TəSVİRİ VƏ TƏTBİQİ


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 377,29 Kb.
Pdf görüntüsü
səhifə28/69
tarix29.10.2022
ölçüsü377,29 Kb.
#66707
1   ...   24   25   26   27   28   29   30   31   ...   69
saxviti da gamoyenebiti xelovneba azer

Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.IV - 6
Proqramın məzmunu 
Təsviri incəsənətin əsas element və prinsipləri:
Xətt (ştrix), rəng (rəngin intensivliyi, yarımton), faktura, forma (xətlərlə, rənglərlə əhval-ruhiyyənin 
ötürülməsi); əşyanın bütöv və ümumi ölçülərinin ötürülməsi; məkan verilişinin cəhdi (təsvirin 
miqyası və tonallığının vasitəsilə horizontun xətti, ön və arxa planın seçilməsi); simmetriya, ritm, 
tarazlıq.
Material və vəsait:
Qələm, pastel, quaş, akvarel, təbaşir, kömür, rəngli kağız, karton, plastilin, gil, kəndir, məftil, şüşə 
plastmas qutular, təbii və süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment.
Texnika və prosedur:
Rəssamlığın, qrafikin başqa-başqa texnikası, basmalar, yonmaq, aplikasiya, kağız plastikası kollaj,
mozaika, konstruksiya; kəsmək, yapışdırmaq, əymək, burmaq, toxumaq.
İdeya mənbələri: 
Fənlər arasında əlaqələrin, assosiasiyaların ötürülməsi: ideya mənbələri: məşhur rəssamların 
əsərləri, ətraf mühiti müşahidə etmək nəticəsində alınan təəssüratlar, fantaziya, bədii ədəbiyyat
film, müxtəlif növ tamaşalar.
Ehtimal olunan mövzular:
“Yayın bir günü”, “Mənim ailəm”, “Səhər”, “Ad günü”, “Kəpənək”, “Mənim sevimli heyvanım”, 
“Mənim məktəbim”, “Nağıllar aləmində”, “Teatrda”, “Küçədə”, “İdman yarışması” və s.
Əmək fəaliyyəti:: 
Yerinə yetiriləsi işlərin ardıcıllığını planlaşdırmaq, sinif otağını, həyəti səliqəyə salıb yığışdırmaqda 
iştirak etmək, vaxt limiti və təhlükəsizlik qaydalarına riayət etmək; xarab olmuş əşya və məktəb 
inventarizasiyasını (kitab, xəritə) bərpa etmək, başqa-başqa sinif və ya məktəb tədbirlərini bəzəmək, 
təbrik məktubları və dəvətnamələri, çərçivələri, dibçəkləri, divar qəzetini, bayram afişasını yaratmaq 
və s.
İş strategiyası:
Müstəqil, cütlükdə, qrupda işləmək.
Tədbirlər: 
Sinif və məktəb sərgisi, bayram, tamaşalara, muzeylərə, qalereyalara, şəhərkənarı mədəni irslərlə 
tanışlıq məqsədilə ekskursiyalara getmək.
Təqdimatlar:
İşinin təqdimatı (iş haqqında söhbət, qiymətləndirmə), suallar vermək, cavab vermək, təəssüratlarla, 
müşahidələrlə paylaşmaq, başqalarının fikirlərini diqqətlə dinləmək, başqalarının işləri və fikrinə 
qarşı hörmət göstərmək, başqalarının fikirlərinə diqqətlə qulaq asmaq, lazımi terminologiyadan 
istifadə etmək.

Yüklə 377,29 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin