Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
T. T. İ.III - 5
III sinfin proqramının məzmunu
Təsviri incəsənətin əsas element və prinsipləri:
Xətt, rəng (kolorit, kontrast rənglər), faktura, forma, məkan; (xətlərlə, rənglərlə əhval-ruhiyyənin
ötürülməsi); əşyanın bütöv və ümumi ölçüləri. Kompozitiv bölgü əsasları (vərəqin ölçüsünə uyğun
olaraq təsvirin ölçüsünün seçilməsi, şəkildə əsasın ayrılması, formatda təsvirin bərabər şəkildə
bölgüsü, həndəsi perspektiv və simmetriya, bütöv və ümumi ölçülərin ötürülməsi; ön və arxa planın
ayırd eddilməsi).
Material və vəsait:
Qələm, pastel, quaş, akvarel, təbaşir, kömür, rəngli kağız, karton, plastilin, gil, kəndir, məftil, şüşə
və plastmas qutular, təbii və süni materiallar; fırça, qayçı, yapışqan.
Texnika və prosedur:
Rəssamlığın, qrafikin başqa-başqa texnikası, yonmaq, aplikasiya, kağız plastikası kollaj, mozaika,
konstruksiya; kəsmək, yapışdırmaq.
Ətraf mühiti müşahidə etmək:
Assosiasiya, təəssüratların verilməsi.
İdeya mənbələri:
Məşhur rəssamların əsərləri, ətraf mühiti müşahidə etmək nəticəsində alınan təəssüratlar, fantaziya,
bədii ədəbiyyat, film, müxtəlif növ tamaşalar.
Ehtimal olunan mövzular:
“Şən tətillər”, “Dənizdə”, “Yağmurlu gün”, “Afrikaya səyahət”, “Payızda meşə”, “Milad hədiyyəsi”,
“Yaz gəldi”, “Əfsanəvi quş” və s.
Əmək fəaliyyəti::
Sinif otağını, həyəti səliqəyə salıb yığışdırmaq, vaxt limiti və təhlükəsizlik qaydalarına riayət
etmək.
İş strategiyası:
Müstəqil, cütlükdə, qrupda işləmək.
Tədbirlər:
Sinif və məktəb sərgisi, bayram, tamaşalara, muzeylərə, qalereyalara, şəhərkənarı mədəni irslərlə
tanışlıq məqsədilə ekskursiyalara getmək.
Təqdimatlar:
İşinin təqdimatı (iş haqqında söhbət, qiymətləndirmə), suallar vermək, cavab vermək, təəssüratlarla,
müşahidələrlə paylaşmaq, başqalarının fikirlərini diqqətlə dinləmək, başqalarının işləri və fikrinə
qarşı hörmət göstərmək, başqalarının fikirlərinə diqqətlə qulaq asmaq, lazımi terminologiyadan
istifadə etmək.
Dostları ilə paylaş: |