TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə96/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   92   93   94   95   96   97   98   99   ...   141
DƏRSLİK

Ektopik hamil
əliyin növləri
İnkişaf etmiş abdominal hamiləlik


B
əzi hallarda qanaxma güclü olmur və xəstə tədricən sağalır. Döl ya mumyalaşır, ya da daşlaşır. Bəzən isə infeksiyalaşır və 
peritonit 
əmələ gəlir.
Proqressivl
əşən boru hamiləliyi. 
Bu stadiyada ektopikpik hamil
əliyi aşkar etmək çətindir. Obyektiv müayinədə uşaqlığın yan 
t
ərərəfində şişkinlik əllənir. Sonrakı müayinələr zamanı uşaqlığın ölçüsünün dəyişmədiyi, amma onun yanındakı şişkinliyin artması 
müşahidə edilir. Xəstə qarının aşağı hissəsində tutmaşəkilli ağrılardan şikyətlənir. Adətən boru hamiləliyi 5-6 həftədən gec olamayaraq 
partlayır. Bu onunla izah olunur ki, borunun selikli qişası və onun desidual çevrilməsi çox zəifdir. Borunun selikli qişası funksional və 
bazal qatdan ibar
ət deyil, əzələ qatı zəif inkişaf edib. Ona görə də döl qişasının trofoblast hüceyrələri tezliklə əzələ qatının dərinliyinə 
keçir, qan damarlarını açır, borunun seroz qatı da daxil olmaqla bütün qatları dağıdır. Başqa hallarda infindibulyar və ya ampulyar 
hiss
ədə implantasiya olunmuş döl yumurtası, boru yığılmaları nəticəsində onun divarın-dan ayrılır, ya məhv olur, ya da qarın boşluğuna 
atılır.
Bel
ə ki, döl yumurtasının implantasiya olunduğu yerdən asılı olaraq boru hamiləliyinin iki forması ayırd edilir: boru partlaması 
(rupture tubae uterinae) v
ə boru abortu (abortus tubarius).
Boru partlaması borunun yuxarı yarımdairəsində baş verdikdə döl yumurtasının qarın boşlu-ğuna atılmasına və qanaxmaya səbəb olur. 
Partlama aşağı yarımdairədə baş verdikdə döl yumurtası və hemotoma enli bağın daxilində yerləşir.
Döl yumurasının qarın boşluğuna sərbəst atılması zamanı qarının aşağı hissəsində, qasıqda, qəfləti, kəskin ağrılar başlayır. Ağrı 
düz bağırsağa, çiyinə, kürəyə irradiasiya edir. Ağrı ilə bərabər başqa simptomlar meydana çıxır: kəskin anemizasiya, bayılma, baş 
gic
əllənmə; həmçinin şok əlamətləri: kəskin zəiflik, soyuq tər, huşun itməsi A/T-in kəskin enməsi və s. Qan qarın boşluğunda, xüsusilə 
uşaqlıq-düz bağırsaq dərinliyinə toplanır (haemotoma petrouterina). Boru partlaması zamanı qan enli bağda he-matoma əmələ 
g
ətirdikdə, anemiya, ağrı və şok simptomları kəskin olmur. Qarın boşluğuna, boru mən-fəzəinə axmış qan hissəvi sorulur, laxtalar əmələ 
g
ətirir. Bunlar da gələcəkdə daxili cinsiyyət orqanları ilə qarın boşluğu orqanları (bağırsaq, piylik, sidik kisəsi) arasında bitişmələr əmələ 
g
ətirir. Bu anatomik dəyişikliklər funksional və subyektiv əlamətlər: qarında ağrı, alqomenoreya, sonsuzluq əmələ gətirir.
B
əzən xorionepitelioma inkişaf edir. Boru partlaması zamanı döl məhv olur. Çox nadir hallarda amnionun tamlığı və ciftlə 
əlaqənin saxlandığı halda hamiləlik inkişaf edir. Obyektiv olaraq: A/T enir, nəbz zəifdir, dəri və selikli qişalar solğundur, palpasiyada 
qarın boru partlayan tərəfdə ağrılıdır. Şetkin–Blumberq simptomu zəif müsbətdir. Perkutor olaraq qarında sərbəst maye olduğu aşkar 
olunur.
Uşaqlıq yolu müayinəsində uşaqlıq nisbətən böyüyüb və yumşalıb, əvvəlkindən hərəkətlidir (üzən uşaqlıq). Uşaqlıq artımları 
pastozdur, uşaqlıq yolunun arxa tağı hamarlaşıb, ya da qabarıb. Palpasiyada çox ağrılıdır ( Duqlas qışqırtısı). Uşaqlığı önə çəkməyə 
çalışdıqda güclü ağrı olur.
Boru abortu ad
ətən döl yumurtası ampulyar və ya infindibulyar hissədə implantasiya olduqda baş verir. Döl qovuğu boru 
m
ənfəzinə doğru yırtılır. Buna döl yumurtasının daxili yırtılması da deyilir.
N
əticə müxtəlif olur:
1.Döl yumurtası onu əhatə edən qan laxtaları ilə boru divarından ayrılır, borunun antiperistal-tikası nəticəsində ampulyar hissəyə keçir və 
adi peritubar hematoma 
əmələ gətirməklə boru abortu baş verir (haematoma peritubaria). 
2.Döl yumurtası boru mənfəzində məhv olur. Qan laxtaları ilə əhatə olunur, Mola carnosa (ətli yığıntı) beçəxor əmələ gətirir.
Döl yumurtasının ampulyar hissəyə hərəkəti zamanı xəstə tutmaşəkilli, birtərəfli ağrılar hiss edir. Qanaxma çox olduqda qan qarın 
boşluğuna, xüsusilə Duqlas boşluğuna yığılır və uşaqlıq arxası hematoma (haematoma retrouterina) əmələ gətirir. Bu, anemiya və şok 
əlamətləri ilə müşayət olunur.
Qanitirm
ə az olduqda xəstədə başgicəllənmə, ümumi zəiflik, bəzən qısamüddətli bayılma müşahidə edilir. Uşaqlıq yolundan qanlı ifrazat 
g
əlir.
Uşaqlıq yolu müayinəsində uşaqlıq yumşalıb, azca böyüyüb. Uşaqlıq artımlarının birində şi-şəbənzər törəmə əllənir. Palpasiyada 
ağrılıdır, az hərəkətlidir, uşaqlığı önə çəkdikdə və arxa tağın palpasiyası boru partlamasına nisbətən az ağrılıdır. Bəzən uşaqlıqdan 
desidual qişa xaric olur. Xaric olan və ya uşaqlığın qaşınması zamanı götürülən desidual qişanın histoloji müayinəsində xorion ele-
mentl
əri aşkar olunmur, yalnız desidual qişa elementləri aşkar olunur. 50% hallarda sidikdə hamiləlik testləri müsbət olur. Bəzən ektopik 
hamil
əliyin pozulması səhvən düşük təhlükəsi kimi qiymətləndirilir.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin