu sahədə cavabdehlik daşınması üçün hüquqi öhdəliklərin göstərilməməsi qaynar xəttin effektlivliyini azaldır.
http://e-qanun.az/print.php?internal=view&target=1&docid=27286&doctype=0


Tövsiyə edilir:
Yaradılmış “Qaynar xətt” məlumat sisteminin fəaliyyəti təkmilləşdirilməklə:


  1. 1. Bu xidmətin formalaşdırılması və idarə edilməsi üçün vahid metodologiya yaradılmalı;



  2. 2. Bu sahədə cavabdehlik daşınması üçün müəyyən hüquqi öhdəliklər tətbiq edilməli;



  3. 3. “Qaynar xətt” xidmətində çalışan əməkdaşlar arasında təlimlər keçirilməlidir.

Mövcud vəziyyət

Əmlak Məsələləri Dövlət Komitəsinin veb səhifəsi informasiya ilə kifayət qədər zəngindir və səhifənin xüsusi alt bölməsində mütəmadi olaraq yerləşdirilən press relizlər vasitəsi ilə komitənin fəaliyyəti barədə məlumatlar yerləşdirilir.
Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı, eyni zamanda Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılması Xidmətinin və Komitənin digər alt idarələrinin ayrıca veb səhifələri yaradılmışdır ki , bu da istifadəçilər üçün lazımi məlumatların axtarılıb tapılmasını asanlaşdırır.

Ümumilikdə onu demək mümkündür ki, Komitə öz veb səhifəsi yolu ilə şəffaflığın təmini ilə bağlı cəhdlər göstərir.


Qurumun sosial şəbəkələrə çıxışı ürəkaçan hesab edilmir. "Facebook" sosial şəbəkəsində quruma aid bir rəsmi səhifə fəaliyyət göstərsə də, yeni yaradılmış hesab edilir və effektiv fəaliyyət müşahidə olunmur. Həmçinin qeyd edirik ki, məlumatlandırmanın sadəcə vebsayt vasitəsilə həyata keçirilməsi kifayət olmayıb, sadə vətəndaşlar üçün bu məlumatlar əlçatan hesab edilmir.
Hazırda insanlar arasında məlumatsızlığın olması səbəbindən bir sıra hallarda problemlər düzgün qoyulmur və bu, həm müvafiq dövlət qurumlarının həm də vətəndaşların lazımsız vaxt itkisinə səbəb olur. Beləliklə, televiziya və radioda daşınmaz əmlakın fəaliyyəti ilə bağlı məlumatlara olduqca az rast gəlinir. Yerli əhalinin əksəriyyəti bu məlumatları əldə etməkdən məhrum olurlar. Vətəndaşlar vaxtlı - vaxtında hara müraciət etməli olduğunu bilmir və nəticədə həll edilməsi çətin olan problemlər yaranır.

Tövsiyə edilir:


  • 1. Televiziya və radio kanallarında əhaliyə mütəmadi olaraq Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin əməkdaşları və Vətəndaş Cəmiyyətinin subyektləri də cəlb edilməklə birgə maarifləndirici proqramlar hazırlansın; həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin sifarişi ilə müvafiq sosial çarxlar çəkilərək mütəmadi surətdə televiziyada işıqlandırılmalıdır;



  • 2. Daşınmaz Əmlakın Dövlət Reyestrinin fəaliyyəti ilə bağlı mütəmadi olaraq (ildə bir dəfədən az olmamaq şərti ilə) ekspert-mütəxəssislər, KİV və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri cəlb olunmaqla rəy sorğuları keçirilməlidir;



  • 3. İstər daşınmaz əmlakla bağlı hüquqların qeydiyyatı, istərsə də digər əməliyyatların həyata keçirilməsi, göstərilən xidmətlərin növləri, pullu xidmətlər üçün tariflər, xidmətin həyata keçirildiyi ünvan, veb səhifələr və s. göstəriciləri özündə əks etdirən bukletlərin, yaddaş kitabçalarının, əyani vəsaitlərin kütləvi nəşri və əhali arasında yayılması üçün həm müvafiq dövlət strukturları, həm də vətəndaş cəmiyyəti subyektlərinin birgə tədbirləri təşkil edilməlidir.




1 Doing Business 2014, publication by World Bank,

2

3 AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74;75 və 80.1-ci maddələri

4 Şəhərsalma və Tikinti Məcəlləsinin 86-100-cü maddələri

5 AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101 və 102-ci maddələri

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin