Diaqnostikanın növləri
Hər bir kompüter sahibi nasazlıqlarla üzləşdiyində həmin nasazlıqların diaqnostika edilməsi zərurəti yaranır. Kompüterin nasazlıq səbəbləri iki qrupa bölünür: proqram və aparat nasazlıqları.
Kompüterin savadlı diaqnostikası, nasazlığın kateqoriyasını düzgün etməyə imkan verir. Bu mərhələ müayinə və analizdən sonra düzgün diaqnozun qoyulması ilə başa çatmalıdır. Kompüterlərin diaqnostikası ilə təmiri bir-biri ilə sıx bağlıdır: birinci mərhələni keçmədən dərhal təmirə başlamaq mümkün deyildir.
Fərdi kompüterin diaqnostikasının aktuallığı, kompüterlərin uzun müddət ərzində həyatımızın bir atributuna çevrilməsidir. Onlar dünyanı və insanın imkanını dəyişdirmişdir. Zaman keçdikcə proqramlar düzgün işləmir və hətta sıradan çıxır və buna görə də təmir edilmədən edilə bilməz.
Qeyd olunduğu kimi fərdi kompüter diaqnostikasının iki növü vardır: proqram diaqnostikası və aparat diaqnostikası.
Proqram diaqnostikası
Kompüter və ya noutbukun nasazlıqların bu növ diaqnostikası qurğunun düzgün işləməməsi səbəblərini aşkar etməyə imkan verir. Əməliyyat sisteminin düzgün işləməməsi səbəbini öyrənməyə kömək edir:
virus hücumuna məruz qalması;
sərt diskin işinin pozulması;
Windows qovluğunda faylların olmaması
Kompüter sisteminin diaqnostikasına aşağıdakılar daxildir:
kompüterin viruslara görə diaqnostikası;
sistemdə nasazlıqların avtomatik axtarışı;
sistem fayllarının yoxlanılması;
Sərt diskdə sistem xətalarının yoxlanılması.
Kompüterin vəziyyətinin diaqnostika proqram təminatı, aşağıdakı problemlərin səbəbini aşkar etməyə kömək edə bilər:
Fərdi kompüterin (FK) işində fasilələr yaranır;
Əməliyyat sistemi yavaş işləyir;
proqram sazlamaları pozulmuşdur;
ayrı-ayrı tətbiqlər düzgün işləmir;
heç bir təsvir və ya səs yoxdur – kompüterin qurğularının diaqnostikası;
məlumatlar yaddaşda saxlanılmır.
Kompüter avadanlığının diaqnostikası
Əgər proqram xətası istisna olunarsa, kompüterin və ya noutbukun apparat hissəinə diaqnoz qoyulur. Bu prosedur xüsusi avadanlıqların tətbiq olunmasını tələb edir. Kompüter avadanlığının diaqnostikası nasazlığın yerini, onun qida mənbəyi blokunda və ya digər qovşaqda olduğunu təyin etməyə kömək edir. Kompüter işinin aparat diaqnostikasına müxtəlif testlər daxildir (kompüter yaddaşının diaqnostikası, ana platanın, kompüterin temperaturunun yoxlanması, BIOS sistemi tərəfindən verilən siqnalların deşifrə edilməsi).
Cədvəl 1. FK-nin nasazlığı və onun səbəbləri
Nasazlıq
|
Səbəbi
|
Kompüter açılmır (qida mənbəyi düyməsinə basıldıqda heç bir iş əlaməti yoxdur, qida mənbəyi işıqları yanmır)
|
qida mənbəyi nasazdır
ana platada nasazlıq
prosessorun nasazlığı
qısa qapanma
|
Kompüter öz-özünə sönür
|
kompüter çirklənmişdir, təmizləmək lazımdır
soyutma sistemində nasazlıq
video kartdakı nasazlıq
ana platada nasazlıq
|
Kompüter qoşularkən təsvir yoxdur,
|
video kartın nasazlığı
ana platada nasazlıq
|
Kompüter üzərinə maye dağıldıqdan sonra kompüter açılmır
|
Ana platada radioelementlərinin korroziyası
elektrik dövrələrində nasazlıq
kompüteri təşkil edən platalarda mikrosxemlər nasazdır
|
USB portlar işləmir
|
ana platada nasazlıq
|
BİOS sazlamaları pozulmuşdur
|
ana platada BIOS problemi
|
Vaxt sıfırlanır, system sazlamaları pozulur
|
ana platada batareya nasazdır
|
Kompüter açılır, lakin əməliyyat sistemini sona tam yükləmir
|
əməliyyat sisteminin qovluq quruluşunun zədələnməsi
kompüterin sərt diski nasazdır
|
Səs yoxdur
|
səs kartı və ya səs konnektoru nasazdır
ana platada nasazlıq
səhv quraşdırılmış drayverlər
|
Wi-Fi və ya LAN (şəbəkə) işləmir
|
wi-fi modulu və ya şəbəkə kartı nasazdır
qurğunun drayveri düzgün quraşdırılmayıb
|
Açıldıqda siqnal səsi gəlir
|
video kart nasazdır
operativ yaddaşın nasazlığı
ana platada nasazlıq
|
Dostları ilə paylaş: |