TəSVİRİ VƏ TƏTBİQİ



Yüklə 377,29 Kb.
Pdf görüntüsü
səhifə17/69
tarix29.10.2022
ölçüsü377,29 Kb.
#66707
1   ...   13   14   15   16   17   18   19   20   ...   69
saxviti da gamoyenebiti xelovneba azer

İdeya mənbələri: 
Ətraf mühiti müşahidə etmək nəticəsində alınan təəssüratlar (naturadan və yadda saxlamaqla rəsm 
çəkmək), fantaziya, bədii ədəbiyyat, bədii və animasiya filmləri, konsert, teatral, sirk tamaşaları.
Ehtimal olunan mövzular:
“Yay tətilləri”, “Dostluq”, “Payızda kənd”, “Payız natürmortu”, “Sirkdə”, “Zooparkda”, “Yeni il 
gecəsi”, “Qış peyzajı”, “Fantastik şəhər”, “Sevimli nağıl qəhrəmanı” və s.
Əmək fəaliyyəti:: 
Alətlər gətirmək-nizamlamaq, tapşırığı qeyd etmək, işlədiyi yeri səliqəyə salmaq, vaxt limiti və 
təhlükəsizlik qaydalarına riayət etmək.
İş strategiyası:
Müstəqil, cütlükdə, qrupda işləmək.
Tədbirlər: 
Sinif sərgisi, bayram, muzeylərə, qalereyalara, şəhərkənarı mədəni irslərlə tanışlıq məqsədilə 
ekskursiyalar.
Təqdimatlar:
Tanış auditoriya qarşısında işinin təqdimatı (iş haqqında söhbət), suallar vermək, cavab vermək, 
təəssüratlarla paylaşmaq (qiymətləndirmək cəhdi), başqalarının fikirlərini diqqətlə dinləmək, 
başqalarının işləri və fikrinə qarşı hörmət göstərmək, elementar terminologiyadan istifadə etmək.
İncəsənətin kontekstdə dərk eilməsi:
İncəsənət sahələri (rənglər, qrafika, heykəl və s.) və janrları (peyzaj, natürmort, portret, məişət janrı) 
ilə tanışlıq; əsərləri nəzərdən keçirmək; təəssurat, məzmun barədə söhbət etmək; əhval-ruhiyyəni 
duymaq, realistik və şərti əsərləri ayırmaq.


Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.III - 1
III sinif 
İlin sonunda əldə edilən nəticələr və onların indikatorları 
İstiqamət: İncəsənətdə praktiki vərdiş-bacarıq və ideyaları ifadə etmək
T.t.III.1 Şagird işin yaradılması zamanı təsviri incəsənətin bir neçə əsas
 
elementləri və prinsiplərindən istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
bədii üsulların vasitəsilə (xətt, kolorit və s.) əhval-ruhiyyəni göstərir

əsərdə faktura yaradır (müxtəlif növ eskiz, örtülü səthi cızmaqla, barmaqları ilə, köpüklərlə, 

çubuqlarla, fırça ilə və s.) 
əsərdə isti və soyuq rənglərdən istifadə edir

rənglərin çərxini tərtib edir və kontrast rəngləri (qırmızı-yaşıl, sarı-yasəmən rəngi, göy-

narıncı) tapır
şəkil üzərində işləyən zaman əşyanın ümumi ölçülərini ötürür

şəkildə ön və arxa planı seçir və məkan elementlərini sadə şəkildə ifadə edə bilir (yaxın 

əşyalar daha böyük ölçüdə və aşağıda təsvir edilir, uzaq əşyalar daha kiçik ölçüdə və yuxarıda 
yerləşdirilir)

Yüklə 377,29 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin