4. Tam diaqnostika.
Bütün diaqnostika növlərinin nəticəsinə əsasən nasazlığın səbəbi təyin olunur. Kompüterdə hər hansı bir problem olduqda problemin həlli üçün keyfiyyətli diaqnostika və təmir peşəkar və təcrübəli mütəxəssis tərəfindən yerinə yetirilə bilər.
İlkin diaqnostika
Kompüter mürəkkəb elektron hesablama qurğusu olub, çox sayda mikrosxem və çap platalarından ibarətdir. Buna görə də kompüterlərin "həvəskarlar" tərəfindən təmiri yalnız məhdud hallarda yerinə yetirilə bilər. Hətta standart təmir işləri nəzəri və praktiki biliklər, eləcə də çoxlu təcrübə tələb edir. Təmirin icrasına başlamazdan əvvəl ilkin, mürəkkəb vəziyyətlərdə isə aparat və proqram diaqnostikası yerinə yetirilir.
Dostları ilə paylaş: |