Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.III - 4
T.t.III.10 Şagird müxtəlif növ tədbirlərdə iştirak edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
sinifdə keçirilən səhnəcikdə
iştirak edir
•
sinif və məktəb bayramlarında iştirak edir
•
sinif və məktəb sərgisində iştirak edir
•
muzey və sərgilərə gedir
•
ekskursiyalara gedir və mədəni irslərlə tanış olur
•
İstiqamət : İncəsənətin kontekstdə dərk edilməsi
T.t.III.11 Şagird incəsənətin başqa-başqa sahələrini biri-biri ilə müqayisə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
incəsənətin məşhur əsərlərini tanıyır və onları (rəssamlıq, qrafika, heykəltaraşlıq, dekorativ-
•
tətbiqi incəsənət) uyğun sahələrə ayırır
bu və ya digər sahələrə olan münasibətlərini bildirir (hansının bəyənir və niyə)
•
T.t.III.12 Şagird əsərlərin məzmunlarını digər fənlərdə keçdiyi materiallarla
əlaqələndirir.
Nəticə əldə edilmişdir, əgər şagird:
əsərdə onun üçün tanış olan
heyvan və bitkiləri göstərir
•
keçdiyi ədəbi əsərlərin personajlarını təsviri incəsənət əsərində göstərir
•
təsviri incəsənət əsərinin məzmununu (məs. ilin fəsilləri) həmin mövzuda yaradılan musiqi
•
əsərləri ilə əlaqələndirir, hansını ki, musiqi dərsində dinləyib.
T.t.III.13 Şagird yerli mühitdə mövcud olan incəsənət əsəri ilə tanış olur.
Nəticə əldə edilmişdir, əgər şagird:
yerli mühitdə olan incəsənət
abidələrini müzakirə edir
•
məhəlləsi, kəndi, qəsəbəsi, şəhəri və rayonunda məşhur olan incəsənət işçiləri və incəsənət
•
əsərləri haqqında müzakirə aparır