Təşkilati davranış modelləri.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh. 36-45) I kollokvium



Yüklə 36,15 Kb.
səhifə5/6
tarix12.05.2022
ölçüsü36,15 Kb.
#57713
1   2   3   4   5   6
movzu 2

Dəstəkləyici Model

Dəstəkləyici model səlahiyyət və ya puldan deyil “liderlikdən” asılı olur. Liderlik vasitəsilə menecment təşkilatın maraqları daxilində işçilərə böyümək və nailiyyət qazanmaq üçün mühit yaradır. Bu modelə görə, əgər menecment imkan verərsə, işçilər işişövqlə yerinə yetirmək, töhfələrini vermək və təkmilləşdirməkkimi məsuliyyətləri üzərlərinə götürər və inkişaf etdirərlər. Buna görə də menecmentin istiqaməti mühafizəkar yanaşmada olduğu kimi işçilərin mənfəətlərini ödəmək deyil, işçilərin iş fəaliyyətlərini “dəstəkləmək” yönündə olur. Menecment işçiləri işlərində dəstəklədiyi üçün, bu modelin psixoloji nəticəsi təşkilatda iştirakçılıq və tapşırıqlara cəlb olunma hissinin yaranmasıdır.


Kollegial Model

“Kollegial” termini eyni məqsədi olan insanlar ifadəsindən törəmişdir. Burada komanda konsepsiyası vardır. Menecment isə “daha effektiv komanda quran bir məşqçidir". Bu modeldə menecment müdirlikdən daha çox birlikdə töhfə verən tərəf rolunda çıxış edir. İşçilərin bu situasiyaya cavabı məsuliyyətdir. Kollegial yanaşmanın işçilərdə psixoloji nəticəsi “özünü-intizam” və ya “özünə-nəzarət”dir. Bu cür mühitdə işçilər, normal olaraq, gördükləri işin qarşılığında layiqincə qiymətləndirildiklərini hiss edirlər. Bu, işçilərin həvəs və şövqlə işləmələrinə səbəb olur. Aşağıda bütün modellərin qısa səciyyəsi verilmişdir.







Yüklə 36,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin