TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə1/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
  1   2   3   4   5   6   7   8   9   ...   141
DƏRSLİK




TƏXİRƏSALINMAZ TİBBİ YARDIMIN ƏSASLARI, ÜRƏK- AĞCİYƏR 
REANİMASİYASI. YENİDOĞULMUŞLARIN İLKİN REANİMASİYASI. 
 
TƏXİRƏSALINMAZ TİBBİ YARDIMIN ƏSASLARI 
Zərərçəkənə ürəyin və tənəffüsün qəfləti dayanmasının (klinik ölümün) ilk dəqiqələrində hadisə yerində ilk yardımı ancaq 
bədbəxt hadisənin bilavasitə şahidi göstərə bilər. Çox vaxt hadisə baş verərkən yaxınlıqda heç kim olmur və ya zərərçəkən gec 
aşkar olunur. 
Döş qəfəsinin kompressiyası, tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi və ağciyərlərin süni ventilya- siyasının birgə 
aparılması ürək-ağciyər reanimasiyası (ÜAR) adlanır. Reanimasiya – yenidən həyata qaytarma, diriltmə, canlandırma deməkdir. 
Ürəyin qəfləti dayanmasının ilk 4–6 dəqiqəsində (klinik ölüm vaxtı) aparılan ÜAR zərərçəkənin həyat fəaliyyətini bir müddət 
təmin edir və bəzi hallarda qəflətən öləni yenidən həyata qaytarır (diril- dir). Ürəyin defibrilyasiyası diriltmə şansını artırır. Qəfləti 
ölənin ürək fəaliyyəti, tənəffüsü və huşu bərpa olunarsa o, yenidən həyata qaytarılmış hesab olunur. 
Ürək-ağciyər reanimasiyasının defibrilyasiya ilə birgə aparılması 
ilk yardımın əsasını təşkil edir və 
DRCABD 
alqoritmində öz əksini tapmışdır. 
DRCABD 
– 
həyat fəaliyyətini təmin edən əsas tədbirlər alqoritmidir. 

Danger 
– Diqqət təhlükə! (Təhlükəsizliyi qiymətləndirmək) 

Responsiveness 
– Reaksiya (qıcıqlara cavab reaksiyasını, huşun olub-olmadığını yoxlamaq) 

Circulation 
– Canlandırma (döş qəfəsinin kompressiyası – ürəyin qapalı masajını aparmaq və 
qanaxmanı dayandırmaq); 
A
 
Airway 
– Açıq tənəffüs yolları (tənəffüs yollarının keçiriciliyini bərpa etmək) 
B
 
Breathing 
– Birbaşa nəfəs vermək (ağciyərlərin süni ventilyasiyasını aparmaq) 

Defibrillation 
– Defibrilyasiya (defibrilyatorla elektrik cərəyanı (elektroşok) verib, ürəyin fəaliyyətini bərpa 
etmək) 
Bu alqoritmdə hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq. Hadisə yerinin 
təhlükəsizliyini qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin. Hər müdaxilədən 
sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin. 
Ürək-ağciyər reanimasiyası (ÜAR) vərdişlərinin cаnlı insаn üzərində öyrənilməsi 
təhlükəlidir. 
Тəcrübə üçün mаnеkеn və fantomlardan istifаdə еdin. Biliklərinizi hər iki ildən bir təzələyin. 
İlk yardım göstərərkən təşvişə düşməyin və tibbi yardımın göstərilməsini DRCABD alqoritminin ardıcıllığını pozmayaraq 
həyata keçirin. Əvvəlcədən hadisə yerinin təhlükəsizliyini qiymətləndirin (Danger – diqqət təhlükə!), qıcıqlara cavab reaksiyasını 
(Responsiveness 
– reaksiya) yoxlayın və normal/qeyri-normal tənəffüsə görə dəyərləndirib, növbəti addımı atın.
Ürəyin qəfləti 
dayanmasında hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi, qıcıqlara cavab reaksiya- sının yoxlanılması, tənəffüsün və 
nəbzin təyin edilməsi 10 saniyəyə tamamlanmalıdır. 
 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin