Texniki diaqnostikanın əhəmiyyəti



Yüklə 84,35 Kb.
səhifə32/32
tarix19.04.2022
ölçüsü84,35 Kb.
#55802
1   ...   24   25   26   27   28   29   30   31   32
Komputer diaqnostikasi (1) (1)

Aparat diaqnostikası
1. Həyat əlamətləri yoxdur

Güc düyməsi basıldığı zaman kompüter heç reaksiya vermirsə, əvvəlcə qida mənbəyi və ya düymənin özü yoxlanmalıdır. Problem aşağıdakı kimi dəqiqləşdirilir.

1.1. Vizual müayinə.

Hər şeydən əvvəl qida kabelinin yaxşı qoşulduğunu və şəbəkə süzgəcinin qoşulmasını yoxlayın. Bəzi hallarda kompüterin arxasındakı qida düyməsinin "Off" vəziyyətində olması mümkündür.

1.2. Gövdə qoşucuları.

Kompüter qutusunu açın və qoşucuların etibarlı şəkildə qoşulduğunu və açarlar ilə korpus LED-ləri və ana plata arasındakı sahədə zədələnmədiyini yoxlayın – hər hansı qoşucunun qarşılıqdan çıxması da mümkündür. Bir və ya daha çox kabel ayrılıbsa, onların ana platanın təlimat kitabçasında verildiyi kimi qoşulduğunu yoxlayın.

1.3. Qida düyməsi.

Qoşucular düzgün qoşulmuşdursa və ya onların açılıb yenidən qoşulması bir nəticə vermirsə, bütün qoşucuları ana platadan ayırın. Sonra "PowerSwitch" yazılmış iki kontaktı qapayın. Kompüter qoşuldusa, iki variant vardır. Birincisi, korpusdakı qida düyməsi nasazdır. Bu halda, "ResetSwitch" yazılı hər iki qoşucunu ana platadakı "PowerSwitch" yazılı kontaktlara qoşmaq lazımdır. Bu andan etibarən kompüter yenidən başlat düyməsini istifadə edərək açılacaq və qida düyməsi istifadə olunmayacaqdır. Belə bir nasaznın başqa bir səbəbi yenidən yüklənmə düyməsində qısa qapanma ola bilər: bu halda düymə işləməyəcək və FK yalnız ana platadakı iki kontaktın qapanması ilə işə düşə bilər. Bu mülahizənin təsdiqi, yenidən yüklənmə düyməsini ayrılmaqla kompüteri işə salmaq imkanı olacaq. Bu halda, qida düyməsini qoşulmuş saxlayın və yenidən yüklənmə düyməsini ayırın. Bütün bu addımlardan sonra, çox güman ki, kompüter heç bir problem olmadan yenidən işə düşəcək. Əgər naqillə qısa qapanma kompüter "işə salmırsa, qida mənbəyi yoxlanmalıdır.

1.4. Ana platanın qidalandırılması

Bütün qidamənbəyi qoşucularının ana plataya düzgün qoşulduğunu yoxlayın. Buraya 24 sancaqlı geniş ATX qoşucusundan başqa, həm də prosessoru qidalandırmaq üçün dörd sancaqlı əlavə P4 qoşucusu daxildir.

1.5. Qida bloku.

Daha sonar qida blokunun sıradan çıxmasını yoxlamaq lazımdır. Bunun üçün başqa, məsələn, ikinci bir kompüterdən işçi qida blokunu FK-yə qoşub işə salmaq lazımdır. Əgər kompüter işə düşürsə, nasazlıq əvəz edilməsi zəruri olan qida blokundadır.

1.6. Ana plata.

Yuxarıda göstərilən bütün tədbirlər kömək etmədisə, çox güman ki, ana plata sıradan çıxmışdır. Onu əvəz etmək daha yaxşıdır, çünki zəmanət verilməyən təmir, bir qayda olaraq, özünü doğrultmur. Hər halda, ana platanın dəyişdirilməsi kompüteri tamamilə sökmək və yenidən yığmaq prosesi bağlıdır deməkdir. Lakin bu prosedura yalnız digər mümkün nasazlıqlar istisna edildikdə başlamaq tövsiyə olunur.

2. FK işləyir, amma təsvir yoxdur

Qida mənbəyi, MP (mərkəzi prosessor) və video kart fanları işləsə də, sistem platasındakı LEDlər yansa da, ekran qara olaraq qalır.

1.6. Monitorun yoxlanması.

İlk addımda monitorun qoşulub, qoşulmaması yoxlanır. Əks təqdirdə, qida mənbəyi problemi ola bilər: kabel displeydən və ya elektrik yuvasından çıxarılmışdır və ya monitor söndürmə vəziyyətinə qoyulmuş açar vardır. Monitor açılırsa, menyunu açıb siqnal mənbəyinin düzgün seçildiyini (VGA/D-Sub, DVI, HDMI) yoxlayın.

1.7. Səs və işıq siqnalları

Monitöra görüntü siqnalı verilmirsə, ana plata problem anlamağa yardım edən səs və ya işıq siqnalları hasil edir. Siqnalların mənası ana platanın təlimatında verilir. Bu şəkildə bildirilən tipik qüsurlardan biri, modelindən asılı olaraq ana platanın səs siqnalı və ya LED işıqları ilə xəbərdar etdiyi nasaz və ya düzgün quraşdırılmamış RAM modulları ola bilər.

1.8. Sıfırlama (yenidən yüklənmə) düyməsi.

Sıfırlama düyməsindəki qısa qapanma da göstərilən simptomların səbəbi ola bilər. Yoxlayın (1.3 bəndi).

1.9. BIOS.

Bəzən BIOS-un səhv sazlamaları da işəsalma problemlərinin səbəbi ola bilər. BIOS'u sıfırlamaq üçün ana platada Clear CMOS qapayıcısını tapın. Bu, ikisi qapayıcı ilə qapanmış üç kontaktdır. Qapayıcının ilkin vəziyyətini yadda saxlayıb, onu çıxarın, daha sonar onun köməyi ilə digər kontaktları qapayın, ən azı on saniyə gözləyin. Sonra qapayıcını əvvəlki vəziyyətinə qaytarın. Sistem platasında sıfırlama düyməsi varsa, basın. Kompüter açıldısa, BIOS sazlamalarını yoxlayın. Əksər hallarda, SATA kontrolleri üçün Windows XP-dən başlayaraq "IDE" deyil, "AHCI" olan düzgün iş rejimini seçmək lazımdır. Bunu etdikdən sonra göstərilən problem aradan qalxmalıdır. BIOS sazlamalarının pozulmasının mümkün səbəblərindən biri ana platadakı boşaldılmış batareya ola bilər.

1.10. Operativ yaddaş.

Əksər ana platalar, yaddaşın nasazlığı barədə səs və ya işıq (LED) siqnalları vasitəsilə xəbərdaqlıq siqnalı verir (bax: 2.2 bəndi). Lakin RAM modullarının iş qabiliyyətini xəbərdarlıq siqnalı gözləmədən yoxlamaq məsləhət görülür. Kompüterdə ən azı iki modul quraşdırılmalıdır - birini çıxarın və digəri quraşdırlmış şəkildə olan kompüteri yükləməyə çalışın. Kompüter bu modulla açılmırsa, başqa bir modul quraşdırılmış halda sistemi işə salın. Əgər kompüter yalnız bir yaddaş modulu ilə işə düşürsə, bir qayda olaraq, bu digərinin nasaz olduğuna dəlalət edir.

1.11. Video plata

FK komponentləri arasında problemi ilk növbədə təsvir siqnalının mənbəyində - qrafik kartda axtarmaq məsləhətdir. Kompüterdə qurama video kart varsa, diskret kartı çıxarın və sistemi qurama GPU ilə sınaqdan keçirin. Əks təqdirdə, kompüteri digər qrafik kart ilə işlədiyini yoxlayın. Əgər belədirsə, diskret və ya qurama qrafik kart nasazdır.

1.12. Prosessor

Nasaz prosessor da işləyən kompüterin təsvir siqnalı hasil etməməsinin səbəbi ola bilər. Buna görə, imkan daxilində, növbəti çox çətin addımdan əvvəl FK-nin işləməsini digər münasib prosessorla yoxlayın.

1.13. Ana plata

Bütün digər mümkün problem mənbələri artıq istisna edildiyindən, ana plata son "şübhəli" olaraq qalır. Burada problem, məsələn, BIOS yadda saxlanılan CMOS çipində və ya video platalar qoşulduğu PCIe şinində ola bilər. Nasazlıqların axtarışı və aradan qaldırlması əksər hallarda özünü doğrultmur, buna görə də ən yaxşı qərar ana platanı dərhal dəyişdirməkdir.

Aparat diaqnostikası zamanı, nəzərə almaq lazımdır ki, əksər hallarda yalnız qurğu sıradan çıxır və onu aşkar etmək üçün ən asan yol işlək olduğuna zəmanət verilən oxşar qurğu ilə əvəz etməkdir.

Qida mənbəyi və periferik qurğulara gəldikdə isə, onlarda nasazların diaqnozu ayrıca bir mövzudur.

Heç bir kompüterin xətasız işləyəcəyinə zəmanət verilmir.

Xətalar, işin dayanması, yenidən yüklənmələr və fərdi kompüterin izah edilə bilməyən digər başqa nasazlıq halları adi hala çevrilmişdir. İndiyə qədər Windows-da bir çox potensial problemdən azad edilməmişdir. Köhnə proqramlar silindikdən sonra sistem reyestrində lazımsız fayl və elementlər qalır, birgə istifadə faylları zədələnmiş proqramlar tərəfindən köçürüldükdə itir, diskdə parçalanmanın (fraqmentasiyanın) məhsuldarlığı azaldır.

Kompüterin proqram və aparat təminatının diaqnostikası nəticələri və müxtəlif kompüter xətaları aşağıda verilmişdir.

Daha çox yayılmış xətalar:

1. Prosessorun işində xəta.

2. HDD kontrollerinin nasazlığı.

3. Klaviaturanın nasazlığı.

4. Prosessorun soyuducusunun nasazlığı.



5. Qida mənbəyinin yanması.

6. Əməliyyat sisteminin işində nasazlıq.
Yüklə 84,35 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin