Ağciyər arteriyasının kateterizasiyası -
Ağ ciyər arteriyasının kateterizasiyası şokun növünün təyin edilməsinə yardımçı
ola bilər. Belə ki, kateterizasiya vasitəsilə mühüm hemodinamik parametrlərin - ürəyin hasilatının, ağ ciyər arteriyasının
oklyuziyası təzyiqinin (PCWP) və sistemli damar müqavimətinin təyin edilməsi ilə şokun növünün müəyyən edilməsi
mümkün ola bilər. Həmin parametrlərin təyini həm də vazopressorların dozalarının titrə edilməsi, süni tənəffüs aparatının
parametrlərinin tənzimlənməsi (məs., PEEP) və maye transfuziyasının tənzimlənməsinə yardım etmiş olur.
Lakin, bütün burada qeyd edilənlərə rəğmən ağ ciyər arteriyasının kateterizasiyası xəstələr arasında ölüm hallarının
azalmasına təsir etməyib. Buna görə də, ağ ciyər arteriyasının kateterizasiyası ilə bağlı qərar verərkən, prosedurun özü ilə
bağlı risklər və əldə olunacaq fayda müqayisə edilməlidir.
MORTALİTE (ÖLÜM FAİZİ) - Şok səbəbindən xəstələr arasında ölüm halları və ya mortalite çox yüksəkdir.
Hesablamalara görə septik şokun diaqnostikası tarixindən 1 ay ərzində təxminən xəstələrin 35-60% ölür. Kardiogen şokda
olan xəstələr arasında ölüm hallarda daha yüksək olur və təxminən 60-90%-ə bərabərdir. Hipovolemik şokda olan xəstələr
arasında mortalite xeyli dəyişkəndir və daha çox erkən diaqnostika və müalicənin başlanmasından asılıdır.
ÜMUMİLƏŞDİRMƏ VƏ TÖVSİYƏLƏR. •
Sistem toxuma perfuziyasının əhəmiyyətli dərəcədə azalması nəticəsində toxumalara oksigenin çatdırılmasının
azalması ilə xarakterizə olunan fizioloji vəziyyət ŞOK kimi qiymətləndirilir. Bu vəziyyəti oksigenin toxumalar
tərəfindən istifadəsi ilə oksigenin çatdırılması arasında balansın pozulmasına səbəb olur. Oksigenin uzun müddət
ərzində adekvat həcmdə çatışmaması hüceyrələrin hipoksiyasına və hüceyrə səviyyəsində mühüm biokimyəvi
proseslərin pozulmasına gətirib çıxarır ki, bu da öz növbəsində sistem səviyyəsinədək yayıla bilər:
•
Şokun hüceyrə səviyyəsində təsiri - hüceyrə membranın ion nasosu funksiyasının pozulması, hüceyrədaxili ödem,
hüceyrənin tərkibinin hüceyrədən kənar sahəyə sızması və hüceyrədaxili pH-ın tənzimlənməsinin pozulması.
•
Sistem səviyyəsində təsir - qanın pH-ın pozulması, endotelial disfunksiya, iltihabi və iltihab əleyhinə proseslərin
stimulyasiyası.
•
İlkin olaraq, oksigen çatışmazlığının efektləri geriyə dönəndir, lakin çox qısa müddət ərzində bu efektlər geriyə
dönməz olur. Nəticə isə ardıcıl olaraq hüceyrə ölümü, hədəf orqanların zədələnməsi, çoxsaylı orqan sistemlərin
çatışmazlığı və ölümdür. Buna görə də şok vəziyyətinin erkən müəyyən edilməsi və geriyə döndərilməsi xüsusi
əhəmiyyət kəsb edir.
•
Hazırda 3 şok növü tanınmaqdadır: hipovolemik, kardiogen və distributiv (vazodilatasiya). Distributiv şok
hipovolemik və kardiogen şokda ürəyin hasilatı və sistem damar müqavimətinin parametrləri əsasında fərqləndirilə
bilər. Ağ ciyərin kapilyar təzyiqi və ya ağ ciyər arteriyasının oklyuzion təzyiqi hipovolemik şoku kardiogen şokdan
fərqləndirməyə yardım edir.
•
Növündən asılı olmayaraq, şok ilkin olaraq təhrikedici hadisədən başlayır, məsələn, infeksiya mənbəyi (abses) və
ya zədələnmədən (odlu silah yaralanması). Təhrikedici hadisə öz növbəsində sistem sirkulyator pozğunluğa gətirib
çıxarır ki, bu da bir neçə mürəkkəb və bir birilə bağlı mərhələlərdən ibarət olur - pre-şok, şok və hədəf orqanların
disfunksiyası. Şok vəziyyətinin davam etməsi nəticə etibarilə hədəf orqanların geriyə dönməyən çatışmazlığı və
nəhayət ölümə gətirir.
•
Şokun əsas xüsusiyyətlərinə hipotenziya, oliquriya, mental statusun pozulması, metabolik asidoz və bəzi
xəstələrdə ilıq və yapışqan dəri aid edilir.
•
Xəstənin şokda olması ehtimal olunduqda, reanimasion (infuzion) tədbirlər diaqnostik müayinə ilə eyni vaxtda
aparılmalıdır. Reanimasion tədbirlər heç bir halda anamnezin toplanması, fiziki müayinə, laborator analizlər və ya
görüntüləmə üçün dayandırılmamalı və ya ləngidilməməlidir.
•
Şok səbəbindən xəstələr arasında ölüm halları və ya mortalite çox yüksəkdir.
•
Ağciyər arteriyasının kateterizasiyası xəstələr arasında ölüm hallarının azalmasına təsir etmir. Buna görə də, ağ
ciyər arteriyasının kateterizasiyası ilə bağlı qərar verərkən, prosedurun özü ilə bağlı risklər və əldə olunacaq fayda
müqayisə edilməlidir.