Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.III - 3
İstiqamət : Kommunikasiya və şərh
T.t.III.7 Şagird fərdi iş və qrup işini təqdim edir, özünün və sinif
yoldaşlarının fikir və ideyalarını bölüşdürür.
Nəticə əldə edilmişdir, əgər şagird:
işin nəyini bəyənib-bəyənmədiyini söyləyir
•
müəllimin, sinif yoldaşlarının fikrinə qulaq asır
•
işin məzmununu təsvir edir
•
işin fikrini nə dərəcədə ötürə bildiyini qiymətləndirməyə çalışır
•
tanış olmayan terminlər və sözlərin mənasını dəqiqləşdirmək üçün suallar verir
•
əsər haqqında söhbət apararkən terminologiyadan istifadə edir
•
öz müşahidə və təcrübəsini dostları ilə paylaşır
•
işin təqdimatı zamanı sual-cavablar aparır
•
geniş auditoriya qarşısında işləri təqdim edir
•
T.t.III.8 Şagird anlayır ki, incəsənət - ideyaların ifadə edilmə vasitəsidir.
Nəticə əldə edilmişdir, əgər şagird:
əsər əsasında yaranmış təəssüratlar haqqında danışır
•
bu və ya digər rəngin hansı əhval-ruhiyyəni yaratdığını söyləyir
•
yoldaşının işində onun fikrində tutduğunu və onun əhval-ruhiyyəsini anlayır
•
işində nəyi göstərmək istədiyini izah edir
•
Dostları ilə paylaş: