2
alətlərin olması; elektrik cərəyanı təhlükəsi; yanğın; partlayıcı əşyaların olması; ağır avadanlıq və texnikanın istifadəsi ilə
aparılan xilasetmə əməliyyatları; zərərçəkən tərəfə gedən yol örtüyünün təhlükəli olması (su, buz, sürüşkən yer, qeyri-sabit yol,
bataqlıq, palçıq və s.); nəqliyyat vasitələrinin intensiv hərəkəti;
hava şəraiti; elektrik xətlərinin mövcudluğu; ildırım; qablardan
(butulka, şüşə, plastik qab və s.), nəqliyyat vasitələrindən (çən) zəhərləyici kimyəvi materialların və toksiki maddələrin tökülüb
ətrafa yayılması; yol-nəqliyyat vasitəsinin qeyri- stabil (aşma təhlükəli) olması və s.
Hadisə yerində üzərində xəbərdaredici nişan olan hər hansı
bir çənə, konteynerə, alovun, tüstünün olmasına, şübhəli
mayenin yerə tökülməsinə fikir vermək və hər zaman diqqətli olmaq lazımdır. Bəzi hallarda xilasedicilərin təhlükəsizliyini təmin
etmək üçün müvafiq xidməti qurumlara müraciət edilməlidir. Xilasedicinin təhlükəsizliyi təmin olunduqdan sonra o, hadisə yerinə
daxil olub yardım göstərə bilər.
Tüstü və ya kimyəvi maddələr havada olan oksigeni əvəz etdiyinə və özünə birləşdirdiyinə görə oksigen çatışmazlığı
yarada bilər. Bu da xilasedici üçün çox təhlükəli hesab olunur. Hətta cinayət törədilən hadisə yerində xilasedici təcavüzə məruz
qala bilər. Ona görə zərərçəkənə yaxınlaşmazdan əvvəl hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinin təhlükəsizliyini
təmin etməlidirlər.
*
Ağır əşyaların və zərərçəkənlərin qaldırılması zamanı təhlükəsizliyin qiymətləndirilməsi
Xilasedicilər ağır əşyaların və zərərçəkənlərin qaldırılması və yerdəyişməsi zamanı lazımi üsullardan istifadə etmədikdə
müxtəlif xəsarətlər ala bilərlər. Ən ağır xəsarət onurğanın zədələnməsidir. Ağırlıq qaldırarkən əsas güc onurğa sütununa (belə)
yox, ayaqlara düşməlidir. Yükün ağırlıq mərkəzi mümkün qədər xilasedicinin bədəninə ya- xın olmalıdır. Yerdəyişmə zamanı
dönmə hərəkəti ayaqlarla həyata keçirilməlidir (gövdəni, onurğanı çevirmədən). Əgər yükün ağırlıq mərkəzi xilasedicinin
belindən aşağı və ya çiynindən yuxarı düşərsə, xəsarət alma riski artar. İmkan olan yerdə yükü dartmaq yox,
itələmək
məqsədəuyğundur.
Dostları ilə paylaş: