TƏSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix23.02.2017
ölçüsü491,17 Kb.
#9420
1   2   3   4   5   6   7

 

Nəticə əldə edilmişdir, əgər şagird:

incəsənət sahələrini (rəssamlıq, musiqi, kino, teatr və s. ) sadalayır və həmin sahələr üçün 

xarakterik əsas əlaməti (rəng, səs, hərəkət) xarakterizə edir



incəsənətin ayrı-ayrı sahələri ilə əlaqədar peşələrin adlarını çəkir

getdiyi opera, balet, teatr tamaşalarını sadalayır və ondan aldığı təəssürat haqqında danışır



incəsənətin əsas janrlarını sadalayır (natürmort, portret, peyzaj) və həmin janr üçün xarakterik 

əsas əlamətləri ayırır



sevimli illustrasiyalı kitabları haqqında danışır

gördüyü memarlıq abidələri və heykəllər haqqında danışır





Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.I - 5



T.t.I.12  Şagird əsərlərin məzmunlarını öz təcrübəsi ilə əlaqələndirir.

Nəticə əldə edilib, əgər şagird:

əsərləri gözdən keçirir, onların məzmunları və onlardan aldığı təəsüratlar haqqında söhbət 

aparır ;



incəsənətin konkret nümunəsində təsvir olunan heyvanların, bitkilərin, əşyaların adlarını 

çəkir ;



incəsənət nümunəsində süjetlərin, səhnələrin, hadisələrin adlarını çəkir

incəsənət nümunəsində göstərilən ilin fəsillərini tanıyır.



 

I sinfin dərs proqramının məzmunu



Təsviri incəsənətin əsas element və prinsipləri:

Xətt (nazik, qalın, kontur, düz, əyri, dalğalı, qırıq xətt), rəng (əsas, düzəltmə); kompozitiv bölgü 

əsasları – şaquli və ya horizontal formatın seçilməsi, formatda təsvir edilmə bölgüsü.

Material və vəsait:

Qələm (rəngli, sadə), pastel, flomaster, quaş, rəngli kağız, karton, plastilin, təbii vəsait (yarpaq, 

qoza, dənlər və s.); fırça, qayçı, yapışqan.

Texnika və prosedur:

Rəssamlıq, qrafikin başqa-başqa texnikası, yonmaq, aplikasiya, kollaj, kağız plastikası, mozaika, 

konstruksiya; cırmaq, kəsmək, yapışdırmaq.

 

Ətraf mühiti müşahidə etmək:

Formanın, rəngin, xətlərin tanınması.



İdeya mənbələri: 

Ətraf  mühiti  müşahidə  etmək  nəticəsində  alınan  təəssüratlar,  təsvirlər,  bədii  ədəbiyyat,  bədii, 

animasiya filmləri, konsert, teatral, sirk tamaşaları.

Ehtimal olunan mövzular:

“Bir sentyabr”, “Rənglər aləmi”, “Payız”, “Şən qatar”, “Yeni il”, “Sualtı aləm”, “Mənim şəhərim/

kəndim” və s. Rənglərin qarışdırılması əsasında alınan yeni rənglər üzrə çalışmalar; paralel, şaquli, 

horizontal, əyri xətlərlə nöqtələrin birləşdirilməsi ilə təsvirlər yaratmaq, stəkanın dibini, əlinin şəklini 

çəkmək, rəngləmək, həndəsi formalarla rəsmlər yaratmaq – şəkil çəkmək.

Əmək fəaliyyəti:: 

Alətlər gətirmək-nizamlamaq, işlədiyi yeri səliqəyə salmaq, vaxt limiti və təhlükəsizlik qaydalarına 

riayət etmək.

 

İş strategiyası:

Müstəqil, cütlükdə, qrupda işləmək.

Tədbirlər: 

Sinif  sərgisi,  bayram,  muzeylərə,  qalereyalara,  şəhərkənarı  mədəni  irslərlə  tanışlıq  məqsədilə 

ekskursiyalar.


Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.I - 6



Təqdimatlar:

Tanış auditoriya qarşısında işinin təqdimatı (iş haqqında söhbət), suallar vermək, cavab vermək, 

təəssüratlarla  paylaşmaq  (qiymətləndirmək  cəhdi),  başqalarının  fikirlərini  diqqətlə  dinləmək, 

başqalarının işləri və fikrinə qarşı hörmət göstərmək, elementar terminologiyadan istifadə etmək.



İncəsənətin kontekstdə dərk eilməsi:

İncəsənət sahələri ilə tanışlıq (rəssamlıq, musiqi, kino, teatr və s.), sevimli incəsənət sahələri və tanış 

əsərlər barədə söhbət aparmaq; təsviri incəsənətin bir neçə əsas janrı ilə tanışlıq, realistik əsərləri 

gözdən keçirmək (peyzaj, natürmort, portret, məişət janrı, kitab illustrasiyaları), təəssurat, məzmun 

barədə söhbət etmək, onu öz təcrübəsi ilə əlaqələndirmək.


Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.II - 1



II sinif

İlin sonunda əldə edilən nəticələr

İncəsənətdə praktiki 

vərdiş-bacarıq və ideyaları 

ifadə etmək

Komunikasiya və şərh

İncəsənətin kontekstdə 

dərk edilməsi 

T. t.II.1   İşinin 

yaradılması zamanı təsviri 

incəsənətin bir və ya bir 

neçə əsas elementləri və 

prinsiplərindən istifadə edir 

T.t.II.7 Fərdi iş və qrup işini 

təqdim edir, özünün və sinif 

yoldaşlarının işlərinə fikrini 

bildirir


 

T.t.II.12 İncəsənət sahələrini, 

bəzi janrları bir-birindən 

fərqləndirir və onları 

gündəlik həyatla əlaqələndirir

  

T.t.II.2 İşnin yaradılması 

zamanı müxtəlif material, 

texnika və prosedura 

müraciət edir 



T.t.II.8 Şagird anlayır ki, 

incəsənət ideyaların ifadə 

edilmə vasitəsidir

  

T.t.II.13 Əsərlərin 

məzmunlarını öz təcrübəsi ilə 

əlaqələndirir



 

T.t.II.3 Ətrafda müxtəlif rəng 

və formalara diqqət yetirir və 

onları öz işində əks etdirir

T.t.II.9 Özünün və 

digərlərinin işlərinə hörmətlə 

yanaşır 

 

T.t.II.4 Müxtəlif 

motivasiyalar əsasında əmələ 

gələn ideyaları öz işində əks 

etdirir 

T.t.II.10  Müxtəlif növ 

tədbirlərdə iştirak edir



T.t.II.5 Sadə əmək 

işlərinin elementar vərdiş-

bacarıqlarını göstərir

T.t.II.11 Elementar 

terminologiyanı bilir və 

istifadə edir  

T.t.II.6 Fərdi olaraq və 

başqaları ilə birlikdə işləyir



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.II - 2



İlin sonunda əldə edilən nəticələr və onların indikatorları 

İstiqamət: İncəsənətdə praktiki vərdiş-bacarıq və ideyaları ifadə etmək

T.t.II.1  İşinin yaradılması zamanı təsviri incəsənətin bir və ya bir neçə əsas  

 

elementləri və prinsiplərindən istifadə edir.

Nəticə əldə edilib, əgər şagird:

işində qalın və nazik konturdan, düz, dalğalı, əyri, qırıq xətlərdən istifadə edir

xətlər, rənglər və formalar və fiqurlar vasitəsilə sadə ornamentlər  düzəldir



təsvirin ölçülərinin vərəqin ölçülərinə uyğun olmasını düzgün seçir

şəkildə əsası ayırır (əsas vərəqin ortasında)



göyqurşağı rənglərini sadalayır, soyuq və isti rəngləri seçir  və onlardan işlərində istifadə 

edir


simmetrik və qeyri-simmetrik formaları təsvir edir



T.t.II.2  İşin yaradılması zamanı şagird müxtəlif material, texnika və    



 

 

prosedura müraciət edir

Nəticə əldə edilmişdir, əgər şagird: 

Qarışıq materiallar və müxtəlif texnika əsasında açıq məktublar, kitab qeydləri, şam ağacının 

oyuncaqlarını və s. hazırlayır



 karton, əzik kağız, plastmas qutularla sadə konstrukiyalar yaradır

sadə həndəsi formalar hazırlayır



təbii və süni materiallarıa aplikasiya və kollaj hazırlayır

təbii və süni materiallardan (qoza, budaq, busə, yarpaq, dənlilər, plastilin, ağac qabığı, 



qabıqlar və s.) istifadə etməklə oyuncaqlar hazırlayır



T.t.II.3  Şagird ətrafda müxtəlif rəng və formalara diqqət yetirir və onları öz  

 

işində əks etdirir 

Nəticə əldə edilmişdir, əgər şagird: 

işində sxematik (konturlarla) obyektin formasını təsvir edir

obyektin rəngini adekvat şəkildə seçir



naturadan şəkil çəkir (məs. sadə natürmort)

yadda saxlamaqla şəkil çəkir



uyğun rənglərlə gecə-gündüzün başqa-başqa vaxtlarını, ilin fəsillərini təsvir edir



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.II - 3



T.t.II.4  Şagird müxtəlif motivasiyalar əsasında əmələ gələn ideyaları   öz  

 

işində əks etdirir

Nəticə əldə edilmişdir, əgər şagird: 

müşahidə əsasında əldə edilən təəssüratı öz işində göstərir (məs. Ilin fəsilləri)

təsvir etməklə şəkil çəkir (məs.”Kosmos”, “Milyon il bundan əvvəl”)





T.t.II.5  Sadə əmək işlərinin elementar vərdiş-bacarıqlarını göstərir

Nəticə əldə edilmişdir, əgər şagird: 

dərsə lazımi avadanlıqlar gətirir

tapşırığı yazır



işlədiyi yeri yığır, iş alətlərini və materialları yuyur və saxlayır

təhlükəsizlik qaydalarına riayət edir



hər növ dərs fəallığını yerinə yetirdikdə vaxt limitinə riayət edir



T.t.II.6  Şagird fərdi olaraq və başqaları ilə birlikdə işləyir

Nəticə əldə edilmişdir, əgər şagird:

qrup işlərində çalışır (onun üçün ayrılan funksiyanı yerinə yetirir)

verilən məsələni müstəqil şəkildə və ya cütlükdə həll etməyə çalışır





İstiqamət : Kommunikasiya və şərh

T.t.II.7  Şagird fərdi iş və qrup işini təqdim edir, özünün və sinif  

   

 

yoldaşlarının  işlərinə fikrini bildirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

izah edir ki, işi təqdim edərkən nəyi göstərmək istəyirdi



təqdim edilən iş haqqında sinif yoldaşları ilə  təəssüratlarını bölüşdürür (xoşuma gəlir, 

xoşum gəlmir)



müəllimə, sinif yoldaşlarına qulaq asır

təqdim olunan işlə əlaqədar suallar verir



başqalarına cavabı sona çatdırmağa imkan verir

müəllif kimi auditoriya qarşısında təqdim edir





Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.II - 4



T.t. II.8  Şagird anlayır ki, incəsənət - ideyaların ifadə edilmə vasitəsidir 

Nəticə əldə edilib, əgər şagird:

öz düşüncələri, nümunədə verilən ideyalar haqqında söhbət aparır

başqalarının işlərindən aldığı ideya və təəsuratlar barədə söhbət aparır



işin məzmunu ilə əlaqədar suallar veri



r

bir neçə səbəb sadalayır, hansılara əsasən bu və ya o işi yaradıb

incəsənətin konkret əsərlərinin yaradılma səbəbləri barədə ehtimallar söyləyir





T.t.II.9  Şagird özünün və digərlərinin işlərinə hörmətlə yanaşır 

 Nəticə əldə edilmişdir, əgər şagird:

sinif yoldaşlarının tərəfini tutur, işlərini bəyənir, iş zamanı onları həvəsləndirir

özünün və başqalarının  işlərinə ehtiyatla yanaşır (ziyan vermir) 





T.t.II.10  Şagird müxtəlif növ tədbirlərdə iştirak edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

sinifdə/məktəbdə keçirilən bayramda iştirak edir

sinif sərgisində iştirak edir



muzey və sərgilərə gedir

ekskursiyalara gedir və mədəni irslərlə tanış olur





 

T.t.II.11  Şagird elementar terminologiyanı bilir və istifadə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

nümunədə  təsviri  və  tətbiqi  incəsənətin  onun  üçün  tanış  olan  elementlərini  tanıyır  və 

adlandırır



 işində istifadə etdiyi material və alətləri sadalayır

istifadə etdiyi terminlərin məzmunu izah edir





Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.II - 5



İstiqamət : İncəsənətin kontekstdə dərk edilməsi 

T.t.II.12  Şagird incəsənət sahələrini, bəzi janrları bir-birindən fərqləndirir və 

onları gündəlik həyatla əlaqələndirir.

 

Nəticə əldə edilmişdir, əgər şagird:

təsviri incəsənət sahələrini (rəssamlıq, qrafika, heykəl və s.) sadalayır və həmin sahələr üçün 

xarakterik əsas əlamətləri (rəng, xətt, forma) xarakterizə edir



incəsənətin əsas janrlarını sadalayır (natyurmort, portret, peyzaj) və onu xarakterizə edir

sevimli illustrasiyalı kitablar haqqında danışır



gördüyü memarlıq abidələri və heykəllər haqqında danışır; bu və ya başqa illustrasiyanı 

niyə bəyəndiyini izah edir



gündəlik həyatda gördüyü incəsənət əsəri haqqında söhbət aparır və öz münasibətini bildirir 

(hansını bəyənir və niyə) 



T.t.II.13  Şagird əsərin məzmunlarını öz təcrübəsi ilə əlaqələndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

əsərlərin məzmunları və onlarda əks olunan əhval-ruhiyyə haqqında söhbət aparır

incəsənət nümunəsində süjetləri, səhnələri, hadisələri təyin edir



incəsənət nümunəsindəki onun üçün tanış olan nəqliyyat vasitələri, heyvanlar və bitkiləri 

tapır və adlandırır



incəsənətin konkret nümunəsində təsvir olunan heyvanların, bitkilərin, əşyaların adlarını 

çəkir 



peyzajda coğrafi landşaftı təyin edir (dağı, dağ silsiləsini, dənizi, aranı, səhranı və s.)

nümunədə təsvir olunan əşyalar və hadisələr haqqında suallar verir





II sinfin tədris proqramının məzmunu

Təsviri incəsənətin əsas element və prinsipləri:

Xətt, rəng (soyuq, isti); forma (ikiölçülü maildə); simmetrik, asimetrik), nümunənin (elementin, 

detalın) təkrarlanması ilə (xətlərlə, rənglərlə əhval-ruhiyyənin ötürülməsi) sadə ornamentlərin 

hazırlanması.  Kompozitiv  bölgü  əsasları  (şaquli  və  ya  horizontal  formatın  seçilməsi,  vərəqin 

ölçüsünə uyğun olaraq təsvirin ölçüsünün seçilməsi, formatda təsvirin bərabər şəkildə bölgüsü), 

simmetriya. 



Material və vəsait:

Qələm, pastel, flomaster, quaş, rəngli kağız, karton, plastilin, şüşə, plastmas qutular,  təbii və süni 



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.II - 6

materiallar (balıqqulağı, ağacın qabığı, mamır, rəngli daşlar, busələr, düymələr və s.); fırça, qayçı, 

yapışqan.



Texnika və prosedur:

Rəssamlıq, qrafikin başqa-başqa texnikası, yonmaq, aplikasiya, kollaj, kağız plastikası, mozaika, 

kollaj, konstruksiya; cırmaq, kəsmək, yapışdırmaq.

Ətraf mühiti müşahidə etmək:

Formanın, rəngin, xətlərin tanınması.



İdeya mənbələri: 

Ətraf mühiti müşahidə etmək nəticəsində alınan təəssüratlar (naturadan və yadda saxlamaqla rəsm 

çəkmək), fantaziya,  bədii ədəbiyyat, bədii və animasiya filmləri, konsert, teatral, sirk tamaşaları.

Ehtimal olunan mövzular:

“Yay tətilləri”, “Dostluq”, “Payızda kənd”, “Payız natürmortu”, “Sirkdə”, “Zooparkda”, “Yeni il 

gecəsi”, “Qış peyzajı”, “Fantastik şəhər”, “Sevimli nağıl qəhrəmanı” və s.

Əmək fəaliyyəti:: 

Alətlər gətirmək-nizamlamaq, tapşırığı qeyd etmək, işlədiyi yeri səliqəyə salmaq, vaxt limiti və 

təhlükəsizlik qaydalarına riayət etmək.

İş strategiyası:

Müstəqil, cütlükdə, qrupda işləmək.



Tədbirlər: 

Sinif  sərgisi,  bayram,  muzeylərə,  qalereyalara,  şəhərkənarı  mədəni  irslərlə  tanışlıq  məqsədilə 

ekskursiyalar.

Təqdimatlar:

Tanış auditoriya qarşısında işinin təqdimatı (iş haqqında söhbət), suallar vermək, cavab vermək, 

təəssüratlarla  paylaşmaq  (qiymətləndirmək  cəhdi),  başqalarının  fikirlərini  diqqətlə  dinləmək, 

başqalarının işləri və fikrinə qarşı hörmət göstərmək, elementar terminologiyadan istifadə etmək.



İncəsənətin kontekstdə dərk eilməsi:

İncəsənət sahələri  (rənglər, qrafika, heykəl və s.) və janrları (peyzaj, natürmort, portret, məişət janrı) 

ilə tanışlıq; əsərləri nəzərdən keçirmək;  təəssurat, məzmun barədə söhbət etmək; əhval-ruhiyyəni 

duymaq, realistik və şərti əsərləri ayırmaq.



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.III - 1



III sinif 

İlin sonunda əldə edilən nəticələr və onların indikatorları 

İstiqamət: İncəsənətdə praktiki vərdiş-bacarıq və ideyaları ifadə etmək

T.t.III.1  Şagird işin yaradılması zamanı təsviri incəsənətin bir neçə əsas  

 

elementləri və prinsiplərindən istifadə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

bədii üsulların vasitəsilə (xətt, kolorit və s.) əhval-ruhiyyəni göstərir

əsərdə faktura yaradır (müxtəlif növ  eskiz, örtülü səthi cızmaqla, barmaqları ilə, köpüklərlə, 



çubuqlarla, fırça ilə və s.) 

əsərdə isti və soyuq rənglərdən istifadə edir

rənglərin çərxini tərtib edir və kontrast rəngləri (qırmızı-yaşıl, sarı-yasəmən rəngi, göy-



narıncı) tapır

şəkil üzərində işləyən zaman əşyanın ümumi ölçülərini ötürür

şəkildə ön və arxa planı seçir və məkan elementlərini sadə şəkildə ifadə edə bilir (yaxın 



əşyalar daha böyük ölçüdə və aşağıda təsvir edilir, uzaq əşyalar daha kiçik ölçüdə və yuxarıda 

yerləşdirilir)

T.t.III.2  Şagird işin yaradılması zamanı müxtəlif material, texnika və    

 

prosedura müraciət edir və onların imkanlarını araşdırır.

Nəticə əldə edilmişdir, əgər şagird:

pastellə, akvarellə, quaşla, kömürlə şəkil çəkir

gildən sadə formalar hazırlayır və onları bəzəyir



plastilin, busələr, müxtəlif materiallar vasitəsilə sadə təsvirlər, kompozisiyalar yaradır

axtarıb tapdığı və artıq ona tanış olan materiallardan (ağac qabığı, məftil, kəndir, kağız 



plastik, karton) sadə əşyalar və konstruksiyalar hazırlayır



T.t.III.3  Şagird ətrafda obyektlər arasında mövcud olan əlaqələrə diqqət  

 

yetirir və onları öz işində əks etdirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

şəkildə ətraf mühitin müşahidəsi nəticəsində yaranan assosiasiyaları verir

naturadan peyzaj və natürmortu çəkir





Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.III - 2

yadda saxlamaqla şəkil çəkəndə bu və ya digər mühit üçün uyğun obyektləri və xarakterik 

əlamətləri təsvir edir



gecə - gündüzün başqa-başqa vaxtlarını, ilin fəsillərini və havanı təsvir edir

realistik və uydurma aləmi təsvir etdikdə fərqli rəng və formaları seçir





T.t.III.4  Şagird müxtəlif motivlər əsasında əmələ gələn ideyaları   öz işində  

 

əks etdirir 

Nəticə əldə edilmişdir, əgər şagird:

sərbəst mövzu üzərində öz fantaziyası ilə süjet hazırlayır

tamaşada, konsertdə, sirkdə, zooparkda olduğu zaman aldığı təəsüratlardan işində ifadə 



edir


məşhur rəssamların işləri ilə tanışlıq nəticəsində yaranan ideyaları ifadə edir

bədii əsərlər, film və cizgi filminin və özünün təsəvvürü ilə yaratdığı  personajların şəkillərini 



çəkir


T.t.III.5  Şagird sadə işləri planlaşdırır və sadə işləri yerinə yetirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

sinif otağının, həyətin təmizlənmə-abadlaşmasında iştirak edir

tapşırıqları yazır



iş alətlərini və materialları hazırlayır

hər növ dərs fəallığını yerinə yetirdikdə vaxt limitinə riayət edir





T.t.III.6  Şagird fərdi olaraq və başqaları ilə birlikdə işləyir

Nəticə əldə edilmişdir, əgər şagird:

qrup işlərində çalışır başqa-başqa funksiyaları yerinə yetirir (lider, qrup üzvü)

verilən məsələni müstəqil şəkildə və ya cütlükdə həll edir



kömək tələb edir və başqalarına yardım etmək təşəbbüsünü irəli sürür



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.III - 3



İstiqamət : Kommunikasiya və şərh

T.t.III.7  Şagird fərdi iş və qrup işini təqdim edir, özünün və sinif 

yoldaşlarının fikir və ideyalarını bölüşdürür. 

Nəticə əldə edilmişdir, əgər şagird:

işin  nəyini bəyənib-bəyənmədiyini söyləyir

müəllimin, sinif yoldaşlarının fikrinə qulaq asır



işin məzmununu təsvir edir

işin fikrini nə dərəcədə ötürə bildiyini qiymətləndirməyə çalışır



tanış olmayan terminlər və sözlərin mənasını dəqiqləşdirmək üçün suallar verir

əsər haqqında söhbət apararkən terminologiyadan istifadə edir



öz müşahidə və təcrübəsini dostları ilə paylaşır

işin təqdimatı zamanı sual-cavablar aparır



geniş auditoriya qarşısında işləri təqdim edir



T.t.III.8  Şagird anlayır ki, incəsənət - ideyaların ifadə edilmə vasitəsidir. 

Nəticə əldə edilmişdir, əgər şagird:



 

əsər əsasında yaranmış təəssüratlar haqqında danışır

bu və ya digər rəngin hansı əhval-ruhiyyəni yaratdığını söyləyir



yoldaşının işində onun fikrində tutduğunu və onun əhval-ruhiyyəsini anlayır

işində nəyi göstərmək istədiyini izah edir





T.t.III.9  Şagird başqasının işinə və fikrinə hörmətlə yanaşır.

 Nəticə əldə edilmişdir, əgər şagird : 

sinif yoldaşlarının işlərini təqdim etdikləri zaman səs salmır

başqalarına söhbət etməyə imkan verir



sinif yoldaşlarının tərəfini tutur, işlərini bəyənir, iş zamanı onları həvəsləndirir



Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin