Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.IV - 2
İlin sonunda əldə edilən nəticələr və indikatorlar
İstiqamət: praktiki vərdiş-bacarıqlar və ideyaların incəsənətdə ifadə edilməsi
T.t.IV.1 Şagird işin yaradılması zamanı təsviri incəsənətin bir neçə əsas
elementləri və prinsiplərindən istifadə edir.
Nəticə
əldə edilmişdir, əgər şagird:
müxtəlif növ ştrix və xətlərdən istifadə edir
•
rəngləri qarışdırmaqla istədiyi yarımtonları (məs. sarımtıl-yaşıl, göyümtül yaşıl) alır
•
ağ və qara rəngi
əlavə etməklə rəngin gücünü, tonallığını dəyişir
•
məkanı ifadə etmək üçün yarımtonlardan istifadə edir (ön plan – tünd, arxa plan açıq
•
tonlarla)
Fiqurun, formanın və ya ornamentin təkrarlanması ilə ritmik kompozisiyalar yaradır
•
Kollaj, aplikasiya, mozaika və digər texnikadan istifadə etməklə (kəpənək, portret, meşə
•
və s.) simmetrik və asimetrik işlər yaradır
Ön, arxa və orta plan və horizontal xətlərdən istifadə etməklə sadə perspektivin biliyini
•
nümayiş
etdirmək
T.t.IV.2 Şagird işin yaradılması zamanı müxtəlif material, texnika və
prosedurdan istifadə etməklə eksperimentlər aparır.
Nəticə əldə edilmişdir, əgər şagird:
müxtəlif faktura (müxtəlif növ rəngləmə, karton parçalar, basmalarla, örtülü səthin cızılması,
•
barmaqlar, köpük, çubuqlar, fırça ilə və s.) yaradır
səhvləri (maneələr, qüsurlar)
iş elementinə çevirir
•
müxtəlif materiallardan (toxuma, karton, məftil, ikincidərəcəli resurslar) istifadə etməklə
•
dekorativ və tətbiqi işlər yaradır
Dostları ilə paylaş: